Azərbaycan Bəhai İcması haqqinda qısa məlumat:

Azərbaycanda Bəhai Dini bu dinin yaranması tarixindən etibarən, yəni 19-cu əsrin ortalarından mövcuddur. Sovet hakimiyyəti dövründə Bəhai dini digər dinlər kimi açıq-aydın yayila bilmirdi. Sovet imperiyası dağıldıqdan sonra və Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ölkədə tədricən dini məzhəblərin sərbəstliyi bərpa olunmağa başladı. 1992-ci il Azərbaycan Respublikası Milli Məclisi Din azadlığı haqqında qərar qəbul etdikdən sonra, Azərbaycan bəhailəri rəsmi olaraq icma yaratmaq imkanını əldə etdilər. 1993-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə Bakı Bəhailərinin fəaliyyətinə rəsmi icazə verildi. 2002-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində Bakı İcması təkrar qeydiyyatdan keçdi. Sumqayıt İcması da həmən ildə qeydiyyata alındı. 2004-cü ildə Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili rəsmi qeydiyyatdan keçdi. Azərbaycan Respublikasında demokratik islahatlardan sonra bəhailər, digər vətəndaşlarla yanaşi, fəal həyat sürürlər.

Bakı Bəhai icması ilə əlaqə məlumatı

Ünvan: Bakı ş. A. Qurbanov küç. 6, mən.44

Telefon: (99412)-4973041, (99412)-4975626.

E-mail: weboffice@bahai.az

Məlumat:
  • Yeniliklər və elanlar
  • İnternetdə Bəhai resursları
  • Tarix:
  • Azərbaycanda Bəhai dininin tarixi
  • Təlim:
  • Əsas prinsiplər
  • Təlimin məqsədi
  • Təşkilat:
  • İnzibati qaydaок
  • Müqəddəs və etibarlı yazılar barədə
  • Fəaliyyət:
  • Bəhai təqvimi
  • Namaz və oruc
  • Beynəlxalq Bəhai Cəmiyyəti
  • Dünya Bəhai Cəmiyyətinin müraciətləri
  • İcmalarda fəaliyyət növləri
  • Əlaqə:
  • Kontaktlarımız
  • Kitabxana
  • Endirin:
  • Azəri şriftləri
  •  
    Monitor this Page

    by ChangeDetect

    Bu xidmət sizi səhifədə dəyisiyliklər barədə xəbərdar edəcək

    "Dünya tək bir vətəndir, və bütün insanlar onun vətəndaşlarıdır." - Bəhaullah
    Bəhai təqvimi

    Bir çox dinlərdə olduğu kimi, Bəhai dininin də özünün xüsusi təqvimi var. Bu təqvim günəş ili (şəmsi) təqvimidir. İl on doqquz aydan, və hər ay on doqquz gündən ibarətdir. Bir günəş ili müddətini tamamlamaq üçün tələb olunan  4 və ya 5 gün ilin sonuncu iki ayı arasına əlavə olunur, və bunlar Əyyami-Ha günləri adlanır. Bu günlər şənliik və qonaqpərvərliyə həsr olunur və bayram kimi qeyd edilir. Bunlardan sonra gələn ilin sonuncu ayı orucluğa həsr olunur. Yeni il Novruz bayramı ilə başlanır ki, bu da günəşin gecə və gündüzün bərabərliyi nöqtəsindən keçməsi ilə müəyyən olunur. Ayların adları Hz. Bab tərəfindən müəyyən olunmuşdur. Hər ay Allahın on doqquz adından biri ilə adlandırılmışdır:

      Adı Tərcüməsi Başlanma tarixi
    1. Bəha Şərəf 21 mart
    2. Cəlal Cəlal 9 aprel
    3. Camal Camal 28 aprel
    4. Əzəmət Əzəmət 17 may
    5. Nur Nur 5 ijun
    6. Rəhmət Rəhmət 24 iyun
    7. Kəlimat Kəlmələr 13 iyul
    8. Kamal Kamal 1 avqust
    9. Əsma Adlar 20 avqust
    10. İzzət İzzət 8 sentyabr
    11. Məşiyyət İradə 27 sentyabr
    12. İlm Elm 16 oktyabr
    13. Qüdrət Qüdrət 4 noyabr
    14. Qövl Nitq 23 noyabr
    15. Məsail Məsələlər 12 dekabr
    16. Şərəf Şərəf 31 dekabr
    17. Sultan Sultan 19 yanvar
    18. Mülk Mülk 7 fevral
    Fevralın 26-dan mart ayının 1-nə qədər (1 mart daxil olmaqla) yerləşdirilən Əyyami-Ha
    19 Əla Əla 2 mart
    Bəhai ayının hər gününün də bəhai aylarının adı kimi adı var. Misal üçün, Bəha ayının birinci günü Bəha ayının Bəha günü adlanır. Bundan başqa, həftənin hər gününün də xüsusi adı var:  
    1. Cəlal Cəlal Şənbə
    2. Camal Camal Bazar
    3. Kamal Kamal Bazar ertəsi
    4. Xidal İncəlik Çərşənbə axşamı
    5. İdal Ədalət Çərşənbə
    6. İstical Yüksəklik Cümə axşamı
    7. İsiqlal İstiqlal Cümə (istirahət günü)

    Bəha günü


    Bəhayətdə günün tarixinin dəyişməsi gün batanda hesab olunur. Buna görə, Novruz bayramının dəqiq gününü bilmək üçün gündüz və gecənin bərabərliyi vaxtını bilmək lazımdır. Hz. Bəhaullahın sözlərinə görə, günəşin Qoç bürcünə daxil olması orucluq ayının sona yetməsini və yeni ilin başlanmasını təyin edir. Əgər bu hadisə gün batana bir dəqiqə də qalmış baş verirsə, Novruz bayraml həmən günə düşür. Buna görə, Novruz bayramı mart ayının 20-nə ya 21-nə düşə bilir.
     

    Bayramlar və müqəddəs günlar

    Novruz bayramı - 21 mart
    Rizvanını birinci günü - 21 aprel
    Rizvanın doqquzuncu günü - 29 aprel
    Rizvanın on ikinci günü - 2 may
    Hz. Babın Bəyanı günü - 23 may
    Hz. Bəhaullahın süudu - 29 may
    Hz. Babın şəhidliyi - 9 iyul
    Hz. Babın mövludu - 20 oktyabr
    Hz. Bəhaullahın mövludu - 12 noyabr
    Hz. Əbdülbəhanın xatirəsinə həsr olunmuş iki gün qeyd olunur:
    Əhd günü - 26 noyabr
    Hz. Əbdülbəhanın süudu - 28 noyabr.

    Bəhai təqvimi sizin iş taxtanızda

    Bu səhifənin yuxarı sol hissəsində bəhai günləri qeyd edilmiş iki-aylıq təqvim görə bilərsiniz. Belə təqvim sizin kompyuterin iş taxtasında olarsa, siz yeni bəhai ayının başlanmasını, Ondoqquz Gün görüşlərini və bəhai müqəddəs günlərini heç vaxt nəzərdən qaçirmazsınız.  Odur ki, təklif edirik sizə həmən təqvimin fləş-proqramını endirəsininz. Bu proqramdan siz avtonom surətdə istifadə edə bilərsiniz. Əgər bu proqramın işarəsini (lnk-faylı) Startup menusunda yerləşdirsəniz, proqram kompyuter qoşulan zaman avtomatic yüklənəcək. Proqramın yuxarıda göstərilən versiyası çox kiçikdir və tez yuklənir. Lakin, nəzərə almaq lazımdır ki, onun işləməsi üçün sizin kompyuterinizdə Flash-player proqramı quraştırılmış olmalıdır. Əgər Flash-player kompyuterinizdə quraşdırılmamışdırsa, siz onu buradan endirib quraşdıra bilərsiniz. Əks təqdirdə təqvim proqramının özu-işləyən versiyasını endirə bilərsiniz, lakin bu versiya əvəlkindən xeyli böyükdür. Sağlıgla işlədin.

    ©2003-2008 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

    Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
    "Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
    Bəhai təqvimi
    Yuxarı >