Azərbaycanda Bəhai Dini bu dinin yaranması tarixindən etibarən, yəni 19-cu əsrin ortalarından mövcuddur. Sovet hakimiyyəti dövründə Bəhai dini digər dinlər kimi açıq-aydın yayila bilmirdi. Sovet imperiyası dağıldıqdan sonra və Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ölkədə tədricən dini məzhəblərin sərbəstliyi bərpa olunmağa başladı. 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisi Din azadlığı haqqında qərar qəbul etdikdən sonra, Azərbaycan bəhailəri rəsmi olaraq icma yaratmaq imkanını əldə etdilər. 1993-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə Bakı Bəhailərinin fəaliyyətinə rəsmi icazə verildi. 2002-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində Bakı İcması təkrar qeydiyyatdan keçdi. Sumqayıt İcması da həmən ildə qeydiyyata alındı. 2004-cü ildə Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili rəsmi qeydiyyatdan keçdi. Azərbaycan Respublikasında demokratik islahatlardan sonra bəhailər, digər vətəndaşlarla yanaşi, fəal həyat sürürlər.
Bakı Bəhai icması ilə əlaqə məlumatı
Ünvan: Bakı ş. A. Qurbanov küç. 6, mən.44
Telefon: (99412)-4973041, (99412)-4975626.
E-mail: weboffice@bahai.az
|