Azərbaycan Bəhai İcması haqqinda qısa məlumat:

Azərbaycanda Bəhai Dini bu dinin yaranması tarixindən etibarən, yəni 19-cu əsrin ortalarından mövcuddur. Sovet hakimiyyəti dövründə Bəhai dini digər dinlər kimi açıq-aydın yayila bilmirdi. Sovet imperiyası dağıldıqdan sonra və Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ölkədə tədricən dini məzhəblərin sərbəstliyi bərpa olunmağa başladı. 1992-ci il Azərbaycan Respublikası Milli Məclisi Din azadlığı haqqında qərar qəbul etdikdən sonra, Azərbaycan bəhailəri rəsmi olaraq icma yaratmaq imkanını əldə etdilər. 1993-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə Bakı Bəhailərinin fəaliyyətinə rəsmi icazə verildi. 2002-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində Bakı İcması təkrar qeydiyyatdan keçdi. Sumqayıt İcması da həmən ildə qeydiyyata alındı. 2004-cü ildə Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili rəsmi qeydiyyatdan keçdi. Azərbaycan Respublikasında demokratik islahatlardan sonra bəhailər, digər vətəndaşlarla yanaşi, fəal həyat sürürlər.

Bakı Bəhai icması ilə əlaqə məlumatı

Ünvan: Bakı ş. A. Qurbanov küç. 6, mən.44

Telefon: (99412)-4973041, (99412)-4975626.

E-mail: weboffice@bahai.az

Məlumat:
  • Yeniliklər və elanlar
  • İnternetdə Bəhai resursları
  • Tarix:
  • Azərbaycanda Bəhai dininin tarixi
  • Təlim:
  • Əsas prinsiplər
  • Təlimin məqsədi
  • Təşkilat:
  • İnzibati qaydaок
  • Müqəddəs və etibarlı yazılar barədə
  • Fəaliyyət:
  • Bəhai təqvimi
  • Namaz və oruc
  • Beynəlxalq Bəhai Cəmiyyəti
  • Dünya Bəhai Cəmiyyətinin müraciətləri
  • İcmalarda fəaliyyət növləri
  • Əlaqə:
  • Kontaktlarımız
  • Kitabxana
  • Endirin:
  • Azəri şriftləri
  •  
    Monitor this Page

    by ChangeDetect

    Bu xidmət sizi səhifədə dəyisiyliklər barədə xəbərdar edəcək

    "Dünya tək bir vətəndir, və bütün insanlar onun vətəndaşlarıdır." - Bəhaullah
    Beynəlxalq Bəhai Cəmiyyəti

    Beynəlxalq Bəhai Cəmiyyətinin (IBC) əsası 1844-cü ildə Bəhai Dini yaranmağla qoyulmuşdu. Bu gün Beynəlxalq Bəhai Cəmiyyəti Ümumdünya Bəhai İcmasını beynəlxalq səviyyədə rəsmi surətdə təmsil edən Qeyri Hökumət Təşkilatıdır.

    1945-ci ildə Bəhai Dininin nümayəndələri San-Fransiskoda keçirilən, Birləşmiş Millətlər Təşkilatının əsasını qoyan tarixi konfrasda iştirak etdilər. 1948-cı ildə Beynəlxalq Bəhai İcması BMT-nın ictimai xəbərlər şöbəsinin nəznində ilk dəfə olaraq Beynəlxalq Qeyri Hökumət Təşkilat kimi qeydə alındı. Bu andan etibarən bəhailərin BMT ilə sıx əməkdaşlığının əsası qoyuldu.

    1970-ci ildə Beynəlxalq Bəhai İcmasına BMT-nin Iqtisadi və Sosial Şurasının nəzdində (EKOSOS) məşvərətçı status təqdim olundu, 1976-cı ildə isə Beynəlxalq Bəhai İcması BMT-nın Uşaq Fondunun nəznində
    məşvərətçı status aldı. 1989-cu ildə Beynəlxalq Bəhai İcması Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq əlaqələri qurdu. 1985-ci ildə Beynəlxalq Bəhai İcması ictimai məlumatlar şöbəsini, 1989-cu ildə ətraf mühütün mühafizəsi üzrə, 1999-cu ildə isə qadinların inkişafı üzrə şöbəni təsis etdi.

    Beynəlxalq Bəhai İcması BMT-nin Bəyannamə məqsədlərini dəstəkləyir və Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinin geniş miqyaslı məsələlərinin həllinə cəlb olunmuşdur, bu məsələlərə qadınların inkişafı, sosial-iqtisadi inkişaf, ətraf mühütün mühafizəsi, insan hüquqları, əxlaq təlimi, dünyanın qorunması daxildir. 30 il ərzində Beynəlxalq Bəhai İcması
    məşvərətçı və əməkdaşlıq münasibətlərinin əsasında BMT-nin müxtəlif ixtisaslaşdırılmış təşkilatları ilə bu və digər sahələrdə bəhai icmalarının təcrübəsi ilə bölüşməyə səy göstərir. 1986-cı ildən 1995-ci ilə qədər olan müddət ərzində Beynəlxalq Bəhai İcması BMT-nin 140-dan artıq iclasında iştirak etmiş, 100-dən artıq bəyanatlarla çıxış etmişdir. 1987-ci ildə BMT-nın Baş Katibi “BMT-nin Baş Assambleyası tərəfindən elan olunmuş Beynəlxalq sülh ilinin məqsədlərinə və proqramına Beynəlxalq Bəhai İcmasının mühüm töhfəsini təsdiq edərək” ona “Sülh Səfiri” fəxri adı vermişdir.

    Müxtəlifliklər arasında birliyin qurulması, məşvərət yolu ilə qərarların qəbul olunması prosesində insanları geniş iştirakına şövqləndirilməsi, cəmiyyətdə qadınların rolunun artırılması, cinayət və narkotik qəbulunun azaldılması işində Bəhai icmalarının mühüm təcrübələri vardır. Davamlı inkişaf, azlıqların huquqlarının qorunması, irqçiliyin ləğv edilməsinin gücləndirilməsi və insan huququ sahəsində təhsilin yayılması bəhai fəaliyyətlərinin nümunələridir. Hal-hazırda bəhailər tərəfindən bütün dünyada 1340-dan artıq sosial-iqtisadi layihələr həyata keçirilir, o cümlədən səhiyyə, təhsil və ətraf mühitin mühafizəsi sahəsində.

    Beynəlxalq Bəhai Cəmiyyəti ingilis, fransız, rus, ispan və çin dillərində 150-dən artıq ölkədə yayılan “ONE COUNTRY” hər kvartal çıxan bülleten nəşr edir.  Bir neçə mükafat qazanan bu nəşr bir sıra sosial-iqtisadi layihələri, BMT sistemindəki münasibətləri və bir çox digər məsələləri işıqlandırır.

    Baha´i Intarnational Community
    866 United Nations Plaza, Suite 120; New York, NY 10017 USA
    Tel: (212) 756-3500, Fax: (212) 756-3573

    ©2003-2010 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

    Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
    "Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
    Beynəlxalq Bəhai Cəmiyyəti
    Yuxarı >