Azərbaycan Bəhai İcması haqqinda qısa məlumat:

Azərbaycanda Bəhai Dini bu dinin yaranması tarixindən etibarən, yəni 19-cu əsrin ortalarından mövcuddur. Sovet hakimiyyəti dövründə Bəhai dini digər dinlər kimi açıq-aydın yayila bilmirdi. Sovet imperiyası dağıldıqdan sonra və Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ölkədə tədricən dini məzhəblərin sərbəstliyi bərpa olunmağa başladı. 1992-ci il Azərbaycan Respublikası Milli Məclisi Din azadlığı haqqında qərar qəbul etdikdən sonra, Azərbaycan bəhailəri rəsmi olaraq icma yaratmaq imkanını əldə etdilər. 1993-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə Bakı Bəhailərinin fəaliyyətinə rəsmi icazə verildi. 2002-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində Bakı İcması təkrar qeydiyyatdan keçdi. Sumqayıt İcması da həmən ildə qeydiyyata alındı. 2004-cü ildə Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili rəsmi qeydiyyatdan keçdi. Azərbaycan Respublikasında demokratik islahatlardan sonra bəhailər, digər vətəndaşlarla yanaşi, fəal həyat sürürlər.

Bakı Bəhai icması ilə əlaqə məlumatı

Ünvan: Bakı ş. A. Qurbanov küç. 6, mən.44

Telefon: (99412)-4973041, (99412)-4975626.

E-mail: weboffice@bahai.az

Məlumat:
  • Yeniliklər və elanlar
  • İnternetdə Bəhai resursları
  • Tarix:
  • Azərbaycanda Bəhai dininin tarixi
  • Təlim:
  • Əsas prinsiplər
  • Təlimin məqsədi
  • Təşkilat:
  • İnzibati qaydaок
  • Müqəddəs və etibarlı yazılar barədə
  • Fəaliyyət:
  • Bəhai təqvimi
  • Namaz və oruc
  • Beynəlxalq Bəhai Cəmiyyəti
  • Dünya Bəhai Cəmiyyətinin müraciətləri
  • İcmalarda fəaliyyət növləri
  • Əlaqə:
  • Kontaktlarımız
  • Kitabxana
  • Endirin:
  • Azəri şriftləri
  •  
    Monitor this Page

    by ChangeDetect

    Bu xidmət sizi səhifədə dəyisiyliklər barədə xəbərdar edəcək

    "Dünya tək bir vətəndir, və bütün insanlar onun vətəndaşlarıdır." - Bəhaullah
    Bəhai təliminin məqsədləri

     

    1863-cü il Rizvan bağında Həzrət Bəhaullah Özünün Allahın Elçisi əvvəlki bütün İlahi Zühurlarda Vəd olunmuş Kəs olduğunu bütün dünyaya bəyan etdi, və bəşər tarixində hərb erasının sonu və yeni eranın – sülh erasının başlanmasını bildirdi. Bununla Həzrət Bəhaullah faktiki olaraq bəhai erası boyunca bəşəriyyətin əsas məqsədini, bütün əvvəlki Zühurlarda Yer üzündə İlahi Səltənətin qurulacağı kimi vəd olunmuş məqsədi, Yer üzündə sülhün yaradılması məqsədini təyin etdi. Nahayət, Yer üzünün Hökmdarı gəlişi haqqında İsayah peyğəmbərliyi yerinə yetdi:

    “Çünki, bizlər üçün bir körpə doğulmuşdur – Oğul bəxş edilmişdir; Onun çiyinlərinə hakimiyyət qoyulmuşdur, və Onu Təəccüblü, Məsləhətçi, Qüvvətli Allah, Əbədi Ata, Sülh Knyazı adlandıracaqlar. Davud taxtında və Onun Məlakutunda Onun hökmranlığının və sülhün güclənməsi sona yetmədən davam edəcək ki, onu ədalət və düzgünlüklə bundan belə və əbədi olaraq qursun. Allahının qeyrəti bunu edəcək.” (İs. 9:6,7)

    Həzrət Bəhaullahın Bəyanatına tam uyğun şəkildə biz bəhailər, Onun ardıcıllari, Yer üzündə sülhün bərqərar olması üçün səy göstəririk. Bu məqsədə can atan bütün insanları biz özümüzə həmfikir və əməkdaş hesab edirik. Sülh əldə etmək üçün insanlar arasında qarşılıqlı anlaşmaya nail olmaq, onlar arasında mövcud olan ziddiyət, münaqişə, anlaşılmazlıqları aradan qaldırmaq vacıbdir. Bu isə ümumi dəyərlər sisteminin yaradılmasını zəruri edir. Biz öz dəyərlər sistemimizin qəbul edilməsini heç kəsə  təkid etmirik, əksinə, bütün məsələləri müzakirə və məşvərət etməyə hazırıq. Biz dini mənsubiyyətindən asılı olmayaraq, məqsədi bizimlə eyni olan insanlarla səmimi əməkdaşlıq etməyə hazırıq. Bizdə ruhanilər yoxdur və bizim məqsədimiz heç də bəhai dininə mümkün qədər çox insan cəlb etməkdən ibarət deyil. Buna zəmanət olaraq Həzrət Bəhaullahın qəsbkar prozelitizmi açıq şəkildə qadağan etməsidir. Həzrət Bəhaullah hər bir insana Allah Kəlamını çatdırmağı buyurmuşdur və bu da ki, heç də hər bir kəsi bəhai etməyə çalışmaq demək deyil, sadəcə olaraq, Allahın Dünyada sülh yaratmaq məqsədini insana çatdırmaq və onu o planla tanış etməkdir ki, bu plana riayət etməklə insanlar bu vəd olunan məqsədi həyata keçirə bilərlər. Biz tam qətiyyətlə əminik ki, Yer üzündə sülhün bərqərar olması qaçılmazdır.

    Diqqətlə nəzər saldıqda aydın olur ki, Həzrət Bəhaullahın təlimini təşkil edən konsepsiya və prinsiplərbəşəriyyətin birliyi konsepsiyası, bütün xürafatların, insan qruplarının bir-birinə qarşı hər növ üstünlük və müstəsnalıq təəssübkeşliklərinin aradan qaldırılması, məşvərət prinsipi – bütün bunlar məhz bu məqsədə, yəni Yer üzündə möhkəm, etibarlı və əbədi sülhün yaradılması və ədalət hökmranlığının qurulmasına nail olmağa kömək edir (bu məqsədə nail olmağın mərhələləri "Yer üzündə sülhün vədi" adlı sənəddə ifadə olunmuşdur). Bəhailərin məqsədi barədə  şübhələri aradan qaldırmaq üçün qeyd etmək istərdik ki, Həzrət Bəhaullahın həmən bəyanatında Onun Təliminin hər növ müstəsnalıq iddiasından imtina olunması vurğulanır bununla əlaqədar olaraq O, Öz ardıcıllarına özləri üçün qəsbkar yollarla tərəfdar cəlb etməkdən çəkinməyi əmr etmişdir ki, bunlar bundan əvvəlki Zühurlarda müşahidə olunmamışdır:

    "Öz təlimlərinin yayılmasında keçmiş dinlərin cəhdlərini xarakterizə edən qəsbkar prozelitizm Allahın Günündə ləyaqətsizlik sayılır. Bu Zühuru qəbul etmiş hər bir şəxsin öhdəsinə bu haqda həqiqəti axtaranlarla bölüşmək vəzifəsi düşür. Yeni Zühur barəsində xəbərdar olan şəxsin necə hərəkət etməsi, bütünlüklə onun öz ixtiyarına buraxılır."

     (Ümumdünya Ədalət Evi. -
    Həzrət Bəhaullah, Onun həyatı və əsərləri. -
    Rizvan bağında Bəyan
    at)

    Bundan başqa Həzrət Bəhaullah elə o zaman keşişliyi ləğv etmişdir. Bu o deməkdir ki, bəhai möminlərin ianələri hesabına yaşayan və özlərinə mənsub olan dindarların artmasına marağı olan hər hansı bir peşəkar ruhanilər təbəqəsi yoxdur. İnzibati orqanların seçkilər vasitəsilə seçilməsi və dini liderlərin olmaması indi və gələcəyin özündə də hakimiyyətə can atma kimi maraqların yaranmasını istisna edir.

    Həzrət Bəhaullahın Təliminin bütün bu sadalanan xüsusiyyətləri yuxarıda göstərilən məramların paklığını təsdiq edir və heç bir şübhəyə qəti imkan vermir.

    Möminlərə və dinə olan köhnəlmiş fikirlərdən fərqli olaraq, bəhai dini heç də belə nəzərdə tutmur ki, möminin təkcə düzgün həyat tərzi sürməsi (yəni öz ruhunu inkişaf etdirməsi) ona özünün "cənnətə" daxil olmaq səyini həyata keçirməkkifayət edə bilər. Bəhai nöqteyi nəzərində bu maddi bağlılığa bənzər şəxsi bir maraqdır. Lakin bəhai dini həmçinin bəşəriyyətin rifahı, sülhün yaradılması, dostluq və əmin-amanlığa yönəlmiş fəal sosial bir mövqe və proqramdır. Və bu proqramda iştirak etmək hər bir bəhainin ruhani borcudur. Bəhai bəşəriyyətə birlik bəxş etmək üçün yaşayır hətta başqalarının, sadəcə olaraq bu bəxşişi qəbul etməsindən belə xoşbəxtlik duyur. Lakin, o zaman o, daha da xoşbəxt olur ki,  əgər kimsə bu bəxşişi qəbul edib, alışaraq, digərlərinə bunu bəxş etməyə başlayır.

    Bəlkə də bəziləri belə düşünür ki, möminlər ruh və fərdi ruhani inkişaf məsələlərilə məşqul olmalıdırlar, cəmiyyətin transformasiyası onların səlahiyyətlərinə  daxil deyil, bununla siyasətçilər, sosiolaqlar, iqtisadiyyatçılar və bu sahədəki digər peşəkarlar məşğul olmalıdırlar. Lakin bu heç də belə deyil. Bəhailərin addımladıqları yollar, siyasətdəki yollardan çox fərqlidir, ona görə də bəhailərin başlıca prinsiplərindən biri – siyasətə qarışmamaq prinsipidir. Siyasi fəaliyyət hər zaman şəxsi maraq uğrunda mübarizəni təmsil edir, (misal olaraq partiya mübarizəsi) belə ki, bəhai fəaliyyətiruhani tərkib hissəsi daxildir və hər bir zaman münaqişə və fikir ayrılıqlarının kökündən yox edilməsinə yönəlmişdir. Lakin bəhailər arasında öz sahələrində peşəkarcasına fəaliyyət göstərərək bəhai prinsiplərini müvəfiqiyyətlə tədbiq edən alimlər – sosioloqlar, iqtisadiyyatçılar vardır. Bundan başqa, ümumiyyətlə, elə bir peşə sahəsi tapmaq mümkün deyil ki, orada bəhailər bəhai dininin prinsiplərini tədbiq edə bilməsinlər. Buna dair bir çox misallar göstərmək olar, Bəhai Dini konsepsiyalarının tədbiqi peşə fəaliyyəti ilə əlaqədar məsələlərin uğurlu həllinə kömək edir.

    Belə bir sual yarana bilər, burada din nə kimi rol oynayır? Məgər insanlar Yer üzündə sülhün, ədalətin, əmin-amanlığın yaranması məqsədinə İlahi Rəhbərlik olmadan nail ola bilməzlərmi? Burada biz qəti və inamla cavab verə bilərik – "yox". Hətta burada məsələ heç onda deyil ki, sosialist-utopistlərin və ya kommunist-marksistlərin bu işdə çoxsaylı cəhdləri İlahi Rəhbərlik olmadıqdan gec və ya tez hər zaman pozulmuşdur. Məsələ burasındadır ki, birincisi, hər bir fərdin ədalət haqqında anlamı fərqlidir və əgər hər bir kəs dünyanı özünün başa düşdüyü kimi və ya bunu hər hansı bir kiçik və böyük qrup insanların başa düşdüyü kimi yaxşılığa doğru dəyişdirmək istəsə, münaqişə qaçılmazdır, bu zaman məqsəd itəcək və bütün səylər öz mənasını itirəcəkdir. Ona görə də dünyanı yaxşılığa doğru dəyişdirmədən öncə, BÜTÜN İNSANLAR bir anlayışa gəlməlidirlər ki, daha gözəl dünya nədir və o hansı mənəvi dəyərlərə arxalanır. Bu bütün insanların xeyirxahlığın universal meyyarlarına əsaslanan və hamı üçün ümumi olan fəaliyyət planı olan birliyə doğru irəliləməsinə gətirib çıxarır. Bir halda ki, xeyirxahlıq dini düşüncə dərəcəsidir, həmən tələb dinin zəruriyyəti deməkdir, özü də elə dinin ki, bu dində bütün bəşəriyyətin birlik prinsipi qəbul edilir və buna mane ola biləcək bütün münaqişə və konfliktlər məzəmmət edilir. "Allahın Müqəddəs İradə səmalarından buyurulduğu kimi dinin mahiyyəti – dünya xalqları arasında birlik və həmrəylik bərqərar etmək, onu ədavət və münaqişəyə səbəb etməməkdir. Allahın Dini və Onun Səmavi qanunları insanları birlik nuruna qərq etməyin ən güclü silahı və ən doğru vasitəsidır. Dünyanın tərəqqisi, xalqların inkişafı, onların rahatlığı və sülh yer üzündə Allahın qanunları və prinsipləri ilə yaşayan hər bir kəs üçündür" (Həzrət Bəhaullah, Doqquzuncu İşraq).

    Digər tərəfdən, bu insanların bir-birinə etibar və rəğbətinə əsaslanır ki, bunsuz belə cəmiyyət qurulsa belə, əbədi saxlana bilməz, bu etibar və rəğbət isə Allahın Birliyi və İlahi rəhbərlik olmadan əldə oluna bilməz: "Həqiqətən, din – dünya xalqlarının mühafizəsi və firavanlığı üçün parlaq işıq və dağılmaz bir qaladır, çünki Allah qorxusu insanları məcbur edir ki, onlar yaxşı olana riayət etsinlər və pis əməllərdən  uzaqlaşsinlar. Əgər dinin nuru azalsa, qarışıqlıq və çaxnaşma baş verər, doğruluq və ədalət, rahatlıq və sülhün çırağı sönər. Buna hər bir dərrakəli kəs şəhadət verər" (Həzrət Bəhaullah, Birinci İşraq).

    Bütün bunlara baxmayaraq, biz bu qisa məqalədə yuxarıdakı abzasda deyilənlər barəsində kifayət qədər tutarlı dəlillər gətirə bilmərik ki, onlar hamını razı salsın və ona görə də məsələni müzakirə və məşvərətlər üçün açıq saxlayırıq. Burada qeyd etmək yerinə düşərdi ki, bəhailər birliyin əldə olunması üçün məşvərətə artıq dərəcədə əhəmiyyət verirlər. Bəlkə elə buna görə də bəhailərin güclü inkişaf etmiş məşvərət və məsləhət prinsiplər sistemi vardır ki, bu sistem təkcə bəhaiyə deyil, başqalarına da çox əhəmiyyətli ola bilər. Həzrət Bəhaullah bizim fikrimizi təkidli surətdə insan əməllərinin nizamlanması üçün xeyirxahlıq və məşvərətin zərruriliyi istiqamətinə yönəldir. O, buyurur: "Məşvərət – dərin bilgilər bəxş edir, fərziyyələrimizi əminliyə  çevirir. Bu – nur saçan bir işıqdır ki, bizə yol göstərir və bizi zülmət aləmindən qurtarır. Dünyada hər bir şeyin özünün yetkinlik və kamillik həddi vardır və həmişə var olacaq. Dərk etmə qabiliyyətinin yetkinliyi məşvərət zamanı təzahür edir" (bax "Yer üzündə sülhün vədi" Ümumdünya Ədalət Evinin dünya xalqlarına müraciəti, 1985.) Ola bilər ki, söylənən bu cümlənin dərin mənası yalnız əsrlər sonra dərk ediləcək, o zaman ki, birliyə nail olmuş bəşəriyyət özünün kollektiv dərrakəsindən  tam olaraq istifadə edə biləcək.

    Əlbəttə, biz başa düşürük ki,sülhün əldə olunması və dünyanın məhvedici fəlakətlərdən xilas edilməsini hər bir kəs bəşəriyyətin məqsədi kimi qəbul etməyə hazır deyil, hətta bəziləri qətiyyətlə buna qarşı çıxır. Bunun bir sıra müxtəlif səbəbi ola bilər, müxtəlif növlü fatalizmdən başlayaraq, mizantropiya və pessimizm, eləcə də esxatoloji fərziyyələrin özünəməxsus şəkildə mistik şərh edilməsi və ya elmi əsas olmadan canlı aləmin inkişafı qanunlarının insan cəmiyyətinə tətbiqinə qədər. Belə  düşünənlərin bir çoxu, təəssüf ki, sərbəst müzakirələrə hazır deyil və könüllü olaraq özlərini Tarixin yol kənarında saxlayır. Axtaranları, müzakirələrə hazır olanları, iradəli və dünyanı yaxşılaşdırmaq üçün səy göstərmək lazım olduğunu dərk edən insanları isə biz bu yeni dünyanın qurulması prosesinə qoşulmağa dəvət edirik ki, ən azı bunu dərk etməyə çalışsınlar. Siz bizim saytımızı nəzərdən keçirərək çox şeyi öyrənə bilərsiniz; həm  bizim saytımızda, həm də ondan kənarda sizi maraqlandıran suallarla əlaqədar geniş bəhai ədəbiyyatı ilə tanış ola bilərsiniz; siz öz suallarınızı bizə ünvanlaya bilərsiniz və biz onları cavablandırmağa çalışacağıq. Lakin heç bir şey canlı ünsiyyəti əvəz edə bilməz. Ona görə də biz sizi bizim təlim dərnəkləri, uşaq dərsləri, dua görüşləri, gənclər proqramlarımızda iştirak etməyə dəvət edirik,  bunlar həm sizə, həm sizin ailənizə və həm də bütün cəmiyyətimizə həqiqətin ruhani axtarışında yardımçı ola bilər. Sizin harada olmağınızdan asılı olmayaraq, biz sizin yaşadığınız ərazinin ən yaxınlığında bu tədbirlərin keçirildiyi yeri tapmaqda kömək edə bilərik. Belə kollektiv tədbirlərdə və görüşlərdə iştirak etmək heç bir məqsəd daşımır və heç də o demək deyil ki, siz bəhai dininə cəlb olunacaq və icma qarşısında nə isə bir məsuliyyət daşıyacaqsınız.

     

    ©2003-2008 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

    Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
    "Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
    Bəhai təliminin məqsədləri
    Yuxarı >