|

|
<< Müqəddimə
BİSMİ RƏBBİNƏL ƏLİYUL ƏLA. UCALAR UCASI RƏBBİMİZİN ADİYLA.
-
Bu bölmə yerdə və göylərdə mövcud olanlardan büsbütün əl çəkməyincə insanın irfan dənizi sahillərinə
yetişə bilməyəcəyini anladır. Ey yer üzünün insanları! Ruhlarınızı təmizləyin. Təmizləyin ki, Tanrının sizin
üçün müəyyən etdiyi məqama yetişib, Bəyan Göylərində qurduğu qubbəyə girə biləsiniz.
-
Bu bölmənin mahiyyəti budur: iman yolunda addımlayıb və iqan (yəqinlik) qədəhindən içmək istəyənlər qəlblərini və özlərini dünyanın bütün maddi şeylərindən təmizləməlidirlər, yəni qulaqlarını onun-bunun sözlərindən və qəlblərini boş şübhələrdən, ruhlarını aldadıcı maddi parıltılardan, gözlərini mənasız şeylərə baxmaqdan uzaq tutmalıdırlar. Onlar Tanrıya təvəkkül edib ətəyindən yapışaraq, Onun yolunda addımlamalıdırlar. Bu təqdirdə
onlar Tanrının Elm və İdrak Günəşinin şüaları ilə işıqlanmağa layiq sayılar və Gözəgörünməyənin sonsuz baxışlarını əks etdirmiş olarlar. Başqa cür də ola bilməz. Çünki əgər hər hansı bir insan haqqın möminlərinin əməllərini, ya danışıqlarını haqqı tanımaq üçün tərəzi kimi qəbul etsə, o heç bir vaxt izzət sahibi olan Rəbbi
tanımaq Cənnətinə girə bilməz. Birlik Sultanının elm-hikmət çeşmələrinə yetişə bilməz və ölümsüzlük məqamlarına ayaq basa bilməz. Tanrıya yaxınlaşmaq şərabından, riza nemətindən pay ala bilməz.
-
Keçmişə bir nəzər salın: xeyli alim və avam adamlar Birlik Sultanının müqəddəs şəxslərdə Zühur etməsini nə
qədər arzulamışlar. Belə ki, hər zaman, hər an onların qulaqları səsdə olaraq, böyük bir istəklə gözləyərək diləmişlər: «İlahi, nə olaydı, rəhmət yelin əsməyə başlayaydı, vəd olunmuş Camalın görünməyən otaqdan çıxıb, Zühur meydanına qədəm qoyaydı», - deyə keçə-gündüz yalvarıb-yaxarardılar. Lakin elə ki, inayət qapıları açılıb, kərəm buludları göy üzünü tutar və görünməz Günəş qüdrət üfüqlərindən görünərdi, bu zaman
gözləyənlər dərhal Ona qarşı çıxardılar. Onun, yəni Tanrının ziyarətindən üz çevirərdilər. Bütün bunlar Səmavi Kitabların hamısında təfsilatı ilə yazılmışdır.
-
İndi bir az düşünün: xalqın bu qədər həsrətlə gözləməsindən sonra belə dönük çıxmasının səbəbi iə idi? Onların Tanrıya qarşı hücumu elə idi ki, onu təsvir etməkdə dil, yaxud qələm aciz idi. Allah tərəfindən
göndərilən elə bir Peyğəmbər və Rəsul olmayıb ki, insanlar Ona qarşı etiraz edib, güclü müqavimət
göstərməsinlər. Necə ki buyurur: «Vay bu bəndələrin halına! Onlara heç bir Peyğəmbər gəlməyib ki, ona istehza etməsinlər»! Başqa bir yerdə də buyrulduğu kimi: «...Hər ümmət öz Peyğəmbərləri ilə mübarizə aparıb və həqqi batil etməyə cəhd göstərib».
-
Beləliklə, Allahın Qüdrət buludlarından və Tanrının İzzət səmasından nazil olan Kəlmələr Bəndələrin saya biləcəyindən daha çoxdur və ağıl, göz sahiblərinə «Hud» surəsini oxumaq kifayətdir. Bu mübarək surənin
ayələrini ürəyinizdə oxuyub bir azca düşünün və heç bir hissə qapılmadan onun əsl mahiyyətini qavramağa çalışın ki, Peyğəmbərlərin heyrət doğuran əməlləri ilə tanış olasınız və pis fikirli bəndələrin bu Peyğəmbərləri necə rədd və təkzib edən sözlərini xatırlayasınız. Belə olsa, insan ruhunu nəfs və qəflət
məskənindən Allahın mərifət və birlik yuvasına uçura bilərsiniz. Bəli, belə etməklə Zülcəlalın sonsuz hikmətinin qaynağından dərk edə-edə içər və Onun əbədi İdrak Ağacının meyvələrindən bol-bol yeyərsiniz. Beləliklə, sonsuzluq və müqəddəslik göylərindən enən süfrədən təmiz ürəklər üçün müəyyən olunmuş pay budur!
-
Peyğəmbərlərə rəva görülən cəfaları və xalqın Onlara qarşı irəli sürdüyü etirazların səbəbini öyrənmiş olsanız, çox şey bilərsiiiz və öz dininizdə, Tanrı Əmrində daha dərin bir qənaət, daha köklü bir iman sahibi olarsınız. Xalqın Peyğəmbərlərə qarşı etirazını nə qədər çox görsəniz, onda öz dininizdə və əqidənizdə
bir o qədər möhkəm olarsınız. Bunları sübut etmək üçün keçmiş Peyğəmbərlərə aid bəzi əhvalatları burada qısaca xatırlamaq istəyirik. Məlum olduğu kimi, keçən əsrlərdə Peyğəmbərlərə xalq tərəfindən o qədər əzab-əziyyət verilib ki, qələm onları yazmaqda xəcalət çəkir. Bəlkə, bu halda zəmanəmizdə alim və cahillər tərəfindən qaldırılmış ziddiyyətlər və etirazlar qarşısında bəzi adamlar sarsıntıya uğramaz, onların yəqinlik (qənaət) və inamı daha da artar.
-
Nəbilərdən biri olmuş Nuh 950 il müddətində öz qövmünə yalvardı, onları əmniyyət və sülh vadisinə çağırdı, heç kəs onun çağırışını qəbul etmədi. Onun müqəddəs şəxsiyyətinə qarşı edilən əziyyətlər
gündən-günə şiddətlənirdi. Bu hal o dərəcəyə çatmışdı ki, heç kim Onun bu qədər cəfalardan sonra sağ
qalacağını ehtimal etmirdi. O, istehzalara məruz qaldı və bir çox kinayə oxlarına hədəf oldu. Necə ki buyurulur: «Ümmətinin əyan-əşrafı yanından ötüb-getdikcə onu məsxərəyə qoyurdular. Nuh onlara deyirdi: «Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də sizi, siz bizi məsxərəyə qoyduğunuz kimi, məsxərəyə qoyacağıq». Nuh bu minval ilə bir xeyli zaman öz məsləkdaşlarına təyin olunmuş vaxtda bir neçə dəfə zəfər vəd etdi. Vaxt yetişəndə isə İlahi Vəd baş tutmadı. Bu da ona səbəb oldu ki, Onun az olan əshabələrindən bəziləri Ondan üz çevirərək ətrafından uzaqlaşdılar.
Məşhur kitabların çoxunda yazılanlar buna sübutdur. Yəqin ki, bu kitabları Siz diqqətlə oxumusunuz. Oxumamısınızsa, şübhəsiz, oxuyacaqsınız. Nəticədə, bu kitablarda və rəvayətlərdə göstərildiyi kimi, Onun tərəfdarlarından 40 və ya 72 nəfər Onunla qaldı. Nəhayət, kitabların yazdığına və rəvayətlərə görə, Nuh artıq dözə bilməyərək:
“Ey Rəbbim! Yer üzərində bir nəfər belə kafir qoyma!” - deyə bir fəryad qopardı.
-
İndi Siz bir an bu adamların inadcıllığı üzərində düşünün. Bu adamlar nə üçün bu müddət ərzində belə e’tiraz edərək Ondan uzaqlaşdılar? Nədən bu insanlar rədd və inkar göynəyini atıb, qəbul və iman əbasını
geymədilər və nə hikmətlə Tanrı Vədləri həyata keçmədi və bir neçə mömin Ondan üz çevirmişdi? Bu barədə çox dərin düşünmək lazımdır. Təki, görünməz şeylərin sirlərinə vaqif olasınız. Həqiqət bağçasının mənəvi ətirlərini qoxulayasınız və aydınlığın qaranlıqdan, doğrunun əyridən, haqqın batildən, hidayətin zəlalətdən, xoşbəxtliyin bədbəxtlikdən və gülün tikandan fərqləndirilməsi üçün Tanrının insanları imtahana çəkdiyini aydın görüb anlaya biləsiniz. Necə ki buyurur: «Əlif, Lam, Mim» «İnsanlar (möminlər) yalnız: «İman gətirdik!» -
demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?».
-
Nuhdan sonra Hudun camalının nuru bu maddi aləmin üfüqündən parladı. Hud, deyilənlərə görə, 700 il müddətində xalqı Zülcamalın (Allah) Yaxınlıq Cənnətinə dəvət elədi. Bu müddət ərzində saya gəlməz bəlalar Onun üzərinə tünd yağışlar kimi yağdı. Dəvət artdıqca inkar da artdı, səy çoxaldıqca qarşıdurma da şiddətləndi:
«...Kafirlərin küfrü onların ancaq ziyanını artırar!»
-
Ondan sonra Salehin mübarək şəxsi mənəvi aləmin görünməz Cənnətindən peyda oldu. O da xalqı Allaha yaxın olmaq üçün şəriətə dəvət etdi. O, yüz ildən artıq bir müddətdə xalqı Tanrının buyurduğu şeyləri etməyə və qadağan etdiyi şeylərdən çəkinməyə çağırdı. Lakin onun bütün səyləri, nəsihətləri nəticəsiz qaldı. Belə vəziyyət qarşısında qalan Saleh bir neçə dəfə xalqdan uzaqlaşaraq tənha bir guşədə yaşadı. O Camali-Əzəlin xalqı Allahın Mədinəsinə dəvətdən başqa məqsədi yox idi. O dedi: «Ey çamaatım! Allaha ibadət edin. Sizin Ondan
başqa heç bir Tanrınız yoxdur».
Buyurulduğu kimi, bir az sonra da: «Onlar dedilər: Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiklərinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barəsində şəkk-şübhə içindəyik», - buyurulmuşdur. Bütün bunlar bir fayda vermədi və nəhayət, fəryadla onların
hamısı cəhənnəm oduna qaytarıldı.
-
Ondan sonra Tanrının Dostu olan İbrahimin gözəl camalı örtük arxasından göründü, yəni hidayət bayrağı dalğalandı. O, yer üzündəki insanları möminlik işığına dəvət etdi. O nə qədər nəsihət verdisə də onlarda qısqanclıq və qəflətdən başqa bir şey əldə edə bilmədi. Lakin yalnız o adamlar dünyəvi şeylərdən uzaqlaşdılar ki, inam qanadlarıyla uçaraq xalqın dərk etmədiyi məqama ucaldılar. Atəş rəvayəti sona yetdikdən sonra, bütün risalə və
kitablarda yazıldığı kimi, Tanrının insanlar arasındakı bu çırağını — Həzrət İbrahimi məmləkətdən çıxartdılar.
-
Onun dövrü bitdikdən sonra Musanın növbəsi gəldi. Və O Həzrət Əmr Əsasıyla, Allahı tanımaq işığı ilə, Allahın Şövkət və Qüdrət əjdahasıyla Onun məhəbbət dağından, Nur Sinası tərəfindən Zühur meydanında zahir oldu. O, bütün yer üzündəkiləri ölümsüz həyat Səltənətinə və Vəfa Ağacı meyvələrinə çağırdı. Şübhəsiz ki, Firon ilə qövmünün necə Ona qarşı çıxdıqlarını və müşriklərin şəkk-şübhə daşı atdıqları barədə eşitmisiniz. Nəhayət, Firon və qövmü o qədər azğınlaşdılar ki, Tanrının bu Ağacının atəşini saxtalıq və üzüdönüklük suyu ilə söndürməyə qalxdılar. Fəqət onlar İlahi Hikmət atəşinin maddi su ilə və İlahi Qüdrət işığının şiddətli küləklər ilə söndürülməyəcəyi həqiqətindən xəbərsiz idilər. Xeyr, əksinə, bu kimi hallarda su atəşin alovlanmasına və külək işığın şölələnməsinə səbəb olur. Kəskin bir göz ilə baxıb, Tanrı rizasının yolu ilə getsəniz, bunun belə olduğunu görərsiniz. Bu münasibətlə Ulu Tanrının Özü həbibinə - Həzrət Məhəmmədə nazil etdiyi Kitabda anlatdığı kimi, Firon ailəsinə mənsub bir mömin nə qədər gözəl demişdir:
«Firon ailəsindən olub, imanını gizli saxlayan bir kişi dedi: «Məgər siz bir adamı: «Rəbbim Allahdır!» - deməyinə görə öldürəcəksiniz?! Halbuki o, Rəbbinizdən sizə açıq - aşkar möcüzələr gətirmişdir. Əgər o yalan deyirsə, yalnız öz əleyhinədir; yox əgər doğru danışırsa, onun qorxutduğu əzabın bir qismi sizə toxunar. Şübhəsiz ki, Allah həddini aşanı və yalançını doğru yola müvəffəq etməz». Nəhayət, zülmdə o qədər irəli getdilər ki, bu mömini yaman işkəncələrlə şəhid etdilər. Tanrının Lənəti zalım qövmün üzərinə olsun.
-
İndi bu işlər barədə düşünün. Bu qarşıdurmanı doğuran səbəblər nə idi? Həqiqi Tanrı Zühurunun Dünya xalqları içərisindən seçilmiş Peyğəmbərləri, bütün Səmavi Kitablarda yazıldığı kimi, Özlərindən sonra bir başqa Peyğəmbərin də gələcəyini insanlara xəbər verib, Onların əlamətlərini də bildirdiyi halda, bu kimi etirazlar və çəkişmələr nədən olub? Onda nə üçün insanların gələcəyi müjdələnən Müqəddəs Məzhərlərin gözlənilməsinə və Müqəddəs Kitablarda Onların əlamətlərinin göstərilməsinə baxmayaraq, bütün dövrlərdə Tanrı Peyğəmbərlərinə və Nəbilərinə belə təcavüzlər, təzyiqlər və zülmlər edilməkdə idi? Neçə ki buyrulmuşdur: «...Hər dəfə ürəyinizə yatmayan bir əmrlə gələn Peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə də Onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz»
-
Düşününüz, insanların belə davranmasına səbəb nə idi? Zülcəlalın Çamalını əks etdirən bu Tanrı Elçilərinə nə üçün belə münasibət bəslənirdi? Burası həqiqətdir ki, o dövrlərdə insanların haqdan üz çevirməsinə və haqqa göz yummasına səbəb nə idisə, indi də bəndələrii qəflətinə səbəb odur. Desək ki, Tanrının dəlilləri tam və mükəmməl deyildi və insanlar da bu səbəbdən etiraz edirdi, onda bu açıq bir küfr olardı. Necə ola bilər ki, Tanrı xalqı doğru yola yönəltmək üçün Öz qulları arasından birisini seçir və ona kifayət qədər tam sübutlar vermir və eyni zamanda insanları Ona inanmadıqları üçün cəzalandırır. Çünki Allahın Kərəmi, fəzli Məzhərləri göndərmək vasitəsilə yaranmışlara çatdırılıb. Bir an belə olmamışdır ki, rəhmət
yağmurları Onun inayət buludundan yağmamış olsun. İnsanların belə çirkin davranışlarına səbəb təkəbbür və qürür vadisində addımlamaları, qəriblik çöllərində azmaları, öz xülya və uydurmalarına tabe olmaları və öz üləmalarından eşitdiklərini həqiqət sanmalarıdır. Onların əsas qayğısı etiraz etmək, yeganə arzusu həqiqətə göz yummaqdır. Dərk edən hər bir adama məlumdur ki, insanlar həqiqət Günəşi Məzhərinin hər bir zühuru zamanı öz gözlərini, qulaqlarını və qəlblərini hər gördüklərindən, eşitdiklərindən və duyduqlarından təmizləmiş
olsaydılar, Tanrı Camalından və Qüdsiyyət Zühurunun vüsalından məhrum olmazdılar. Nə etmək olar ki, bu cür adamlar Tanrının dəlillərini öz bilgiləri və din xadimlərindən aldıqları bilgilərlə eyni tərəziyə qoyduqda və Tanrı
dəlillərinin öz məhdud ağıllarına uyğun gəlmədiyini görəndo bu cür yaramaz hərəkətlərə yol verirdilər.
-
Bütün tarix boyu insanların əbədi qurtuluş dənizinin sahillərinə çatmasına əngəl törədənlər zamanın din alimləri olmuşlar. Xalqı idarə etmək cilovu bu sinfin əlində olmuşdur. Onların bəziləri ya hakimiyyət hərisliyindən, ya biliksizlik üzündən xalqı daim haqdan uzaq saxlamışlar. Onların izni və fitvaları ilə Tanrının hər bir Peyğəmbəri şəhidlik şərbətini içərək uca İzzət Üfüqünə uçmuşdur. Varlıq Sultanlarına və Məqsud
Cövhərlərinə zamanın hökmdarları və əsrin din xadimləri tərəfindən nə zülmlər edilməmişdir? Bu adamlar əbədi səadəti bu bir neçə günlük fani həyata fəda etmişlər. Belə ki, onların gözləri Sevgilinin Üzündə parlayan nuru görməmiş, qulaqları Arzu Quşunun Məlahətlə ötməsini eşitməmişdir. Bu səbəbdən bütün Səmavi Kitablarda zamanın alimlərindən bəhs edilmişdir. Və O deyir: «Ey kitab əhli, Allahın ayələrinə şahid olduğunuz halda, nə üçün inkar edirsiniz?» və «Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz?» Buyurduğu kimi, başqa bir yerdə də: «De ki, «Ey kitab əhli! Siz haqqa şahid
olduğunuz halda, nə üçün iman gətirən şəxsləri Allahın yolundan geri döndərməyə çalışırsınız?» - buyurulmuşdur. Aydındır ki, xalqı düzgün yoldan azdıran «kitab əhli» o zamanın ruhaniləridir və Tanrının Gözü ilə baxarsınızsa, onların əməllərinə bir çox ayə və hədislər də yazıldığını görmüş olarsınız.
-
İndi də İlahi baxışınızı Rəbbani bilik üfüqlərinə dikib, Tanrının nazil etdiyi kamil kəlamlar haqqında bir az düşününüz ki, çəlal pərdəsi arxasında və fəzl otağı içərisində gizli saxlanılan bütün ruhani hikmət sirləri sizə açıqlansın. İnsanların bütün eti-razları və mübahisələri onların idrakındakı və düşüncələrindəki çatışmamazlıqdan irəli gəlmişdir. Məsələn: haqq Camalını əks etdirənlər (yəni Peyğəmbərlər) gələcək Zühurun əlamətlərində buyurduqları bəyanatı dərk edə bilmədilər və Onun həqiqətini anlamadılar. Belə olanda fəsad bayraqları qaldırılmış, fitnə ələmləri sancılmışdır. Burası bəllidir ki, əbədi bülbüllərin nəğmələrini və Mənəvi Göyərçinlərin kəlamlarını əzəli Şəxsiyyətlərdən başqa, heç kəs dərk edə bilməz. Zülm Qibtisi Ədl Sibtisinin şərabından məhrumdur. Kafir Firon Musanın Nurundan xəbərsizdi. Necə ki buyurulur: «Quranın ayələrinin mənasını Allahdan və ən bilikli alimlərdən
başqa heç kəs bilməz.» Buna baxmayaraq insanlar Kitabın həqiqi şərhini ilk mənbələrdən əxz etmir, Allahdan uzaq olanlardan soruşurdular.
-
Məsələn, Musanın dövrü bitib, İsanın Nuru ruhun dan yerindən dünyanı işıqlandıranda yəhudilər bir ağızdan etiraz edərək deyirdilər ki, Tövratda gələcəyi haqqında xəbər verilən Şəxs Tövratın qanunlarını müdafiə etməli və həyata keçirməlidir. Halbuki, bu Nasiri əhli olan cavan özünü Məsih adlandırıb Musanın ən böyük hökmlərindən olan şənbə və boşanma hökmlərini ləğv etmişdi. Tövratda yazılan, yəhudilərin gözlədiyi əlamətlər hələ həyata keçməyib. Allahın Nur doğuşları və Müqəddəs Məzhərləri Musadan sonra nə qədər Zühur ediblər. Buna baxmayaraq, hələ də yəhudilər öz nəfs pərdələri, şeytani xəyalları ilə gözləyirlər ki, dərk olunan əlamətlərlə xəyal etdikləri şəxs nə vaxt zahir olaçaqdır? Beləliklə, Allah onları günahlarına görə belə yaxalamış, onlardan
iman ruhunu belə almış, onları Cəhənnəmin odu ilə belə cəzalandırmışdır. Onun da yeganə səbəbi budur ki, onlar Tövratda yazılan Zühurun əlamətlərini anlamamışlar. Bu millət əlamətlərdən bəhs edən sözlərin həqiqi mənalarını qavraya bilmədiyindən və bu əlamətlər zahirən baş vermədiyindən İsanın Camalını tanımaqdan məhrum qaldı və Allahın hüzuruna yetişə bilmədi. Və Onun gəlişini bu günə qədər də gözləməkdə davam edir. Bütün hümmətlər qədim zamanlardan bəri bu cür uydurma düşüncələrə qapılaraq özlərini təmizlik və müqəddəslik bulaqlarından axan şəffaf sulardan məhrum etmişlər.
-
Bu sirləri örtən örtüyü qaldıraraq, Biz dostlardan birinin naminə nazil
olan lövhələrdə keçmiş Nəbilərə aid bəzi sözlərin mənasını Hicaz (ərəb)
dilinin gözəl nəğmələrilə yazmışdıq. İndi də Biz zati-alinizin xahişinə cavab
olaraq bu səhifələrdə həmin ayələri İraq ləhcəsinin (fars dilinin) lətif ahəngi
ilə təkrarlayırıq. Bəlkə, bu yolla uzaqlıq çöllərində susuz gəzənlər yaxınlıq
dənizinə yol tapar, ayrılıq çöllərində yol azanlar yaxınlıq və Vüslət Çadırına
yönələrlər. Beləliklə, yolu azdıran buludlar dağılsın, cahanı nurlandıran
hidayət günəşi can üfüqündən doğsun! Allaha küvənərək Ondan imdad diləyirəm ki,
bu qələmdən insanların ruhlarını dirildəcək şey axsın və hər bir kəs qəflət
yatağından qalxaraq, Birlik Bağçasında Tanrının iznilə qüdrət əli tərəfindən
əkilmiş Cənnət Ağacının üzərindəki yarpaqların xışıltısını duysun.
-
İdrak sahibi
olanlara aydın və məlumdur ki, İsa məhəbbətinin atəşi yəhudi məhdudiyyətinin
pərdələrini yandırıb. Onun hökmü müəyyən dərəcədə xalqı cəlb etdi. Bir gün
həzrət İsa bəzi əshabələrinə ayrılıq sözünü xatırlatdı və şövq atəşini
alovlandırdı və buyurdu ki, mən gedirəm və yenə gələcəyəm. Başqa bir münasibətlə
də: «Mən gedirəm və Məndən sonra bir başqası gələcəkdir, Mənim söylədiklərimi
tamamlayacaqdır»,-dedi. Bu iki söz həqiqətdə bir sözdür. Birlik Məzhərlərinə
Tanrı gözüylə baxmış olsanız, bunun belə olduğuna sağlam inam hasil edərsiniz.
-
Əgər mənəviyyat gözüylə baxılsa, həqiqətən Xatəmin əhdində (həzrəti
Məhəmməd) İsanın həm Kitabı, həm də Əmri sübut oldu. Ad bəhsinə gəlincə Həzrətin
Özü: «İsa Mənəm», - buyurmuşdur. O, İsanın əsərlərini və yazılarını da təsdiq
edərək, onların Tanrıdan gəldiyini bəyan etmişdir. Bu mənada nə Onların Özləri,
nə də yazıları arasında fərq görülmür. Çünki hər ikisi Allahın əmri üçün qiyam
edib, və hər ikisi Tanrının zikrini söyləyib və hər ikisinin Kitabı eyni ilahi
Əmrin buyurduqlarını bildirəndir. Belə ki İsa Peyğəmbər Özü: «Mən gedirəm və
yenə gələcəyəm», - buyurmuşdur. Günəşin özü bu xüsusda bir örnəkdir. Bu günün
Günəşi: «Mən dünənin Günəşiyəm»,- deyirsə, doğru söyləmiş olur. Zamanın
ardıcıllığını fikrində tutub deyərsə ki, Mən dünənin Günəşi deyiləm, yenə doğru
söyləmiş olar. Günlər də onun kimidir. Bütün günlərin eyni gündən başqa bir şey
olmadığı iddia edilirsə, bu iddia yerində və doğrudur. Yox əgər deyilsə ki,
onlar bir-birindən adına və necəliyinə görə fərqlənir, bu da doğrudur.
Görürsünüz ki, günlər eyni gündən başqa bir şey olmamaqla bərabər, hər bir günün
özünə görə ayrı bir adı, başqa bir vəsfi, ayrı bir xüsusiyyəti vardır ki,
başqalarında bu tapılmaz. Müqəddəs Məzhərlər arasındakı ayrılıq, başqalıq və
birlik məqamlarını da eyni izah və qaydaya görə anlayınız. Belə ki, o adlar və
sifətlər yaradıcısının birlik və başqalıq məqamlarıyla bağlı sözlərindəki gizli
mənaları dərk edib, işin həqiqətinə vaqif olsanız, Əzəli Camalın nə səbəbdən
müxtəlif sıralarda başqa-başqa ad və ünvan almaqda olduğu haqqındakı sualınıza
tam bir cavab tapa bilərsiniz.
-
Sonradan İsanın əsabələri və şagirdləri Qayıdış və Zühurun əlamətlərinin
nələr olduğunu və bu hadisələrin nə zaman baş verəcəyini Ondan soruşdular. Eyni
sualı müxtəlif hallarda bir neçə dəfə O misilsiz Camala verdilər. Həzrət İsa hər
dəfə Qayıdış və Zühurun yeni əlamətini bəyan edirdi. Bu barədə dörd «İncil»də
yazılmışdır.
-
Mən məzlum müxtəlif
münasibətlərlə əlamətlərə dair İsanın verdiyi cavablardan birini Tanrı rizası
üçün burada anladaraq, Müqəddəs Ağacın xəzinəsində gizlədilmiş nemətləri Tanrı
qullarına açmaq istərdim. Belə ki, fani bəndələr Əbədiyyət Meyvəsindən məhrum
olmasınlar və Zülcəlal Həzrətlərinin Dar-üs-Salam deyilən Baqdad şəhərində
axıtdığı Əbədiyyət Suyundan bir neçə damcıya qovuşa bilsinlər. Biz bununçün nə
mükafat, nə də təşəkkür gözləyirik: «Biz sizi ancaq Allah rizasından ötrü
yedirdirik. Biz Sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik».
Haqqında bəhs edilən bu yemək aydın ruhu və təmiz qəlbi olanları əbədi həyata
qovuşduran bir yeməkdir. Bu yemək: «Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən bir
süfrə nazil et...»,
ayəsində göstərilən yeməkdir. Bu qida heç bir vaxt buna layiq olanlardan
əsirgənilməz və əsla tükənməz. Bu qida hər zaman Mərhəmət Ağacında bitir və
bütün fəsillərdə rəhmət və ədalət Göylərindən enir. Necə ki buyrulur:
«Pak kəlmə pak ağac
kimidir ki, onun kökü sabitdir, budaqları
göyə
çəkilib, meyvəsini heç
zaman
əsirgəməz».
-
Yazıq o
kəsdir ki, özünü bu
gözəl
hədiyyədən uzaq tutar, bu daimi nemətdən və bu əbədi həyatdan məhrum qalar.
İndi o bu mənəvi nemətin qədrini bilməlidir ki, bəlkə, həqiqət
Günəşinin
heyrətedici lütfləri sayəsində ölmüş cəsədlər təzə bir həyat tapa və solmuş
ruhlar hüdudsuz ruhun təsiri ilə yenidən dirilə. Ey Qardaşım! Can bədəndə ikən
Əbədiyyət Qədəhlərindən dadmağa
çalış, çünki çan mehi hər zaman Canan Şəhərindən əsməz, Bəyan Nəhrləri daima
axmaz, Cənnət qapıları daima açıq qalmaz.
Gün
gələr, Cənnət Bülbülləri bu bağçadan
çıxıb İlahi yuvalara
gedər.
O zaman Bülbülün nəğməsini
eşidə bilməzsən və
gülün
Camalını görə
bilməzsən. Bu halda Əbədiyyət
Göyərçinin
eşq və həvəslə ötməkdə və Tanrı baharı yer üzünü
gözəllikləri
ilə bəzəməkdə ikən bu fürsəti qənimət bilərək qəlbinin qulağını
Onun nəğmələrini
dinləməkdən məhrum etmə. Budur Mənim öyüd-nəsihətim Sizlərə və Allahın
sevdiklərinə. İstəyən qəbul edər, istəməyən rədd edər. Tanrının
görülüb
müşahidə edilən şeylərə ehtiyacı yoxdur.
-
Budur
İncil
bağçasında
sonrakı Zühurun əlamətlərini lətif bir səslə tərənnüm eyləyən Məryəm oğlu
İsanın sözləri! Matveyə aid edilən birinci
Kitabda yazıldığına
görə,
öz Gələcək
Zühurunun əlamətlərinin nə olduğu
sualına İsa belə cavab vermişdir: «O qaranlıq günlərdən dərhal sonra günəş
qaralaçaq, ay öz işığını
verməyəcək, ulduzlar
Göydən
düşəcək,
Yerin qüvvəti sarsılacaqdır... O zaman İnsan Oğlunun
əlaməti göydə
görünəcək;
o vaxt yer üzünün bütün qəbilələri ahnalə edəcəklər
və İnsan Oğlunun
göyün
buludları üzərində qüdrət və böyük izzətlə gəldiyinigörəcəklər. Və O Öz Mələklərini gur səsli şeypur ilə göndərəcək.» Bu ibarənin farsçatərcüməsi belədir: Zülm və bəla bütün insanlara
gəldikdən sonra günəş öz nurunu saçmayacaq, yəni qaralacaq, ay öz işığını
verməyəcək,
göy
ulduzları yer üzünə düşəcək
və yerin dirəkləri sarsılacaq.
O zaman insan oğlunun
əlamətləri göydə
görünəcək,
yəni gələcəyi
vəd olunan Zatın və varlıq
cövhərlərinin
Camalı bu əlamətlərdən
sonra görünməzlik
səltənətindən
görünən
aləmə gələcəkdir. Buyrulur ki, o anda yer üzündə olan bütün qəbilələr fəryad və
fəqan edəcəklər
və xalq o Tanrı Birliyi Camalının bulud üzərində Qüdrət, Əzəmət və böyük
Comərdliklə göydən
gəldiyini görəcəklər,
o vaxt O Öz mələklərini böyük şeypur səsilə göndərəcəkdir.
Lukaya, Marka və Yühənnaya aid edilən o biri üç Kitabda (İncil)
da eyni ibarələr vardır. Ərəbcə
lövhələrdə bunların
geniş
bəhsi verildiyindən onları burada təkrarlamadıq; yalnız onlardan birini
anlatmaqla məhdudlaşdıq.
-
Xristian alimləri bu sözlərin həqiqi mənalarını və bu kəlmələrdə ifadə
edilən rəmzləri anlamayıb, zahiri mənalarını əsas kötürdüklərindən Məhəmməd
feyzinin şəriətindən və Əhməd fəzlinin buludundan məhrum olmuşdular. Digər
tərəfdən xristian icması
içərisindəki
cahil xalq da
öz din alimlərinə baxıb Cəlal Sultanının Camalını ziyarətdən məhrum qalmışdır.
Belə ki, Əhməd
Günəşinin
Zühurunda, yəni həzrət Məhəmmədin Zühurunda belə əlamətlər meydana
gəlmədi.
Beləliklə, əsrlər və dövrlər
gəlib
keçdi. O Ruh Cövhəri Özü Əbədi Səltənət yerinə döndü. Bir daha ruhani bir şəxs
Allahın Sur şeypurunu üfülədi və ölü nəfslər qəflət qəbirlərindən, azmış
yollarından hidayət məhəlləsinə gəldilər. O tayfalar vədə verilmiş əlamətlərin
nə vaxt zahir olacağını
hələ də gözləyir ki, onun yolunda
canlarını,
mallarını fəda etsinlər. Başqa ümmətlər də belə bir yanlış, şübhəli düşüncələrlə
Allahın tükənməyən rəhmət Çeşmələrindən məhrum olub öz xəyalları ilə məşğuldurlar.
-
Bu
cümlədən
başqa İncildə
bir də bu ayə var: «Göy
və yer dağılar,
amma Mənim sözlərim yox olmaz».
Buna görə
də İncil
əhli İncil
şəriətinin heç bir zaman məhv olmayacağını
söyləyir. Bu
cəhətdən «İncil»
əhli deyirdi ki, «İncil»in
hökmü heç vaxt batil olmayacaq
və nə zaman başqa bir şəxs «İncil»də
olan əlamətlərlə
gəlsə,
gərək bütün aləmdə yayılıb həmişəlik olana qədər o dinin hökmünü icra
edə. Bu onların təməl etiqadlarındandır. Və onların tam qənaətinə
görə
bir Kimsə «İncil»də
yazılmış bütün vəd olunmuş əlamətlərlə Zühur etsə və «İncil»in
hökmlərindən hər hansı birinə əks
çıxsa, onlar belə bir Kimsəni
tanımamalı, bəlkə də, Onu kafir elan etməli, məsxərəyə qoymalıdırlar. Necə ki
Məhəmməd Günəşinin doğuşunda da belə oldu. İndi əgər Allahın Müqəddəs
Kitablarında yazılan bu kəlmələrin mənasını hər Zühurda o Zühur sahibindən
soruşsaydılar, mütləq ki, Allahın Zühuruna və hikmətli elm sirlərinə vaqif
olardılar.
-
İndi bu bənddə Mən bu kəlamların mənasını bir qədər aydınlaşdıracağam.
Ta ki idrak və göz sahibləri onun mənasından, Allahın Məzhərlərinin
buyurduqlarında olan işarələrə vaqif olaraq sifət, ad dənizinin kəlmələrinin
heybətindən məhrum qalmayıb, Allahın zatının təcəllisi olan Çıraqlarından
hicablanmasınlar.
-
Buyurulduğu kimi, «O günlərin sıxıntısından dərhal sonra» sözlərinə
gəldikdə isə, bu o zamana işarədir ki, insanlara zülm və təzyiq ediləcək,
həqiqət Günəşinin izləri və hikmət Ağacının meyvələri insanlar arasında yox
olacaq, xalqın cilovu cahil və nadanların əlinə düşəcək, insanın yaranmasında
əsas qayəni təşkil edən birlik və Tanrını tanımaq qapıları qapanacaq, elm
şübhəyə çevriləcək və hidayət əxlaqsızlığa yer verəcək. Necə ki bu hal bu gün
baş verir; hər bir zümrənin cilovu bir cahilin əlinə düşmüş, cilovunu əllərində
tutanlar xalqı istədikləri kimi idarə edirlər. Onların arasında Məbuddan ad,
Məqsuddan isə bir ləfz qalmışdır. Xudbinlik və hərislik küləkləri o dərəcədə
hakim kəsilmişdi ki, daxillərindəki ağıl (idrak) və vicdan işığı sönmüşdür.
Halbuki, Tanrı qapıları, Rəbbami qüdrət ilə açılmış el işığı və müqəddəslik
mərhəməti bütün yaradılmışların cövhərlərini çox işıqlandırıb və ruhlandıraraq
doğru yola yönəltmişdir. Belə ki hər şeydə bir elm qapısı açılmış, hər zərrədə
Günəşin izləri izhar edilmişdir. Dünyanı bürüyən bütün bu elm təzahürlərinə
baxmayaraq, bilik qapısını hələ qapalı bilir və mərhəmət yağmurlarını hələ
kəsilmiş sayırlar. Onlar elmin sağlam ipini buraxıb, zənnə qapılmışlar.
Anlaşılan bilik və biliyin qapısına binadan etibar etməmişlər: O bilik
qapısının zühuru haqqında belə düşünməmişlər, çünki zənn və xəyalda çörək qapısı
görmüşlər, elm Məzhərinin uğrunda isə canları fəda etməkdən başqa bir yol
yoxdur. Ona görə də təbii ki, onlar birincidən möhkəm yapışmış, ikincidən isə
uzaq qaçmışlar. Tanrı hökmünün tək bir hökm olduğuna ürəklərində etiraf
etdikləri halda hər tərəfdən bir hökm və hər məhəllədən bir əmr gəlir. İki adam
eyni qanun haqtında bir razılığa gələ bilmir, çünki onlar öz nəfslərindən başqa
bir ilahi axtarmırlar, xəta yolundan başqa bir yol seçmək istəmirlər. Rəhbərlik,
onların fikrincə, əldə edilə biləcək ən böyük qayə, təkəbbür və qürur isə istək,
arzuların ən yüksək nailiyyətidir. Onlar öz hiylələrini Rəbbani təqdirlərdən
üstün tutmuş, təslim və itaətkarlığı rədd edərək, tədbir və riyakarlıqla məşğul
olmuşlar. Onlar şövkətlərinə bir əksiklik və izzətlərinə bir xələl gəlməsi
qorxusuyla bütün imkanlarını toplayaraq vəziyyətlərini mühafizə etməyə
çalışırlar. Tanrı mərifətilə sürmələnib işıqlanmış bir gözlə ətrafa baxılsa, bir
dəstə yırtıcı heyvanın birləşərək insan leşləri üzərinə daraşdığı görünər.
-
İndi hansı təzyiq və
sıxıntı bu deyilənlərdən daha böyükdür: həqiqəti arayıb Tanrını tanımaq istəyən
bir kimsənin bunun üçün harasa gedə bilməyəcəyindən və onu kimsədən soruşa
bilməyəcəyindən daha yaman bir sıxıntı ola bilərmi? Fikirlərin bir-birinə uyğun
olmadığından və yolların bir-birindən ayrıldığını görən belə bir şəxs çaşıb
qalır. Bu təzyiq və sıxıntı hər Tanrı Zühurunun əlamətlərindəndir. Bunlar baş
vermədikdə həqiqət Günəşi doğa bilməz. Bunun üçündür ki, bütün rəvayətlərdə və
hədislərdə bu şeylər, yəni küfrün dünya üzünü bürüyəcəyi və bəşəriyyətin
qaranlıqda boğulacağı və buna bənzər şeylər söylənilmişdir. Hədislərin
məşhurluğu və arzumun qısa olmasını nəzərə alaraq həmin hədislərin mətnlərindəm
burada misal gətirməkdən çəkindim.
-
Əgər insanlar öz
xəyallarıyla bu daralmanı dünyanın daralması və ya buna bənzər bir şey kimi
təsəvvür edirlərsə, bu heç vaxt baş verməyəcək və onlar lazım gələndə deməli
olacaqlar ki, bu şərt yerinə yetirilməmişdir. Necə ki, onlar bu barədə demişlər
və indi də deyirlər. Qısası, «darlıq» dedikdə İlahi Biliyin darlığı və İlahi
kəlamların dərk edilməməsi nəzərdə tutulur. Günəşin
və Günəşi əks etdirən Aynaların batması zamanı insanlar, dediyimiz kimi, darlıq
və çətinlik içərisinə düşərək kimə tərəf
yönələcəklərini
bilmirlər. Buna görə biz sənə bu kəlamların mənasını dərk etmək imkanı verir və
Müdriklik sirrini sənə açırıq ki, onun mənasından xəbərdar olasan, İdrak və
Müdriklik piyaləsindən içənlərdən biri olasan. Ona
görə
hədislərin mənasını öyrədir, hikmətin sirlərindən səni xəbərdar edirik ki,
məqsədinin nə olduğunu
bilib, elm və irfan qədəhindən içənlərə qoşulasan.
-
«Günəş qaralaçaq, Ay işığını
verməyəcək,
ulduzlar göydən
düşəcəklər»
kəlamı haqqında Peyğəmbərlərin sözlərində olan «Günəş»
və ya «Ay» təbirlərindən məqsəd heç də göydəki
Günəş
və Ay deyildir. Əksinə, Peyğəmbərlər bu təbirlərə bir çox mənalar vermişlər.
Mənalar yerinə görə müxtəlifdir. Məsələn,
günəşin
bir mənası əzəli doğuşdan
yüksələrək bütün varlıqlar üzərinə işıq və hərarət saçan həqiqət
Günəşidir.
Bu həqiqət Günəşləri Tanrının sifətləri və isimləri aləmindəki Külli
Məzhərlərdir. Necə
ki Göy,
Günəş həqiqi Məbudun Əmrilə meyvələr, ağaclar, rənglər, minerallar və sair kimi
mövcud aləmdə olan maddi şeylərin inkişafını mümkün edirsə, eləcə
də birlik ağacları, təklik meyvələri, təcrid yarpaqları, elm və iqan çiçəkləri,
hikmət və bəyan reyhanları da Mənəvi Günəşin sayəsində inkişaf edir. Bunun
üçündür ki, bu Günəşlər doğanda
dünya yeniləşir, əbədi həyat suları axır, ehsan dənizi dalğalanır,
mərhəmət buludları
göy
üzünü örtür,
comərdlik
yelləri bütün varlıqlar üzərində əsir. Bu İlahi Günəşlərin hərarət və mənəvi
atəşindən dünya təməlində Tanrı Sevgisi hərarəti hasil olur. Bu mücərrəd
ruhların inayəti ilədir ki, əbədi həyat ruhu ölülərin
cəsədlərinə
üflənir. Göydəki
günəş əslində bu mənəvi Günəşin Əzəmət və
Camalını
əks etdirən işarədən başqa bir şey deyildir. Bu Günəş şəriki, bənzəri və rəqibi
olmayan bir Günəşdir. Bütün varlıq bu Günəşlə mövcuddur.
Bütün varlıq Onun feyzindən meydana
gəlir
və hər şey Ondan çıxır və yenə Onun əmr xəzinəsinə dönür. Bütün yaranmışlar
Ondan başlamış və yenə Onun hökm dəfinələrinə dönmüşdür.
-
Eşitmiş və eşitməkdə olduğunuz
kimi, bu mənəvi Günəşlərə bəzi ad və sifətlərin təyin edilməsi zəif, naqis
ağılların dərk etməsi məqsədilə Onlar haqqında bir fikir vermək üçündür. Yoxsa
Onlar hər isimdən uca və hər vəsfdən ali olmuş və olmaqda davam edəcəkdir. İsim
özü Onların müqəddəs sahəsinə yol tapa bilməz, sifət cövhəri Onların İzzət
Səltənətinə ayaq basa bilməz. Nə mümkündür ki, Tanrının dostları öz nəfslərindən
başqa bir şey vasitəsilə vəsf edə bilsin və nə də mümkündür ki, Ulu Tanrının
Peyğəmbərləri özlərindən başqa bir şeylə tanına bilsin. Onlar qulların hər
vəsfindən üstün, hər anlağından
ucadırlar.
-
Günəş
təbiri İsmət əhlinin sözlərində Tanrı Peyğəmbərlərinin bu nurlu birlik
örnəkləri üçün çox tətbiq edilmişdir. Həmin təbirlər içərisində «Nütba»
duasında yazılmış aşağıdakı sözlər: «Haradadır
doğan günəşlər?
Hara
getdi
nurlu aylar? Necə oldu parıldayan ulduzlar?» - deyilir. Demək ki, Günəş, Ay və
Ulduz təbirlərində məqsəd ilk öncə
nəbilər, vəlilər, onların dostları və əsabələridir.
Görünən
və görünməyən aləmlər bunlardakı elm və irfan nuru ilə aydınlanır.
-
Başqa bir anlamda da bu təbirlərdən məqsəd sonrakı Zühur zamanında
yaşayıb, xalqın din cilovunu əllərində saxlayan əvvəlki Zühur üləmalarıdır.
Bunlar həqiqət Günəşinin sonrakı Zühurunda o Günəşin işığı ilə nurlanırlarsa,
Tanrı yanında məqbul olub işıqlanacaqlar,
əks təqdirdə yol göstərən olsalar da, onlar nurlarını itirmiş hesab olunacaqlar.
Çünki küfr və iman, hidayət və dəlalət, xoşbəxtlik və bədbəxtlik, nur və zülmət
kimi vəsflər Tanrı Günəşinin təsdiqinə bağlıdır.
Qiyamət günündə
həqiqi irfan qaynağı
tərəfindən hər hansı bir din xadimi haqqında iman
hökmü
verilərsə, elm, riza, nur və imam vəsfləri o alim haqqında doğru olur. Əks
təqdirdə ona cəhalət, mənfilik, küfr və zülm damğası
vurulur.
-
Göy
günəşinin doğması
ilə bərabər ulduz işığının ortalıqdan silindiyini hər göz sahibi görür və bilir.
Onun kimi də Şəmse-həqiqət və Mənəvi Günəşin doğması nəticəsində zahiri elm,
hikmət və irfan günəşi yox olur və qaralır.
-
«Günəş»
Təbirinin din alimlərinə tətbiq edilməsi onların tutmuş olduqları yüksək məqam
və şan-şöhrətlərinə
görədir.
Əgər
onlar Tanrı Günəşinin ifadəçilərinə çevrilirlərsə, onda onlar yüksəlmiş günəşlər
hesab olunurlar. Əks təqdirdə onlar Siccin
günəşlərindən sayılırlar.
Necə ki, buyurulur: «Günəş və Ay cəhənnəmlikdir».
Bu ayədə adı çəkilən
«Günəş» və «Ay»dan məqsədin nə olduğunu hər halda bilirsiniz və bunu söyləməyə
gərək ki, ehtiyac olmasın. Bu cür Günəş və Ayın ünsüründən olan, yəni haqdan üz
çevirən hər kəs, həqiqətən də, Cəhənnəmdən gəlmiş və yenə ora qayıdacaqdır.
-
İndi, ey sual edən, Urvatil-Visxadan
yapışmalıyıq ki, zəlalətin qaranlıq gecəsindən çıxıb, hidayətin işıqlı sabahına
dönək, mənfinin kölgəsindən qaçıb, müsbətin kölgəsinə girək, Cəhənnəmin
atəşindən qurtulub, İlahi Camalın nuru ilə işıqlanaq. Bununla biz sizlərə İdrak
Ağacının meyvələrindən nemət veririk ki, Tanrı hikməti Cənnətində sevinc və
səadət ilə oturanlar zümrəsindən ola biləsiniz.
-
Başqa bir anlamda
«Günəş», «ay» və «ulduz» təbirlərindən məqsəd namaz və oruc kimi hər bir şəriət
sistemində mövcud qanunlar və təlimlərdir. Namaz və oruc Məhəmmədin Camalı bu
dünyadan köçdükdən sonra Quran şəriətindəki bütün ehkamların ən böyüyü və ən
sağlamı kimi qəbul edilmişdir. Bunun belə olduğuna bir çox hədislər və
salnamələr şəhadət edir. Hamıya yaxşı məlum olduqlarına görə, onların burada
anladılmasına ehtiyac yoxdur. Bəli, namaz hökmü hər bir dövrdə təsdiq edilmiş və
ümumiliklə icra edilmişdir. Bunun belə olduğuna Məhəmməd Günəşindən yayılan
işıqlar şahiddir.
-
Yazılı və
şifahi hədislər namaz hökmünün hər dövrdə göydən nazil olduğunu isbat etmiş və
onun hər bir dövrdə zamanın tələbinə cavab verəcək qədər dəyişdirildiyini
göstərmişdir. Hər bir əvvəlki Tanrı Zühurunun təsbit və təsis etdiyi sağlam və
parlaq adət və təlimlərin sonrakı Zühurda ləğv edildiyindən onlara rəmzi olaraq
«Günəş» və «Ay» adları verilmişdir. «Kimin əməlinin o birisinin əməlindən gözəl
olduğunu demək olar»
-
«Oruc ziyadır, namaz
nur» hədisində buyrulduğu kimi, hədislərdə də oruc və namaza «Günəş» və «Ay»
deyilir. Bir gün bir yerdə oturmuşdum. Tanınmış bir din alimi yanıma gəldi, bir
münasibətlə bu hədisdən söz açaraq «Oruc bədəndə hərarət yaratdığı üçün Günəşin
ziyasına, gecə namazı isə sərinlik verdiyi üçün Ayın nuruna bənzədilmişdir», -
dedi. Mən dərk etdim ki, zavallının Məna Dənizindən bir damla belə nəsibi
olmamış. O, Rəbb hikməti Sidrəsinin (ağac) atəşindən bir qığılçım belə əldə
etməmişdir. Bir müddət sonra böyük bir nəzakətlə: «Zati-alinizin bu hədisə
verdiyi məna dillərdə və ağızlarda deyilir. Bu hədisin başqa bir mənası da ola
bilər», -dedim. O bizdən soruşdu: «O nə ola bilər?» Biz cavab verdik:
«Peyğəmbərlərin möhürü və Allahın Elçilərindən ən görkəmlisi olan Məhəmməd,
Quranda nazil olmuş dini səmaya bənzətmişdir. Bu bənzətmənin səbəbi onun
yüksəkliyi, ucalığı və bütün dinləri əhatə etməsidir. Çünki göylərdə iki ziya
verən, yəni Günəş və Ay deyilən iki nurlu cisim başlıca hesab edilir. İslam
səmadır, Oruc onun Günəşi, namaz isə onun Ayıdır.
-
Xülasə, Tanrı Məzhərlərinin rəmzi sözlərindəki məqsəd budur. Beləliklə,
Günəş və Ay təbirlərinii yuxarıda qeyd edilənlərə tətbiqi müqəddəs ayə və
yazılı hədislərdə vəsf və təsbit edilmişdir. «Günəşin qaralıb, Ayın öz işığını
verməməsi və ulduzların göydən düşməsi», - sözlərinin mənası din alimlərinin
doğru yolu buraxıb, əyri yollara düşmələri və şəriət hökmələrinin tətbiq və icra
edilməsindən yayınmalarıdır. Bütün bunlar Tanrı məzhəri tərəfindən rəmzi bir
ifadə ilə əvvəlcədən xəbər verilmişdir. «Fəqət ən ləzzətli şərab qədəhindən
ancaq möminlər içər.»
-
Heç şübhə yoxdur,
əvvəlki Zühurun Səmasını bəzəyən təlim, ehkam, əmr və qadağanlar, «Ay» və
«Günəş» ki, o zamanın insanlarını ziyalandırmışdı, sonrakı Zühurda qaralır,
yəni hökmsüz və təsirsiz olur. İndi fikir verin, əgər «İncil» ümməti «Günəş»
və «Ay» təbirlərinin mənasını dərk edib, tərslik və inadlarından əl çəgərək bu
barədə İdrak Tanrısının Məzhərlərindən məlumat alsaydılar, bu təbirlərdəki
məqsədi, şübhəsiz ki, anlayar və indi olduğu kimi iztirab və ehtiras zülməti
içində qərq olmazdılar. Lakin onların biliyi İdrak Qaynağından olmadığı üçün
küfr və dəlalətin qorxunç vadisində məhv olmuşlar. Və hələ də bütün əlamətlərin
görünmüş olduğundan, vəd olunan Günəşin doğduğundan, əvvəlki bilik və ehkam
Günəşi ilə Ayının
artıq qaralıb batmış
olduğundan xəbərləri belə yoxdur.
-
İndi
«elm-əl-yəqin»
gözü
ilə, «eyn-əl-yəqin»
qanadları ilə «həqq-əl-yəqin»
yoluna ayaq bas və söylə: «Ey Allah, onları burax ki, düşdükləri bataqlıqda
ilişib qalsınlar».
Bu zaman sən əsabələr sırasına daxil olarsan ki, növbəti ayədə buyurulur: «Rəbbimiz
Allahdır», - deyərək, dayanıb durmuş kəslərə mələklər nazil olaçaq.»
Beləliklə, bütün sirləri öz
gözlərinlə
görəsən.
-
«Ey
qardaşım, Ruh addımını at ki, sən qəriblik və ayrılıq çöllərini bir göz
qırpımında keçib, yaxınlıq və vüsal cənnətinə girəsən və bir nəfəsdə səmavi
ruhlara qoşulasan. Sən insan addımları ilə heç vaxt bu sonsuz məsafəni keçə
bilməz və məqsədinə qovuşa bilməzsən. Salam olsun o kəsə ki, həqiqətə çatmaq
üçün həqiqət işığını özünə bələdçi tutar və həqiqi İdrak sahilində, əmr görpüsü
üzərində Tanrının adıyla durar.»
-
və Məqriblərin Rəbbinə and olsun ki, Biz, həqiqətən, qadirik»
ayəsinin mənası budur: haqqında danışılan Günəşlərdə doğma və batma (doğuş və
batış) yerləri vardır. Təfsirçi alimlər bu «Günəş»lərin rəmzi mənasını dərk edə
bilmədikləri üçün bu ayənin təfsirində aciz qalmışlar. Bəziləri Günəşin kuya
hər gün müxtəlif nöqtədən doğduğunu zənn etdiyi üçün «şərqlər» və «qərblər»
istilahları cəmdə işlənmişdir. Digər bir qisim təfsirçilərə görə isə bu ayədə
ilin dörd fəsli nəzərdə tutulur. Çünki ilin hər fəslində Günəş müəyyən nöqtədən
çıxdığı və digərində batdığı üçündür ki, «şərqlər» və «qərblər» deyilmişdir.
Onların biliklərinin nə qədər səthi olduğunu bundan anlamaq olar. Bununla
bərabər onlar bu bilgi cövhərlərində və hikmət örnəklərində nə qədər qüsur və
cəfənglər olduğunu israr edirlər.
-
Qiyamət
gününün əlamətlərindən olan «Göy Parçalanması» təbirinin mənasını da bu açıq,
kəskin və birmənalı izahatların işığı altında anlamağa çalışınız.
Buyurulur: «Göy parçalanaçağı
zaman».
Buradakı «Göy» təbirindən məqsəd din səmasıdır. Din səması hər Zühurda yüksəlir
və ondan sonrakı Zühurda parçalanır, yəni batil və hökmsüz olur. Tanrıya and
olsun ki, anlayanlar üçün o «Göy»lərin parçalanması, gözlə gördüyümüz göylərin
parçalanmasından daha mühüm hadisədir. Bir qədər düşünün: uzun müddət hakim
olmuş bir dinin içində böyümüş və inkişaf etmiş cəmiyyətdə hamı bu dinin gözəl
ehkamları ilə yetişmiş, öz ata və babalarından yalnız onun adını eşitmiş,
beləliklə də, gözlər yalnız onun nüfuzunu görmüş, qulaqlar yalnız onun
hökmlərini eşitmişdir. Elə bu zaman bir nəfər çıxıb bütün bunları Tanrı Qüvvəti
və Qüdrəti ilə bir-birindən ayırır, hətta hər şeyi rədd və məhv edir. İndi
düşünün: bumu daha böyükdür, yoxsa bu zavallıların «göy parçalanması»
təbirindən anladıqları hadisələrmi?
-
Sonra isə bu Tanrı Simalarının çəkdikləri zəhməti və həyatlarındakı
acılığı gözləriniz önünə gətirin. Onlar necə də tək başlarına, heç bir maddi
yardım olmadan, bütün bu müxalifət dünyasına qarşı Tanrı Əmrini həyata
keçirirdilər. O müqəddəs, inçə duyğulu və çox dəyərli varlıqlara nə qədər
işkəncə verilsə də, onlar var qüvvələri ilə səbir göstərir və bütün üstünlüklərə
malik olduqları halda hər bəlaya qatlaşırdılar.
-
«Ərzin dəyişməsi»
təbirini də eyni vəchlə anlamağa çalış. Bil ki, rəhmət buludu hər hansı bir
qəlbin üzərinə lətif bir yağış çiləsə, o qəlb mərifət və hikmət yerinə
çevrilər. Onların könül baqçalarında hansı birlik reyhanları bitməz? Onların
nurlu sinələrində neçə həqiqi birlik və müdriklik çiçəkləri yetişmişdir. Onların
qəlbləri dəyişməmiş qalsaydı, necə ola bilərdi ki, bir hərf belə öyrənməyən,
müəllim üzü görməyən, məktəbə ayaq basmayan insanlar heç kimin dərk edə
bilmədiyi sözləri ifadə etsinlər və hamını heyrətə gətirən bilik nümayiş
etdirsinlər. Sanki Onlar Əbədi Bilik Torpağından yaranmış və İlahi Müdriklik
Suyu ilə yoğrulmuşlar. Ona görə də deyilmişdir: «Elm elə bir nurdur ki, Tanrı
onu istədiyi adamın qəlbinə salar». Əsasən məqbul olan elm də budur. Bu elə bir
elmdir ki, həmişə və indi də dəyərləndirilir. İnsanların bəzən bir-birindən
oğurladıqları və başqaları qarşısında onunla öyündükləri pərdələnmiş və qaranlıq
zehnin məhsulu olan elm elm deyil.
-
Nə olaydı,
insan tərəfindən yaradılmış məhrumiyyətlər və qaranlıq düşüncələrin hamısı
zehinlərdən silinəydi. Onlar həqiqi elm və mərifətin günəşi ilə nurlanar və
İlahi hikmətin sirlərini anlayaydılar. İndi bax, əgər bu yaranmışın bəhrəsiz
torpağı dəyişməmiş qalsaydı, Tanrı Birliyinin sirləri onda necə Zühur edər və
Tanrı mahiyyəti necə aşkar olardı? Bunun üçün də buyrulmuşdur: «Bir gün yer
başqa bir yerlə əvəz olunaçaq».
-
Zühurun sirləri
üzərində dərin düşünsəniz, bu gün bu maddi ərzdə də Varlıq Sultanının comərdlik
mehi ilə dəyişikliyini müşahidə edərsiniz.
-
İndi
bu ayənin mənasını anlamağa çalışın: «...Qiyamət güiü yer bütünlüklə Onun
ovcunun içində olacaq və Onun sağ əli ilə büküləcəkdir. Allah müşriklərin xəyal
etdikləri sifətlərdən tamamilə uzaq və ucadır.» İndi bir az insaflı olmaq
lazımdır. Əgər məqsəd bu insanların anladığı gimi olsa, bundan nə gimi fayda ola
bilər? Bundan başqa, insan gözünün görə bildiyi hec bir əl bu işləri bacara
bilməz, bacarmadığı üçün də belə bir Tanrı zatına aid bir əl ola bilməz. Əksinə,
belə bir şeyin ola biləcəyini ehtnmal etmək yalnız küfr və iftiradır. Əgər
Qiyamət günündə bü işləri icra etməyə Tanrı Məzhərlərinin məmur olaçağı
söylənilirsə, bunlar da həqiqətə uyğun deyil və faydasızdır. «Ərz» təbirindən
məqsəd elm və mərifət ərzi, «göylər» təbirindən məqsəd isə Din Göyləridir.
Görün ki, bundai əvvəl yayılan elm və mərifət ərzi indi neçə qüdrət və iqtidar
ovcunun içinə yerləşib; qəlblərdə necə də təzə və misilsiz bir ərz yayılmışdır,
necə yeii-yeni, tər reyhanlar və çiçəklər, əzəmətli və möhtəşəm ağaclar aydın
könüllərdə bitmişdir.
-
Həmçinin, baxınız, bundan öncə yüksələn dinlərin göyləri, Onun Qüdrətli
sağ əli toplanmış Bəyan Göyü Tanrının Əmri ilə necə yüksəlmmş və bu yeni-yeni
əmrlərin günəşi, ayı və ulduzları ilə necə də bəzənmişdir?! Tanrı kəlamlarındakı
sirlər üzərindən pərdə götürüldü və onlar açıqlandı ki, Məna Sabahının
aydınlığını dərk edib, qorxu və tərəddüd lampalarını təvəkkül və Allahdan başqa
hər şeydən əl üzmək qüvvəti ilə söndürərək, könül hücrəsində yeni bir ilahi
elmin və yəqinliyin işığını yandırasan.
-
Əmr qaynaqlarından sızan bütün bu işarələr və gizli eyhamlardan gələn
məqsəd insanları imtahana çəkməkdir. Buna yuxarıda da işarə etmişdik. Belə bir
imtahan nəticəsiidə təmiz və nurlu qəlblərin torpağı, bəhrəsiz və fani qəlblərin
torpaqlarından ayırd edilir. Bu, Tanrının hər zaman insanlar arasında olan
qanunlarındandır. Müqəddəs Kitabda yazılanlar da bunun belə olduğuna sübutdur.
-
Həmçinin Qiblə haqqındakı ayədə Məhəmməd Nübuvvətinin Günəşi Bədha
məşriqindən Yasribə
keçənə qədər hər dəfə namaz qılarkən Qüdsdəki mübarək məbədə yenəlirdi.
Yəhudilər burada xatırlanmasını münasib bilmədiyimiz və sezü uzatmaqdan başqa
bir şeyə yaramayan bir çox nalayiq sözlər söyləmişlər. Yəhudilərin bu nalayiq
sözlərini duyan Həzrət Peyğəmbər çox kədərləmmiş, təfəkkür və heyrət dəryasına
dalaraq gözlərini səmaya qaldırmışdı. Cəbrayıl göylərdən enərək bu ayəni oxudu:
«Biz sənin üzünün gəyə tərəf çevrildiyini görürük, ona görə də sən razı olduğun
qibləni təyin edirik.»
Bir gün Həzrət Peyğəmbər bir neçə əsabələri ilə birlikdə günorta namazını
qılırdı. Namazın iki rükətini qılmışdı ki, Cəbrayıl enərək: «İndi üzünü
Məscidülhərama (Kəbəyə) tərəf çevir!»
- dedi. Elə həmin namaz vaxtında Peyğəmbər üzünü Qüdsdəki mübarək məbəddən
döndərərək Kəbəyə tərəf çevirdi. Bunu görən əsabələri dərhal elə sarsıntı və
həyəcan keçirdilər ki, onlardan çoxu namazlarını pozub geri qayıtdılar. Bu
bəndələri sınaqdan keçirmək üçün edildi. Yoxsa həqiqi Sultan qibləni heç də
dəyişdirməyə bilərdi, o dövrdə də Qüds Məbədini qibləlikdə saxlayar və bu qəbul
donunu ondan çəkib geri almazdı.
-
Musadan sonra Davud və İsa kimi nəbilərin və Musa ilə Məhəmmədin
Zühurları arasında gələn bir çox başqa Peyğəmbərlərin dövrlərində qiblə əsla
dəyişməmişdir. Aləmlərin Rəbbi tərəfindən gələn bütün bu Elçilərə xalqı daim
həmin tərəfə yönəltmək əmri buyrulmuşdur. Əslində, həqiqi Sultana görə, bütün
yerlər birdir. Vahid olmayan bir yer varsa, o da Məzhərlərin Zühuru sırasına
müəyyən bir
məqsədə təhsis olunandır. Necə
ki buyrulur: «Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz, Allahın üzü
ordadır».
Həqiqət
belədirsə, insanları hürküdüb qorxudacaq
və əsabələr arasında sarsıntı və həyəcan doğuracaq
bir dəyişməyə nədən lüzum görüldü? Bəli, bütün insanları belə hürküdəcək şeylər,
hər kəsin Tanrı məhəki ilə imtahana
çəkilməsidir.
Bu yolla doğru yalandan
ayırd edilmiş olur. Bu münasibətlə xalqın arasında ixtilafdan sonra: «İstədiyin
qibləni Sənə təyin etdik, bilək ki, kim Allahın Rəsuluna tabe olur və kim Ondan
üz çevirir...»
- deyə buyrulmuşdur. Yəni biz kimlərin sənin arxanca gedəcəyini və kimlərin
dönük çıxacağını, başqa sözlə kimlərin arxa çevirib, namazı pozub, fərarilik və
itaətdən imtina edəcəyini bilmək üçün Qüds Məbədi qibləsini dəyişdirdik: «Vəhşi
eşşəklər kimi, O eşşəklər ki, aslandan hürküb qaçar».
-
Bu ifadələr haqqında bir az düşünmüş olsanız, məna və açıq ifadə
qapılarını açılmış, ondakı elm və sirləri örtüksüz və pərdəsiz görərsiniz. Bu
şeylər xalqı tərbiyə edib. Çünki O həqiqət Padşahının daim Öz mahiyyəti ilə
bütün yaranmışların Onu dərk etməsinə ehtiyacı yoxdur. O, əbədi olaraq Öz
Mövcudluğu ilə bütün yaranmışların ibadətlərindən yüksəkdir. Öz zənginlik
üfüqündən bir yel əsdirməklə kainata zənginlik donu geyindirə bilər. Onun
comərdlik dənizinin tək bir damlası bütün varlığı əbədi həyata qovuşdurur. Lakin
qayə haqqın batildən və günəşin kölgədən ayırd edilməsidir. Bunun üçün Ulu
Rəbbin şan-şöhrət Səltənətindən hər vaxt imtahan yağışı bir leysan halında
yağmaqdadır.
-
Keçmiş Peyğəmbərlər və Onların Zühurları haqqında bir az düşünülərsə,
insanların qarşılaşdığı bir çox çətinliklər aradan qalxar. Onlar elə asanlıqla
bu Peyğəmbərlərin tutmuş olduqları yolları bilmiş və dərk etmiş olarlar ki,
onların nəfs və arzularına zidd olan söz və işlərdən pərdə kötürülər, bütün
pərdələri irfan ağacının atəşi yandırar, əmin-amanlıq və yəqinlik taxtına
əyləşərlər. Məsələn «Kitab» sahibi böyük Peyğəmbərlərdən biri olan İmran oğlu
Musanı gözünüz önünə gətirin. Musa əmrini açıqlamaqdan əvvəl bir gün
bazardankeçərkən iki nəfərin savaşdığını görür. Onlardan biri Musadan kömək
istəyir. Müqəddəs Kitabda yazıldığı kimi, Musa işə qarışır və həmin adamın
rəqibini öldürür. Həmin hadisənin təfsilatına varmış olsaq, söz uzanar, nəticə
gecikər. Hadisə haqqında xəbər bütün şəhərə yayılır və Kitabda yazıldığı kimi,
Musanın canına qorxu düşür. Nəhayət, Musa: «Ya Musa! Camaat səni öldürmək
barəsində məsləhət-məşvərət edirlər...»
- xəbərini alınca şəhərdən çıxıb Mədyən tərəfə gedib orada Şüeybin xidmətində
olur. Geri qayıdarkən Sinay çölündəki Müqəddəs Vadiyə daxil olub, «nə Şərqə və
nə Qərbə» mənsub olan Ağacdan Birlik Sultanının təcəllisini müşahidə edir. Orada
O, Rəbbin yanan Atəşindən gələn ruhlandırıcı nidanı eşidir. Fironun adamlarının
düzgün yola yönəlməsinə çalışır ki, beləliklə, onları xudbinlik və ehtiraslar
vadisindən qurtararaq, ruhlarını könül açan səhralara yetişdirsin və düzgün yola
çıxarsın. Və İnqita Səlsəbilindən
bütün yaranmışları uzaqlıq heyrətindən yaxınlıq Dar-əs-Salamına
çatdırsın. Musa Fironun evinə çatanda və Allah tərəfindən Əmr olunan şeyi
ona bildirəndə, Firon ədəb dairəsindən çıxaraq ona: «Adam öldürüb, kafir olan
sən deyilsənmi?» -dedi. Fironun Musaya bu cür müraciət etdiyini Əzəmətli Tanrı
Quranda belə anladır: «Axırda elədiyini də elədin, kafirlərdən birisən.» Musa
dedi: «Mən onu edərkən cahillərdən idim və sizdən qorxub qaçdım, sonra Rəbbim
mənə əmr elədi və Peyğəmbər seçdi».
-
İndi Tanrının öz qullarını çəkdiyi sınaqları və Onun ağıla sığışmaz
imtahanları haqqında düşünün. Allah insanlar arasında adam öldürməklə tanınmış
və ayədə yazıldığı kimi, bu günahını etiraf etmiş, aləm nəzərində otuz ilə
yaxın bir müddət Fironun sarayında yetişmiş və onun çörəyini yeyərək böyümüş
bir adamı seçərək, xalqın hidayətindən ötrü səmavi yüksək bir vəzifəni ona
etibar etmişdir. Halbuki hər şeyə qadir olan Sultan xalqı hürküdüb
uzaqlaşdıracaq bir adla şöhrətlənməməsi üçün Musanın adam öldürməsinin qarşısını
asanlıqla ala bilərdi.
-
Məryəmin vəziyyətini də göz önünə gətirin. Bu gözəl səmavi varlıq
vəziyyətinin çıxılmızlığı qarşısında özünə ölüm arzulayacaq bir dərəcəyə kəlib
çatmışdı. Mübarək ayədə yazıldığı kimi, İsa dünyaya gəldikdən sonra: «Kaş ki mən
bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə uiudulub getmiş olaydım!»
- deyə fəryad etmişdi. Tanrıya and olsun ki, bu sözləri eşidənin ciyəri
əriyər, ruhu inlər. Bu kədər, iztirab və qüssə düşmənlərin tənəsindən, kafir və
şəkkakların lənətlərindən irəli gəlirdi. Bircə düşünün; Məryəm ətrafındakılara
nə desin? Onlara necə anlatsın ki, atası məlum olmayan bu uşağın atası Müqəddəs
Ruhdur? Onunçun da Məryəm o əbədi bakirəlik rəmzi olan uşağı qucağına alıb evinə
döndü. Xalq onu görcək: «Ey harunun bacısı! Atan pis kişi, anan da zinakar
deyildi!»
-deyə qınamağa başladılar.
-
İndi bu böyük imtahana və çətin sınağa baxınız. Hər şey bir yana, xalq
arasında atasızlığı ilə tanınmış bir kimsəyə Tanrı tərəfindən Peyğəmbərlik
verilir, yerdə, göydə olanlar üçün Tanrı hüccəti seçilir.
-
İndi görün ki, Zühur Məzhərlərinin işləri Varlıq Sultanı bəndələrinin
nəfsləri və istəkləri ilə fərqlidir. Bu sirlərin mahiyyətinə nüfuz etsən, o
Vahid Sevgilinin məqsədini anlarsan. O Şövkətli Padşahın sözlərinin və işlərinin
bir-birinin eyni olduğunu görərsən. Belə ki Onun işlərində görülən hər şey, Onun
kəlamlarında da gerülür və Onun kəlamlarında görülən hər şey Onun işlərində də
görülür. Bunun üçün də bu kəlamlar və işlər zahirdə günah yolu ilə gedənlər üçün
yandırıcı cəhənnəm atəşi və batində haqq yolu ilə gedənlər üçün rəhmətdir. Öz
qəlbinin gözü ilə görən hər bir kəs, şübhəsiz, dərk edəcək ki, Allahın İradə
Göylərindən açılan kəlamlar ilahi Qüvvət Səltənətindən gələn əməllərlə eyniyyət
təşkil edir.
-
İndi. ey qardaşım, bu dövrdə bu kimi hadisələr Zühur edərsə və belə
macəralarla qarşılaşarlarsa, əcəba, insanlar onda nə edərdilər? And olsun
Varlığın Mürəbbisinə və Kəlamları göndərənə ki, insanlar dərhal sorğu-sualsız
Onu kafir elan edər və qətlinə fitva verərlər. İstənilən qədər İsanın Müqəddəs
Ruhdan meydana gəldiyi və Musanın İlahi Qüvvə tərəfindən tapşırıq almış olduğu
söylənilsin, kim buna qulaq verər. Yüz min kərə hayqırsan ki, atasız bir Uşağa
Peyğəmbərlik verilmiş və ya bir qatil Yanan Ağacın Alovundan «Mən Tanrıyam»
xəbərini gətirmiş, bu, bir kimsənin qulağına girməz.
-
Əgər insaf gözü açılarsa, bütün bu işlərdən, bütün izahatlardan aydın
olar ki, bizim günlərdə də bu cür təsadüflər Zühur etməkdədir. Baxmayaraq ki, bu
Zühurda belə işlər vaqe olmayıb, lakin rədd edilmişlərin uydurmalarına etibar
edən adamlar dünyada Ona qarşı misli görünməmiş əzablı ittihamlara və kəskin tə’qiblərə
səbəb olur.
-
Uca Tanrı! Söz bura çatanda ruhani ətirli bir yel Allahın Səhəri tərəfdən
və Əzəliyyət Səbası şəhərindən əsdi. Onun nəfəsi cana təzə bir müjdə verdi, ruha
ölçüsüz bir sevinc bəxş etdi. O hər şeyi təzələdi, tanış olmayan Dostdan
saysız-hesabsız, qiymətsiz hədiyyələr gətirdi. Mədh libası onun əyninə çox dar
gəlir və Kəlamların Donu Onun nurani boyuna görə çox qısa olur. O, söz
söyləmədən məna sirlərini açar və ağız açmadan İlahi Kəlamlarının sirləriii
açıqlayar, uzaqlıq və ayrılıq budağındakı bülbüllərə nalə və fəqan dərsi verər,
eşq və aşiqlik yolunun incəliklərini və könülvermə rəmzlərini öyrədər. Yaxınlıq
və Vüsal Cənnətinin bəzi güllərinə dilbərlik rəsmini və işvəkarlıq yolunu
təlqin edər. O, eşq baqçasının gəlinciklərinə həqiqət sirlərini bildirir və
gizli incəliklərini könüllərdə əmanət buraxır, həqiqətdə, Onun verdiyi inayətə
Müqəddəs Ruh Özü belə həsəd aparır. O, bir damlaya dəniz dalğaları vermiş, bir
zərrəyə günəş parıltıları bağışlamışdır. Mərhəmət elə bir dərəcəyə çatmışdır ki,
pislik böcəyi müşk qoxusuna göz dikmiş, yarasa gün işığı qarşısında keçib
oturmaq cəsarətini özündə tapmışdır. O, ölülərə həyat ruhu üfüləyərək, onları
cəsəd qəbirlərindən çıxarmış, cahilləri elm kürsüsünə oturtmuş, zalımları ədalət
Taxtına yüksəltmişdir.
-
Varlıq aləmi bütün
bu inayətlərlə doludur. Görək, görünməz aləmdən yağan bu mərhəmətin nəticəsi bu
torpaq aləmində nə zaman görünəcək; taqətdən düşmüş susuzlar nə vaxt Sevgilinin
fərəhləndiriçi Kövsərinə qovuşacaq, uzaqlıq və yoxluq səhralarında gəzib
dolaşanlar Sevgilinin yaxınlıq və varlıq Otağına nə zaman yetişəcəkdir? Görək
hansı qəlblərin torpağında bu müqəddəs dənələr cücərəcək?
Görək kimlərin ruh bağçalarında
görünməz aləmin həqiqət çiçəkləri açacaq? Qısası, Eşq Sidri Sevgi Sinasında elə
yanıb alışmışdır ki, Bəyan suları ilə belə söndürülə bilməyəcək.
İndi, ey Qardaşım, ruh şamını qəlb lampasında hikmət yağı ilə yandır və ağıl
şüşəsi ilə onu qoru. Elə olmasın ki, müşriklərin nəfəsi onu söndürüb, işıq
verməkdən məhrum etsin. Bəyan Səmasının üfüqünü hikmət və İrfan günəşinin
nurları ilə belə işıqlandırdıq ki, bununla sənin qəlbinə sakitlik gətirək və sən
də iqan (yəqinlik) qanadlarında Rəhman Rəblərinin Sevgisi havasında uçanların
cərkəsinə
daxil olasan.
-
«O
zaman insan oğlunun əlaməti göydə görünər», - sözlərinə gəldikdə isə O, bununla
demək
istəyir ki, Tanrı təlimlərinin günəşi qaralanda, qurulu ehkamların ulduzları
düşəndə insanların mürəbbisi olan bilik ayı işıq verməyəndə, hidayət və qurtuluş
bayraqları başı aşağı olanda, doğruluq və yaxşılıq sabahı qaranlıqlara bürünəndə,
o zaman insan oğlunun əlaməti göydə görünəcəkdir. «Göy» deyəndə Ədalət
Göylərinin Günəşi görünüb, hidayət
Gəmisi
Ululuq Dənizi üzərində üzməyə başlamazdan əvvəl göydə gözlə görünən bir ulduz
parlayaraq göy Sakinlərinə Uca Günəşin Zühurunu müjdələyəcək. Eyni zamanda gözlə
görünməyən göydə də bir ulduz parlayaraq həqiqi və nurlu ilk sabahın Zühurunu
yer üzü sakinlərinə müjdələyəcəkdir. Ümumən qəbul olunduğu kimi, gözlə görünən
və görünməyən göylərdəki bu iki əlamət Allah Peyğəmbərlərinin hər birinin
Zühurundan bir az əvvəl görünür və onu elan edir.
-
Tanrı dostu İbrahimi xatırlayaq. İbrahimin Zühurundan qabaq Nəmrud bir
yuxu görür, kahinləri çağırır. Kahinlər göydə bir ulduzun doğduğunu söyləyirlər.
Həmçinin, yerdə də bir adam ortaya çıxaraq xalqa İbrahimin Zühuru müjdəsini
verir.
-
Ondan sonra Tanrı ilə danışan Kəlimullah Musanın hekayəsi kəlir. O
zamanın kahinləri fironun yanına gələrək: «Göydə bir ulduz doğdu. Bu hadisə
sənin və qövmünün müqəddəratını əlində tutacaq bir uşağın ana bətninə düşdüyünə
dəlalət edir», - dedilər. Eyni zamanda hikmət sahibi bir alim çıxaraq gecələr
İsrail övladlarına muştuluq verir, yaxın vaxtlarda xoş bir hadisənin olacağını
bildirir, onlara təsəlli verərək cəsarətləndirir. Müqəddəs Kitablarda yazılanlar
bunlara sübutdur. Təfsilatına varmış olsaq, bu risalə kitaba çevrilər. Bundan
başqa, keçmiş hadisələr haqqında hekayələri burada nəql etmək niyyətində
deyilik. Tanrı şahidinizdir ki, bu anlatma sizə bəslədiyim dərin bir Sevginin
əlamətidir. Bəlkə, bu vasitə ilə yer üzünün yoxsulları zənginlik dənizinin
sahillərinə, bir qisim cahil İlahi Bilik dəryasına yol tapar və ya həqiqi biliyə
susamış olanlar İlahi hikmət Səlsəbilindən pay götürə bilərlər. Əks halda mən,
Tanrı qulu keçmişə aid belə sözlərlə məşğul olmağı böyük günah və yanlış
sayıram.
-
Eyni tərzdə İsanın Zühuru saatı yaxınlaşdıqca, Göydə İsa ulduzunun
göründüyünü öyrənən bir neçə Kahin o ulduzu axtarıb taparaq onun dalınca Herod
krallığının mərkəzi olan şəhərə gəlirlər. O zamanlar bütün o torpaqlar bu adamın
hakimiyyəti altında idi.
-
Məcuslar: «Haradadı, O yeni doğulmuş yəhudeya Padşahı? Çünki onun
ulduzunu şərqdə gördük və Ona səcdə etmək üçün gəldik», - dedilər.
Məcuslar arayıb soruşaraq, uşağın Yəhudiyyənin
Beytl-Lehm
şəhərində doğulmuş olduğunu öyrəndilər. Bu, gözə görünən göydəki Zühurun
əlaməti idi. Gözə görünməyən elm və məna göyündəki əlamət isə Zəgəriyyə oğlu
Yəhya idi. Həzrət Yəhya xalqa İsanın Zühuru müjdəsini verirdi. Necə ki
buyurulur: «Allah Yəhyanın gəlməsini sənə müjdə verir ki, Kəlmə (İsa) Allah
tərəfindən gələn (tayfanın) ağası, nəfsinə hakim olan bir Peyğəmbərdir»,
- buradakı «Kəlmə»də məqsəd Zühuru Yəhya tərəfindən müjdələnən həzrət İsadır.
Yühənna, səmavi lövhələrdə yazılı olduğu kimi, Yahud çöldə yüyürərək: «Tövbə
edin, çünki Göylərin Padşahlığı yaxınlaşıb», - deyə səslənirdi. Yühənna deyəndə
Yəhya nəzərdə tutulur.
-
Həmçinin eyni ilə Məhəmməd Camalının zühurundan qabaq gözlə görünən göydə
əlamətlər göründü. Bu ruhi işarələr dörd nəfər idi ki, onlar da ardıcıl olaraq
yer üzündəki insanlara İlahi Günəşin doğacağını müjdələyirdilər. Sonralar Salman
adını alan Ruzbeh onlara xidmət etmək şərəfinə nail oldu. Onlardan hər biri
ölməzdən əvvəl Ruzbehi o birinin yanına göndərirdi. Nəhayət, (Salman)
dördüncünün yanına gəldi. Dördüncü öləcəyini hiss edəndə Ruzbehə: «Ey Ruzbeh!
Məni kəfənləyib torpağa verdikdən sonra qalx Hicaza ket; Məhəmmədin Günəşi orada
doğaçaq. O Həzrətin Camalını görmək şərəfiiə nail olacağın üçün nə qədər də
xoşbəxtsən» - demişdir.
-
Nəhayət, illər və əsrlər bir-birini ötərək iş bu Yeni və Uca Əmrə gəlib
çatdı. Onun da ulduzunun göydə görünəcəyini bir çox münəccimlər xəbər
vermişdilər. Beləcə, yerdə Əhməd,
Kazım
(qəbirləri nurla dolsun) adları ilə tanınan iki parlaq nur meydana gəlmişdir.
-
Birlik Aynalarından hər birinin Zühurundan əvvəl biri bu görünən göydə və
o biri görünməz göydə olmaqla iki əlamət parladığını bütün bu izahlarımızdan
anlamısınız. Görünən göydəki parıltı yeni bir ulduzun doğmasıdır. Elm Günəşinin,
hikmət Ayının, Bəyan və Məna ulduzlarının olduğu görünməz göydəki parıltı isə
kamil insanın Zühurudur. Hər Tanrı Zühurundan əvvəl bu dünyada kamil bir insan
meydana gələrək İlahiyyat Günəşi və Əhədiyyət Ayı ilə üz-üzə gələcəg insanları
hazırlar.
-
Buyrulur: «O zaman yer üzünün bütün qəbilələri ah-nalə edəcək və insan
oğlunun göyün buludları üzərində qüdrət və böyük izzətlə gəldiyini görəcəklər.»
Bu rəmzi ifadənin mənası belədir. O zaman insanlar Tanrı Günəşi Camalının,
Bilik Ayının və İlahi hikmət ulduzlarının yoxluğundan kədərlənib ağlayacaqlar.
Onda onlar buludlar üzərində göydən enən, Vəd olunan doğuşun Sevimli Camalını
görəcəklər. Yəni O Tanrı Camalı Rəbbin İradə Göylərindən bir insan şəklində
görünəcək. «Göy» təbiri ucalıq və yüksəkliyə işarədir. Çüiki O, Müqəddəs
Məşriqlərin va Əzəli Zühurların göründüyü yerdir. Bu Peyğəmbərlər ana bətnindən
çıxıb kəlirlərsə də, həqiqətdə Əmr Göylərindən enirlər. Onlar yer üzərində
yaşayırlar, amma Məna məqamlarına dayaqlanırlar. Onlar insanlar arasında
gəzsələr də, Yaxınlıq Göylərində uçurlar. Onlar ayaq tərpətmədən Ruh Diyarına
səyahət edirlər. Onlar qanad açmadan Tanrı Birliyi zirvələrinə uçar, bir nəfəsə
ucsuz-bucaqsız kainatın şərqini və qərbini gəzərlər. Onlar hər an görünən və
görünməz Mələkut aləmini seyr edərlər. Onlar «layəşqələhu şənun ən şə’nin»
ərşində oturublar. Və «Kullə yomen huvə fişə»nin
kürsüsündə sakindirlər. Aşağıda: Onlar Əbədiyyət Sultanının hər şeyə hakim
qüdrəti və Ulu Padşahın hər şeydən yüksək iradəsi ilə göndərilmişlər. «Göydən
enmək» sözlərinin mənası budur.
-
«Göy» kəlməsi İlahi Günəşlərin sözlərində: Əmr Göyü, İradə Göyü, İrfan
Göyü, İqan Göyü, Kəlam Göyü, Zühur Göyü, Sirlər Göyü və s. bu kimi bir çox
müxtəlif mənalarda işlənir. «Köy» kəlməsindən yerinə görə ançaq Tanrı Birliyi
sirlərinə vaqif olanlardan, əzəl şərabını içənlərdən başqa heç kəs bir şey
anlaya bilməz. Məsələn: «Vədə verildiyi kimi, sizin ruziniz göydədi»
- buyrulur. Halbuki ruzi yerdə bitir. Eləcə də «isimlər (adlar) göydən
enir» kəlamı kimi. Halbuki isimlər (adlar) dildə yaranır. Qəlb aynasını qərəz
tozundan azacıq təmizləyə bilsən, Tanrının sözlərindəki rəmzi mənaları hər bir
Zühurda anlayıb həqiqi bilik sirlərinə vaqif olarsan. Lakin insanlar arasında
yayılmış elm pərdələrini Allahdan başqasından əlini üzmək atəşi ilə yandırmasan
həqiqi elmin aydın sabahına qovuşa bilməzsən.
-
Elm iki qismə ayrılır: İlahi Elm və Şeytani Elm. Bunlardan birincisi
həqiqi Sultanın İlhamından, ikincisi isə qara ruhların xəyallarından doğar.
Birincinin yaradıcısı Xaliq həzrətləri, ikincinin yaradıcısı isə Nəfsani
təlqinlərdir. Onu bəyan edən «Allahdan qorx və Allah səni öyrədən»dir; bunu
bəyan edən isə «Elm ən böyük pərdədir» həqiqətini qəbul edir. O Ağacın meyvələri
Səbir, Şövq, İrfan və Məhəbbətdir. Bu biri ağacın meyvələri isə Qürur, Təkəbbür
və Uydurmadır. Zülməti bütün dünyanı bürüyən bu elmlər Allah tərəfindən buyrulan
bəyanlara müxalifdir. Bu ağac günah və şəhvətdən başqa, bir meyvə verməz,
düşmənçilik və qısqanclıqdan qeyri bir şey doğurmaz. Onun meyvəsi öldürücü
zəhər, kölgəsi yandırıcı atəşdir. Bu sözü söyləyən nə gözəl söyləmişdir:
«Nəfsi-həvanın ətəyindən yapış, həyanı burax, zahid nə qədər əllamə olsa belə,
onun yoluyla getmə».
-
Qəlb insanların
dediyi boş sözlərdən və bütün yer üzünün bağlılıqlarından təmizlənməlidir ki,
Rəbbani ilhamın gizli mənasını dərk edə bilsin.
İlahi elm sirlərinin
xəzinəsinə çevrilə bilsin. Bu səbəbdən: «İşıqlı yolla
gedib.
Al Dirəyin iziylə addımlayan kəs insanların sahib olduğu bütün şeylərdən azad
olmazsa, öz məskəninə heç zaman yetişə bilməz», - deyilmişdir. Bu yolda yolçuluq
etmək istəyənlər üçün ilk və
əsas şərt
budur. Yaxşı düşün və dərk et ki, gözlərindəki pərdə götürülsün və bu sözlərdəki
həqiqətə vaqif olasan.
-
Bütün
bu deyilənlər yalnız bizim məqsədimizi təsdiqləməyə xidmət etsə də, əsas
məqsəddən çox uzaq düşdük.
Tanrıya and olsun! Nə qədər müxtəsər demək istəsək də qələmimizin cilovunu
saxlaya bilmirik. Bütün dediklərimizə baxmayaraq, qəlb sədəfində gnzli qalmış nə
qədər saysız-hesabsız incilər var. İlahi hikmət hücrələrində kimsənin əli belə
toxunmadığı daha neçə məna huriləri var.» Onlara (hurilərə) heç bir inscip
toxunmayıb.»
Bütün bu söylənənlərə baxmayaraq, sanki məqsədin nə bir hərfi, nə də mövzu ilə
əlaqəsi olan bir işarə belə aydınlaşdırılmadı. Ziyarət ehramına girib, qəlb
istəyi Kəbəyə çatacaq və dilsiz-qulaqsız İlahi Kəlam sirlərini eşidib anlayacaq
(mömin bəndə) bir məhrəm axtarıcı nə zaman tapılacaq?
-
Haqqıida danışılan ayədəki «Göy»dən məqsədin nə olduğunu bu açıq və
sağlam izahlardan bilib anladınız. Və buyurur: «İnsan oğlu göy buludları
üzərində enəcəkdir», «Bulud»dan məqsəd insanların nəfse-həvasına zidd olan
işlərdir. Ayədə belə deyilir: «hər dəfə ürəyinizə yatmayan bir əmrlə gələn
Peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini
təkzib etdiniz, bir qismini də öldürdünüz»...
Ehkamların başqalaşması, şəriətlərin dəyişməsi, geniş yayılmış adət və ayinlərin
aradan çıxması, təhsil görməmiş möminlərin mədrəsə hücrələrində dirsək çürüdən
dini inkar edən alimləri ötüb keçməsi kimi hallar bir mənada «Bulud»dur. Əzəli
Camalın yemə-içmə, fəqirlik, zənginlik, izzət-zillət, uyuma-oyanma kimi bəşəri
məhdudiyyətlər ilə fani bir insan şəklində Zühur eyləməsi də «Bulud»dur. Bir
sözlə, insanları şəkk və şübhəyə salıb haqqa yönəlməkdən yayındıran hər şey
«Bulud»dur. Bütün bu pərdələrə rəmzi bir ifadə ilə «Bulud» deyilmişdir.
-
Bütün yer üzündə yaşayanların elm və İdrak Göylərini yaran bulud əslində
budur. Necə ki buyrulur: «Bir gün Göy buludla parçalanar...»
Bulud insanın gözünə bu Göydəki Günəşi görməkdə mane olduğu kimi, bü söylənilən
şeylər də xalqın həqiqi günəşi görüb tanımasına maneçilik eylər. Necə ki Kitabda
kafirlərin diliylə buyrulmuşdur: «Müşriklər dedilər: «Bu necə Peyğəmbərdir ki,
yemək yeyir, bazarları gəzib dolaşır? Nə üçün ona özü ilə birlikdə xəlqi
qorxudan bir mələk göndərilmir?»
Göründüyü kimi, Peyğəmbərlər zahiri fəqirlik, dünyəvi dərd, aclıq və xəstəlik
kimi bu maddi aləmə məxsus olan hallara mübtəla idilər. Müqəddəslik
heykəllərinin digər insanlar kimi belə hallara məruz qaldıqlarını görən xalq
şəkk və şübhəyə düşür, sıxıntı və çaşqınlıq içərisində qalır və öz-özünə: «Bu
necə olur ki, kimsə Tanrı tərəfindən gəldiyini, bütün yer üzərində yaşayanlara
qalib oldutunu, «sən olmasaydın fələkləri yaratmazdım», - sözlərindən göründüyü
kimi, xilqətin səbəbi özü olduğunu iddia etsin və sonra bu kimi çüzi şeylərə
mübtəla olsun?» - deyirdilər. Hər Peyğəmbərin və Onun əsabələrinin fəqirlik və
zillət kimi necə bəlalara mübtəla olması, Onlara iman gətirənlərin başlarının
şəhər-şəhər ərməqan olaraq necə göndərildiyi, Onların qarşısında necə maneələr
yaradıldığı barədə eşitməmiş olmazsınız. Onlardan hər biri din düşmənlərinin
əlində elə əzab-əziyyətə düçar olurdular ki, onlara qarşı istənilən hərəkətlər
edilirdi.
-
Məlumdur ki, hər bir Zühurda baş verən dəyişmələr bəşərin irfan gözüylə
İlahi Məşriqdən görünüb, parlayan Tanrı Günəşi arasına qara bir bulud kimi
girib, o Günəşi pərdələr. İllərcə ataların və babaların getdikləri yolla gedib,
bağlı olduqları şəriətin qaydaları ilə bağlı olan insanlar bir gün içərilərindən
özləri kimi bəşəri məhdudiyyətlərlə onlara bərabər olan bir şəxsin ortaya
atılaraq, əsrlər boyu kölgəsində böyüdükləri bir qisim şəri hökmləri ortadan
qaldırdığını görür və eşidirsə, təbiidir ki, bu hal dönüklük Səlsəbilindən
dadmamış və Tanrı Mərifəti Kövsərindən içməmiş olanlar üçün bir pərdə və ya bir
buluddur. Bu cür adamlar belə şeylər eşidən kimi o Günəşdən elə pərdələnirlər
ki, Onu sorğu-sualsız kafir elan edərək, qətlinə fitva verirlər. Belə şeylərin
tarix boyunca baş verdiyini eşitmiş və indiki zamanda da müşahidə etmiş
olarsınız.
-
Bu halda var kücümüzlə çalışmalıyıq ki, Tanrının görünməz yardımı ilə, bu
qaranlıq pərdələr, Tanrının bu imtahan buludları Nurlu Camalı görməyimizə və Onu
yenə Onun Özüylə tanımağımıza mane olmasın. Əgər Onun həqiqətinə bir sübut
istəyəcək olsaq, tək bir sübut ilə kifayətlənməliyik ki, bütün feyzləri kölgədə
buraxan sonsuz feyzə qovuşa bilək. Yoxsa hər gün yeni bir həvəsə düşər, etiraza
qalxar və öz boş xəyallarımıza sadiq qalarıq.
-
Sübhanallah! Bu şeylər bundan əvvəl bir çox incə eyhamlarla və qeyri-adi
rəmzi işarələrlə xalqın şüuruna işləyib, Zühur günündə dənizlər dənizinin coşqun
dalğalarından məhrum olmasınlar deyə xəbər verildiyi halda, indi biz nələrin
şahidi oluruq. Bu hala aşağıdakı ayədə göründüyü kimi, «Quran»da da
toxunulmuişdur. Necə ki buyurulur: «Yoxsa onlar bulud kölgəsində Allahın
gəlməsini gözləmirlər?»
Allah Kəlamının hərfi mənasından möhkəm yapışan bəzi zahiri alimlər bu ayəni
özlərinin təxəyyülündən doğmuş qiyamət gününün işarələrindən biri hesab edirlər.
Baxmayaraq ki, eynilə belə hallar öz əksini səmavi Kitabların əksəriyyətində
tapmış və gələcək Zühurun əlamətləri ilə bağlı bütün mətnlərdə qeydə alınmışdır.
-
Və yenə buyrulur: «Bir gün göy aşkar bir buludla tutular və duman
insanları bürüyər. Bu, şiddətli bir əzabdır.»
Rəbbül-İzzət həzrətləri pisniyyət insanların arzularıia zidd olai bu halları
məhək daşı və mizan kimi təqdirləndirərək, öz qullarını onunla sınağa çəkir ki,
xoşbəxt bədbəxtdən, mömin kafirdən seçilsin. Ciddi fikir ayrılıqları təsbit
edilmiş ənənələrin və adətlərin ləğvi, ortadan qalxmamasına var kücü ilə
çalışan dar fikirli insanlar adı çəkilən ayədə «duman» rəmzi təbiri ilə ifadə
edilmişdir. Hansı duman bütün millətləri soran, onlar üçün böyük bir işgənçə
halını alan və bütün qeyrətlərinə baxmayaraq, onların yaxasını buraxmayan bu
dumandan böyük ola bilər? Onlarda bu daxili yanma atəşi o qədər küclüdür ki,
onlar hər an yeni əzablara düçar olurlar. Çünki bu yeni Tanrı Əmrinin və Uca
Tanrı Səltənətinin bütün dünyaya yayıldığını və gündən-günə irəlilədiyini hər
dəfə eşitdikdə onların ürəklərindəki atəş bir daha alovlanır. Onun əsabələrinin
Allahın inayəti ilə gündən-günə artan qüdrətini, sədaqətini və mətanətini
gördükcə, onların qəlblərini titrədən qorxu daha da dərinləşir. Həmd olsun
Allaha! Onun Kəlamının qüdrəti bu günlərdə o qədər artıb ki, düşmənlər
ağızlarını belə açmaq iqtidarında deyildirlər. Bu kimilər Dostun yolunda yüz min
canları olsa, sevə-sevə fəda etməyə hazır duran Tanrı Dostlarından biri ilə
üz-üzə gələndə qorxularından iman izhar eylər, tək qalanda isə söyüş söyüb
lənətləyərlər. Necə ki buyrulmuşdur: «Onlar Sizinlə görüşdükləri zaman: «Biz də
inandıq», - deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını
gəmirirlər. (Ya Məhəmməd!) De ki: «Açığınızdan ölün!» Əlbəttə, Allah ürəklərdə
olanları biləndir».
-
Tezliklə Tanrı Qüdrətinin bayraqlarını bütün məmləkətlərdə dalqalanan
görəcək, qələbə və səltənətinin əlamətlərini bütün dünyada müşahidə edəcəksən.
Qısası, bir çox din xadimləri bu ayələrin mənalarını anlamayaraq, Qiyamət
Gününün mahiyyətini dərk etməmiş və şüursuz olaraq hər şeyi öz uydurduqları
Qiyamət əlamətlərinə təfsir etmişlər. Bircə Allah şahiddir ki, bir az
bəsirətləri olsa, bu iki ayədəki rəmzi ifadədən bütün anlatmaq istədiyimizi
anlayıb, Rəhmanın inayətiylə parıldayan İqan Səhərinə qovuşacaqlar. Bəha
Sidrəsinin budaqları üzərində Ölümsüzlük Göyərçini sənin üçün belə tərənnüm
etmişdir ki, Tanrının izni ilə elm və hikmət yollarının yolçularından olasan.
Buyrulur: «Mələklərini göndərəcək...».
-
«Mələklər» dedikdə, ruh qüvvəsi sayəsində bəşəri sifətləri Tanrı
Məhəbbəti atəşi ilə yandırıb, Allin
və Kərrubinn
sifətləri ilə vəsf olunan şəxslərdir. Belə ki, Həzrət Sadiq
Kərrubinnlərin vəsfində: «Ərşin arxasında bizim bir bölük şiələrimizdəndirlər»,
- buyurub. «Ərşin
arxasında» ifadəsində çox daxili və xarici mə’nalar nəzərdə tutulsa da, bir
mənada ona işarə edilir ki, həqiqi şiələr mövcud deyildir. Necə ki başqa bir
münasibətlə də: «Mömin Kibriti-əhmər
kimidir, - deyərək dinləyicilərin birindən, - sən heç Kibriti-əhmər
deyilən şey görmüsənmi?» - deyə soruşmuşdur. Baxınız, sadə izahatdan daha
bəlaqətli olan bu rəmzi ifadə necə
də göstərir ki, həqiqi mömin mövcud deyildir.
Budur, Sadiqin müddəası. Baxınız,
bir çox adamlar var ki, iman rayihəsini almayan, imanın varlığı və yoxluğu
haqqında ağızdan çıxacaq tək bir sözə bağlı olanları kafir adlandırmaqdan
çəkinməmişlər.
-
Müqəddəs varlıqlar bəşəri məhdudiyyətlərdən təmizlənərək ruhani
keyfiyyətlərlə yaradılmış və müqəddəslərin vəsflərilə vəsflənmiş olduqlarından
onlara mələk adı verilmişdir. Hər sözü ən aydın mətnlərlə, ən inandırıcı sübut
və dəlillərlə izah edilən bu ayələrin mənası belədir.
-
Çünki İsa ümmətləri (xristianlar) bu sözlərdəki gizli mənanı
anlamadıqlarından və eyni zamanda göstərilən əlamətlərin onların özlərinin və
din üləmalarının anladığı şəkildə zühur etmədiyindən o gündən bu günə kimi
müqəddəs Tanrı Məzhərlərinin doğruluğunu qəbul etməkdən imtina etmişlər; bütün
Müqəddəs feyzlərdən məhrum qalmışlar; müqəddəs Kəlamların gözəlliklərindən
pərdələnmişlər. Bu Qiyamət Günündə onların vəziyyəti belədir. Onlar, hətta dərk
edə bilməyiblər ki, Tanrı Zühurunun əlamətləri təsbit olunmuş hədislərin
mətnlərinə uyğun şəkildə bu maddi aləmdə görünəcək olsa, kimsə cəsarətlənib
nəyəsə inkar və etiraz etməyə imkan tapmayacaq, yaxşı pisdən, günahkar
mömindən ayırd ediləcək. Ədalətli ol; əgər «İncil»də Peyğəmbərlik haqqındakı
yazılar həyata keçsəydi, mələklər Məryəm oğlu İsa ilə birlikdə bu maddi
göydən buludlar üzərində yerə enəcək olsaydı, kimin həqiqəti təkzib
etməyə cəsarəti çatardı? Əksinə, bu təqdirdə yer üzü sakinləri, həqiqəti rədd və
qəbul etmək kənara qalsın, ağız açıb bir tək söz söyləyə bilməyəcək dərəcədə
dəhşətə gələrdilər. Bu xəbərlərdəki həqiqi mənanı anlamadıqlarından bir qisim
xristian din alimi Həzrət Məhəmməd ilə mübahisəyə girişərək öz etirazlarını bu
sözlərlə bildirdilər: «Nə üçün onun özü ilə birlikdə xəlqi qorxudan bir mələk
göndərilmir?»
-
Bu səbəbdəndir ki, hər əsrdə və dövrdə bu çür ixtilaf və etirazlar
insanlar arasında əskik olmamışdır. Xalq həmişə bu cür mənasız söhbətlərlə
başını qataraq, boş yerə etiraz edərək soruşmuşdur: «Nə üçün bu və ya digər
əlamət görünmədi?» İnsanlar bu cür xəstəliklərə ona görə tutulurdular ki, onlar
yaşadıqları dövrün din alimlərinin dediklərindən möhkəm yapışır, Birlik
Cövhərlərini və ya İlahi Şəxsləri tanıyıb təkzib etməyi öz alimlərinin qəbuluna
bağlayırdılar. Bu üləmalar da öz xudbin arzuları içərisində batdıqlarından və
bəzi keçici və təmənnalı işlər gördüklərindən bu əbədi Günəşləri öz elm və
idrak ölçülərinə müxalif, öz yol və mühakimlərinə zidd hesab etmişlər. Bu qəbil
alimlər Tanrı Kəlamını, Birlik hərflərindəki kəlam və hədisləri hərfi mənada
şərh etdikləri üçün özlərini və xalqları Tanrının fəzli və Rəhmət yağmurundan
məhrum etmişlər. Bununla bərabər onlar məşhur: «Doğrudan da, Bizim sözümüz
çətindən çətindir» - hədisinin düzgünlüyünü iqrar və etiraf etmişlər. Başqa bir
münasibətlə də: «Bizim əmrimiz çətin, çox çətin əmrdir. Onu ancaq Tanrıya yaxın
duran Mələklər ilə Tanrı tərəfindən göndərilən Peyğəmbərlər və ya qəlbi Tanrının
imtahanından keçmiş olan bəndələr daşıya bilər», - deyə buyrulmuşdur. Bu din
başçıları özləri də bilirlər ki, göstərilən bu üç şərtdən heç biri onlara şamil
edilə bilməz. Birinci iki şərt açıq-aydın onlar üçün məlumdur. Üçüncüyə
gəldikdə isə onlar heç bir zaman Tanrı imtahanlarından ağ üzlə çıxmamışlar.
Tanrının Məhək daşı görünəndə onlar nə qədər qeyri-həqiqi olduqlarını
göstərmişdilər.
-
Ey ulu Tanrı! Bu hədisin doğruluğunu qəbul etmələrinə baxmayaraq, bu Din
alimləri hələ də şəriət məsələlərinə şübhə ilə yanaşdıqları və onlar haqqında
mübahisə etdikləri halda, ilahiyyatla bağlı məsələlərin incəliklərinin və
müqəddəs kəlmələrdəki əsaslı sirlərin şərhçiləri olmaq iddiasındadırlar. Onlar
inamla təsdiq edirlər ki, Qayimin
Zühur etməsinin əlamətlərindən biri olan filan hədis həqiqətə çevrilmədi
və eyni zamanda onlar özləri, hətta bu hədislərin məna qoxusunu dərk etməyə
müvəffəq olmamışlar və hələ də dərk etmirlər ki, əvvəldən deyilən bütün
əlamətlər zahir olmuş, Əmr Siratı (körpüsü) qurulmuş və möminlər onun üzərindən
şimşək kimi keçməkdədirlər. Bu səfeh din alimləri isə hələ də əlamət
gözləməkdədirlər. Onlara söylə: «Ey cahillər! Sizdən əvvəlkilər gözlədikləri
kimi, siz də gözləyin görək nə olur»
-
Onlardan Məhəmməd Günəşinin doğuşu haqqında xəbər verən, lakin hərfi
mənada heç biri həyata keçməyən əlamətlər haqqında soruşulsa və onlara deyilsə
ki, nə üçün siz xristianların və başqa dinə mənsub olan xalqların sübut və
dəlillərini rədd edib, onları kafir adlandırırsınız? Onlar nə cavab
verəcəklərini bilməyib belə deyəcəklər: «Bu Kitablar təhrif olunmuşlar və Onlar
heç vaxt Allah tərəfindən nazil olunmayıb». Halbuki, bu ayədəki sözlər onun
Tanrı tərəfindən göndərildiyinə şəhadət edir. Bu ayənin mənası «Quran»da da
eynidir. Nə olaydı anlayanlardan olaydınız. Doğru söyləyirəm, onlar bütün bu
müddət ərzində təhrif deyəndə nəyin nəzərdə tutulduğunu dərk etməmişlər.
-
Bəli, göydən nazil olan ayələrdə və Məhəmməd Günəşi Aynalarının
sözlərində «yüksək mövqe tutanların təhrifləri» və təkəbbürlülərin
dəyişdirmələri haqqında qeyd edilmişdir. Lakin belə parçalar xüsusi hallara
aiddir. İbn Suriya hekayəsi də bu qəbildəndir: Bir gün Xeybər əhli zina işlətmiş
evli kişi ilə evli qadına tətbiq ediləcək çəzanı Firqan nöqtəsindən
soruşurlar. O: «Belə adamların cəzası Tanrının hökmünə görə daşlanıb
öldürülməkdir», -cavabını verir. Onlar: «Tövratda belə bir hökm yoxdur», - deyə
inkar edirlər. Həzrət Məhəmməd: «Alimləriniz arasında kimi səlahiyyətli söz
söyləyə bilən sayır və sözünə etimad edirsiniz?» - deyə soruşur. «İbn
Suriyanı», - yəhudilər cavab verirlər. Həzrət Məhəmməd onu yanına çağıraraq:
«Sizin üçün dənizi yaran, üzərinizə Manna yağdıran, Sizə buluddan kölgəlik
yapan, Sizi Firon və onun qövmündən qurtaran və Sizi bütün insanlardan üstün
tutan Tanrıya and verirəm, söylə: «Musanın zina işlətmiş evli bir kişi ilə evli
bir qadın haqqında tətbiq ediləcək hökmü nədir?» İbn Suriya: «Ya Məhəmməd!
Daşlanıb öldürülməkdir», - cavabını verir. Həzrət soruşur: «Onda nə üçün bu hökm
yəhudilər arasında tətbiq edilmir və icradan çıxarılıb?» Suriya Oğlu cavab
verir: «Novuxodonəsr Yerusəlimi yandırıb, yəhudiləri qətlə yetirəndə yer üzündə
çox az sayda yəhudi qalmışdı. Mövcud yəhudilərin azlığını və əmaliqələrin
çoxluğunu göz önündə tutan zamanın üləmaları bir yerə cəm olub, məşvərət
etdilər ki, Tanrının bu hökmü tətbiq və icra edilmiş olsa, Novuxodonəsirin
əlindən qurtulanlar da bu hökmə əsasən məhv olacaq. Buna görə də onlar ölüm
hökmünü tamamilə ləğv etməyi zəruri bildilər.» Bu zaman Cəbrayıl Onun nurlu
qəlbinə bu sözlərlə ilham verdi: «Onlar «Allah kəlamlarının» mənasını və
məqamını təhrif edirlər.»
-
Bu, haqqında söhbət gedən müəyyən yerlərdən biridir. Burada təhrifdən
məqsəd bu səfeh və zavallıların anladıqları kimi deyildir. Hətta onlardan
bəziləri yəhudi və xristian alimlərinin Həzrət Məhəmmədin şəxsiyyətinə aid olan
ayələri kitabdan silib, yerinə əksinə yazdıqlarını iddia edirlər. Bu son dərəcə
əsassız və mənasız iddiadır. Bir Kitaba inanan, onu Tanrıdan bilmiş olan bir
şəxs onda təhriflərə yol verilməsini heç təsəvvürünə sığışdırarmı? Bundan başqa,
«Tövrat» dünyanın hər yerində mövcud idi, yalnız Məkkə və Mədinəyə münhəsir
deyildi ki, onun mətnində nəsə dəyişdirilib təhrif oluna bilsin. Xeyr, təhrif
dedikdə
bu gün bütün Fürqan
alimlərinin məşğul olduğu şeylər nəzərdə tutulur. Nəzərdə tutulur ki, Kitabı öz
meyl və arzularına görə anlayıb təfsir edirlər. Həzrət Məhəmmədin zamanındakı
yəhudilər «Tövrat»da Onun Zühuruna dəlalət eyləyən ayələri öz arzularına görə
təfsir edib, Onun bəyanına razı olmadıqlarından onların haqqında təhrifçi hökmü
çıxarılmışdır. Bu gün Fürqan hümməti də Zühurun əlamətləri ilə bağlı «Quran»
ayələrini öz meyl və arzularına görə təfsir etməklə eyni təhrifə yol verirlər.
-
Başqa bir yerdə də belə buyrulur: «Onlardan bir tayfa Allahın Kəlamını
dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edir.»
Bu ayə Tanrı Kəlamlarını deyil, Kəlamlardakı mənaların təhrifə uğradıqlarını
göstərir. Bunun belə olduğunu, yuxarıdakı ayə göstərdiyi kimi, həqiqəti duyanlar
dərk edir.
-
Və yenə başqa bir yerdə büyrulur: «Vay o şəxslərin halına ki, öz əlləri
ilə kitab yazıb, sonra bir az pul almaqdan ötrü: «Bu, Allah tərəfindəndir -
deyirlər».
Bu ayə yəhudi din üləma və rəhbərləri haqqında nazil olmuşdur. Bu din xadimləri
varlılar təbəqəsini razı salmaq, öz mənfəətlərini təmin etmək, içlərindəki
nifrət və küfrlərini biruzə vermək üçün Həzrət Məhəmmədi rədd edən bir neçə
sənəd tərtib etmiş və burada söylənilməsi caiz olmayan bəzi dəlillərə istinad
edərək bu dəlillərin «Tövrat»ın səhifələrindən çıxarıldığı iddiasında olmuşlar.
-
Eyni şeyə bu gün də şahidik. Əsrimizin bir qisim cahil din xadimləri
heyranlıq doğuran bu yeni Təlimi inkar etmək məqsədilə bir çox yazılar qələmə
almış və öz uydurduqlarını Kitabın ayələrinə və həqiqi Anlayış Sahiblərinin
sözlərinə uyğun olduğunu sanmışlar.
-
Bu şeyləri anlatmaqda məqsəd və qayəmiz odur ki, əgər onlar deyərlərsə
ki, «İncil»də iqtibas etdiyimiz bu əlamətlər təhrif olunub və bu xüsusda bir
qisim ayə və hədislərdən misal gətirərək onları rədd edirlər, bilməlisiniz ki,
belə bir iddia ağ yalan və sırf iftiradır. Bəli, anlatdığımız mənada «təhrif»
bəzi müəyyən hədislərdə mövcuddur. Biz onların bəzilərini xatırlatdıq ki,
sübutlar gətirək və hər bir bəsirətli adama anladaq ki, hətta bəzi savadsız
Müqəddəs adamlar elmlərə vaqifdirlər ki, bir qisim bədxah etiraz edənlər filan
ayənin mətninin təhrif olunduğu haqqında mübahisə etməsin və eyham vurmasınlar
ki, biz bu kimi şeyləri məlumatsızlığımız üzündən mübahisə mövzusuna
çevirmişik. Və sonra unutmayaq ki. təhrifə dəlalət eləyən ayələrin çoxu
yəhudilər haqqında nazil olmuşdur. Nə olaydı «Quran» bilgisi adalarında
araşdırmalar aparaydınız.
-
Biz həmçinin bir sıra səfeh adamların təsdiq etdiyini eşitmişik ki,
göydən nazil olmuş «İncil»in əsl mətni xristianlar arasında mövcud deyil və o,
göyə çəkilmişdir. Onlar necə də yolverilməz günah işlətmişlər. Belə söyləməklə
Cəlil və Əziz Yaradana qarşı böyük bir haqsızlıq etmiş olurlar. İsa Camalının
Günəşi öz qövmünün gözlərindən qeyb olaraq dördüncü göyə yüksəldikdən sonra xalq
arasındakı ən böyük dəlil olan Kitab aradan götürüldüyü təqdirdə, insanlar
İsanın zamanından Məhəmməd Günəşinin doğuşuna qədər hidayətsiz qalmış
olmazdılarmı? Bu müddət ərzində İsa ümməti hansı əməllərə sahib olacaqdı? Nədən
yapışacaqdı? Bu cür özbaşına büraxılmış insanlar həqiqi intiqam alanın
intiqamına necə məruz qala bilərdilər? Özbaşına buraxılmış belə insanlar
Mənəvi Padşahın əzabına və cəzalarına necə hədəf seçilə bilərdilər? Hər şey bir
yana, bu təqdirdə Fəyyazın feyzinin kəsilməsi və Varlıq Sultanının Rəhmət
qapılarının qapanması gərək olardı. Belə bəndələrin Onun haqqında bu cür şübhə
etməklərinə görə Tanrıya pənah aparırıq. O, onların irfanlarından çox ucadır.
-
Əziz dost! Bu əzəli sübh çağındaki: «Allah göylərin və yerin nurudur»,
-ayəsinin ziyası aləmi bürüyübdür və «Allah öz nurunu tamamlamaq istər»
- sözünə görə ismət və hifz çadırı ucalıbdır. «Hər şeyin mələkutu Onun
ovcundadır»,
-fitvasına əsasən Allahın qüdrət əli bütün yer üzündə yaşayanlara doğru
uzandığı bir halda, qalxıb himmət qurşağını bərk sıxmalı və bəlkə, belə etməklə
Allahın inayət və kəramətilə o müqəddəs «Biz həqiqətən Allahdanıq» şəhrinə çatar
və o uca «Biz ona qayıdarıq» məskənlərində yer tutarıq. İnşaallah, könül gözünü
bu fani dünyanın işarələrindən təmizləyərək bitməz-tükənməz irfan mərtəbələrini
dərk edərsiz və haqqın varlığını isbat etmək üçün dəlil və sübut axtarmağa
ehtiyac olmadığı halda, onu aşkar görərsiz.
-
Ey sual edən dost! Əgər ruhun müqəddəs səltənəti havasında uçarsansa,
haqqı hər şeyin üstündə aşkar görərsən. O qədər aşkar ki, Ondan başqası
gözlərinə görünməz. «Allah var idi və Onunla birlikdə heç bir şey yox idi.» Bu
məqam elə izah edilmişdir ki, Onun həqiqiliyinin heç sübut və ya dəlilinə
ehtiyac yoxdur. Əgər həqiqətin müqəddəs fəzasında dolaşan bir kimsəsənsə,
görəcəksən ki, hər şey Onun tanınması işığında tanınır. O isə ancaq özü-özü ilə
tanınıb və tanınacaq. Əgər dəlil diyarında oturan bir kimsəsənsə, Onun özünün
buyurduğu ilə kifayətlən: «Məgər sənə nazil etdiyimiz kitab onlara kifayət
etmirmi?»
Bu, Onun Özünün təyin etdiyi bir sübut olub, Ondan daha böyük bir sübut
yoxdur və olmayacaqdır. Bu sübut Onun Özüdür, kəlamıdır və həqiqətinin
dəlilidir.
-
İndi Bəyan əhlindən və onlar arasındakı bütün ariflərdən, filosoflardan,
alimlərdən və şahidlərdən bir ricam var: kitabdakı Tanrı vəsiyyətlərini
unutmayıb, gözlərini daima Əmrin Mahiyyətinə tutsunlar, elə olmasın ki, O
Cövhərlər Cövhərinin, O həqiqətlər həqiqətinin, O Nurlar Nurunun Zühurunda
Kitabın bəzi cümlələrindən yapışıb, «Quran» dövründə başa gələn şeyləri Onun
da başına gətirməsinlər. Çünki O İlahi Sultan, Öz bədii kəlməsilə Bəyan vq Bəyan
əhlinin ruhlarını almağa və tək bir hərf ilə onların nəfse-həva məzarlarından
çıxarılıb, əbədi həyat bağışlanmasına qadirdir Diqtətli olunuz, xatirinizdə
saxlayınız ki, hər şeyin sonu Ona iman gətirmək, Onun zamanını dərk etmək və
Onun Liqasına qovuşmaqdır: «Yaxşı əməl heç də (ibadət vaxtı) üzünüzü günçıxana
və günbatana tərəf çevirməkdən ibarət deyildi. Yaxşı əməl sahibi əslində Allaha,
Axirət gününə iman gətirəndir.»
Qulaq asın, ey Bəyan əhli! Biz sizə haqq ilə vəsiyyət edirik ki Tanrının
günlərində bütün bəşəriyyət üzərinə uzanan kölgənin altında, bəlkə də, sığınacaq
tapa biləsiniz.
[1] Yasin surəsi 30
[2] Mumin surəsi 5
[3] Hud surəsi 38
[4] Nuh surəsi 26
[5] Ənkəbut 1, 2
[6] Fatir surəsi 39
[7] Hud surəsi 61
[8] Hud surəsi 62
[9] Həzrəti İbrahim Xəlilullah
[10] Mumin surəsi 28
[11] Ali-İmran surəsi 87
[12] Ali-İmran surəsi 70
[13] Ali-İmrln surəsi 71
[14] Ali-İmran surəsi 99
[15] Qibti-Fironun tayfası
[16] Sibti-Musanın tayfası
[17] Ali-İmran surəsi 7
[18] İnsan və ya Dəhr surəsi 9
[19] Maidə surəsi 114
[20] İbrahim surəsi 24
[21] Həzrəti Bəhaullahın iqtibas etdiyi bu parçanı fars caya çevirib təfsir etmişdir
[22] Luka İncili XXİ, 33
[23] Günəş Peyğəmbər
[24] Sicc - Cəhənnəm
[25] Rəhman surəsi 5
[26] Urvatil-Visxa – «MöHkəm İp», Allahın Dini
[27] Mülk surəsi 2
[28] Dəhr surəsi 5
[29] Elm-əl-yəqin - inam
[30] Eyn-əl-yəqin - həqiqət gözüylə görmək
[31] həqq-əl yəqin - həqiqəti qəbul etmək və anlamaq
[32] Ənam surəsi 91
[33] Fussilət surəsi 30
[34] Məariç surəsi 40
[35] İnfitar surəsi 1
[36] İbrahim surəsi 49
[37] Məkkə
[38] Mədinə
[39] Bəqərə surəsi 144
[40] Bəqərə surəsi 144
[41] Bəqərə surəsi 115
[42] Bəqərə surəsi 143
[43] Müddəsisir surəsi 50-51
[44] Qəsas surəsi 20
[45] Cənnətdə bulaq
[46] Baqdad
[47] Şuəra surəsi 19-21
[48] Məryəm surəsi 23
[49] Məryəm surəsi 28
[50] Vifleyem
[51] Ali-İmran surəsi 39
[52] Şeyx Əhməd Əhsai
[53] Seyid Kazım Rəşti
[54] Rəhman surəsi 29
[55] Rəhman surəsi 29
[56] Zariyat 22
[57] Rəhman surəsi 56
[58] Bəqərə surəsi 87
[59] Furqan surəsi 25
[60] Furqan surəsi 7
[61] Bəqərə surəsi 210
[62] Duxan surəsi 10
[63] Ali-İmran surəsi 119
[64] Ən uca varlıqlar
[65] Tanrıya ən yaxın bir sıra mələklər
[66] Şiələrin 6-çı imamı
[67] Əski kimyagərlərə görə çox az tanınan maddə
[68] Furqan surəsi 7
[69] Şiələrə görə axır zamanda gələcək Mehdi
[70] Həzrət Məhəmməd
[71] Yəhudilərə zidd olan tayfa
[72] Nisa surəsi 46
[73] Bəqərə surəsi 75
[74] Bəqərə surəsi 79
[75] Nur surəsi 35
[76] Tövbə surəsi 32
[77] Muminun surəsi 88
[78] Ənkəbut surəsi 51
[79] Bəqərə surəsi 176 (2)
Kitab-i-İqan. II Hissə >>
|
 |