Nigah kişi və qadının ruhani və fiziki mövcudluğu üçün ən əlverişli mühitdir. Yalnız nigah münasibətlərində onlar öz insani potensiallarını inkişaf etdirə bilir və ruhən böyüyür. Kişi ilə qadın arasındakı bu birliyin əsas məqsədi - fiziki, ruhani və intellektual yoldaşlıqdan əlavə - uşaq doğurmaq və böyütməkdir.
“Birlik və iki tərəf arasında ürəkdən məhəbbət” adlandırılan nigaha daxil olmazdan əvvəl, həzrət Əbdül-Bəha cütlükləri xəbərdar edirdi ki, “çox diqqətli olsunlar və bir-birinin xasiyyətləri ilə yaxından tanış olsunlar.”
Həzrət Əbdül-Bəha buyurmuşdur ki, nigahda olan cütlük “mehriban münislər və yoldaşlar, hər zaman və əbədiyyətə qədər can-bir qəlbdə olmalıdırlar.”
Ruhu Allaha bağlayan əsas keyfiyyətlər – sədaqət və vəfa ailənin özülü olmalıdr. Bu keyfiyyətlərin ifadəsi – ismətlilikdir və Bəhai dinində nigahdan kənar hər cür cinsi əlaqə qadağandır. Şövqi Əfəndi yazır: “Cinslər arasında münasibətlər problemi məsələsində Bəhai konsepsiyası ondan ibarətdir ki, həm kişilər, həm də qadınlar tərəfindən ismətlilik ciddi şəkildə gözlənilməlidir. Bu təkcə onun yüksək əxlaqi səbəbindən deyil, həm də ona görədir ki, bu nigahda xoşbəxt və zəngin həyatın yeganə yoludur”.
Valideynlərə öz övladlarına nigah təşkil etmək qadağandır. Bəhai ömür yoldaşını özü tapmalıdır. Bu halda belə valideynlərinin razılığının olması vacibdir. Bəhailər inanırlar ki, razılıq verib-verməməkdə valideynlərin həm hüquqüları, həm də məsuliyyətləri vardir ki, övladlarının həyatında ən vacib qərarları verərkən onları yönəltmək üçün diqqətlə qərar versinlər. Hər iki tərəfdən ata və ananın razılığı olmasa nigah baş tuta bilməz. Bu tələb nigahdakı və geniş ailədəki birliyi qoruyub saxlamaqda kömək edir. Bu, həmçinin, valideynləri şərəfləndirməyə xidmət edir, uşaqla valideyn arasındakı bağın vacibliyini bir daha təsdiq edir.












