Azərbaycan Bəhai İcması haqqinda qısa məlumat:

Azərbaycanda Bəhai Dini bu dinin yaranması tarixindən etibarən, yəni 19-cu əsrin ortalarından mövcuddur. Sovet hakimiyyəti dövründə Bəhai dini digər dinlər kimi açıq-aydın yayila bilmirdi. Sovet imperiyası dağıldıqdan sonra və Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ölkədə tədricən dini məzhəblərin sərbəstliyi bərpa olunmağa başladı. 1992-ci il Azərbaycan Respublikası Milli Məclisi Din azadlığı haqqında qərar qəbul etdikdən sonra, Azərbaycan bəhailəri rəsmi olaraq icma yaratmaq imkanını əldə etdilər. 1993-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə Bakı Bəhailərinin fəaliyyətinə rəsmi icazə verildi. 2002-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində Bakı İcması təkrar qeydiyyatdan keçdi. Sumqayıt İcması da həmən ildə qeydiyyata alındı. 2004-cü ildə Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili rəsmi qeydiyyatdan keçdi. Azərbaycan Respublikasında demokratik islahatlardan sonra bəhailər, digər vətəndaşlarla yanaşi, fəal həyat sürürlər.

Bakı Bəhai icması ilə əlaqə məlumatı

Ünvan: Bakı ş. A. Qurbanov küç. 6, mən.44

Telefon: (99412)-4973041, (99412)-4975626.

E-mail: weboffice@bahai.az

Məlumat:
  • Yeniliklər və elanlar
  • İnternetdə Bəhai resursları
  • Tarix:
  • Azərbaycanda Bəhai dininin tarixi
  • Təlim:
  • Əsas prinsiplər
  • Təlimin məqsədi
  • Təşkilat:
  • İnzibati qaydaок
  • Müqəddəs və etibarlı yazılar barədə
  • Fəaliyyət:
  • Bəhai təqvimi
  • Namaz və oruc
  • Beynəlxalq Bəhai Cəmiyyəti
  • Dünya Bəhai Cəmiyyətinin müraciətləri
  • İcmalarda fəaliyyət növləri
  • Əlaqə:
  • Kontaktlarımız
  • Kitabxana
  • Endirin:
  • Azəri şriftləri
  •  
    Monitor this Page

    by ChangeDetect

    Bu xidmət sizi səhifədə dəyisiyliklər barədə xəbərdar edəcək

    "Dünya tək bir vətəndir, və bütün insanlar onun vətəndaşlarıdır." - Bəhaullah
    İnzibati qayda

    Bəhai Dinində keşiş və ya vaiz yoxdur. Bəhai İnzibati nəzmi Həzrət Bəhaullahın Özünün və Onun yazılarının şərhçilərinin qabaqcadan qoyduğu prinsiplər üzərində qurulmuşdur. Onun məqsədi – Həzrət Bəhaullahın təliminin əsasını təşkil edən ruhani prinsiplərin praktik təcəssümünü təmin etməkdir.

    Bəhai inzibati nəzminin əsasını kollektiv idarəetmə orqanları – Yerli və Milli Ruhani Məhfillər (yerli və milli səviyyədə) və Ümumdünya Ədalət Evi (beynəlxalq səviyyədə) təşkil edir. Bu şuraların hər biri doqquz nəfərdən ibarətdir və hər il gizli səsvermə yolu ilə, müəyyən yaşayış ərazisində və ya ölkədə, 21 yaşına çatmış bütün bəhailərin iştirakı ilə seçilir. Ümumdünya Ədalət Evi bütün dünya bəhailəri tərəfindən beş ildən bir seçilir.

    Başqa siyasi sistemlərdəki kimi seçici ona artıq verilmiş nümayəndələrin siyahısından seçmək məcburiyyəti qarşısında qalır, lakin Bəhai Dinində seçkilər həqiqətən azaddır, belə ki, seçki kampaniyaları və nümayəndələrin qabaqcadan irəli sürülməsi qadağandır. Avtomatik olaraq, icmanın bütün həddi-buluğa (21 yaşına) çatmış üzvləri nümayəndə hüququnu qazanır və dostlar, kənardan heç bir təzyiq hissi olmadan və öz vicdanını rəhbər tutaraq, seçilməyə layiq  olan şəxsləri seçə bilər. Nəticədə seçkiqabağı kampaniyaların qarşısı alınır və hakimiyyət ehtiraslı insanların inzibati təsisatlara daxil olma şansı azalır.

    Bəhai inzibati sistemi ədalətə nail olmağın praktik ifadəsidir ki, bu da qərarların ruhani məşvərət prosesində qəbul olunması ilə təmin olunur. Bu məşvərətin iştirakçıları özlərinin nöqteyi-nəzərlərini qorumağa cəhd göstərmirlər, onların bütün gücü birgə həqiqətin axtarışına cəmlənir. Bütün mümkün müxtəlif baxışlara baxmayaraq, bu cür məşvərət prosesındə iştirakçılar öz əməkdaşlıq etmək, mötədillik, qarşılıqlı hörmət və başqasının fikirlərini dinləyə bilmək kimi  bacarıqlarını inkişaf etdirirlər. Bu onlara birliyi qorumağa və zərərli münaqişələrdən uzaqlaşma imkan verir. Əgər bütün faktlara baxıldıqdan və müzakirələrdən sonra müzakirə olunan məsələ barəsində vahid bir fikir əldə olunmayıbsa, səsvermə yolu ilə qərar qəbul edilir.

    Bəhai inzibati sisteminin əsasını 19 Gün Bayramları təşkil edir. Bu Bayramlarda icmanın hər bir üzvü “cəmiyyətin birgə yaradılması və təzələnməsi prosesində iştirak edir. İctimai həyatın ən dərin səviyyələrində bu Bayram demokratiya meydanını təmsil edir, belə ki, məhz burada Yerli Ruhani Məhfilin nümayəndələri və icmanın üzvləri bərabər səviyyələrdə görüşür və hər kəsə yeni cəmiyyətin yaradılması işinə kömək edə bıləcək baxışları – yeni ideyaları və ya əməli tənqidləri irəli sürülməsi tam sərbəst ifadə etmək imkanı verilir”. Beləliklə bəhai icmasının fəaliyyəti dostların Ruhanı Məhfil tərəfindən təşviq edilən və yönəldilən şəxsı təşəbbüslərə əsaslanır.

    Ruhani Məhfilə seçilmiş dostlar heç bir imtiyaz və şəxsi hakimiyyətə malik deyillər. Yalnız Məhfilin məşvərəti prosesində qəbul olunan qərar həqiqi kollektiv qərar adlandırıla bilər. Məhfilin bütün qərarlarının əməkdaşlıq ruhunda və könüllü surətdə icra olunması icmada birliyi təmin edir və bu qərarları təcrübədə sınamağa imkan verir. Əgər hər hansı bir qərar effektiv olmasa, ona yenidən baxılır və o, təkrar müzakirə nəticəsində dəyişdirilə bilər.

    Bəhai Dininin Ali inzibati orqanı və mərkəzi olan Ümumdünya Ədalət Evinə Müqəddəs Yazılarda bir başa qeyd olunmayan məsələlər barədə qərarlar qəbul etmək, həmçinin, zamanın ehtiyaclarına uyğun olaraq qərarları təkrarən müzakirə etmək və ya ləğv etmək səlahiyyəti verilib. Həzrət Bəhaullahın Yazılarına əsasən, Onun Dininin Ruhani və Inzibati Mərkəzi Müqəddəs Torpaqda, Əkka şəhərinin yaxınlığında və Hayfa şəhərində yerləşir.

    İdarəçiliyi həyata keçirən inzibati sistemin seçilən qolundan başqa, Bəhai Dinində həmçinin inzibati sistemin təyin olunan qolu vardır. Bu qol hakimlik səlahiyyətlərinə malik deyil; onun əsas vəzifəsi Dini qorumaq və yaymaqdır. Bu qolun əsasını Ümumdünya Ədalət Evi tərəfindən ən qabaqcıl, kamil və sədaqətli dindarların sırasından seçilən Müşavirlər təşkil edir. Hal-hazırda bütün dünya üzrə 81 Müşavir vardır. Müşavirlər kömək məqsədi ilə özlərinə Köməkçi Heyət Üzvlərini, onlar isə öz növbəsində özlərinə asistentlər təyin edirlər.

    ©2003-2008 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

    Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
    "Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
    İnzibati qayda
    Yuxarı >