“Baha'i Marriage and Family Life”
(İngilis dilindən tərcümə)
1. Nigah İnstitutu
Nigah Qanunları
Vəzifə və
öhdəliklər
Nigah mərasimi
Nigah birliyin
əsası kimi
Boşanmaya
münasibət
Nigahda çinsi
əlaqə
2. Nigaha Hazirliq
Özünü dərketmə
Həyat yoldaşının
seçilməsi
İsmət
Valideynlərin
razılığı
Nişan
3. Ailə Həyatı
Məhəbbət və
birlik
Ünsiyyət
Sınaqlar və
çətinliklər
Kişi və qadın
bərabərliyi
Uşaqların təlim
və tərbiyəsi
Ailə
münasibətləri
Ölüm
İş və maliyyə
Qonaqpərvərlik
Bəhai
İnstitutları və İcma ilə münasibət
Ailə həyatı və
bəhai xidməti
Dualar
1. O, insanlara
kərəm və ehsan zahir etmək və nizamlı bir dünya qurmaq istəyəndə şəriətlər nazil
etdi və qanunlar yaratdı. Və onların arasında müqəddəslik səmasından nazil olmuş
Kitab-i-Əqdəsdə bizə rifah və mühafizə qalası kimi müəyyən etdiyi nigah qanununu
müəyyən etdi. O buyurur, Onun cəlalı böyükdür: "İzdivac edin, ey insanlar, ta
ki, siz bəndələrimin arasında Məni zikr edənlər zahir olsun. Bu Mənim
əmrlərimdən biridir sizə, onu özünüzə köməkçi tutun.
Həzrət Bəhaullah
2.
Ruhun (İsa əleyhissəlamın) - Allahın salamı Onun üzərinə Olsun - ardıçılları
arasında rahib və keşişlərin mömin əməlləri Onun hüzurunda xatırlanır. Lakin qoy
bu gün onlar tərki-dünyalıqdan əl çəkib açıq dünyaya tərəf addımlasınlar və
özlərinə və başqalarına fayda verəçək şeylə məşğul olsunlar. Biz onlara izdivaç
etməyə icazə verdik, ta ki, onlardan uça Ərşin sahibi, görünən və
görünməyənlərin rəbbi olan Allahı zikr edənlər törəsin
Həzrət Bəhaullah
3. Nigahla bağlı
suala dair: Bil ki, nigah hökmü əbədidir. O, heç vaxt dəyişməyəçək, nə də ki,
ona düzəliş edilməyəcək. O, ilahi varlıqdır və bu ilahi varlığı, cüzi də olsa,
dəyişmək və ya ona düzəliş vermək mümkün deyil.
Həzrət Əbdülbəha
4. Əlbəttə, normal
şəraitdə hər bir insan evlənməyi özünün mənəvi borcu hesab etməlidir. Və Həzrət
Bəhaullah da möminləri buna həvəsləndirmişdir. Lakin nigah heç vəchlə məcburi
deyildir. Son halda fərd ailə həyatı, yaxud da subay həyat sürməyi özü
seçməlidir.
Həzrət Şövqi Əfəndi
5. Bununla belə
yadda saxlamaq lazımdır ki, yüksək dərəcədə arzu olunmasına və Həzrət
Bəhaullahın təkidli məsləhətinə baxmayaraq, nigah həyatın əsas məqsədi deyil.
Əgər bir şəxs uzun müddət ailə qurmursa və ya son nəticədə o, subay qalırsa, bu,
o demək deyildir ki, o, öz həyatının məqsədini yerinə yetirmək iqtidarında
deyil.
Uca Ədalət Evi
6. Bəhai nigahı iki
nəfərin bir-birinə qarşı öhdəliyi və onların ağıl və qəlblərinin qarşılıqlı
bağlılığıdır. Lakin hər kəs tam diqqət etməlidir ki, digərinin xasiyyətini
tanıya bilsin, ta ki, onlar arasındakı əhd əbədi davam edəcək bağ olsun. Onların
məqsədi bu olmalıdır: sevən munislər və yoldaşlar olmaq və əbədiyyətə qədər
bir-birilə vahid olmaq...
Bəhailərin həqiqi nigahı budur ki, ər
və arvad həm cismən, həm də ruhən birləşməlidirlər, ta ki, onlar həmişə
bir-birinin ruhani həyatını inkişaf etdirə və Allahın bütün dünyalarında əbədi
birlikdən xoşbəxt olsunlar. Bu, Bəhai nigahıdır.
Həzrət Əbdülbəha
7. Ey Allahın iki
mömini! Şəriksiz Rəbbiniz qadın və kişini yaratdı ki, onlar bir-birilə yaxın
həmdəm kimi yaşasınlar və hətta vahid bir ruh olsunlar. Onlar bir-birinin
rifahının qayğısına qalmalı olan iki həyat yoldaşı, iki munis dostdurlar. Əgər
belə yaşasalar, onlar bu dünyadan tam razılıq, səadət və ürək sakitliyi ilə
köçəcək və səma səltənətində ilahi fəzl və lütfün hədəfinə çevriləcəklər. Əks
təqdirdə onlar öz həyatlarını böyük acılar içində, hər an ölüm arzulayaraq başa
vuracaq və səma səltənətində utanacaqlar.
Elə isə, ruhən və qəlbən bir-birinizlə
bir yuvada göyərçinlər kimi yaşayın ki, hər iki dünyada
xeyir-dua qazanasınız.
Həzrət Əbdülbəha
8. Ey mənim iki
sevimli övladım! Sizin qovuşmağınızın xəbəri mənə çatan kimi məndə hədsiz sevinc
və şükranlıq hissi oyandı. Həmd olsun Allaha, bu iki vəfalı quş bir yuvada
sığınacaq tapmışlar. Mən Allaha yalvarıram ki, O, şərəfli ailə qurmaq üçün
onlara yardım etsin, çünki nigahın vaçibliyi bol xeyir-dua alan bir ailənin
tərbiyə edilməsindədir, ta ki, onlar tam məmnunluqla, hətta şam kimi, dünyanı
işıqlandırsınlar. Çünki dünyanın işıqlanması insanın mövcud olmasından asılıdır.
Əgər bu dünyada insan olmasaydı, dünya meyvəsiz ağac kimi olardı. Mən ümid
edirəm ki, siz hər ikiniz hətta bir ağac kimi olacaq və inayət buludlarının
yağışları ilə təravət və məlahət əldə edəcək, çiçəklənə və bəhrə verə
biləcəksiniz, ta ki, sizin nəsliniz əbədiyyətə qədər yaşasın. Ən Cəlallının
Cəlalı üzərinizə olsun.
Həzrət Əbdülbəha
9. Ata və ananın
borcudur ki, var qüvvəsi ilə çalışaraq qızına və oğluna təlim versinlər, onları
biliyin döşündən bəsləsinlər və onları elm və sənətin qoynunda tərbiyə etsinlər.
Əgər onlar bu məsələyə etinasız qalsalar, onlar güzəştsiz Allahın hüzurunda
məsuliyyət daşıyacaq və töhmətə layiq olacaqlar.
Həzrət Əbdülbəha
10. Müqəddəs Yazılarda doğuşa
nəzarət, abort və ya dölsüzləşdirmə haqqında xüsusi bir şey yoxdur, lakin Həzrət
Bəhaullah buyurmuşdur ki, nigahın əsas məqsədi uşaqlar törətməkdir və sevimli
Mühafiz bu topluda iqtibas olunan çox sayda məktublarında bu əsas məqsədə işarə
etmişdir. Bu o demək deyildir ki, ər və arvad bacardıqları qədər çox uşaq
dünyaya gətirməlidirlər; Mühafizin katibi Onun adından bir suala cavabda
açıq-aydın bildirmişdir ki, ər və arvad neçə uşaq istədiklərinə özləri qərar
verməlidirlər. Heç uşaq istəməmək qərarı nigahın əsas məqsədini pozar. Əlbəttə
ki, belə bir qərar verməyi tələb edən tibbi səbəb istisnadır.
Uca Ədalət Evi
11. Hər iki tərəfə, onların
Allahın iradəsi ilə razılaşdıqlarını göstərən, xüsusi nazil olmuş ayəni oxumaq
vacib edildi.
Kitab-i-Əqdəs
12. Xüsusi nazil olmuş ayə
belədir: «Biz hamımız Allahın İradəsilə razıyıq».
Kitab-i-Əqdəs
13. Bəhai nigah mərasimlərini
icra etmək üçün Məhfillərə müraciət olunmalıdır.
Həzrət Şövqi Əfəndi
14. Mərasimin özü çox sadə
olmalıdır.
Həzrət Şövqi Əfəndi
15. Bəhai nigahı hal-hazırda
hər hansı yeknəsək qəlibə salınmamalıdır. Ən vaçibi Həzrət Bəhaullahın
Kitab-i-Əqdəsdə qoyduğu şərtdir: dostlar bu seçilmiş yazılara, istəsələr,
əlavələr edə bilərlər, lakin Həzrət Əbdülbəhanın "Nigah Lövhü" Bəhai nigahı üçün
şərt deyildir.
Həzrət Şövqi Əfəndi
16. Birdən artıq mərasim olduğu
hallarda Bəhai kəbini və digər vətəndaş mərasimi və ya dini mərasim eyni gündə
həyata keçirilməlidir.
Həzrət Şövqi Əfəndi
17. Bəhai və vətəndaş mərasimlərinin eyni
bir gündə keçirilməsinə gəldikdə isə: hər iki mərasim keçirilməyincə zifaf
gecəsi baş verməməlidir, ona görə də bu iki mərasimin arasında bir gecə fasilə
olmamalıdır.
Uca Ədalət Evi
18. Bəy və gəlin iki şahid qarşısında bəyan
etməlidirlər: "Biz hamımız Allahın İradəsilə razıyıq." Bu iki şahid bəy və
gəlin, yaxud Ruhani Məhfil tərəfindən seçilə bilər, lakin istənilən halda Məhfil
tərəfindən qəbul edilməlidir.
Uca Ədalət Evi
19. Bəy və gəlinin zifaf
gecəsi, sizin müvafiq olaraq qeyd etdiyiniz kimi, başqalarına aidiyyatı olmayan
intim və şəxsi məsələdir. Normal halda toy gecəsi cinsi əlaqəni nəzərdə tutur.
Zifaf gecəsinin mərasimdən sonra iyirmi dörd saat ərzində baş verməsini tələb
edən Bəhai qanunu o vaxt yerinə yetirilmiş sayıla bilər ki, qız və oğlan ailə
münasibəti qurmaq niyyəti ilə birgə yaşamağa başlamışlar.
Uca Ədalət Evi
20. Bəhai olandan sonra
evlənmək istəyən şəxslər Bəhai mərasimi keçirməlidirlər və Bəhai qanununun
tələblərini yerinə yetirməyincə, əlbəttə ki, evlənmiş sayılmırlar.
Uca Ədalət Evi
21. Mühafizin buyurduğu kimi,
Bəhai nigahı bir-birinə qovuşandan uzun müddət sonra deyil, ilk dəfə qovuşarkən
keçirilməlidir. Bununla belə, bəy və gəlin öz dostları ilə bəhai olmaları
münasibətilə nigah adına Bəhai duaları və yazılarının oxunduğu yığıncaq keçirmək
istəsələr, onların bunu etməsinə etiraz edilmir, lakin qeyd etmək lazımdır ki,
bu yığıncaq Bəhai nigahı mərasimi deyildir.
Uca Ədalzt Evi
22. Ən böyük
Varlıq buyurur: «Ey, siz insan övladları! Allahın Əmri və Onun Dinini
canlandıran fundamental məqsəd bəşər nəslinin maraqlarının qorunması və
birliyinin inkişaf etdirilməsi, insanlar arasında ülfət və yoldaşlıq ruhunun
bəslənməsidir.
Həzrət Bəhaullah
23. Həqiqətən, onlar Sənin
əmrinə itaət edərək evlənmişlər. Axır zamanadək onların birlik və harmoniya
nişanələri olmalarına yardım eylə. Həqiqətən, Sən Qüdrətli, hər yerdə mövcud
olan və Qüvvətlisən!
Həzrət Əbdülbəha
24. Ayrılıqdan hər cür əzab və
inciklik doğar, yaradılmış şeylərin birliyi isə həmişə ən tərifəlayiq nəticələr
verər. Varlıq dünyasında hətta ən xırda hissəciklərin birləşməsindən Allahın
fəzli və səxavəti zahir olar; dərəcə yüksəldikcə birlik daha əhəmiyyətli olur.
Bütün cütləri torpağın yetişdirdiyindən, insanların özlərindən və onların idrakı
xaricində olan şeylərdən yaradan Allaha əbha olsun! İnsanlar arasındakı birlik
isə, xüsusilə bu birlik Allaha məhəbbət xatirinə olanda, bütün başqa
birliklərdən ucadır. Başlanğıc birlik belə zahir olmuşdur; ruhda eşqin bünövrəsi
belə qoyulmuşdur.
Həzrət Əbdülbəha
25. Nigah insan kütlələri
arasında cismani bağdır və bu birlik yalnız müvəqqəti ola bilər, çünki o,
əvvəldən qərar verildiyi kimi sonda fiziki parçalanmaya məhkumdur.
Bəha əhli arasında isə nigah həm
cismani, həm də ruhani olmalıdır, çünki həm ər, həm də arvad eyni şərabdan
hərarətlənər, hər ikisi eyni misilsiz Simaya aşiq olar, hər ikisi eyni ruhla
yaşayar və hərəkətə gələr, hər ikisi eyni nurla işıqlanar. Onlar arasında bu
bağlılıq ruhanidir, ona görə də bu bağlılıq əbədi yaşayacaq. Eynilə də onlar
cismani dünyada güclü və daimi bağlardan həzz alarlar, çünki əgər nigah həm
ruha, həm də cismə əsaslanarsa, bu birlik həqiqi birlik olar və ona görə də
davam edər. Lakin bu bağ cismani bağlılıqdan başqa bir şey deyilsə, o, əlbəttə
ki, müvəqqətidir və mütləq ayrılıqla sona yetər. Ona görə də Bəha əhli evlənməyə
qərar verəndə bu ittifaq həqiqi münasibət, ruhani və həmçinin cismani birlik
olmalıdır ki, həyatın hər mərhələsində və Allahın bütün dünyalarında onların
qovuşması daimi olsun; çünki bu həqiqi birlik Allah məhəbbətindən saçan nurdur.
Eynilə insanlar yetişib həqiqi möminlər
olanda, onlar bir-biri ilə ruhani münasibətdə olacaq və bu dünyaya aid olmayan
incəlik nümayiş etdirəcəklər. Onlar hamısı ilahi məhəbbətin cazibəsindən
şövqlənəçək və onların bu ittifaqı, bu əlaqəsi əbədi yaşayacaqdır. Özünü unudan,
özündən bəşəri qüsurları qoparıb atan və özünü bəşəri zəncirlərdən azad edən
qəlblər, heç bir şübhə yoxdur ki, səmavi birlik nuru ilə işıqlanacaq və hamısı
ölməz dünyada həqiqi birliyə yetişəçəklər.
Həzrət Əbdülbəha
26. Ərlə arvad, onlar arasında
bağ və Allahın onlara bəxş etdiyi uşaqlarla bağlı sualınıza dair: Bil,
həqiqətən, ər o kəsdir ki, səmimi olaraq Allaha tərəf dönmüş, Ən Cəlallının
Camalının çağırışına oyanmışdır və böyük yığıncaqlarda Birlik kəlamlarını
oxuyur; arvad o varlıqdır ki, Allahın sifətləri və Onun adlarını axtarır və
onlarla aşıb-daşmaq istəyir; onlar arasındakı bağ isə Allahın Kəlamından başqa
bir şey deyildir. Həqiqətən, Allah Kəlamı kütlələri bir yerə toplayır və
bir-birindən uzaq olanları birləşdirir. Beləçə, ər və arvad bir-birinə
yaxınlaşır, hətta bir şəxsiyyət kimi bir-birilə birləşir və harmoniya təşkil
edirlər. Onların qarşılıqlı birliyindən, munisliyindən və məhəbbətindən həm
cismani, həm də ruhani dünyada böyük nəticələr törəyir. Ruhani nəticə ilahi
nemətlərin zahir olmasıdır. Cismani nəticə Allahın məhəbbət beşiyində doğulan,
Allahın elm döşündə bəslənən, Allahın nemətinin qoynunda tərbiyə alan və Allahın
təlim dizlərində böyüyən uşaqlardır. Həzrət İsa belə uşaqlar haqqında
buyurmuşdur: həqiqətən, onlar Səltənətin uşaqlarıdır!
Həzrət Əbdülbəha
27. Allah, həqiqətən, birliyi
və razılığı sevir, ayrılıq və boşanmaya isə nifrət edir.
Həzrət Bəhaullah
28. İndi amerikalı dostlar belə
yaşamalı və belə davranmalıdırlar. Onlar ciddi olaraq boşanmadan
çəkinməlidirlər, ta o vaxta qədər ki, onları ayrılmağa vadar edən bir-birinə
qarşı nifrət yaransın. Bu halda onlar Ruhani Məhfili xəbərdar etməklə ayrılmaq
qərarını verə bilərlər. Sonra onlar səbirli olmalı və tam bir il
gözləməlidirlər. Əgər bu il ərzində onlar arasında harmoniya bərpa olunmazsa, o
halda boşanma həyata keçirilə bilər. Elə olmamalıdır ki, ər və arvad arasında
cüzi ziddiyyət və ya narazılıq üzündən ər başqa bir qadınla birləşmək fikrinə
düşsün, yaxud, Allah eləməsin, arvad da başqa ər haqqında fikirləşsin. Bu səmavi
dəyər ölçüsünə və həqiqi ismətə ziddir. Allahın dostları elə yaşamalı və
davranmalı, elə gözəl xasiyyət və davranış nümayiş etdirməlidirlər ki,
başqalarını heyrətə salsınlar. Ər və arvad arasındakı məhəbbət tamamilə cismani
olmamalıdır, xeyr, o, ruhani və ilahi olmalıdır. Bu iki qəlb bir qəlb
sayılmalıdır. Tək bir qəlbi ayırmaq necə də çətin olardı! Xeyr, daha da çətin
olardı.
Xülasə, Allahın Səltənətinin təməli
ixtilaflar, xüsusilə də ər və arvad arasındakı ixtilaflar üzərində deyil,
harmoniya və məhəbbət, birlik, yoldaşlıq və ittifaq üzərində qurulmuşdur.
Bunların ikisindən biri boşanmaya səbəb olarsa, o, sözsüz ki, böyük çətinliklərə
düşər, dəhşətli fəlakətlərin qurbanı olar və peşmançılıq çəkər.
Həzrət Əbdülbəha
29. Sizin üzləşdiyiniz
vəziyyət, həqiqətən, çətin və incədir, lakin onun doğurduğu və sizin, sadiq və
vəfalı bir mömin kimi, viçdanla və tamamilə öz üzərinizə götürməli olduğunuz
məsuliyyətlər heç də az ciddi və əlbəttə ki, az əhəmiyyətli deyildir. Ona görə
də sizin vəziyyətinizin xüsusi çətinliklərini tam aydın başa düşən Mühafiz
qəm-qüssə içində üzləşdiyiniz bu çətin vəziyyətinizdə sizə dərin rəğbət
bəsləməsinə baxmayaraq, Təlimlərdəki qəti hökmlər nöqteyi-nəzərindən, sizin
birinci arvadınız sağ olduğu və sizə müqəddəs izdivac öhdəliyi ilə bağlı olduğu
halda sizin ikinci nigah bağlamaq tələbinizə icazə verə bilməz, nə də sadəcə
yenidən evlənmək xatirinə arvadınızı boşamağınızı təklif və ya təsdiq edə
bilməz. Çünki Bəhai Təlimi yalnız ikiarvadlılığı/ikiərliliyi kənarlaşdırmır,
lakin həm də, boşanmaya icazə verdiyi halda, onu məzəmmətəlayiq hərəkət hesab
edir və yalnız müstəsna çətin vəziyyətlərdə, ciddi problemlər yarandıqda icazə
verir; bu zaman fiziki cazibədarlıq və ya cinsi uyğunluq və harmoniya kimi
səbəblər nəzərə alınmır. «Həzrət Bəhaullahın qurduğu nigah təsisatı ər-arvad
birliyinin fiziki amilinə lazımi əhəmiyyət verdiyi halda onu, hikmətli və hami
Allahın ona inayət etdiyi mənəvi və ruhani məqsəd və vəzifələrdən sonra ikinci
dərəcəli hesab edir. Yalnız bu müxtəlif dəyərlərə lazımi əhəmiyyət verildiyi
halda və fiziki olan mənəvi olana, cismani olan isə ruhani olana münasibətdə
ikinci dərəcəli olduğu halda ər-arvad münasibətlərində tənəzzülə uğramış
dövrümüzün belə kədərli halda şahidi olduğu ifratçılıq və pozğunluqdan qaçmaq
olar və ailə həyatının əvvəlki paklığı bərpa oluna və Allahın hökm etdiyi həqiqi
vəzifə yerinə yetirilə bilər.
Mühafiz çox səylə dua edəcəkdir ki,
belə ilahi meyarla ilhamlanıb hidayət olunaraq və Həzrət Bəhaullahın sarsılmaz
yardımı və təyidi ilə siz həmin şəxslərlə münasibətlərinizi qənaətbəxş şəkildə
tənzimləyəsiniz və beləliklə də sizin həyatınızın, əlbəttə ki, bu çətin
probleminin düzgün həllini tapasınız.
Həzrət Şövqi Əfəndi
30. Boşanmaya dair Mühafiz
buyurmuşdur ki, bu, pislənilir, ona etiraz olunur və o, Allahın rizasına
qarşıdır. Məhfil bu münasibətlə Həzrət Əbdülbəhanın Qələmindən nazil olan hər nə
varsa, hamısını dostlar arasında yaymalıdır ki, hamı tam xəbərdar olsun. Boşanma
Ruhani Məhfilin təsdiqi və icazəsi ilə şərtləşdirilir. Məhfil üzvləri belə
məsələlərdə hər bir halı müstəqil və diqqətlə öyrənməlidir. Əgər boşanma üçün
tutarlı əsaslar olarsa və barışığın tamamilə qeyri-mümkün olması müəyyən
edilərsə, o halda Məhfil boşanmanı təsdiq edə bilər.
Həzrət Şövqi Əfəndi
31. Şövqi Əfəndi arzu edir ki,
sizin nigahınızla bağlı mən bu qeydi əlavə edim: O, hesab etmir ki, hər hansı
mömin, istənilən şəraitda, Əmri və ya ona xidməti öz nigahlarının pozulması üçün
səbəb edə bilər; boşanma, bildiyimiz kimi, Həzrət Bəhaullah tərəfindən
lənətlənmişdir və yalnız hədsiz dərəcədə ciddi səbəblər ona əsas verə bilər.
Həzrət Şövqi Əfəndi
32. Bəhai ailəsi olan yerdə
aidiyyatı olanlar onu qoruyub saxlamaq üçün əllərindən gələni etməlidirlər,
çünki Təlimlərdə boşanma lənətlənir, harmoniya, birlik və məhəbbət isə insan
münasibətlərində ən yüksək ideallar kimi yüksək tutulur. Bu, mühacirlik
sahəsində xidmət edib-etməməyindən asılı olmayaraq həmişə bəhailərə aid
edilməlidir.
Həzrət Şövqi Əfəndi
33. O arzu edir ki, mən Onun
sizin həyatınızın düçar olduğu kədərə təəssüfləndiyini və sizin boşanma ilə
bağlı ümumilikdə dediklərinizin hamısı ilə razılaşdığını sizə çatdırım. Şübhə
yoxdur ki, Amerikada möminlər, ehtimal ki, özləri də bilmədən geniş yayılmış
hədsiz dərəcədə azad əxlaqın təsiri altına düşdüklərinə görə və boşanmaya
getdikçə artan qeyri- ciddi münasibət üzündən boşanmanı ciddi qəbul etmirlər və
görünür, başa düşmürlər ki, Həzrət Bəhaullah boşanmaya icazə verməsinə
baxmayaraq, O, boşanmanı lənətləmiş və yalnız son çıxış yolu kimi icazə
vermişdir. Boşanmada uşaqlar amilini saymamaq olmaz, çünki o, ər və arvadın
üzərinə belə bir addımı nəzərə almaqda, əlbəttə ki, daha ağır mənəvi məsuliyyət
qoyur. Boşanma belə hallarda təkcə onlara, onların arzularına və hisslərinə aid
deyildir, lakin həm də uşaqların bütün gələcəyinə və onların özlərinin nigaha
münasibətinə təsir edir.
Həzrət Şövqi Əfəndi
34. Möminlər boşanmadan çox
ciddi surətdə çəkinməlidirlər və ona yalnız nadir və son dərəcə zəruri hallarda
əl atılmalıdır. Müasir cəmiyyətdə nigahın müqəddəs təbiətinə münasibətdə
nizamsızlıq cinayət həddinə çatmışdır və möminlər bu münasibətə qarşı səylə
mübarizə aparmalıdırlar.
Həzrət Şövqi Əfəndi
35. O, sizin ərinizdən boşanma
fikrinə düşmənizi eşidəndə çox təəssüfləndi. Şübhəsiz, bilirsiniz ki, Həzrət
Bəhaullah ailə bağını çox müqəddəs sayır; və yalnız çox müstəsna və dözülməz
hallarda boşanma bəhailərə məsləhət görülür.
Mühafiz demir ki, siz ərinizdən
boşanmamalısınız; ancaq O, israr edir ki, siz, sadəcə mömin olduğunuz və Allahın
qanunlarına əməl etməyə can atdığınız üçün deyil, lakin həm də uşaqlarınızın
xoşbəxtliyi naminə əvvəllər nigahınızda hiss etdiyiniz məhdudiyyətlərdən yüksəyə
qalxmağınızın və birlikdə onu dəf etməyinizin mümkünlüyünü dua vəziyuətində
nəzərdən keçirəsiniz.
Biz çox vaxt hesab edirik ki, bizim
xoşbəxtliyimiz müəyyən istiqamətdə yönəlmişdir; lakin sonda o, bizə baha başa
gəlsə, görərik ki, biz, həqiqətdə, nə azadlıq, nə də xoşbəxtlik əldə etmişik,
sadəcə yeni məyusluq və ümidlərin puça çıxması.
Həzrət Şövqi Əfəndi
36. O, sizin ərinizlə bir yerdə
hələ də xoşbəxt olmadığınızı eşidəndə çox təəssüfləndi. Evli insanların bir-biri
ilə yola gedə bilməməsi həmişə həyatda kədər mənbəyi olmuşdur, lakin Mühafiz
hesab edir ki, siz və əriniz, boşanmaq niyyətində olarkən öz uşaqlarınızın
gələcəyi və sizin tərəfinizdən bu vacib addımın onların həyatına və
xoşbəxtliyinə necə təsir edəcəyi haqqında fikirləşməlisiniz.
Əgər məsləhət və məşvərətə ehtiyac hiss
edirsinizsə, O, sizə öz Yerli Məhfilinizlə məsləhətləşməyi məsləhət görür;
əminəm ki, sizin bəhai yoldaşlarınız sizə məsləhət vermək və kömək etmək, sizin
və Əmrin maraqlarını qorumaq üçün əllərindən gələni edəcəklər.
Həzrət Şövqi Əfəndi
37. Kitab-i-Əqdəsdə nigah ən
müqəddəs və vacib bağ kimi buyurulmuşdur və bəhailər başa düşməlidirlər ki,
boşanmaya son vasitə kimi baxılmalı, hər mümkün vasitə ilə ondan çəkinilməli və
asanlıqla ona əl atılmamalıdır
Həzrət Şövqi Əfəndi
38. İzdivac edin ki, sizdən
sonra sizin yerinizə başqası qalxsın. Biz, həqiqətən, sizə sədaqətli olmağa
kömək edəni deyil, əxlaqsızlığı qadağan etdik...
Həzrət Bəhaullah
39. İzdivac edin, ey insanlar,
ta ki, siz bəndələrimin arasında Məni zikr edənlər zahir olsun. Bu Mənim
əmrlərimdən biridir sizə, onu özünüzə köməkçi tutun.
Həzrət Bəhaullah
40. Ona görə də Sən Öz mərhəmət
səmanda Sənin məhəbbət yuvanın bu iki quşunu birləşdir və onları əbədi mərhəməti
cəzb edən vasitə et ki, bu iki məhəbbət dənizinin birliyindən lətiflik dalğası
qalxsın və pak və xeyirxah övlad mirvarilərini həyat sahilinə atsın.
Həzrət Əbdülbəha
41. Həzrət Bəhaullah hamını
həyatın təbii və düzgün yolu olan izdivaca çağırmışdır. Lakin O, həmçinin, onun
ruhani təbiətini güclü vurğulamışdır ki, bu da normal fiziki həyat tərzini
istisna etmir və nigahın ən əsas amilidir. İki insanın öz həyatlarını məhəbbət
və harmoniyada yaşaması onların bir-birinə qarşı ehtirasla alışıb-yanmasından
daha vacibdir. Biri böyük, möhkəm qayadır ki, ehtiyaç olduqda söykənmək olar;
digəri isə tamamilə müvəqqəti bir şeydir ki, hər an məhv ola bilər.
Həzrət Şövqi Əfəndi
42. Bəhai Dini cinsi meylliyin
əhəmiyyətini qəbul edir, lakin onun azad məhəbbət, siğə və digər qeyri-qanuni və
odəbsiz formalarını ittiham edir və hamısını insana və onun yaşadığı cəmiyyətə
qeyd-şərtsiz zərərli hesab edir. Cinsi instinktdən düzgün istifadə etmək hər bir
fərdin təbii hüququdur və məhz bu məqsədə görədir ki, nigah institutu
yaradılmışdır. Bəhailər cinsi həvəsin boğulmasına inanmırlar, lakin onun
tənzimlənməsinə və ona nəzarət olunmasına inanırlar.
Həzrət Şövqi Əfəndi
43. Ər və ya arvadımızdan başqa tanış
olduğumuz adamla dərin məhəbbət bağlarının həyatımızda tuta biləçəyi yerlə bağlı
qaldırdığınız sual təlimlərin işığında asanlıqla aydınlaşdırılır. İsmətlilik,
həm nigahdan əvvəl, həm də nigahdan sonra, ləkəsiz və saf cinsi əlaqə həyatı
deməkdir. Nigahdan əvvəl tamamilə bakirə, nigahdan sonra seçdiyin dosta vəfalı
olmalı. Cinsi fəaliyyətdə vəfalı, sözdə və əməldə vəfalı olmalı.
Dünya bu gün bütün başqa şeylər
arasında fiziki məhəbbətin vacibliyinin həddindən artıq şişirdilməsi və ruhani
dəyərlərin qıtlığı girdabında batmışdır. Möminlər bunu mümkün qədər başa düşməyə
səy göstərməli və evliliyin təmiz fiziki tərəfini, tarixdə bütün tənəzzülə
uğramış dövrlər üçün səciyyəvi olaraq, həddindən artıq vurğulayan öz
yoldaşlarından yüksəyə qalxmalıdırlar. Onlar normal, qanuni ailə həyatlarından
kənarda insanın fiziki həyatı deyil, ruhani həyatına əsaslanan və əbədi olan
yoldaşlıq və məhəbbət bağları yaratmağa çalışmalıdırlar. Bu, bir çox sahələrdən
biridir ki, bəhailər burada nümunə olmalı və insanın ruhunun yüksəldiyi və onun
bədəninin onun ruhu üçün alətdən başqa bir şey olmadığı həqiqi bəşəri həyat
tərzinə doğru gedən yolu göstərməlidirlər. Deməyə ehtiyac yoxdur ki, bu, qanuni
nigah yolu ilə tamamilə normal cinsi əlaqə həyatını kənar etmir.
Həzrət Şövqi Əfəndi
44. Ey Mənim bəndələrim, əgər
Mənim səxavət və fəzlimin sizdə əmanət qoyulmuş möcüzələrindən agah olsanız,
şübhəsiz, hər şeydən əlinizi üzərsiniz və özünüzü tanımağa nail olarsınız ki, bu
da əslində Məni tanımaq deməkdir. Və bu halda Məndən başqa heç kimə ehtiyac
duymazsınız, Mənim inayət dəryamı və kəramət dənizimi zahiri və batini gözünüzlə
özünüzdə Mənim Əbha adımdan parlayan günəş kimi açıq və aşkar görərsiniz.
Həzrət Bəhaullah
45. Sən Səni zikr edənlərin
zikrindən, səni vəsf edənlərin vəsfindən, Səni tərifləyənlərin tərifindən
ucasan, çox uçasan! Sən öz bəndələrinə cürbəcür dualarla və növbənöv təriflərlə
Səni xatırlamağı əmr etməklə, onlara mərhəmət göstərmisən: bu yolla onlar layiq
olduqları məqama yüksəlib özlərini dərk etməlidirlər.
Həzrət Bəhaullah
46. ...insan özünü tanımalıdır
və nəyin onu izzətə və ya zillətə, şöhrətə və ya alçalmağa, zənginliyə və ya
fəqirliyə apardığını bilməlidir.
Həzrət Bəhaullah
47. Ey Ruh oğlu! Səni zəngin yaratdım, nə
üçün yoxsulluğa yuvarlanırsan? Səni əziz yaratdım, nə üçün özünü zəlil tutursan?
Səni elm cövhərindən zahir etdim, nə üçün məndə deyil, başqalarında elm
axtarırsan? Səni məhəbbət gilindən yapdım, necə Məndən başqası ilə məşğulsan?
İndi dön özünə bax ki, Məni özündə qüvvətli, qüdrətli və qəyyum tapasan.
Həzrət Bəhaullah
48. Özünüzü dünyadan və onun
bər-bəzəyindən xilas edin. Onlara yaxınlaşmaqdan çəkinin, çünki onlar sizi
günaha və pis əməllərə sövq edir və sizin doğru yolla getməyinizə mane olur.
Həzrət Bəhaullah
49. Ey varlıq oğlu! Əməllərinin
hesabı çəkilməmiş, hər gün özünə hesabat ver, çünki ölüm səni qəflətən haqlayar
və əməllərin üçün hesabat qarşısında durarsan.
Həzrət Bəhaullah
50. Ey Mənim oğlum! Şər
adamların söhbəti qəmi artırar, dürüst adamların ünsiyyəti qəlbin pasını
təmizlər. "Hər kim Allah ilə ünsiyyət etmək istəyirsə, Onun dostları ilə
ünsiyyət etsin və hər kim Allahın kəlamını eşitmək istəyirsə, Onun
seçilmişlərinin kəlamlarını eşitsin.
Həzrət Bəhaullah
51. Məşvərət yüksək ayıqlıq
bəxş edir və gümanı yəqinliyə çevirir. O, parlaq bir işıqdır ki, qaranlıq
dünyada yol göstərir və hidayət edir. Çünki hər şeyin kamillik və yetkinlik
vəziyyəti vardır və daim olacaqdır. Anlama qabiliyyətinin yetkinliyi məşvərət
vasitəsilə zahir olar.
Həzrət Bəhaullah
52. İndi insafla danış.
Məsələni nə özünə, nə də başqalarına yanlış təqdim etmə.
Həzrət Əbdülbəha
53. Allahın Qanunu altında
izdivac sualına dair: əvvəlcə sən könlünə yatan birisini seçməlisən və sonra bu
məsələyə görə ata və ananın razılığı alınmalıdır. Sən seçim etməmişdən əvvəl
onların müdaxilə etmək hüququ yoxdur.
Həzrət Əbdülbəha
54. Möminlərin qəlbləri
arasında mövcud olan məhəbbət ruhların birliyindən doğur. Bu məhəbbət Allahın
elmi vasitəsilə əldə edilir ki, insanlar İlahi Məhəbbəti qalbdə əks olunmuş
görürlər. Hər kəs digərində Allahın Camalının qəlbdə əks olunduğunu görür və bu
oxşarlığı taparaq onlar bir-birinə məhəbbətlə cəzb olunurlar. Bu məhəbbət bütün
insanları bir dənizin dalğaları edəcək, bu məhəbbət bütün insanları bir səmanın
ulduzları və bir ağacın meyvələri edəcək. Bu məhəbbət həqiqi razılığın əldə
olunmasına, həqiqi birliyin təməlinin qoyulmasına gətirib çıxaracaq.
Lakin bəzən dostlar arasında mövcud
olan məhəbbət (həqiqi) məhəbbət deyildir, çünki o dəyişilməyə məhkumdur; bu,
sadəçə məftunluqdur. Külək əsəndə nazik ağaclar əyilər. Külək Şərqdən əsəndə
ağac Qərbə əyilər və külək Qərbdən əsəndə ağac Şərqə əyilər. Bu növ məhəbbət
həyatın təsadüfi şəraitlərindən törəyir; Bu, məhəbbət deyildir, o, sadəçə
tanışlıqdır; o, dəyişməyə məhkumdur. Bu gün iki qəlb açıq-aşkar yaxın dostluq
edir; sabah bütün bunlar dəyişə bilər. Dünən onlar bir-birinin yolunda ölməyə
hazır idilər, bu gün isə onlar bir-birindən qaçırlar! Bu, məhəbbət deyildir; bu,
qəlblərin həyatın təsadüflərinə uymasıdır. Bu «məhəbbəti» yaşadan səbəb aradan
gedəndə həmin məhəbbət də gedər; bu, həqiqətdə, məhəbbət deyildir.
Həzrət Əbdülbəha
55. Ey, sən, Səltənətin oğlu!
Əgər bir kimsədə Allahın məhəbbəti varsa, onun gördüyü hər bir iş faydalıdır,
lakin Allahın məhəbbəti olmadan görülən iş ziyan gətirər və onun Səltənətin
Rəbbindən pərdələnməsinə səbəb olar. Allahın məhəbbəti isə hər acılığı şirin və
hər hədiyyəni qiymətli edər. Məsələn, musiqili və lətif səs cəzb olunmuş qəlbə
həyat verir, lakin arzu və ehtiras içində itib batan qəlbləri isə şəhvətə
sürükləyir.
Həzrət Əbdülbəha
56. Yetkinliyi keçmiş insanı
öyrətmək və xasiyyətinn saflaşdırmaq həddindən artıq çətindir. Təcrübə göstərir
ki, o çaqda onun bəzi meylini dəyişmək üçün edilən bütün səylər heç bir fayda
vermir. Ola bilsin ki, o, bu gün bir qədər yaxşılaşsın; lakin bir neçə gün
keçməz ki, o, unudar və öz vərdiş etdiyi vəziyyətə və adət etdiyi yollara
qayıdar.
Həzrət Əbdülbəha
57. Lakin sən bütün şəraitlərdə
Allaha itaət etməli və Ona təvəkkül etməlisən və O, sənə sənin
rifahın üçün faydalı olanı bəxş edəcəkdir. Həqiqətən, O mərhəmətli və rəhmlidir!
Bax, nə qədər çətinə düşmüş işlər sonra Allahın izni ilə düzəlir və nə qədər
problemlər həll olunur.
Həzrət Əbdülbəha
58. Əgər mümkün olsa, qoy bu
iki irq, ağ və qara, bir Məhfildə toplaşsınlar və qəlbləri elə məhəbbətlə dolsun
ki, onlar nəinki birləşsinlər, hətta bir-birilə evlənsinlər. Əmin olun ki, bunun
nəticəsi ağlar və qaralar arasındakı fərqləri və mübahisələri aradan qaldıracaq.
Həzrət Əbdülbəha
59. Biz o ruhani səviyyəyə
çatmalıyıq ki, orada Allah əvvəl gəlir və böyük insani ehtiraslar bizi Ondan
döndərə bilmir. Hər vaxt biz görürük ki, insanlar başqalarına qarşı nifrət və ya
ehtiraslı bağlılıq üzündən qanunu qurban verirlər və özlərini Allah Yolundan
uzaqlaşdırırlar... «Biz Allahı sevməliyik və bu vəziyyətdə bütün insanlara qarşı
ümumi məhəbbət mümkün olur. Biz hər bir insanı onun özünə görə sevə bilmərik,
lakin bizim bəşəriyyətə qarşı hisslərimiz bütün insanları yaradan Ataya
məhəbbətimizlə oyadılmalıdır.
Həzrət Şövqi Əfəndi
60. ...sizin müddəanız ki,
bəşəriyyətin birliyi prinsipi hər bir həqiqi bəhaini irqin özünü birliyə maneə
kimi baxmaqdan qoruyur, bu məsələdə Dinin Təlimlərinə tam müvafiqdir. Çünki nə
Həzrət Bəhaullah, nə də Həzrət Əbdülbəha irqlərarası nigaha etiraz etmiş, nə də
onu pisləmişlər. Bəhai Təlimləri, əlbəttə ki, məhz öz təbiəti ilə irqçiliyin
bais olduğu bütün məhdudiyyətlərin hüdudlarını aşır və ona görə də heç bir irqi
fəlsəfə məktəbinə bənzədilə bilməz.
Həzrət Şövqi Əfəndi
61. Xasiyyət və iman arasında
fərq vardır; bu faktı çox vaxt qəbul etmək və ona dözmək çətindir, lakin fakt
budur ki, insan Əmrə inana və onu sevə bilər, hətta onun yolunda ölməyə hazır
olar, bununla belə yaxşı xasiyyəti olmaya bilər və yaxud təlimlərdən fərqli
xüsusiyyətlərə malik ola bilər. Biz çalışmalıyıq ki, dəyişək, imkan verməliyik
ki, Allahın Gücü bizi yeni şəklə salsın və bizi əməldə və imanda həqiqi bəhailər
etsin. Lakin bəzən proses yavaş gedir, bəzən isə bu, heç vaxt baş vermir, çünki
fərd kifayət qədər səylə çalışmır. Lakin bu şeylər bizə əziyyət verir və bizim
üçün imtahandır...
Həzrət Şövqi Əfəndi
62. Qız və oğlan bir-birinin xasiyyətini
öyrənməlidirlər və evlənməyə qərar verməmişdən əvvəl bir-birini tanımaq üçün
vaxt sərf etməlidirlər, evlənəndə isə bunu əbədi bağ yaratmaq niyyəti ilə
etməlidirlər».
Uca Ədalət Evi
63. Biz, həqiqətən, öz
kitabımızda əxlaqsızlıqdan üz döndərib paklıq yolunu tutanlara çoxlu mükafat
müəyyən etdik. Həqiqətən, O, mükafatlandıran və səxavətlidir.
Həzrət Bəhaullah
64. Sənə yalvarıram, ey
millətləri yaradan və əbədiyyət Sultanı. Öz kənizlərini ismət məbədində hifz elə
və Sənin günlərində onların nalayiq əməllərini aradan qaldır.
Həzrət Bəhaullah
65. Paklıq və ismət Allahın
kənizləri üçün ən böyük bəzək olub və olacaq. Allah Mənə şahiddir! İsmət nurunun
parıltısı öz işığını ruh dünyalarına səpir və onun ətri hətta Ən Yüksək Cənnətə
yayılır. Allah isməti, həqiqətən, Öz kənizlərinin başlarına tac etmişdir. Bu
böyük məqama çatan kənizin xeyir-duası böyükdür.
Həzrət Bəhaullah
66. De: azğınlıq edən və
dünyadan yapışan kəslər bəha əhlindən deyillər. Bəha əhli o bəndələrdir ki, əgər
qızılla dolu vadiyə daxil olsalar, ondan bulud kimi tez ötüb keçərlər və ona
qətiyyən diqqət yetirməzlər. Bilin ki, onlar mənə mənsubdurlar. Səma sakinləri
onların libasından müqəddəslik ətri duyar... Və əgər onların qarşısına ən yaxşı
şəkildə bəzənmiş gözəl bir qadın çıxarsa, onlar ona ehtiras gözü ilə baxmazlar.
Onlar paklıqdan yaranmışlar. Əzəli Qələm qüdrətli və səxavətli Rəbbinizin
adından sizə belə təlim verir...
Həzrət Bəhaullah
67. Bu cismani çərçivə batini
məbədin taxtı olduğuna görə, birinciyə nə olursa, sonuncu da onu hiss edir.
Həqiqətdə, şadlıqdan sevinən və ya ağrıdan kədərlənən bədənin özü deyil, onun
batini məbədidir. Bu fiziki bədən batini məbədin oturduğu taxt olduğuna görə
Allah buyurmuşdur ki, bədən mümkün olduqça qorunsun, ta ki, iyrənçliyə səbəb
olan şeylər yaşanmasın.
Həzrət Bab
68. Təvazökarlıq, paklıq,
mülayimlik, ləyaqət və təmiz fikirlilik mənasında belə ismətli və müqəddəs həyat
geyimdə, danışıqda, əyləncə səviyyəsində, bütün bədii və ədəbi sənətlərdə
mötədillik tələb edir. Bu, cismani arzu və pozğun meyllərə nəzarət etmək üçün
hər gün sayıq olmağı, yüngül hərəkətlərə, mənasız və çox vaxt yanlış istiqamətdə
yönəldilmiş həzzlərə ifrat bağlılığa son qoyulmasını, bütün spirtli içkilərdən,
opiumdan və buna bənzər vərdiş formalaşdıran narkotiklərdən özünü tamamilə
saxlamağı tələb edir. O, incəsənət və ədəbiyyatın əxlaqsızlaşdırılmasını,
nudizmi və sınaq nigahını, ailə münasibətlərində vəfasızlığı və bütün növ
nizamsızlığı, yüngüllüyü və cinsi iyrənçliyi ittiham edir. Belə ismətli həyat
tənəzzülə uğramış əsrin nəzəriyyələri, standartları, vərdişləri və ifratları ilə
heç bir güzəştə gedə bilməz. Əksinə, o, öz nümunəsinin dinamik güçü ilə belə
nəzəriyyələrin zərərli cəhətini, belə standartların saxtalığını, belə iddiaların
qeyri-səmimiliyini, belə vərdişlərin tərsliyini və belə ifratların küfrlü
təbiətini nümayiş etdirməyə çalışır.
Həzrət Şövqi Əfəndi
69. Nigahdan kənar cinsi
instinktdən istifadənin hər hansı qanuni formaları olub-olmamağı haqqında sizin
sualınıza dair; Bəhai Təlimlərinə görə qanuni evlənmiş şəxslər arasında cinsi
əlaqədən başqa heç bir cinsi əlaqə qanuni sayıla bilməz. Ailə həyatından kənarda
cinsi istəkdən qanuni və sağlam istifadə ola bilməz. Bəhai gənclərinə bir
tərəfdən özünənəzarət dərsləri keçilməlidir ki, bu da xasiyyətin və ümumiyyətlə,
şəxsiyyətin təkmilləşdirilməsinə, şübhəsiz, səmərəli təsir göstərəcək. Digər
tərəfdən isə onlara hələ gənc ikən və fiziki gücə tam malik olduqları bir vaxtda
nigah bağlamaq məsləhət görülməli, hətta buna həvəsləndirilməlidirlər. İqtisadi
amillər, şübhəsiz, çox vaxt erkən nigah üçün ciddi maneədir, lakin əksər
hallarda sadəcə bəhanədir və ona görə də həddindən artıq vurğulanmamalıdır.
Həzrət Şövqi Əfəndi
70. Həqiqətən, Bəyan Kitabında
(Həzrət Babın Vəhyi) bu məsələ qızla oğlanın razılığı ilə məhdudlaşdırılıb. Biz
insanlar arasında məhəbbət, yoldaşlıq və birlik yaratmaq arzusu ilə bu məsələni
həm də valideynlərin razılığı ilə şərtləşdirdik ki, ədavət və nifrətdən
qaçılsın.
Həzrət Bəhaullah
71. Nigah, qadının bakirə olub
olmamasından asılı olmayaraq, hər iki tərəfin və onların valideynlərinin
razılığı ilə şərtləşdirilir.
Kitab-i-Əqdəs
72. Həzrət Bəhaullah sağ olan
valideynlərin hamısının Bəhai nigahı üçün razılığını aydın şəkildə buyurmuşdur.
Bu, bəhai və ya qeyri-bəhai olmalarıdan, uzun illər boşanmış olmalarından asılı
olmayaraq valideynlərə aid edilir. Bu böyük qanunu (), sosial binanı
gücləndirmək, ailə bağlarını sıx möhkəmlətmək, uşaqların ürəklərində onlara
həyat verən və onların ruhunu Yaradana tərəf əbədi səyahatə göndərən
valideynlərinə qarşı hörmət və ehtiram yaratmaq üçün vermişdir. Biz bəhailər
başa düşməliyik ki, müasir cəmiyyətdə tam əks proses gedir; gənclər öz
valideynlərinin arzularına getdikcə az məhəl qoyurlar, boşanmaya təbii hüquq
kimi baxılır və bu, ən tutarsız, ən əsassız və ən rəzil bəhanələrlə əldə edilir.
Bir-birindən ayrılmış insanlar, xüsusilə, onlardan biri uşaqlar üzərində tam
qəyyumluq hüququna malik olanda, həmin uşaqların dünyaya gəlməsində bir valideyn
kimi məsul olan öz nigah partnyorlarının vacibliyini azaltmağa çalışırlar.
Bəhailər Bəhai qanunlarına və təlimlərinə ciddi əməl edərək ailə həyatını və
ailə münasibətlərinin gözəlliyini belə sürətlə dağıdan, çəmiyyətin mənəvi
binasını uçurdan bu məhvedici qüvvələrə qarşı mübarizə aparmalıdırlar.
Həzrət Şövqi Əfəndi
73. Bəhai nigahının qanuniliyi
dörd valideynin hamısının azad və tam razılığından asılıdır. Bu hüquqdan
istifadə edərkən valideynlərin azadlığı məhdudlaşdırılmır və şərtləşdirilmir.
Onlar istənilən əsasla razı olmaya bilər və öz qərarlarına görə yalnız Allah
qarşısında çavabdehdirlər.
Həzrət Şövqi Əfəndi
74. Valideyn və uşaqların
həyatın nigah kimi ciddi məsələlərində fikir ayrılığı, əlbəttə ki, çox təəssüf
doğuran haldır, lakin ən yaxşı yol bir-birinin fikrinə sayğısızlıq göstərməmək
və onu məzəmmətedici ruhda müzakirə etməməkdir, fəqət onu səmimi yolla həll
etməyə çalışılmalıdır.
Həzrət Şevqi Əfəndi
75. Mən görürəm ki, ... onun
qızının nigahına razılıq verməsi haqqında sizin sualınıza cavab verməyi təxirə
salmışam: Bəhai nigahı olması üçün razılıq verilməlidir. Həzrət Bəhaullah bunu
tələb edir və valideynin öz fikrini dəyişməsi haqqında heç bir söz demir. Yazılı
razılıq verildikdən və nigah bağlandıqdan sonra valideynlərin daha müdaxilə
etmək hüququ yoxdur.
Həzrət Şövqi Əfəndi
76. Cənab ... məktubundan belə
təəssürat yaraiır ki, o, nigahdan əvvəl valideynlərin razılıq verməsi qanununa
adi inzibati qayda kimi baxır və dərk etmir ki, bu, bəşər cəmiyyətinin
əsaslarına təsir edən, böyük əhəmiyyətə malik bir qanundur. Bundan başqa,
görünür, o, Bəhai Dinində ruhani və inzibati amillərin bir-birini tamamladığına
və Dinin sosial qanunlarının ruhani qanunlar qədər vacib olduğuna lazımi diqqət
yetirmir.
Uca Ədalət Evi
77. Tamamilə doğrudur ki, Həzrət Bəhaullahın nigah üçün valideynlərin
razılığının tələb olunması haqqında hökmü hər bir valideynin üzərinə ciddi
məsuliyyət qoyur. Əgər valideynlər bəhaidirlərsə, onlar, əlbəttə ki, razılıq
verib verməməkdə obyektiv olmalıdırlar. Onlar övladlarının arzusu ilə
dinməz-söyləməz razılaşmaqla və ya mövhumatın təsirinə düşməklə bu məsuliyyətdən
yayına bilməzlər; lakin valideynlərin, istər bəhai, istərsə də qeyri-bəhai
olsunlar, qərarı, hansı səbəbə əsaslanmağından asılı olmayaraq, vacibdir.
Uşaqlar bilməli və başa düşməlidirlər ki, belə qərar vermək valideynin
vəzifəsidir. Uşaqlar onlara həyat verən valideynlərinə ürəklərində hörmət
bəsləməli və həmişə onların rizasını qazanmağa çalışmalıdırlar.
Uca Ədalət Evi
78. Nigah bağlamamışdan əvvəl
valideynlərin razılığı bütün hallarda alınmalıdır. Həzrət Bəhaullahın
qanunlarına itaət fərdi hallarda labüd olaraq çətinliklər yaradacaq. Heç kim
fikirləşməməlidir ki, o, bəhai olduqdan sonra, onun imanı sınanmayacaq və belə
məsələlərdə bizim məhdud düşüncəmizə bu sınaqlar bəzən dözülməz görünə bilər.
Lakin biz bilirik ki, Həzrət Bəhaullah möminləri əmin etmişdir ki, onlar heç
vaxt davam gətirə biləcəklərindən artıq sınağa çəkilməzlər.
Uca Ədalət Evi
79. Bəhai qanunu valideynlik
edən şəxslərin, onların böyütdüyü uşaqların nigahına razılıq verməsini tələb
etmir. Bununla belə, uşaqların arzu etdikləri vaxt bu razılıqı almalarına heç
bir etiraz edilmir.
Uca Ədalət Evi
80. Bir və ya daha çox
valideynlərin razı olmaması üzündən evlənə bilməyən bəhailər Yerli Ruhani
Məhfillə məsləhətləşə bilərlər; bəlkə o, aidiyyatı olan valideynlərin
münasibətini dəyişmək üçün yol təklif edə bilər. Möminlər belə problemlərlə
üzləşərkən Həzrət Bəhaullaha təvəkkül etməli, Onun Dininə yardım etməyə, xidmət göstərməyə və onu
təbliğ etməyə daha çox vaxt həsr etməli, ləkəsiz, ismətli həyat sürməkdə Onun
əmrlərinə sadiq olmalı, yolu açmaqda və maneəni aradan götürməkdə və ya Öz
iradəsini bildirməkdə Ona bel bağlamalıdırlar.
Uca Ədalət Evi
81. Fərdlərin öz həyatlarında
qanunlara itaət etməsinin təsirini nəzərə alaraq yadda saxlamaq lazımdır ki, bu
həyatın məqsədi özünü növbəti həyata hazırlamaqdır. Burada insan heyvani
istəklərinə nəzarət etməyi, onları yönəltməyi və onların qulu olmamağı
öyrənməlidir. Bu dünyada həyat sınaq və nailiyyətlərin bir-birini əvəz etməsi,
yıxılmaq və yeni ruhani tərəqqilər etmək deməkdir. Bəzən bu yol çox çətin görünə
bilər, lakin siz həmişə təkrar-təkrar şahidi ola bilərsiniz ki, Həzrət
Bəhaullahın qanununa əzmlə itaət edən, bu, nə qədər çətin görünsə də, ruhən
inkişaf edir, öz zahiri xoşbəxtliyi naminə qanuna güzəşt edən isə bihudə
arzularının ardınca gedir: o, axtardığı xoşbəxtliyi tapmır, öz ruhani inkişafını
yubadır və çox vaxt özünə yeni problemlər yaradır.
Çox aydın bir misal: Valideynlərin
nigah üçün razılığını tələb edən Bəhai qanunu. Bu günlərdə çox vaxt qeyri-bəhai
valideynlər mənfi fikir və ya irqi mövhumat üzündən razılıq vermirlər; lakin biz
təkrar-təkrar görmüşük ki, uşaqların Bəhai qanununda səbatlığı həmin
valideynlərə o dərəcədə təsir edir ki, çox vaxt nəinki xeyir-dua verilir, bu,
hətta valideynlərin xasiyyətinə də təsir edə və onların öz uşaqları ilə
münasibətlərini daha da gücləndirə bilir.
Beləliklə, bütün çətinliklərə rəğmən
Bəhai qanununu yüksək tutmaqla biz nəinki öz xasiyyətimizi güçləndirir, həmçinin
ətrafımızdakılara da təsir göstəririk.
Uca Ədalət Evi
82. Nigah və nişan vaxtı ilə
nigah arasındakı müddət haqqında sualınıza dair: bu, Allahın Kitabının qəti
əmridir və təfsir oluna bilməz. Keçmişdə nişan vaxtı ilə nigah arasındakı müddət
uzananda ciddi çətinliklər və problemlər yaranırdı. İndi Kitabın Mətninə əsasən
tərəflər arasında nigah təşkil olunanda, yəni tərəflər nişanlananda və onların
evlənməyi yəqinləşəndə nigah bağlanmamışdan əvvəl doxsan beş gündən artıq vaxt
keçməməlidir...
Həzrət Əbdülbəha
83. Nigahdan əvvəlki doxsan beş
gün müddəti razılıqların alındığı gündən başlayır.
Həzrət Şövqi Əfəndi
84. Bəhailərdən nişandan sonra
doxsan beş gün ərzində evlənməyi tələb edən qanun hələlik Qərbdə tətbiq olunmur.
Lakin Qərbdə yaşayan iranlılar belə qanunlara bir vicdan məsələsi olaraq itaət
edirlər.
Uca Ədalət Evi
85. İndi Qərbdə yaşayan
iranlıların Bəhai nigah qanununun təfsilatlarına, məsələn, nişan müddəti
qanununa... itaət etmələrinə dair sualınızla bağlı: əgər hər iki tərəf
iranlıdırsa, bu qanunlar vacibdir. Lakin, bir tərəf iranlı, digər tərəf isə
qərblidirsə, iranlı mömin, onun öz yoldaşını bu qanunlar haqqında xəbərdar
etməsi tərifəlayiq hərəkət olmasına baxmayaraq, onlara əməl edilməsində təzyiq
göstərməməlidir.
Uca Ədalət Evi
86. İttifaq və birlik hər zaman
Allaha xoş gedib, ayrılıq və ixtilafa isə nifrət bəslənilib. Allahın sevdiyindən
və Onun sizə əmr etdiyindən möhkəm yapışın. O, həqiqətən, hər şeyi Bilən, hər
şeyi Görən və hikmətli Amirdir.
Həzrət Bəhaullah
87. İnsan üçün Allahı
tanıyandan və Onun Əmrində möhkəm olandan sonra, məhəbbət, harmoniya, razılıq və
birlik vəziyyətini saxlamaq digər əksər xeyirxah əməllərdən alidir. Aləmin
Məqsudunun hər səhər və axşam şəhadət verdiyi budur. Qoy Allah sizə
Kitab-i-Əqdəsdə nazil olana əməl etməkdə yardımçı olsun.
Həzrət Əbdülbəha
88. Hədsiz məhəbbət, birlik,
səmimiyyət və mehribanlıqla davranın. And olsun həqiqət Günəşinə, birliyin nuru
o qədər güclüdür ki, bütün aləmi işıqlandırıb nura boyayar. Hər şeydən agah olan
Haqq bu sözlərin doğruluğuna şahid olmuşdur və şahiddir.
Həzrət Bəhaullah
89. Peyğəmbərlərin gəlişində və
Müqəddəs Kitabların nazil olmasında məqsəd qəlblər arasında məhəbbət, dünya əhli
arasında dostluq yaratmaqdır. İnsan üzünü Allaha çevirməyincə və Onun Camalına
cəlb olunmayınça həqiqi məhəbbət mümkün deyildir.
Həzrət Əbdülbəha
90. Həzrət Bəhaullahın böyük və
fundamental təlimləri Allahın təkliyi və bəşəriyyətin birliyidir. Bu, bütün
dünya bəhailəri arasında birlik bağıdır. Onlar əvvəl özləri birləşir, sonra
başqalarını birləşdirirlər. Özü birləşməyənə qədər başqalarını birləşdirmək
mümkün deyildir.
Həzrət Əbdülbəha
91. Öz ailə üzvünü və ya
yurddaşını sevəndə, qoy bu, İntəhasız Məhəbbətin şüası ilə olsun! Qoy o, Allahda
və Allah üçün olsun. Harada Allahın nişanələrini görsən, istər sənin, istərsə də
başqasının ailəsindən olsun, sev o insanı. Rastlaşdığın hər insanın üzərinə
hədsiz məhəbbət nuru saç.
Həzrət Əbdülbəha
92. Dünya millətlərini bir
ailənin üzvləri ilə müqayisə et. Ailə kiçicik millətdir. Sadəcə olaraq ailənin
dairəsini genişləndir və sən millət alacaqsan. Millətin dairəsini genişləndir və
sən bütün bəşəriyyəti alacaqsan. Ailəni əhatə edən şəraitlər milləti əhatə edir.
Ailədə baş verənlər millətin həyatında baş verir. Əgər bir ailənin üzvləri
arasında ixtilaf yaranarsa, onlar bir-birilə dava edərlərsə, bir-birini
soyarlarsa, bir- birini qısqanarlarsa və bir-birindən inciklik üzündən intiqam
alarlarsa və öz xeyrlərini güdərlərsə, bu ailə inkişaf və tərəqqi edə bilərmi?
Xeyr, bu, tərəqqi və inkişafdan qalmağa səbəb olardı. Millətlərin böyük
ailəsində də belədir, çünki millətlər ailələr toplusudur.
Həzrət Əbdülbəha
93. İnsan üçün ailə qurmaq çox
əhəmiyyətlidir. Gənc vaxtlarında cavanlıq təkəbbürü üzündən o, bunun
əhəmiyyətini dərk etmir, lakin o, yaşlaşanda bu, peşimançılıq mənbəyi olacaq...
Bu əzəmətli Əmrdə ailə qurmuş qız və oğlanın həyatı səma mələklərinin həyatına
bənzəməlidir - fərəh və ruhani sevinclə dolu həyat, birlik və razılıq içində
sürülən həyat, həm mənəvi, həm də fiziki dostluq. Ev nizam-intizamlı və mütəşəkkil olmalıdır. Onların ideyaları və
fikirləri həqiqət günəşinin şüaları və göylərdəki ulduzların parıltısı kimi
olmalıdır. Hətta iki quş təkin onlar yoldaşlıq və harmoniya aqacının budaqları
üzərində cəh-cəh vurmalıdırlar. Onlar həmişə fərəh və şadlıqdan şövqlənməli və
başqalarının qəlbləri üçün xoşbəxtlik mənbəyi olmalıdırlar. Onlar öz yoldaşları
üçün nümunə olmalı, bir-birinə qarşı həqiqi və səmimi məhəbbət nümayiş etdirməli
və uşaqlarına elə tərbiyə verməlidirlər ki, ailələrinin şan-şöhrəti şölə saçsın.
Həzrət Əbdülbəha
94. Ailədə münaqişə və
ixtilafın zərərli təsirinə nəzər yetirin; sonra, ailənin müxtəlif üzvləri
arasında birlik olanda onun üzərinə axan nemət və xeyir-dualar üzərində düşünün.
Əgər birlik və qardaşlıq qurulsaydı, böyük bəşər ailəsinə nə qədər də
saysız-hesabsız fayda və xeyir-dualar yağardı! Bu əsrdə birliyin faydalı
nəticələri və ixtilafın mənfi təsiri belə açıq-aşkar olduğu bir vaxtda dünyada
bəşər dostluğunun əldə edilməsi üçün vasitələr meydana çıxmışdır. Həzrət
Bəhaullah bəşər dünyasında düşmənçilik və ixtilafın aradan qaldırılması üçün yol
göstərmişdir. O, mübarizə və narazılıq üçün heç bir əsas və ya imkan
verməmişdir. Əvvəlcə O, bəşəriyyətin birliyini bəyan etdi və bəşəriyyətin mövcud
şəraiti üçün dini təlimlər gətirdi.
Həzrət Əbdülbəha
95. Fikir verin, birlik olan
ailədə bu ailənin işləri necə də asanlıqla idarə olunur; bu ailənin üzvləri necə
tərəqqi edir, onlar dünyada necə irəliləyirlər. Onların işləri qaydasındadır,
onlar rahatlıq və dinclikdən həzz alırlar, onlar təhlükəsizlikdədirlər, onların
vəziyyəti etibarlıdır, hamı onlara həsəd aparır. Belə bir ailə gün keçdikcə
inkişaf edir və onun əbədi şərəfi artır.
Həzrət Əbdülbəha
96. Əgər bir ailədə məhəbbət və
razılıq zahir olarsa, o ailə inkişaf edəcək, nurlu və ruhani olacaqdır; lakin
orada ədavət və nifrət olarsa, dağılma və pərən-pərənlik qaçılmazdır.
Həzrət Əbdülbəha
97. Mən sizin hamınıza öz ürək
fikirlərinizi məhəbbət və birliyə yönəltməyi tapşırıram... Sevki düşüncəsi
qardaşlıq, sülh, dostluq və xoşbəxtlik doğurur.
Həzrət Əbdülbəha
98. Yəqin bil ki, Məhəbbət
Allahın müqəddəs Vəhyinin sirri, Rəhmanın təzahürü, ruhani yağışlar mənbəyidir.
Məhəbbət səmanın lütf nuru, Müqəddəs Ruhun bəşər ruhunu canlandıran əbədi
nəsimidir. Məhəbbət Allahın bəşərə zühurunun səbəbi, İlahi yaradılışa müvafiq
olaraq varlıqların reallığına xas olan həyati vacib bağdır. Məhəbbət həm bu, həm
də o biri dünyada həqiqi faydanın yeganə təminatçısıdır. Məhəbbət qaranlıqda yol
göstərən işıq, Allahla insanı birləşdirən bağdır və hər bir nurlanmış qəlbin
tərəqqisinə zamindir.
Həzrət Əbdülbəha
99. insan təkamülü... öz erkən
başlanğıcını ailə həyatının yaranmasından götürür, inkişaf edərək qəbilə
birliyinə nail olur ki, bu da öz növbəsində şəhər-dövlətin yaranmasına gətirib
çıxarır və sonra müstəqil və suveren millətlər yaranır.
Həzrət Şövqi Əfəndi
100. Bu Əmr ailə bağlarını qırmağa deyil,
onu gücləndirməyə gəlmişdir; o, məhəbbəti söndürməyə deyil, onu gücləndirməyə
gəlmişdir; o, sosial institutları zəiflətmək üçün deyil, onları gücləndirmək
üçün yaradılmışdır.
Həzrət Şövqi Əfəndi
101. Əgər biz bəhailər öz aramızda səmimi
birlik əldə edə bilməsək, deməli, əsas məqsədi dərk edə bilməmişik, o məqsəd ki,
Həzrət Bab, Həzrət Bəhaullah və Sevimli Ustadımız (Həzrət Əbdülbəha) onun üçün
yaşamış və iztirab çəkmişlər.
Bu səmimi birliyə çatmaq üçün Həzrət
Bəhaullah və Həzrət Əbdülbəhanın təkid etdiyi ilk əsaslar budur ki, biz öz
səhvlərimiz və uğursuzluqlarımız üzərində dayanaq, başqalarının səhvlərinə və
uğursuzluqlarına diqqət yönəltmək kimi təbii meylimizə qarşı müdafiə olunaq.
Bizim hər birimiz yalnız bir həyat üçün məsuldur, o da öz həyatımızdır. Bizim
hər birimizin kamilliyi ilahi Atamızın kamilliyindən hədsiz dərəcədə uzaqdır və
öz həyatımızı və xasiyyətimizi kamilləşdirmək vəzifəsi bizim bütün diqqətimizi,
iradəmizi və enerjimizi tələb edir. Əgər biz öz diqqət və enerjimizi başqalarını
düz yolda saxlamağa və onların səhvlərini düzəltməyə həsr ediriksə, biz qiymətli
vaxtımızı itiririk. Biz hərəsinin idarə etmək üçün özünün qoşqusu və yönəltmək
üçün özünün kotanı olan cütçüyə bənzəyirik. Şırımı düz saxlamaq üçün onun gözü
öz məqsədində olmalı və fikrini öz işində cəmləşdirməlidir. Əgər o, yan-yörəsinə
baxırsa ki, görsün Əli və Həsən nə edirlər və onları tənqid edirsə, o halda,
əlbəttə ki, onun öz şırımı əyiləcək.
Bəhai təlimləri günahlandırma və
qeybətdən özünü saxlamağı, öz səhvlərimizi tapmağı və kənar etməyi və öz
uğursuzluqlarımızın öhdəsindən gəlməyi vurğuladığı qədər digər mövzuları
vurğulamır.
Əgər biz Həzrət Bəhaullaha, Sevimli
Ustadımıza və bizim əziz Mühafizimizə sadiqiksə, o halda biz öz məhəbbətimizi bu
şübhə doğurmayan təlimlərə itaət etməklə göstərməliyik. Onların tələb etdiyi
sözlər deyil, əməllərdir. Sədaqət və səcdədən nə qədər coşğunluqla danışsaq da,
bu, təlimlərin ruhunda yaşamağı əvəz etməyəçək.
Həzrət Şövqi Əfəndi
102. Əgər sizdə başqalarında olmayan bir
söz və ya cövhər varsa, onu məhəbbət və mehribanlıq dili ilə hər kəsə söyləyin
və göstərin. Əgər o, sözünüzü qəbul edərsə və dedikləriniz ona təsir göstərərsə,
deməli məqsədə çatmısınız. Əks təqdirdə isə onu öz ixtiyarına buraxın və ona dua
edin, cəfa yox! Mehriban danışıq könülləri cəzb edər və ruha qida verər, sözləri
məna donuna bürüyər, bilik və hikmət günəşinin doğduğu üfüqə bənzər..
Həzrət Bəhaullah
103. Böyük Varlıq deyir: İlahi hikmət
səması məşvərət və şəfqət kimi iki parlaq ulduzla işıqlanır. Bütün məsələlərdə
birgə məşvərət edin, çünki məşvərət yol göstərən hidayət çırağı və zəka
bəxşedəndir.
Həzrət Bəhaullah
104. De: heç bir insan ədalətli olmadan öz
həqiqi məqamına yetişə bilməz. Birlik olmadan heç bir güc mövcud ola bilməz.
Məşvərət olmadan heç bir rifaha və əmin-amanlığa çatmaq olmaz.
Həzrət Bəhaullah
105. Məşvərət yüksək ayıqlıq bəxş edir və
gümanı yəqinliyə çevirir. O, parlaq bir işıqdır ki, qaranlıq dünyada yol
göstərir və hidayət edir. Çünki hər şeyin kamillik və yetkinlik vəziyyəti vardır
və daim olacaqdır. Anlama qabiliyyətinin yetkinliyi məşvərət vasitəsilə zahir
olar.
Həzrət Bəhaullah
106. Hər şeydə məşvərət etmək zəruridir.
Sən bu məsələni güclü vurğulamalısan ki, hamı məşvərətə əməl etsin.
Qələmi-Əladan nazil olanın niyyəti budur ki, dostlar tam şəkildə məşvərət həyata
keçirsinlər, çünki o, həmişə xəbərdarlıq və oyanışa səbəb və xeyir və
əmin-amanlığın mənbəyi olub və olacaqdır.
Həzrət Bəhaullah
107. Allaha inan və nə tərifin, nə də yalan
məzəmmətin təsiri altına düş,... tamamilə Allaha təvəkkül et.
Həzrət Əbdülbəha
108. Bütün işləri, istər kiçik, istərsə də
böyük, məşvərətlə həll edin. Öz şəxsi işlərinizdə məşvərət etməmişdən heç bir
vacib addım atmayın. Bir-birinizin qayğısına qalın. Bir-birinizin işlərinə və
planlarına kömək edin. Bir-birinizin dərdinə yanın. Qoy bütün ölkədə heç kim
ehtiyac içində olmasın. Bir-birinizlə dostluq edin, ta ki, siz bir bədən
olasınız - biriniz və hamınız...
Həzrət Əbdüpbəha
109. Birgə məşvərət edənlər üçün ilkin şərt
niyyətin saflığı, ruhun nurluluğu, Allahdan başqa hər şeydən azad olmaq, Onun
İlahi rayihəsinə cəzb olunmaq, Onun sevimliləri arasında təvazökar və müti
olmaq, çətinliklərdə səbirli olmaq və əziyyətə qatlaşmaq və Onun uca Astanasında
bəndəlik etməkdir. Əgər onlara bu keyfiyyətləri əldə etmək üçün səxavətlə yardım
olunsa, görünməz Bəha Səltənətindən onlara qələbə layiq görüləçəkdir.
Həzrət Əbdülbəha
110. Onun üzvləri bir yerdə elə məşvərət
etməlidirlər ki, inçiklik və ya ixtilaf üçün əsas yaranmasın. Buna o vaxt nail
olmaq olar ki, hər bir üzv öz fikrini ifadə etməkdə və öz dəlillərini gətirməkdə
tam sərbəst ola. Əgər bir kimsə müxalif çıxarsa, o, heç bir vəchlə
inciməməlidir, çünki məsələlər tamamilə müzakirə olunmayınça, düzgün yol açıla
bilməz. Həqiqətin parlaq qığılcımı yalnız müxtəlif fikirlərin toqquşmasından
doğar...
Həzrət Əbdülbəha
111. Əgər onlar bir məsələdə, hətta o, səhv
olsa belə, razılığa gəlirlərsə, bu, daha yaxşıdır, nəinki düz ola və razılığa
gəlməyələr, çünki bu ixtilaf ilahi təməlin dağıdılmasına səbəb olar. Əgər
tərəflərdən biri düz olsa, lakin onlar razılığa gəlməsələr, bu, minlərlə səhvə
səbəb olar. Fəqət onlar razılığa gəlsələr və hər iki tərəf səhv olsa, birlik
olduğuna görə həqiqət zahir olar və səhv düzəldilər.
Həzrət Əbdülbəha
112. Allahın birbaşa əmrinə görə bizə
iftira yaxmaq qadağan edildi. Hər şeydən əvvəl Həzrət Bəhaullahın başqaları
haqqında qeybət və nalayiq söhbət etməyə dair təlimini xatırlayın. Başqaları
haqqında təkrarlanan hekayələr nadir hallarda yaxşı olar. Ən təhlükəsizi sükut
edən dildir. Hətta yaxşı söhbət, vaxtsız edilərsə və ya lazımi adamla edilməzsə,
zərər gətirə bilər.
Həzrət Əbdülbəha
113. Başqalarının səhvlərini
danışma, onlar üçün dua et, onlara
lütflə kömək et, onların səhvlərini düzəlt. «Həmişə yaxşını gör, pisə baxma.
Əgər insanın on yaxşı və bir pis
keyfiyyəti varsa, o bir dənə pisi yaddan çıxarın və on dənə yaxşıya baxın;
və əgər insanın on pis və bir yaxşı keyfiyyəti varsa, o on dənə pisi yaddan
çıxarın və bir dənə yaxşıya baxın. «Heç vaxt özünüzə başqası haqqında, hətta o,
sizin düşməniniz olsa belə, acı söz deməyə icazə verməyin.
Həzrət Əbdülbəha
114. İnsan bütün məsələlərdə, istər böyük,
istər xırda məsələlərdə, məşvərət etməlidir ki, nəyin yaxşı olduğunu bilsin.
Məşvərət ona hər şeydə bəsirət bəxş edər və naməlum məsələləri araşdırmağa kömək
edər. Məşvərət edənlərin üzləri həqiqət nuru saçar. Belə məşvərət insan
həqiqətinin çəmənliyində canlı suların axmasına, qədim əzəmətin onun üzərində
parlamasına və onun varlıq ağacının ecazkar meyvələrlə bəzənməsinə səbəb olar.
Lakin məşvərət edən üzvlər bir-birilə tam məhəbbətlə, harmoniya və səmimiyyətlə
rəftar etməlidirlər. Məşvərət qanunu ilahi binanın ən əsas ünsürlərindən
biridir. Hətta adi məsələlərdə cəmiyyətin üzvləri məşvərət etməlidirlər.
Həzrət Əbdülbəha
115. Həzrət Bəhaullah həmçinin məşvərətin
əhəmiyyətini vurğuladı. Biz fikirləşməməliyik ki, həll yolunu axtarmağın bu
layiqli üsulu Əmrin inzibati institutları ilə məhdudlaşır. Tam və açıq
müzakirələrlə aparılan, mötədillik və tarazlılığın lazımlılığını bilməklə
canlanan ailə məşvərəti daxili ixtilaflar üçün dərman ola bilər.
Uca Ədalət Evi
116. Ey insan oğlu! Əgər bəlalara Mənim
yolumda düşməsən, onda necə Mənim Rizayətimlə razı olanların yolu ilə gedə
bilərsən? Əgər məşəqqətə Mənim hüzuruma yetişmək şövqü ilə düşməsən, Mənim
Camalıma məhəbbətin nuru ilə necə işıqlana bilərsən?
Həzrət Bəhaullah
117. Ey qərib! Sənin
ürəyinin şamı Mənim Qüdrət
əlimlə yandırılıb. Onu nəfsi-həvanın
müxalif küləkləri ilə söndürmə. Sənin bütün
xəstəliklərinin təbibi mənim zikrimdir - onu unutma. Məhəbbətimi özün üçün
sərmayə bil, onu göz bəbəyin və canın kimi əziz saxla.
Həzrət Bəhaullah
118. Həqiqətən, ən zəruri şey bütün
şəraitlərdə razı qalmaqdır; bunun köməyilə insan ağrılı şəraitlərdən və
üzgünlükdən qorunur. Kədərlənməyin və qəm-qüssə çəkməyin; onlar ən böyük
bədbəxtliyə səbəb olurlar. Qısqanclıq bədəni yeyir, qəzəb isə qara ciyəri
yandırır; bunların ikisindən də aslandan qaçdığınız kimi qaçın.
Həzrət Bəhaullah
119. Aranızda fikir ayrılığı yaranan zaman
Məni üzünüzün qarşısında görün və Mənim adımın xatirinə, mənim parlaq və aşkar
Əmrimə məhəbbətin əlaməti olaraq olub-keçənlərə tamamilə göz yumun. Biz
istəyirik ki , sizi hər zaman öz razılıq cənnətimizdə dostluq və yoldaşlıq
halında görək və sizdən ülfət, mehribanlıq, məhəbbət və birlik ətri duyaq.
Həzrət Bəhaullah
120. Ey Əhddə möhkəm olan! Sənin 2 may
1919-cu il tarixli məktubun alınmışdır. Allaha şükrlər söylə ki, sən sınaqlarda
möhkəm və əzmlisən və Əbha Səltənətindən bərk yapışmışsan. Səni heç bir kədər
titrətmir və ya heç bir bədbəxtlik narahat etmir. İnsan sınağa çəkilməyincə
xalis qızıl saxtadan tam ayrılmaz. Əzab sınağın odudur ki, xalis qızıl orada
parlaq nur saçar, aşqar isə yanar və qaralar. Allaha həmd olsun ki, indi sən
sınaq və imtahanlarda möhkəm və əzmlisən və onlar səni titrətmir.
Həzrət Əbdülbəha
121. Allaha təvəkkül et. Ona inan. Onu vəsf et və
daima zikr et. O, həqiqətən, narahatlığı dincliyə, kədəri təsəlliyə, iztirabı
isə tam sakitliyə çevirər. O, həqiqətən, hər şey üzərində hökmdardır.
Həzrət Əbdülbəha
122. Əgər sənin gündəlik həyatın
çətinləşərsə, tezliklə Rəbbin səni qane edəni sənə əta edəcəkdir. Əziyyət və
sınaq zamanı səbirli ol, geniş ürəklə, cəzb olunmuş ruhla hər çətinliyə və
ağırlığa döz və Rəhmli Allahı bəlağətli dil ilə zikr et. Həqiqətən, bu,
qənaətbəxş bir həyatdır, ruhani mövcudluqdur, çənnət rahatlığı, ilahi xeyir-dua
və səmavi süfrə həyatıdır! Tezliklə Allah sənin sıxıntılı vəziyyətini hətta bu
dünyada yüngülləşdirəcək.
Həzrət Əbdülbəha
123. Sənin hörmətli ərinlə bağlı isə: sən
onunla böyük lütfkarlıqla rəftar etməli, onun arzularını nəzərə almalı və hər
zaman ona güzəştə getməlisən, ta ki, o, sənin Allah Səltənətinə tərəf
çevriləndən sonra ona qarşı zərifliyinin və Allaha olan məhəbbətinin artdığını,
həmçinin onun arzularına qarşı bütün şəraitlərdə qayğıkeşliyini görsün.
Həzrət Əbdülbəha
124. Sənin arvadın səninlə harmoniyada
deyil, lakin, həmd olsun Allaha, Camali-Mübarək səndən razıdır və sənin üzərinə
bol nemət və bəxşişlər yağdırır. Lakin arvadınla səbirli olmağa çalış, bəlkə o,
dəyişər və ürəyi nurlanar.
Həzrət Əbdülbəha
125. Lakin biz unutmamalıyıq ki, bu
dünyanın əsas xüsusiyyəti çətinlik və dərddir. Onların öhdəsindən gəlməklə biz
mənəvi və ruhani cəhətdən inkişaf edirik. Ustadın buyurduğu kimi, kədər şırım
kimidir, nə qədər dərinə getsə, bir o qədər çox bəhrə götürürük.
Həzrət Şövqi Əfəndi
126. Biz həmişə qabağa baxmalı və keçmişdə
edə bilmədiyimizə gələcəkdə nail olmağa çalışmalıyıq. Uğursuzluqlar, sınaqlar və
imtahanlar, əgər onlardan düzgün istifadə etsək, ruhumuzu təmizləyən və
xasiyyətimizi gücləndirən alət ola və xidmətin daha da yüksəkliklərinə qalxmağa
kömək edə bilər.
Həzrət Şövqi Əfəndi
127. Biz nəinki başqaları ilə səbirli,
hədsiz səbirli, lakin həm də özümüzlə səbirli olmalı və yadda saxlamalıyıq ki,
hətta Allahın Peyğəmbərləri belə, bəzən yorulmuş və ümidsiz halda fəryad
etmişlər!
Həzrət Şövqi Əfəndi
128. O, hesab edir ki, siz hər vasitə ilə
çalışmalısınız ki, ailəniz dağılmasın, xüsusən, uşaqlarınızın xatirinə, onlar
bütün boşanmış valideynlərin uşaqları kimi müxalif prinsiplər üzündən əziyyət
çəkirlər, çünki onların maraqlarının qayğısına qalan və onları sevən ata və
ananın bir ailədə xeyir-duasından məhrum olurlar.
İndi, görəndə ki, əriniz xəstədir, siz
onunla münasibətdə emosional olaraq üzləşdiyiniz çətinliklərlə barışmalı və nə
qədər çox əziyyət çəksəniz də, bağışlamayan münasibət göstərməməlisiniz.
Biz bilirik ki, Həzrət Bəhaullah
boşanmanı bəyənmirdi; və, həqiqətən, bəhailər demək olar ki, fövqəlbəşəri səy
göstərməlidirlər ki, nigahları pozulmasın.
Həzrət Şövqi Əfəndi
129. Ər və arvadın fikir və imanında belə
ixtilaf yaranması çox təəssüfləndirici haldır, çünki o, şübhəsiz, ailə
bağlarının qalası olan ruhi bağları, xüsusilə çətin vəziyyətlərdə, zəiflədir.
Digər tərəfə etinasızlıq göstərmək kimi bir hərəkətlə buna əlac etmək yol deyil.
Əmrin məqsədlərindən biri, əslində, ailələrdə sıx bağlara nail olmaqdır. Ona
görə də bütün belə hallarda Həzrət Əbdülbəha qarşı tərəfin arzularına itaət
etməyi və dua etməyi məsləhət görərdi. Dua edin ki, əriniz tədricən nuru görə
bilsin və eyni zamanda elə hərəkət edin ki, onu özünüzə yaxınlaşdırasınız,
nəinki onu öz üstünüzə qaldırasınız. Bu harmoniyaya nail olduqdan sonra siz
maneəsiz xidmət edə biləcəksiniz.
Həzrət Şevqi Əfəndi
130. O, hesab edir ki, indi, daxilən
axtardığınızı tapandan və əzəmətli Dinimizdə həyatınızın sevincini əldə edəndən
sonra siz ərinizə qarşı həmişəkindən daha mehriban və daha diqqətli olmalı və
əlinizdən gələn hər şeyi etməlisiniz ki, o, Dinin sizi ondan uzaqlaşdırmadığını,
əksinə, ona olan məhəbbətinizi və ona yaxşı arvad olmaq arzunuzu daha da
çoxaltdığınızı hiss etsin. Son nəticədə onun bəhai ola bilməsi elə bir məsələdir
ki, bunu yalnız zaman göstərər; lakin sizin vəzifənizin nə olduğu şübhəsizdir;
elə etməlisiniz ki, o, sizin iman gətirməyinizin onun ailə həyatına və ya onun
nigahına müdaxilə etmədiyini, əksinə, hər ikisini gücləndirməsi faktından məmnun
olsun.
Bir kəs üçün həqiqəti tapdığını bilmək
və eyni zamanda öz əziz və yaxın qohumunun bunu heç görməməsinə baxmaq çox
çətindir. Adam istəyir ki, "onları silkələyib oyatsın və nuru onlara göstərsin",
lakin bu, çox vaxt əks təsir bağışlayır. Sakitlik, məhəbbət və dözüm belə
hallarda daha çox qələbə qazanacaq. Lakin sizin ərinizin sizdən Bəhailiyi tərk
etməyinizi tələb etmək hüququ yoxdur. Bu, həddini aşmaq deməkdir. Heç kəs, hər
bir insanın onu Yaradanla olan müqəddəs əlaqəsinə müdaxilə etməməlidir.
Həzrət Şövqi Əfəndi
131. Mühafiz sizin ailənizin düşdüyü
çətinlikləri və bəlaları biləndə çox narahat oldu. O, mənim sizi əmin etməyimi
arzu edir ki, O, sizin və ailənizdəki əzizləriniz üçün səylə dua edir, ta ki,
ixtilafınızı nizama salmaq və aranızdakı harmoniya və dostluğu tamamilə bərpa
etmək üçün uca Mələkutdan hidayət və yardım alasınız. O, sizi inandırmaq istərdi
ki, siz öz ailənizdə birlik yaratmaq üçün hər cür fədakarlıq edəsiniz və O, arzu
edir ki, səyləriniz dərhal öz bəhrəsini verməyəndə ruhdan düşməyəsiniz. Siz öz
tərəfinizdən tam şəkildə inanmalısınız ki, belə etməklə öz Bəhai vəzifənizi
yerinə yetirirsiniz. Qalanı, əlbəttə, Allahın əlindədir.
Ərinizin Əmrə qarşı münasibətinə dair;
bu, xoşagələn hal olmasa da, siz həmişə ümid etməlisiniz ki, barış və dostluq
yolu ilə, hikmət, tədbirlilik və səbirlə çalışaraq siz ərinizin Dinə qarşı
rəğbətini qazana bilərsiniz. Heç bir halda öz şəxsi dini inamınızı güclə ona
diktə etməyə və zorla qəbul etdirməyə çalışmayın. Nə də siz onun Əmrə qarşı
çıxmasının sizin fəaliyyətlərinizi ciddi şəkildə mane olmasına icazə
verməlisiniz... Siz səbir, tədbirlilik və inamla hərəkət etməlisiniz ki, Həzrət
Bəhaullah sizin səylərinizi hidayət edə və gücləndirə bilsin.
Həzrət Şövqi Əfəndi
132. O, sizin Bəhai Dininə görə ailədə
bəlaya düçar olduğunuzu gördüyünə çox təəssüfləndi. O, hesab edir ki, siz həm
özünüzün, həm də uşaqlarınızın xatirinə ərinizlə özünüz arasında məhəbbət və
harmoniya yaratmaq üçün əlinizdən gələni etməlisiniz. Lakin siz ona
bildirməlisiniz ki, hər kəs Allahı axtarmaqda azaddır və baxmayaraq ki, siz heç
vaxt ona təsir etməyə və ya hətta onunla Bəhai Dini haqqında söhbət etməyə
çalışmayacaqsınız, əgər o istəmirsə, sizi görüşlərdə iştirak etməyə azad
buraxmalıdır. Mühafiz ümid edir ki, siz səbir, tədbirlilik və duanın yardımı ilə
tədriçən onun təəssübkeşliyini aşacaqsınız.
Həzrət Şövqi Əfəndi
133. Mühafiz mənim sizi səbirli və inamlı
olmağa və hər şeydən əvvəl, ərinizin bütün qarşıdurmasına və nifrətinə
baxmayaraq, ona qarşı tam iltifat və məhəbbət göstərməyinizə inandırmağımı arzu
edir. Belə hallarda barış və dostluq münasibəti hər bir bəhainin yalnız vəzifəsi
deyil, həm də Dinin əvvəlki düşmən və yağılarının Əmrə rəğbətini və məftunluğunu
qazanmaq üçün ən səmərəli yoldur. Məhəbbət, əlbəttə ki, qüdrətli bir eliksirdir
ki, ən rəzil və ən düşgün adamları ilahi ruhlara çevirə bilər. Qoy sizin
nümunəniz Dinimizin bu gözəl təliminin həqiqətini təsdiq edə bilsin.
Həzrət Şövqi Əfəndi
134. Lakin, şübhəsiz bildiyiniz kimi,
Həzrət Bəhaullah buyurmuşdur ki, nigahın məqsədi birlik yaratmaqdır. Ona görə də
qeyri-bəhai qohumlarınızla rəftar edərkən bunu yadda saxlamalısınız. İrqi
dostluq məsələsi ilə bağlı onlardan bizim hiss etdiyimizi onların da hiss
etmələrini gözləmək olmaz və biz öz baxışlarımızı onlara yeritməməliyik, lakin
məhəbbət və hikmətlə onları öyrətməyə çalışmalıyıq.
Həzrət Şövqi Əfəndi
135. Məbədə verdiklərimizdə məhdudiyyət
yoxdur. Nə qədər çox versək, Əmr və özümüz üçün bir o qədər yaxşı olar. Lakin
sizin əriniz bəhai olmadığına görə bu hal xüsusi haldır. Əgər Əmrə ianə
verməyinizin əhəmiyyətində onu inandıra bilsəniz, bu daha yaxşıdır. Lakin siz bu
məsələdə heç vaxt ona qarşı çıxmamalı və heç nəyin sizin ailə həyatınızın sülh
və birliyini narahat etməsinə icazə verməməlisiniz.
Həzrət Şövqi Əfəndi
136. Sizinlə qayınananız arasındakı gərgin
münasibət və vəziyyəti yüngülləşdirmək üçün nə edə biləcəyiniz haqqında
sualınıza dair biz hesab edirik ki, ərinizin köməyi və məsləhəti ilə siz ailədə
birliyə nail olmaq üçün inadla çalışmalısınız. Qayınananızın sizə qarşı
göstərdiyi xoşagəlməz münasibəti təsvir etməyinizdən dolayı sizin vəzifəniz asan
olmayacaq. Lakin vacib olanı budur ki, siz bir bəhai kimi Həzrət Əbdülbəhanın
insanın yaxşı keyfiyyətlərinə fikir vermək barədə nəsihətindən xəbərdarsınız və
qayınananıza bu çür münasibət birliyə nail olmaq əzminizdə sizi gücləndirə
bilər. Bundan başqa, inadla dua etməyiniz sizin öz səylərinizi davam
etdirməyinizdə sizə güc verəcək.
Uca Ədalət Evi
137. Uca Ədalət Evi buyurur ki,
başqalarının səhvlərini axtarmamaq vərdişinə yiyələnmək insanlar üçün ən çətin
dərslərdən biridir və bu vərdişə nail olmamaq, ümumiyyətlə, kişi və qadın
arasında olduğu kimi, bəhailər arasında də mübahisələr üçün gücləndirici
səbəbdir. “Qərb Ulduzu”, 8-ci cild, №10, səhifə 138-də Həzrət Əbdübəhanın
1913-cü il Parisdə şəxsi müsahibədə cavabı yazılmışdır. Ona sual verilmişdi:
"Başqalarında səhvi görə-görə mən onlara necə göz yumum?". Cavab belə oldu: "Mən
sizə deyərəm. Nə vaxt başqasının səhvini görsəniz, özünüz haqqında fikirləşin:
Bəs mənim çatışmazlıqlarım nədir? - və onları aradan qaldırmağa çalış. Hər nə
vaxt başqalarının sözü və ya əməli ilə sınağa çəkilsəniz, belə edin. Beləcə siz
inkişaf edəcək və daha kamil olacaqsınız. Siz öz öhdənizdən gələçəksiniz,
başqalarının səhvləri haqqında fikirləşməyə belə vaxtınız olmayacaq...
Uça Ədalət Evi
138. Sizin və arvadınızın üzləşdiyi
problemləri nəzərə alaraq Uca Ədalət Evi buyurur ki, ailənizin birliyi hər hansı
digər fikirdən üstün olmalıdır... Məsələn, Əmrə xidmət ailəyə qarşı
laqeydsizliyə səbəb olmamalıdır. Siz vaxtınızı elə təşkil etməlisiniz ki, sizin
ailə həyatınız harmonik olsun və ailəniz lazım olan diqqəti alsın.
Uca Ədalət Evi
139. Ey insan övladları! Məgər siz
bilmirsinizmi, Biz sizi nə üçün bir torpaqdan yaratdıq? Onun üçün ki, heç kəs
heç kəsin qarşısında qürrələnməsin. Hər an, öz ürəyinizdə nədən yarandığınızı
düşünün. Bir halda ki, Biz sizi bir ünsürdən yaratmışıq, siz bir ruh kimi
olmalısınız, bir ayaqla yeriməli, bir ağızla yeməli və bir yerdə sakin
olmalısınız. Ta ki, sizin zatınızdan hərəkətlərinizlə, əməllərinizlə tovhid
nişanələri və təcrid cövhərləri aşkar olsun. Sizə nəsihətim budur, ey nur əhli!
Bu nəsihəti qəbul edin ki, yüksək İzzət ağacından müqəddəs meyvələr dərəsiniz.
Həzrət Bəhaullah
140. Bəşəriyyət ikiqanadlı quşa bənzər -
biri kişi, digəri isə qadındır. Hər iki qanad güclü olmayınca və hər hansı ümumi
qüvvə ilə hərəkətə gətirilməyincə quş səmaya doğru uça bilməz. Bu dövrün ruhuna
uyğun olaraq qadın həyatın bütün sahələrində inkişaf etməli, öz vəzifələrini
yerinə yetirməli və beləliklə də kişiyə bərabər olmalıdırlar. Onlar kişilərlə
bir səviyyədə olmalı və bərabər hüquqlardan həzz almalıdırlar. Bu, mənim səmimi
duamdır və bu, Həzrət Bəhaullahın əsas prinsiplərindən biridir.
Həzrət Əbdülbəha
141. İlahi ədalət tələb edir ki, hər iki
cinsin hüquqlarına eyni səviyyədə hörmət bəslənilsin, çünki İlahinin gözündə
onların heç biri digərindən üstün deyildir. Allah qarşısında ləyaqət cinsdən
deyil, qəlbin paklığından və nurluluğundan asılıdır. İnsan məziyyətləri hamıya
bərabər şəkildə aid edilir!
Həzrət Əbdülbəha
142. Qadınlar yer üzündə kişi ilə bərabər
hüquqa malikdirlər; dində və cəmiyyətdə onlar çox vacib ünsürlərdir. Nə qədər
ki, qadınların öz yüksək imkanlarını əldə etməsinin qarşısı alınır, kişilər də
özlərinin çata biləcəyi böyüklüyə yetişə bilməyəcəklər.
Həzrət Əbdülbəha
143. Bəşər dünyasında biz böyük
fərqliliklər görürük; qadınlar aşağı tutulur və onlara bərabər hüquqlara və
imtiyazlara icazə verilmir. Bu, təbiətə görə deyil, təlim-tərbiyəyə görədir.
İlahi Yaradılışda belə fərq yoxdur. Allahın nəzərində bir cins digərindən üstün
deyildir. Bəs nə üçün, guya Allah belə bir hərəkətə ixtiyar veribmiş kimi, bir
cins digərinin aşağı olmasını iddia etməlidir? Əgər qadın da kişi kimi tərbiyə
almaqda eyni üstünlüklərə malik olsaydı, hər ikisinin bilik qazanmaqda eyni
bacarığa malik olması üzə çıxardı.
Həzrət Əbdülbəha
144. Həzrət Bəhaullah qadınların statusunu
çox gücləndirmişdir və qadınların hüquq və imtiyazları Həzrət Əbdülbəhanın ən
böyük prinsiplərindən biridir. Əmin olun! Tezliklə o vaxt gələcək ki, kişilər
qadınlara belə söyləyəcəklər: "Bəxtəvərsiniz, siz, bəxtəvərsiniz! həqiqətən, siz
hər bəxşişə layiqsiniz. Həqiqətən, siz başınızı əbədi çəlal taçı ilə bəzəməyə
layiqsiniz, çünki siz elmdə və incəsənətdə, məziyyətlərdə və kamillikdə kişilərə
bərabər olacaqsınız, siz ürəyinizin zərifliyinə və mərhəmətinizin və
rəğbətinizin bolluğuna görə üstünsünüz.
Həzrət Əbdülbəha
145. Həzrət Bəhaullahın bu Vəhyində qadın
kişi ilə çiyin-çiyinə gedir. Heç bir hərəkatda onlar arxada buraxılmayacaqlar.
Onların hüquqları kişilərin hüquqları ilə ən yüksək dərəcədə bərabərdir. Onlar
siyasətin bütün sahələrinə daxil olacaqlar. Onlar bəşər dünyasında ən yüksək
məqam sayıla biləcək bir səviyyəyə yetişəcəklər və bəşəriyyətin bütün işlərində
iştirak edəcəklər. Əmin olun. İndiki şəraitə baxmayın; heç də uzaq olmayan
gələcəkdə qadın dünyası nur saçacaq və əzəmətli olacaq,
ÇÜNKI HƏZRƏT BƏHAULLAH BELƏ İRADƏ ETMIŞDIR!
Seçkilər zamanı səsvermə hüququ qadınların ayrılmaz hüququdur və
qadınların bütün bəşər sahələrinə daxil olması danılmaz və təkzibedilməz
məsələdir. Heç kim onun qarşısını nə ala, nə də onu yubada bilər.
Həzrət Əbdülbəha
146. O halda qadın daha da kamilləşməyə can
atmalıdır ki, hər sahədə kişiyə bərabər olsun, geridə qaldığı hər şeydə tərəqqi
etsin, ta ki, kişi onun bacarıq və nailiyyətinin bərabərliyini qəbul etməyə
məcbur olsun.
Həzrət Əbdülbəha
147. Qadının tərəqqidə və səriştədə
çatışmazlığı onun bərabər təhsilə və imkanlara ehtiyacı olmasındandır. Əgər ona
bu bərabərlik verilsəydi, şübhəsiz ki, o, qabiliyyət və bacarıqda kişiyə bərabər
olardı. Bəşər o vaxt xoşbəxt olacaq ki, qadın və kişi bərabər şəkildə inkişaf
edir və uzlaşırlar, çünki biri digərini tamamlayır və bir-birinə əl tuturlar.
Həzrət Əbdulbəha
148. Valideynlərin vacib borcudur ki,
uşaqlara imanda dəyanətli olmağı öyrətsinlər, səbəbi də budur ki, Allahın
dinindən özünü uzaqlaşdıran uşaq elə hərəkət edəcək ki, öz valideynlərinin və
Allahın rizasını qazanmayacaq. Çünki hər bir tərifəlayiq əməl dinin işığından
doğar və bu ali nemətdən məhrum olan uşaq heç bir şərdən üz döndərməz, nə də ki,
heç bir yaxşılığa yaxın getməz.
Həzrət Bəhaullah
149. Allah xofu Onun yaratdıqlarının
tərbiyəsində həmişə əsas amil olub. Xoş o kəsin halına ki, buna nail olub!
Həzrət Bəhaullah
150. Hər bir ataya öz oğluna və qızına
oxumaq və yazmaq sənətini və Müqəddəs Lövhdə buyrulan hər şeyi öyrətmək vacib
edildi. Əgər o, varlıdırsa və ona buyrulana əməl etmirsə, o halda Əminlər onun
övladlarının təlimi üçün tələb olunanı ondan almalıdırlar. Əgər o, varlı
deyildirsə, o halda bu məsələ Ədalət Evinə verilir. Həqiqətən, Biz onu kasıb və
ehtiyac içində olanlar üçün sığınacaq etdik. Özünün və ya başqasının oğlunu
tərbiyə etmiş kəs Mənim oğlumu tərbiyə etmiş kimidir; Mənim dünyanı saran
əzəmətim, inayətim və mərhəmətim onun üzərindədir.
Həzrət Bəhaullah
151. Uşaqların üzərinə oxuma və yazma
sənətini əldə etmək üçün var gücləri ilə çalışmaq kimi bir məsuliyyət
qoyulmuşdur. Zəruri ehtiyaçları ödəmək üçün yazma bacarığı bəzilərinə kifayət
edər; sonra onların öz vaxtlarını elmin faydalı sahələrini öyrənməyə sərf etməsi
daha yaxşı və daha münasibdir. Qələmi-Əlanın əvvəl buyurduğu ilə bağlı səbəb
budur ki, Allah hər bir sənət və ixtisasda ən yüksək kamilliyi sevir.
Həzrət Bəhaullah
152. Ana uşağın ilk müəllimidir. Çünki
uşaqlar həyatın başlanğıcında cavan budaqcıq kimi təravətli və incə olurlar və
istənilən tərzdə tərbiyə oluna bilərlər. Əgər siz uşağı düz olmağa öyrətsəniz,
o, düz və kamil mütənasiblikdə böyüyər. Aydındır ki, ana ilk müəllimdir və
uşağın xasiyyət və davranışının əsasını o qoyur.
Həzrət Əbdülbəha
153. Ey sevən analar, bilin ki, Allahın
nəzərində Ona ibadət etməyin ən yaxşı yolu uşaqlara tərbiyə vermək və onlara
bütün bəşər kamilliklərini öyrətməkdir; bundan nəcib əməl təsəvvür etmək olmaz.
Həzrət Əbdülbəha
154. Ata həmişə öz oğlunu tərbiyə etməyə və
onu ilahi təlimlərlə tanış etməyə səy göstərməlidir. O, hər zaman ona nəsihət
verməli, ona tərifəlayiq davranış və xasiyyət öyrətməli, ona məktəbdə təhsil
almağa və faydalı və zəruri olan sənət və elmləri öyrənməyə imkan yaratmalıdır.
Xülasə, qoy o, öz oğluna bəşər dünyasının məziyyət və kamilliklərini təlqin
etsin. Hər şeydən əvvəl o, daima Allahı zikr etməlidir ki, onun damarlarının
nəbzi Allahın məhəbbəti ilə döyünsün. «Digər tərəfdən oğul atasına qarşı son
dərəcə itaətkarlıq göstərməli və özünü müti və təvazökar bəndə kimi aparmalıdır.
O, atasının rahatlığını və rifahını təmin etmək və onun rizasını qazanmaq üçün
gecə- gündüz səylə çalışmalıdır. O, öz istirahətindən və həzzindən keçməli və
daima ata və anasının qəlbinə sevinc gətirməyə can atmalıdır, ta ki, Qüdrətlinin
rizasını qazansın və gözə-görünməzin ordusu mərhəmətlə ona yardım etsin.
Həzrət Əbdülbəha
155. Ey Allahın kənizləri! həmin nurlu
şəhərdə yaratdığınız Ruhani Məhfil çox bəyənilmişdir. Siz uğurlu addımlar
atmışsınız; siz başqalarını üstələmiş, Müqəddəs Astanaya xidmət etmək üçün ayağa
qalxmış və ilahi nemətləri qazanmışsınız. İndi siz bütün ruhunuzla o nurlu
məhfildə yığışmalı, Müqəddəs Yazıları oxumalı və Allahı zikr etməlisiniz. Onun
dəlil və sübutlarını bəyan edin. Həmin ölkədə qadınları hidayət etmək üçün
işləyin, gənc qızları və uşaqları öyrədin ki, analar öz balalarını onların erkən
vaxtlarından tərbiyə edə bilsinlər, onlara tam təlim versinlər, onlarda xeyirxah
xasiyyət və yaxşı əxlaq tərbiyə etsinlər, onları bütün bəşər məziyyətlərinə
doğru hidayət etsinlər, onlarda hər hansı məzəmmətəlayiq davranışın inkişafının
qarşısını alsınlar və onları Bəhai təlim-tərbiyəsinin ağuşunda tərbiyə etsinlər.
Bu zərif körpələr Allahın elm döşündə və Onun məhəbbətində belə
bəslənilməlidirlər. Onlar belə böyüməli və çiçəkləiməlidirlər və onlara sədaqət
və bəşər ləyaqəti, səy və dözüm göstərmək üçün əzm və iradə öyrədilməlidir.
Beləçə onlar hər şeydə mətin olmağı, tərəqqi etməkdə iradə göstərməyi, yüksək
zəkalılığı və qətiyyəti, həyatda ismətliliyi və paklığı öyrənəcəklər. O vaxt
onlar başladıqları işi müvəffəqiyyətlə başa çatdırmağa qabil olacaqlar.
Qoy analar uşaqların tərbiyəsinə
birinci dərəcəli əhəmiyyət kəsb edən məsələ kimi baxsınlar. Qoy onlar əllərindən
gələni etsinlər, çünki budaq yaşıl və zərif olanda siz onu öyrəşdirdiyiniz
istiqamətdə böyüyər. Ona görə də anaların borcudur ki, öz balalarını, bağban öz
ağaclarını bəslədiyi kimi tərbiyə etsinlər. Qoy onlar gecə və gündüz çalışsınlar
ki, öz uşaqlarında iman və yəqinlik, Allah xofu, dünyaların Məhbubunun
məhəbbətini və bütün yaxşı keyfiyyətləri və xüsusiyyətləri tərbiyə etsinlər. Hər
vaxt ana öz uşağının yaxşı iş tutduğunu görsə, qoy o, uşağı tərifləsin və
alqışlasın və onun qəlbini sevindirsin; əgər cüzi bir arzuolunmaz xüsusiyyət
özünü göstərərsə, qoy ana uşağa öyüd-nəsihət versin və onu cəzalandırsın və
münasib vasitələrdən istifadə etsin, lazım gələrsə, bir az şifahi narazılığını
da bildirsin. Lakin uşağı döymək və ya təhqir etmək qadağandır, çünki uşaq
döyülərsə və ya alçaldılarsa, onun xasiyyəti tamamilə korlanar.
Həzrət Əbdülbəha
156. Ey Camali-Əbhanın kənizləri! Sizin
məktubunuz gəlmişdir və onun oxunması böyük sevinc gətirmişdir. Həmd olsun
Allaha, qadın möminlər Dini necə təbliğ edəcəklərini öyrənmək, Təlimlərin şirin
rayihəsini yaymaq və uşaqların tərbiyəsi üçün plan hazırlamaq məqsədilə görüşlər
təşkil etmişlər.
Bu toplantı tamamilə ruhani olmalıdır,
yəni müzakirələr Həqiqət Günəşinin, həqiqətən, doğduğuna aydın və əsaslı
dəlillər gətirməklə məhdudlaşmamalıdır. Bundan başqa, iştirak edənlər qız
uşaqlarının tərbiyə olunmasının hər cür vasitəsi ilə maraqlanmalıdırlar; onlara
elmin müxtəlif sahələrini öyrətməli, yaxşı davranış, düzgün həyat tərzi
aşılamalı, onlarda yaxşı xasiyyət, ismətlilik və etibarlılıq, mətinlik,
güclülük, qətiyyət və məqsəddə əzmliyi inkişaf etdirməli, onlara ailənin idarə
olunmasını, uşaqlara tərbiyə verilməsini və xüsusilə qızların ehtiyacına cavab
verən hər şeyi öyrətməlidirlər, ta ki, kamillik qalasında tərbiyə almış qızlar
gözəl xasiyyətin himayəsi ilə, özləri ana olduqda, öz uşaqlarında körpə
vaxtlarından yaxşı xasiyyət və gözəl davranış tərbiyə etsinlər.
Qoy onlar həm də bədənin gümrahlığını,
onun fiziki sağlamlığını təmin edən hər şeyi və uşaqları xəstəlikdən necə
qorumağı öyrənsinlər.
Məsələlər beləçə yaxşı təşkil olunandan
sonra hər bir uşaq Əbha cənnətinin bağlarında misilsiz ağac olacaq.
Həzrət Əbdülbəha
157. Siz yaxşı xasiyyətə birinci dərəcəli
əhəmiyyət kəsb edən məsələ kimi baxmalısınız. Hər bir ata və ananın üzərinə
qoyulmuş məsuliyyətdir ki, uşaqlarına uzun müddət öyüd-nəsihət versin və onlara
əbədi şərəfə aparan şeylərdə yol göstərsin.
Məktəbli uşaqları erkən yaşlarından
yüksək səviyyədə nitq söyləməyə həvəsləndirin ki, asudə vaxtlarında onlar aydın
və bəlağətlə əsaslı və səmərəli söhbətlər etsinlər.
Həzrət Əbdülbəha
158. Uşaqlarınızı erkən vaxtlarından
heyvanlara qarşı hədsiz incə və məhəbbətli olmağı öyrədin. Əgər heyvan xəstə
olsa, qoy uşaqlar onu sağaltmağa çalışsınlar, ac olsa, qoy onu yedirtsinlər,
susuz olsa, susuzluğunu yatırtsınlar, yorğun olsa, ona rahatlıq versinlər.
Əksər insanlar günahkardırlar,
yırtıcılar isə günahsızdırlar. Əlbəttə ki, bütün günahsızlar ən çox lütfkarlıq
və məhəbbət almalıdırlar - quduz canavar, zəhərli ilan və oxşar zərərli
məxluqlar kimi ziyankar heyvanlardan başqa, çünki bunlara qarşı lütfkarlıq
insanlara və başqa heyvanlara qarşı ədalətsizlikdir.
Həzrət Əbdülbəha
159. Musiqi sənəti ilahi və təsirlidir. O,
qəlbin və ruhun qidasıdır. Musiqinin gücü və məlahəti insanın ruhunu yüksəldir.
O, uşaqların ürəklərinə ovsunlayıcı təsir bağışlayır, çünki onların qəlbi pakdır
və musiqi onlara böyük təsir göstərir. Bu uşaqların qəlbində gizli qalan
istedadlar musiqi vasitəsilə öz ifadəsini tapacaqdır. Ona görə də siz səy
göstərməlisiniz ki, onlar məharətli olsunlar; onlara gözəl və təsirli oxumağı
öyrətməlisiniz. Hər bir uşağın vəzifəsidir ki, musiqi haqqında bir şey bilsin,
çünki bu sənəti bilmədən, alətin melodiyasından və səsdən düzgün həzz alına
bilməz.
Həzrət Əbdülbəha
160. Sizə öz məsləhətimi verirəm. O da
bundan ibarətdir: Bu uşaqları ilahi nəsihətlərlə tərbiyə edin. Uşaqlıq
vaxtlarından onların qəlblərinə Allah məhəbbəti aşılayın ki, onlar öz
həyatlarında Allah xofu nümayiş etdirsinlər və Allahın nemətlərində inam əldə
etsinlər. Onlara bəşəri qüsurlardan azad olmağı və insanın qəlbində gizli qalan
ilahi kamillikləri əldə etməyi öyrədin. İnsan bəşər kamilliklərini əldə edə
bilsə, onun həyatı faydalı olar. Əgər o, bəşər dünyası qüsurlarının mərkəzi
olarsa, ölmək yaşamaqdan, mövcud olmamaq olmaqdan yaxşıdır. Ona görə də çalışın
ki, bu uşaqlar düzgün təlim-tərbiyə alsınlar və onların hər biri bəşər
dünyasında kamilliyə çatsınlar. İndi bu uşaqların dəyərini bilin, çünki onların
hamısı Mənim uşaqlarımdır.
Həzrət Əbdülbəha
161. Uşaq inkişaf etmədikdə onu sıxışdırmaq
və ya danlamaq olmaz; o, səbirlə tərbiyə edilməlidir.
Həzrət Əbdülbəha
162. Həzrət Əbdülbəhanın buyurduğu və sizin
öz məktubunuzda yazdığınız "çətin uşaq"la bağlı; Həzrət Əbdülbəhanın
buyurduqları öz mahiyyətinə görə doğrudur, lakin onlar heç vaxt hərfi başa
düşülməməlidir. O, heç vaxt deyə bilməzdi ki, uşaq özbaşına, tam sərbəst
buraxılmalıdır. Həqiqətdə, Bəhai təlim-tərbiyəsi də hər hansı başqa tərbiyə
sistemləri kimi uşaqlarda, nə qədər istedadlı olsalar da, doğulan zaman müəyyən
təbii qüsurların olması fikrinə əsaslanır və istər onun tərbiyəçiləri və
valideynləri, istərsə də məktəb müəllimləri və ya ruhani rəhbər və mürəbbiləri
olsun, bu qüsurları aradan qaldırmağa çalışmalıdırlar. İstər fiziki, istərsə də
mənəvi və ya intelektual olsun - hər növ nizam-intizam, əlbəttə ki, zəruridir və
heç bir təlim bu ünsürü nəzərə almadan tam və bəhrəli sayıla bilməz. Uşaq
doğulanda kamillikdən uzaqdır. O, nəinki köməksiz, həqiqətdə, qeyri-kamildir və
təbii olaraq şərə meyllidir. O, tərbiyə edilməli, onun təbii meylləri düzgün
yönəldilməli, tənzimlənməli və ona nəzarət edilməlidir. Hətta lazım gələrsə,
qarşısı alınmalı və ya nizamlanmalıdır ki, o, həm fiziki, həm də mənəvi inkişaf
etsin. Bəhai valideynləri öz uşaqlarına qarşı sadəçə müqavimətsizlik münasibəti
göstərə bilməzlər...
Həzrət Şövqi Əfəndi
163. Sizin planlarınızla bağlı, Mühafiz
sizin o baxışınızı tamamilə təsdiq edir ki, təbliğ işinin tələblərinin nə qədər
zəruri və həyati vacib olmasından asılı olmayaraq, siz heç bir halda
uşaqlarınızın tərbiyəsinə laqeyd qalmamalısınız, çünki onlara qarşı
öhdəliyinizin müqəddəsliyi Əmrə qarşı olan öhdəliyinizdən heç də az deyildir.
Mühafiz sizin, Ailənizə və Əmrə qarşı
ikiqat vəzifənizi birləşdirən və mühacirlik sahəsində fəal işinizi davam etməyə
və Əmrdə uşaqların gələcəyinə təhlükə yaratmamaq üçün onların qayğısına qalmağa
icazə verən hər hansı plan və ya niyyətinizi səmimi-qəlbdən təsdiqləyərdi.
Həzrət Şövqi Əfəndi
164. Valideynlərdən biri qeyri-bəhai
olduqda uşaqların təlim-tərbiyəsi yalnız valideynlərə aid olan məsələdir və
onlar bu haqda yaxşı saydıqları kimi və öz ailələrində birliyin qorunub
saxlanması və uşaqların gələcək rifahı üçün ən əlverişli olanı qərar
verməlidirlər. Lakin uşaq həddi-büluğa çatanda, onun valideynlərinin arzu və
istəklərindən asılı olmayaraq, ona öz dinini seçməkdə tam azadlıq verilməlidir.
Həzrət Şövqi Əfəndi
165. Uşağın ilk müəlliminin ana olması
təəççüblü olmamalıdır, çünki körpənin ilk meyli öz anasınadır. Təbiətin bu
qanunu heç də Bəhai ailəsində atanın rolunu azaltmır. Yenə də statusların
bərabərliyi vəzifələrin eyniliyi demək deyildir.
Uca Ədalət Evi
166. Valideynlər öz övladlarına dini
tərbiyə vermək üçün əllərindən gələni etməlidirlər, çünki uşaqlar bu ən böyük
zinəti əldə etməsələr, öz valideynlərinə itaət etməyəcəklər. Bu isə müəyyən
mənada o deməkdir ki, onlar Allaha itaət etməyəcəklər. Həqiqətən, belə uşaqlar
heç kimi saymayacaq və öz istədiklərini edəcəklər.
Həzrət Bəhaullah
167. Biz öz mərhəmətimizin əlaməti olaraq,
səni öz evinə qaytardıq, çünki Biz sənin ananı qəm-qüssə içində gördük. Biz
Kitabda sizə "Allahdan qeyrisinə ibadət etməməyi və öz valideynlərinizə
lütfkarlıq göstərməyi vacib buyurduq." Tək həqiqi Allah belə söyləmiş və bu əmr
Qüdrətli və hikmət Sahibi tərəfindən yerinə yetirilmişdir. Ona görə də Biz səni
ananın və bacının yanına qaytardıq ki, ananın gözləri sevinsin və o, şükr
edənlərdən olsun. «De, ey Mənim ümmətim! Valideynlərinizə şərəf verin və onlara
ehtiram göstərin. Bu, sizin üzərinizə Uca və Əzəmətli Rəbbinizin səxavət
buludlarından xeyir-dua yağdıracaq.
Biz ananın kədərindən xəbər tutanda, Öz
hüzurumuzdan sənə mərhəmət əlaməti və başqalarına bir ibrət olaraq, səni onun
yanına qaytardıq.
Ayıq olun! Məbada ata və ananızın
qəlblərini kədərləndirən işlər tutasınız. Həqiqət Yolu ilə gedin, bu yol,
doğrudan da, düz yoldur. Əgər Mənə, yaxud da onlara xidmət etmək seçimi
qarşısında qalsanız, onlara xidməti seçin və qoy belə xidmət, sizi Mənə tərəf
aparan yol olsun. Bu Mənim sənə nəsihətim və əmrimdir. Elə isə Qüdrətli və
Mərhəmətli Rəbbinizin sizə buyurduğuna əməl edin.
Həzrət Bdhaullah
168. Mövçudluq ağacının meyvələri
etibarlılıq, sədaqət, doğruluq və paklıqdır. Əzəmətli Allahın birliyini
tanıdıqdan sonra bütün vəzifələrdən ən vacibi valideynlərin haqqına lazımi
hörmət göstərməkdir. Bu məsələ Allahın bütün Kitablarında xatırlanmışdır.
Həzrət Bəhaullah
169. «Bu mübarək kəlmələr Sirr Torpağında
(Ədirnədə) Əzəmət Dili ilə bəyan edilmişdir, uca və çəlallıdır Onun bəyanı:
«Bu ən əzəmətli Dinin fərqli
cəhətlərindən biri odur ki, bu Vəhyin həqiqətini tanımış və onu bağrına basmış,
hakim olan Allahın adının şərəfinə Tək həqiqi Allahın məhəbbətinin möhürlənmiş
qədəhindən nəfis şərab içmiş kəslərin qohumlarına ölümlərindən sonra, əgər onlar
zahirən mömin deyildirlərsə də, fəzl ilə əfv inayət ediləcək və onlar Onun
mərhəmət dənizindən pay alacaqlar.
«Fəqət bu nemətə, yalnız nə Ali həqiqət
olana, nə də Onun əhbablarına əziyyət etməmiş kəslər layiq görüləcək.
Səma Taxtının Sahibi, bu
dünyanın və o biri dünyanın Hökmdarı belə əmr
etmişdir."
Həzrət Bəhaullah
170. Biz hər oğula öz atasına xidmət etməyi
vacib buyurduq. Biz Kitabda belə hökm etdik.
Həzrət Bəhaullah
171. Əgər siz valideynlərinizə, onları
ümumiyyətlə məmnun etmək məqsədilə mehribanlıq göstərsəniz və diqqət yetirsəniz,
bu həm də Məni məmnun edər, çünki valideynlərə böyük ehtiram göstərilməlidir və
onların razı qalması çox mühümdür, bir şərtlə ki, onlar nə sənə Qüdrətlinin
Astanasına yetişməyə mane olsunlar, nə də ki, səni Səltənətin yolunda
addımlamaqdan saxlasınlar. Həqiqətən, onlar səni bu istiqamətdə ruhlandırmalı və
həvəsləndirməlidirlər.
Həzrət Əbdülbdha
172. Həzrət Bəhaullahın təlimlərinə uyğun
olaraq bəşəriyyətin hüçeyrəsi olan ailə müqəddəslik qanunları ilə tərbiyə
edilməlidir. Ailədə bütün məziyyətlər tərbiyə olunmalıdır. Ailə bağlarının
bütövlüyü daima nəzərə alınmalı və fərdi üzvlərin hüquqları tapdalanmamalıdır.
Oğulun, atanın, ananın - heç birinin hüququ tapdalanmamalıdır, onlardan heç biri
özbaşına olmamalıdır. Oğulun ata qarşısında öhdəliyi olduğu kimi, atanın da oğul
qarşısında öhdəliyi vardır. Ananın, baçının və digər ailə üzvlərinin müəyyən
müstəsna hüquqları vardır. Bütün hüquqlar və müstəsna səlahiyyətlər nəzərə
alınmalıdır, lakin ailənin birliyi saxlanılmalıdır. Bir nəfərin ziyanı hamının
ziyanı, bir nəfərin rahatlığı hamının rahatlığı, bir nəfərin şərəfi hamının
şərəfi deməkdir.
Həzrət Əbdülbəha
173. Gənclər böyüməli, inkişaf etməli və
atalarının yerini tutmalıdırlar ki, bu bol mərhəmət Allahın böyük iztirablar
çəkən əhbablarının hər birinin nəslində günbəgün artsın və sonda yerdə və göydə
öz bəhrəsini versin.
Həzrət Əbdülbəha
174. Uşaqların valideynlər qarşısında
müəyyən müqəddəs vəzifələri vardır ki, Allaha məxsus bir şey kimi Allahın
Kitabında yazılmışdır. [Uşaqların] rifahı bu dünyada və Səltənətdə valideynlərin
rizasından asılıdır və bunsuz onlar aşkar zərərə uğrayacaqlar.
Həzrət Əbdülbəha
175. Ey əziz uşaqlar! Sizin atanız sizə
qarşı çox mərhəmətli, rəhimdil və şəfqətlidir və sizə Allahın Səltənətində
müvəffəqiyyət, çiçəklənmə və əbədi həyat arzulayır. Ona görə də sizin
vəzifənizdir ki, əziz uşaqlar, onun rizasını qazanmağa çalışasınız, onun
göstərişi ilə hidayət olunasınız, Allahın məhəbbət gücü ilə çəzb oluna və
Allahın məhəbbət dizləri üstündə tərbiyə olunasınız; ta ki, əl-Əbha Bağında
Allahın bol nemətlərilə yaşıllaşan və sulanan gözəl budaqlar olasınız.
Həzrət Əbdülbəha
176. Ey Əbdülbəhanın əzizi! Öz atanın oğlu
və o ağacın meyvəsi ol. Yalnız su və gildən deyil, onun qəlbindən və ruhundan
doğulan oğul ol. Əsl oğul insanın ruhundan budaqlanan kəsdir. Mən Allaha dua
edirəm ki, sənə hər zaman təyid və güc versin.
Həzrət Əbdülbəha
177. Anana təsəlli ver və onun qəlbinə
xoşbəxtlik gətirənə çalış.
Həzrət Əbdülbəha
178. Siz ərin öz arvadının ilahi nuru
bağrına basmağının qarşısını ala biləçəyi və ya arvadın öz ərini Allahın
Səltənətinə daxil olmaq fikrindən daşındıra biləcəyi haqda soruşursunuz.
Həqiqətdə, ər arvada və yaxud da arvad ərə ifrat dərəcədə bağlı olmasa, onların
heç biri digərinin Səltənətə daxil olmasının qarşısını ala bilməz. Əlbəttə ki,
onlar Allahı yaddan çıxararaq biri-birinə ibadət etsələr, o halda hər biri
digərinin Onun Səltənətinə daxil olmağının qarşısını ala bilər.
Həzrət Əbdülbəha
179. Atanın oğul ilə və yaxud da oğulun ata
ilə ticarət və kommersiya məsələlərinə dair məşvərət etməsi sualınızla bağlı;
məşvərət Allah Qanununun təməlinin əsas ünsürlərindən biridir. Belə məşvərət,
istər ata ilə oğul, istərsə də oğul ilə ata arasında, əlbəttə ki, məqbuldur.
Bundan yaxşı heç nə yoxdur. İnsan bütün məsələlərdə məşvərət etməlidir, çünki bu
onu hər bir problemin dərinliyinə aparacaq və ona düzgün həlli tapmaqda yardım
edəcək.
Həzrət Əbdülbəha
180. Dinin əsas təlimlərindən biri ailədə
birliyin qorunub saxlanmasıdır. Əlbəttə, bu o demək deyildir ki, ailənin
istənilən üzvünün digər üzvün inamına təsir etmək hüququ vardır; əgər ailənin
bütün üzvləri bunu dərk etsələr, şübhəsiz, birlik mümkün olar.
Həzrət Şövqi Əfəndi
181. Ondan soruşduğunuz sualla bağlı; O,
əmindir ki, sizin uşaqlarınıza bəzi hallarda maliyyə yükü ola biləçəyinizə
baxmayaraq, bu, onlar üçün sizə qayğı göstərmək şərəfidir; siz onların
anasısınız və onlara həyat vermisiniz və Həzrət Bəhaullahın səxavəti ilə onlar
indi Onun Dininə cəlb olunmuşlar. Sizin üçün hər nə edərlərsə, bu, sizin onlara
etdiyinizin az bir hissəsidir.
Həzrət Şövqi Əfəndi
182. Sizin... dostunuzun Dini qəbul etməsi
və onun Dinə xidmət etmək və onu yaymaq arzusu Onu çox sevindirdi. O, əlbəttə,
dua edəcəkdir ki, o, valideynlərinin və qohumlarının qarşı çıxmasına baxmayaraq,
getdikçə daha çox Təlimləri öyrənə və dərk edə bilsin və elə ruhlansın ki, ayağa
qalxıb əvvəlki dinlərin çox sayda nümayəndələrini Əmrə gətirsin.
Lakin heç bir halda o, öz
valideynlərini özündən uzaqlaşdırmamalıdır, onun borcudur ki, səbirlə, davamlı
və məhəbbət dolu səyi ilə onların Dinə qarşı rəğbətini qazansın və bəlkə, hətta
Dini qəbul etmələrinə səbəb olsun...
Həzrət Şövqi Əfəndi
183. Uca Ədalət Evi təklif edir ki,
Müqəddəs Yazılarda kişi və qadın münasibətlərinin xüsusi sahələrinə dair
buyrulanlar Müqəddəs Mətnlərdə qətiyyətlə və təkrar-təkrar bəyan edilmiş
cinslərin bərabərliyi ümumi prinsipinin işığında baxılsın. Öz Lövhlərinin
birində Həzrət Əbdulbəha buyurur: "Bu ilahi dövrdə Allahın nemətləri qadın
dünyasını sarıb. Kişi və qadın bərabərliyi, bəzi nəzərə çarpmayan hallar istisna
olmaqla, tamamilə və qəti şəkildə bəyan edilmişdir. Fərqlər tamamilə
götürülmüşdür." Kişi və qadının müəyyən səciyyəvi xüsusiyyətlərinə və
vəzifələrinə görə fərqlənməsi təbiətin qaçılmaz həqiqətidir; vacib olanı budur
ki, Həzrət Əbdülbəha cinslər arasında belə bərabərsizlikləri "əhəmiyyətsiz"
hesab edir.
Ər və arvad münasibətinə Bəhai
ailəsinin həyat tərzi kontekstində baxılmalıdır. Həzrət Bəhaullah dünyaya birlik
gətirməyə gəlmişdir və təməl birlik ailə birliyidir. Ona görə də biz inanmalıyıq
ki, Din ailəni zəiflətmək deyil, gücləndirmək niyyətindədir və birliyin
gücləndirilməsinin açarlarından biri məhəbbət dolu məşvərətdir. Bəhai ailəsində
mühit, bütövlükdə icmadakı kimi, "Allah Əmrinin əsas məqsədini" ifadə etməlidir.
Sevimli Mühafizin buyurduğu kimi, bu, "diktator hakimiyyəti deyil, itaətkar
yoldaşlıqdır və özbaşınalıq deyil, səmimi və məhəbbət dolu məşvərət ruhudur."
Lakin ailə "icmanın" çox xüsusi bir
növüdür. Tədqiqat Departamenti atanı "ailənin birliyi, tərəqqisi və
təhlükəsizliyinə" cavabdeh edən hər hansı müddəaya rast gəlməmişdir..., lakin
onun üzərinə qoyulan bir sıra məsuliyyətlərdən belə nəticə çıxarmaq olar ki,
ataya ailənin "başçısı" kimi baxmaq olar. Ailənin üzvlərinin hamısının
bir-birinə və bütövlükdə ailəyə qarşı vəzifələri və məsuliyyətləri vardır və bu
məsuliyyətlər üzvdən üzvə, onların təbii münasibətlərinə görə fərqlənir.
Valideynlərin uşaqlara təlim və tərbiyə vermək kimi qaçılmaz vəzifəsi vardır -
əksinə olmaz; uşaqların valideynlərə itaət etmək vəzifəsi vardır - valideynlər
isə övladlarına itaət etmirlər; ata deyil, ana uşaqları doğur, körpəlikdən
onların qayğısına qalır və beləliklə ilk tərbiyəçidir. Ona görə də qızlar
oğlanlardan əvvəl təhsil almaq hüququna malikdirlər və Mühafizin katibinin Onun
adından yazdığı kimi "Bəhai uşağı tərbiyə etmək vəzifəsi, Bəhai Yazılarında
təkrar-təkrar vurğulandığı kimi, ananın əsas məsuliyyətidir və onun qeyri-adi
imtiyazı ailədə elə şərait yaratmaqdır ki, övladının həm maddi, həm də ruhani
rifahı və tərəqqisi üçün əlverişli olsun. Uşağın ilk dəfə anasından gördüyü
tərbiyə onun gələcək inkişafı üçün güclü təməldir." Ananın bu məsuliyyəti ona
əri tərəfindən dəstəklənmək hüququ verir, ərin isə arvadı tərəfindən
dəstəklənmək üçün heç bir hüququ yoxdur. Atanın ailəni təmin və müdafiə etmək
məsuliyyətinə dair bu qanun həyatdan nakam getmə halına da tətbiq oluna bilər,
yəni ailənin yaşadığı yer atanın ölümündən sonra dul qalmış qadına deyil, onun
böyük oğluna keçir; oğul isə öz növbəsində anasının qayğısına qalmağa məsuldur.
Bu bir-birini qarşılıqlı tamamlayan
vəzifə və məsuliyyətlər kontekstində biz bir Lövhdə Həzrət Əbdülbəhanın
nəsihətini oxumalıyıq:
"Ey Qəyyum
Allahın kənizləri! Qadınlar üçün hökm olunmuş şərəf və imtiyazı əldə etməyə
çalışın. Şübhəsiz, qadının ən böyük şöhrəti Onun astanasında qulluq və Onun
qapısında itaət etməkdir; bu, sayıq ürəyə malik olmaq və tək olan Allahı tərif
etməkdir; bu, başqa kənizlərə qarşı ürəkdən gələn məhəbbət və ləkəsiz
ismətlilikdir; bu, ərlərinə qarşı itaətkar və diqqətcil olmaq və uşaqların
qayğısına qalmaq və onları tərbiyə etməkdir; və bu, sakitlik, ləyaqət, Allahın
zikrində inadla çalışma və son dərəcə alovlanma və məftun olmaqdır."
Son dərəcə ruhaniliyə və fədakarlığa
çağıran bu nəsihətə ərə arvad üzərində tam ixtiyar verən qanuni tərif kimi
baxılmamalıdır, çünki bir möminə yazılmış 22 iyul 1943-cü il tarixli məktubda
sevimli Mühafizin katibi Onun adından belə yazmışdır:
"Mühafiz
Amerikada valideyn və övlad, ər və arvad münasibətləri haqqında qeydlərində
demək istəyirdi ki, həmin ölkədə uşaqlar valideynlərin arzularından həddindən
artıq sərbəst olmağa və onlara lazımi hörmət göstərməməyə meyllidirlər.
Həmçinin, arvadlar bəzi hallarda öz ərləri üzərində ədalətsiz hökmranlığa can
atmağa meyllidirlər ki, bu da, əlbəttə, düz deyildir, eləcə də ərin arvad
üzərində ədalətsiz hökmranlığı düz deyildir."
Məhəbbətlə dolu məşvərət edən istənilən
qrupda yenə də bəzi məsələlər olur ki, qrup, vaxtaşırı, bu məsələlərə görə
razılığa gələ bilmir. Ruhani Məhfildə bu dilemma səs çoxluğu ilə həll olunur.
Lakin iki tərəf arasında, məsələn, ər və arvad arasında heç bir səs çoxluğu ola
bilməz. Ona görə də elə vaxtlar olur ki, arvad ərə güzəştə getməlidir və elə
vaxtlar da olur ki, ər arvada güzəştə getməlidir, lakin heç biri digəri üzərində
ədalətsiz ağalıq etməməlidir. Xülasə, ər və arvad arasında münasibət Bəhai
toylarında tez-tez oxunan Həzrət Əbdülbəha tərəfindən nazil edilmiş duada
buyrulduğu kimi olmalıdır: "Həqiqətən, onlar Sənin əmrinə itaət edərək
evlənmişlər. Onları axır zamanadək harmoniya və birlik nişanələri et."
Bunlar ailədəki bütün münasibətlərdir,
lakin kişi ilə qadın arasında ailədəkindən daha geniş sahədə münasibət vardır və
biz buna da, keçmiş və indiki sosial normalar deyil, Bəhai cəmiyyəti
kontekstində baxırıq. Məsələn, ana uşağın ilk tərbiyəçisi olmağına və onun
inkişfına daha güclü təsir göstərməsinə baxmayaraq, atanın da öz uşaqlarını
tərbiyə etmək məsuliyyəti vardır və bu məsuliyyət o dərəcədə ağırdır ki, Həzrət
Bəhaullah buyurmuşdur ki, onu yerinə yetirməyən ata öz atalıq hüquqlarından
məhrum olur. Eynilə, ailəni maliyyə cəhətdən dəstəkləmək ilk olaraq atanın
məsuliyyəti olmasına baxmayaraq, bu heç də o demək deyildir ki, qadının yeri
evlə məhdudlaşdırılır. Əksinə, Həzrət Əbdülbəha buyurmuşdur:
"Həzrət Bəhaullahın bu Vəhyində qadın kişi ilə çiyin-çiyinə gedir.
Heç bir hərəkatda onlar arxada buraxılmayacaqlar. Onların hüquqları kişilərin
hüquqlarına bərabərdir. Onlar siyasətin bütün inzibati sahələrinə daxil
olacaqlar. Onlar bəşər dünyasında ən yüksək məqam sayıla biləcək bir səviyyəyə
yetişəçəklər və bəşəriyyətin bütün işlərində iştirak edəcəklər." (Paris
Söhbətləri)
Və yenə də buyurur:
"Vaxt gələcək və qadın dünyanın işlərində tam və bərabər şəkildə
iştirak edəcək, qanun və siyasətin böyük arenasına inamla və bacarıqla daxil
olacaq və o zaman müharibə dayanacaq..." (Ümumdünya
Sülhünun Bəyanı)
Dünya Lövhündə Həzrət Bəhaullah Özü
buyurduğu kimi qadınların kişilər kimi çörək qazanacaqlarını əvvəlcədən görürdü:
"hər kəs, kişi və qadın, ticarət, kənd təsərrüfatı və ya başqa iş
vasitəsilə qazandığının bir hissəsini uşaqlarının təhsilinə sərf edilmək üçün
Ədalət Evinin Əminlərini xəbərdar etməklə etibarlı bir şəxsə verməlidir." (Həzrət
Bəhaullah)
Belə bərabərliyi əldə etməyin çox mühüm
ünsürü Həzrət Bəhaullahın şərtidir ki, oğlan və qızlar məktəblərdə əsasən eyni
dərsləri keçməlidirlər.
Uca Ədalət Evi
184. Ey uca məqam oğlu! Ölümü sənin üçün
bir şadlıq müjdəçisi qərar verdim, nə üçün hüznlənirsən? Nuru öz şəfəqlərini
sənin üzərinə səpmək üçün yaratdım, nə üçün ondan pərdələnirsən?
Həzrət Bəhaullah
185. Ey imanlı qəlb, Allahın kənizi...!
Hörmətli ərinin ölümündən kədərlənmə. O, həqiqətən, qüdrətli hökmdarın hüzurunda
həqiqət taxtı yanında Öz Rəbbinin görüşünə çatmışdır. Zənn etmə ki, onu
itirmisən. Pərdə qalxacaq və sən onun üzünü Mələyi-Əlada nurlanmış görəçəksən.
Uca Allahın buyurduğu kimi "Biz onu, əlbəttə ki, canlandıracağıq ki, xoşbəxt
həyat sürsün." Ona görə də birinci yaradılışa deyil, gələcək həyata yüksək
əhəmiyyət verilməlidir.
Həzrət Əbdülbəha
186. Ey Allahın sevimli kənizi, oğul itkisi
qəlbi qırır və bəşər dözümünün fövqündədir, amma bilən və dərk edən əmindir ki,
oğul itirilməmişdir, fəqət bu dünyadan o biri dünyaya qədəm qoymuşdur və o
oğlunu ilahi aləmdə tapaçaqdır. Həmin yenidən qovuşma əbədi olacaqdır, bu
dünyada isə ayrılıq qaçılmazdır və özü ilə yandırıb-yaxan kədər gətirir.
Həmd olsun Allaha ki, sənin imanın
vardır, üzünü Əbədi Səltənətə çevirmişsən və ilahi dünyanın varlığına inanırsan.
Ona görə də ümidsiz olma, süstləşmə, qəm yemə, ağlama, nə də göz yaşı tökmə;
çünki həyəcan və qüssə ilahi aləmdə onun ruhuna dərindən təsir edir.
O sevimli övlad gizli aləmdən sənə
müraçiət edir: "Ey mehriban ana, Allaha şükrlər et ki, mən balaça və zülmət
qəfəsdən azad olmuşam və çəmənlik quşları tək ilahi aləmə - gen, nurlu, əbədi
parlaq və şən aləmə uçmuşam. Ona görə də göz yaşı tök, ey ana, və kədərlənmə;
Mən itməmişəm, nə də məhv olmuşam. Mən fani örtüyü atmış və bayrağımı bu ruhani
dünyada qaldırmışam. Bu ayrılıqdan sonra əbədi vüsal gəlir.
Sən məni Rəbbin cənnətində nur ümmanına
qərq olmuş tapacaqsan."
Həzrət Öbdülbəha
187. Sual. - Həddi-büluğa çatmamış və ya
doğulmamış ölən uşaqların ruhani aqibəti nədir? «Cavab. - Körpələr Allahın
mərhəmət kölgəsi altındadırlar; və onlar heç bir günah işlətməmişlər və təbiət
dünyasının çirkabına bulaşmamışlar, onlar səxavət təzahürünün mərkəzidirlər və
Rəhmaniyyət Gözü onlara tərəf çevriləcək.
Həzrət Əbdülbəha
188. O sevimli gəncin ölümü və onun sizdən
ayrılması qəm-qüssə və kədərə səbəb olmuşdur; o, ömrünün bahar çağında və
gəncliyinin çiçəklənən dövründə ilahi yuvaya uçdu. Lakin o, bu kədər gətirən
sığınacaqdan azad oldu, Səltənətin əbədi yuvasına tərəf çevrildi, qaranlıq və
dar dünyadan müqəddəs nur aləminə tələsdi; bu, qəlbimizin təsəllisidir.
Bu ürək parçalayan hadisələrdə
ağlasığmaz ilahi hikmət vardır. Elə bil ki, bağban təzə və zərif kolu örtülü
yerdən geniş açıq sahəyə köçürür. Bu köçürmə ilə o, solmaz, inkişafdan qalmaz və
məhv olmaz; xeyr, əksinə, bu, onun böyüməsinə və çiçəklənməsinə, təravət və
zəriflik əldə etməsinə, yaşıllaşmasına və bar verməsinə səbəb olar. Gizli sirr
bağbana yaxşı bəllidir, lakin bu səxavətdən xəbəri olmayan qəlblər güman edir
ki, bağban qəzəb və hiddətindən kolu kökündən çıxarmışdır. Bundan agah olanlar
üçün isə bu gizli həqiqət açıq-aşkardır və bu əvvəlcədən təyin edilmiş hökmü
səxavət sayırlar. Ona görə həmin sədaqətlilik quşunun pərvaz etməsindən qəm yemə
və ümidsiz olma; xeyr, həmişə o, gənc üçün dua et, onun üçün əfv və məqamının
yüksəlməsini dilə.
Mən ümid edirəm ki, siz son dərəcə
səbirli, soyuqqanlı və sakit olacaqsınız və Mən Təklik Astanasında yalvararaq
əfv və rəhmət diləyirəm. Allahın intəhasız nemətlərinə ümidim budur ki, O, bu
iman bağının göyərçininə sığınacaq versin və Mələi-Əlanın budağında
yaşamağa izn versin ki, o, Adların və
Sifətlərin Rəbbinə ən yaxşı həmd-səna nəğmələri oxusun.
Həzrət Əbdülbəha
189. O dünyada insan indi əziyyət çəkdiyi
bir çox acizliklərdən azad olacaq. Bu dünyadan köçənlərin öz həyatı vardır. Ora
bizdən ayrı deyildir: onların Səltənətdəki zəhməti bizim üçündür; lakin ora
bizim vaxt və məkan adlandırdığımızdan pakdır. Biz vaxtı günəşlə ölçürük. Günəş
doğması və batması olmadıqda, belə vaxt insan üçün mövcud deyildir. Süud
edənlərin yerdə olanlardan fərqli əlamətləri (şəraitləri) vardır, lakin yenə də
həqiqi ayrılıq yoxdur. «Dua zamanı məqamların, şəraitlərin bir-biri ilə təması
baş verir. Onlar sizə dua etdiyi kimi siz də onlara dua edin.
Həzrət Əbdülbəha
190. Bu Gün sizin Allahı sevməyinizin
qarşısını alan yalnız bu dünyadır. Ondan qaçın ki, bərəkət alanlardan olasınız.
Əgər insan bu dünyanın bəzək-düzəyi ilə özünü bəzəmək, onun libasını geymək və
ya onun verdiyi nemətlərdən pay almaq istəsə, ona heç bir zərər dəyməz, ta ki,
o, heç bir şeyin özü ilə Allah arasında maneə olmasına izn verməsin, çünki Allah
yerdə və göydə yaratdığı hər yaxşı şeyi, həqiqətən, Ona inananlar üçün müəyyən
etmişdir. Allahın sizə izn verdiyi yaxşı şeylərdən yeyin, ey insanlar, və Onun
eçazkar nemətlərindən özünüzü məhrum etməyin. Ona həmd və səna edin və,
həqiqətən, şükr edənlərdən olun.
Həzrət Bəhaullah
191. Ey bəşər oğlu! Sənə nemət qismət
olarsa, fərəhlənmə və zillətə düçar olsan, kədərlənmə, bunların hər ikisi bir
anda keçib gedər və yox olar.
Həzrət Bəhaullah
192. Ey varlıq oğlu! Əgər yoxsulluğa
düşsən, qüssələnmə, vaxt olar, varlılıq Sultanı sənin görüşünə gələr. Zillətdən
qorxma, bir gün gələr, izzət sənə nəsib olar.
Həzrət Bəhaullah
193. Ey bəndəm! İnsanların ən yaxşısı o
kəslərdir ki, öz sənətlərilə qazanırlar və aləmlərin Rəbbinin sevgisi xatirinə
özlərinə və yaxınlarına xərçləyirlər.
Həzrət Bəhaullah
194. Ey Tək həqiqi Allahın bəndəsi! Bu
ümumdünya dinində insanın eçazkar sənəti Camali-Əbhaya ibadət sayılır. Görün
neçə nemət və bərəkətdir ki, sənət ibadətə bərabər tutulur. Keçmiş zamanlarda
hesab edilirdi ki, belə bacarıqlar ən azı çahilliyə bərabərdir və Allaha
yaxınlaşmağa mane olur. İndi baxın ki, Onun intəhasız nemətləri və bol
bəxşişləri çəhənnəm odunu sevinc dolu çənnətə, qara torpağı isə nurlu bağçaya
çevirmişdir.
Bu dünyanın sənətkarlarının borcudur
ki, hər an Müqəddəs Astanada minlərlə minnətdarlıq əlaməti göstərsin və
əllərindən gələni etsinlər və öz peşələrini səylə öyrənsinlər ki, onların
zəhmətlərindən bütün insanların gözləri qarşısında ən böyük gözəlliyi və
kamilliyi zahir edənlər törəsin.
Həzrət Əbdülbəha
195. Məktubun alınmışdır. Mən ümid edirəm
ki, sən həqiqi olanın qayğısı altında hifz və yardım olunaçaq, Allahı zikr
etməklə məşğul olacaq və öz sənətini tamamlamaq üçün səy göstərəcəksən. Sən
böyük cəhd göstərməlisən ki, öz sənətində qeyri-adi və öz sahəndə məşhur olasan,
çünki bu mərhəmət dolu dövrdə öz sənətində kamilliyə yetişmək Allaha ibadət
sayılır. Öz sənətinlə məşğul olarkən, Tək olan Allahı yad edə bilərsən.
Həzrət Əbdülbəha
196. Bəzi insanlar yalnız bu dünyanın
işləri ilə məşğuldurlar; onların fikirləri zahiri həyat tərzi və ənənəvi
maraqlarla o qədər məhdudlaşmışdır ki, onlar hər hansı digər mövcudluq aləminə,
bütün şeylərin ruhani əhəmiyyətinə kordurlar! Onlar dünyəvi şöhrəti, maddi
inkişafı fikirləşir və arzu edirlər. Hissi ləzzət və rahat ətraf onların üfüqünü
məhdudlaşdırır, onların ən böyük arzuları dünyəvi şəraitə yönəldilmişdir! Onlar
alçaq nəfslərini cilovlamırlar; onlar yeyir, içir və yatırlar! Heyvanlar kimi
onlar da öz fiziki varlıqlarından başqa heç nə haqqında düşünmürlər. Doğrudur
ki, bu ehtiyacları ödəmək lazımdır. Həyat bir yükdür ki, yerdə olarkən
daşınmalıdır, lakin həyatın alçaq şeylərinin qayğısı insanın bütün fikrini və
səylərini idarə etməməlidir. Ürəyin arzuları daha əzəmətli məqsədə
yüksəlməlidir, əqli fəaliyyət daha yüksək səviyyələrə qalxmalıdır! İnsanlar
səmavi kamilliyin mənzərəsini öz ürəklərində saxlamalı və orada İlahi Ruhun
tükənməz səxavəti üçün yer hazırlamalıdırlar. «Qoy sizin yer üzündə arzularınız
İlahi mədəniyyətə çatmaq olsun! Mən sizin üçün böyük xeyir-dua diləyirəm ki, siz
İlahi Ruhla elə canlanasınız ki, dünyaya həyat bəxş edəsiniz.
Həzrət Əbdülbəha
197. Əgər bir kəs öz işində, sənətində və
ya peşəsində müvəffəqdirsə, o, bunun vasitəsilə fiziki sağlamlığını yüksəltməyə
və öz bədəninə həzz aldığı qədər rahatlıq və dinclik verməyə qabil olur. Bu gün
biz hər tərəfimizdə insanın özünü hər cür müasir rahatlıq və zinətlə əhatə
etməsini və öz təbiətinin fiziki və cismani tərəfi üçün heç nəyi rədd etmədiyini
görürük. Lakin ehtiyatlı olun, cismani şeylər haqqında çox fikirləşməyin, yoxsa
ruha aid olanları unudarsınız: çünki maddi mənfəət insanın ruhunu yüksəltmir.
Dünyəvi şeylərdə kamillik bədəni fərəhləndirər, lakin heç vəchlə onun ruhunu
ucaltmaz.
Ola bilər ki, maddi cəhətdən hər çür
faydalanan və müasir mədəniyyətin ona verə biləcəyi ən böyük rahatlıqlarla özünü
əhatə edən insan Müqəddəs Ruhun bütün vacib nemətlərini rədd etsin.
Maddi cəhətdən tərəqqi etmək, əlbəttə
ki, yaxşı və tərifəlayiqdir, lakin belə etməklə, gəlin daha mühüm ruhani
tərəqqiyə etinasız olmayaq və aramızda
parlayan İlahi işığa göz yummayaq.
Həzrət Öbdülbəha
198. Biz özünü daima boşaldan və görünməz
mənbədən yenidən dolan fəvvarə və ya çeşməyə bənzəməliyik. Kasıblıqdan
qorxmayaraq və bütün sərvətlərin və bütün xeyirin Mənbəyinin tükənməz səxavətinə
bel bağlayaraq öz yoldaşlarımızın xeyrinə daima ianə vermək - budur düzgün
yaşamağın sirri.
Həzrət Şövqi Əfəndi
199. Şövqi Əfəndi hər bir möminə Milli
Məhfilin fonduna ianə vermək üçün mümkün qədər çox fədakarlıq etməyi nəsihət
edərdi, bununla belə, O, dostların bu məqsəd üçün borca düşməsini pisləyir.
Bizdən malik olduğumuzu vermək tələb olunur, malik olmadığımızı deyil, xüsusilə
belə bir hərəkət başqalarının iztirabına səbəb olduqda. Belə məsələlərdə biz
mühakimə və hikmətdən istifadə etməli və başqa sadiq bəhailərimizə güvənməliyik.
Həzrət Şövqi Əfəndi
200. Mübarəkdir o ev ki, Mənim mərhəmətimə
yetişmişdir, o ev ki, orada Məni şadlıqla zikr edərlər və ora Məni tərif edən,
Mənim fəzlimin ipindən möhkəm yapışan və Mənim ayələrimi oxumaqla
şərəfləndirilmiş əhbablarımın gəlişi ilə bəzənmişdir. Həqiqətən, onlar ucadılmış
bəndələrdir. Allah onları Qəyyumül-Əsmada və başqa lövhlərdə ucaltmışdır.
Həqiqətən, O, hər şeyi Eşidən, Cavab Verən və hər şeyi Biləndir.
Həzrət Bəhaullah
201 Bütün dinlərin ardıcılları ilə dostluq
və yoldaşlıq ruhunda ünsiyyət edin... Səmimi və sədaqətli olanlar yer üzünüi
bütün xalqları və tayfaları ilə fərəhlə və nur saçaraq ünsiyyət etməlidirlər,
çünki insanlarla qaynayıb-qarışmaq daima birlik və razılığa yardım etmiş və
edəcəkdir. Bü isə öz növbəsində dünyada nizam-intizamın qorunub saxlanması və
millətlərin yenidən doğulmasına müsbət təsir bağışlayacaqdır. Xoş o adamın
halına ki, mərhəmət və lütf ipindən möhkəm yapışmış və düşmənçilik və nifrətdən
azaddır.
Həzrət Bəhaullah
202. Ey Mənim dostlarım! Dostun razılığı
yolu ilə gedin. Onun razılığı onun xalqının razılığında olub və olacaq. Yəni
dost dostun razılığı olmadan onun evinə girməz, mallarına toxunmaz, öz
razılığını dostun razılığından üstün tutmaz və heç bir işdə özünü üstün saymaz.
Ey ağıl sahibləri, bunun üzərində fikirləşin.
Həzrət Bəhaullah
203. Ey mənim Allahım! Qoy Sənin nemət və
bəxşiş yağışların Sənin fəzlinin əlaməti və Sənin hüzurundan inayət nişanəsi
olaraq Sənin Dinini bağrına basmışların evinə yağsın.
Həzrət Bab
204. Mənim evim sülh evidir. Mənim evim
sevinc və məmnunluq evidir. Mənim evim gülüş və şadlıq evidir. Bu evin
qapısından daxil olan kəs oradan fərəhli ürəklə çıxmalıdır. Bu ev nur evidir;
oraya daxil olan nurlanmalıdır.
Həzrət Əbdülbəha
205. Bütün dostlar və qohumlarla, hətta
yadlarla son dərəcə məhəbbət və iltifat ruhunda rəftar edin.
Həzrət Əbdülbəha
206. Ona görə də Allahın əhbabları yadlar
və dostlara eyni dərəcədə riqqət doğuran yoldaşlıq münasibəti bəsləməli və
hamıya, onların qabiliyyətindən asılı olmayaraq, məhəbbətə layiq
olub-olmamalarını düşünməyərək, son dərəcə məhəbbət dolu iltifat
göstərməlidirlər. Qoy hər an dostlar diqqətli və hədsiz lütfkar olsunlar.
Həzrət Əbdülbəha
207. Mən Allahdan diləyirəm ki, O, Öz fəzli
ilə sizin evi ilahi hidayət nurunun və Allah Kəlamının yayıldığı və hər zaman
məhəbbət alovunun Onun sadiq bəndələrinin və kənizlərinin qəlblərində
yandırıldığı ocağa çevirsin. Yəqin bil ki, Allah Adının mədhi naminə Əbha
Səltənətinə tərif sədalarının ucaldıldığı ev, həqiqətən, ilahi evdir və Allahın
Cənnətində ləzzət bağlarından biridir.
Həzrət Əbdülbəha
208. Bu, həqiqətən Bəhai evidir. Hər dəfə
belə bir ev və ya belə bir görüş yeri peyda olanda həmin kəndin və ya şəhərin
ümumi inkişafına böyük köməklər olunur. O, elm və maariflənməyə səbəb olur və
güclü ruhaniyyətinə və insanlar arasında yaydığı məhəbbətə görə tanınır.
Həzrət Əbdülbəha
209. Birinci şərt Allahın Əhdində möhkəm
olmaqdır. Çünki Əhdin gücü Həzrət Bəhaullahın Əmrini yolunu azmış insanların
şübhələrindən hifz edəcək. O, Allah Əmrinin istehkamlı qalası və Allah Dininin
möhkəm dayağıdır. Bu gün Bəhai dünyasının birliyini Allahın Əhdindən başqa heç
bir güc mühafizə edə bilməz; əks təqdirdə ixtilaflar ən böyük qasırğa kimi Bəhai
dünyasını sarar. Açıq-aşkardır ki, bəşər dünyasının birlik oxu Əhdin gücündən
başqa bir şey deyildir... Ona görə də hər kəs başlanğıcda Əhddə addımlarını
möhkəmlətməlidir ki, Həzrət Bəhaullahın təyidləri onu hər tərəfdən əhatə etsin,
Mələyi-Əlanın orduları onu dəstəkləsinlər və yardım etsinlər və Həzrət
Əbdülbəhanın vəsiyyətləri və öyüdləri daşa həkk olunmuş şəkillər kimi qəlblərin
lövhələrində daima silinməz qalsın.
Həzrət Əbdülbəha
210. Müəyyən sütunlar vardır ki, Allah
Dininin sarsılmaz dayaqları kimi təyin edilmişdir. Bunlardan ən qüdrətlisi
dərketmə və ağıldan istifadə etmək, şüurun inkişaf etdirilməsi və kainatın
həqiqətlərinə və Qüdrətli Allahın sirlərinə nüfuz etməkdir.
Biliyi inkişaf etdirmək Allahın
dostlarının hər birinin qaçılmaz vəzifəsidir. Allahın toplantısı olan Ruhani
Məhfil uşaqlara tərbiyə vermək üçün əlindən gələni etməlidir ki, onlara
körpəlikdən Bəhai davranışı və Allahın yolları öyrədilsin və Camali-Mübarəkin
məsləhətləri və öyüd-nəsihətləri olan nərmin sularla suvarılan cavan ağaclar
kimi çiçəklənib qol-budaq atsınlar.
Həzrət Əbdülbəha
211. Və indi gələcəyə baxaraq mən müxtəlif
fikirli və xasiyyətli dostların hər zaman, hər bir ölkədə, könüllü olaraq və
fərəhlə öz fəaliyyətlərinin yerli, xüsusilə, milli mərkəzlərinin ətrafında
toplaşacaqlarına, öz maraqlarını tam razılıq və yekdilliklə, mükəmməl anlayışla,
əsl ruh yüksəkliyi və güclə yüksək tutacaqlarına ümid edirəm. Bu, həqiqətən,
həyatımın yeganə sevinci və arzusudur, çünki bu, o çeşmədir ki, oradan bütün
gələcək xeyir-dualar axacaq və o güclü təməldir ki, İlahi Binanın təhlükəsizliyi
onun üstündə qurulmalıdır.
Həzrət Şövqi Əfəndi
212. 19 Gün Ziyafətlərində İcmanın öz
baxışlarını ifadə etməsi və öz Məhfilinə təkliflər verməsi üçün vaxt ayrılır;
Məhfil və möminlər bu xoş müzakirə müddətini gözləməli və nə ondan qorxmalı, nə
də onun qabağını almalıdırlar.
Həzrət Şövqi Əfəndi
213. O, sizin öz Bəhai həyatınızda bu qədər
çox sınaqlara düşməyinizi eşidəndə çox təəssüfləndi. Şübhə yoxdur ki, onlardan
çoxu sizin öz təbiətinizə görədir. Başqa sözlə, əgər biz həssasıqsa və ya
aralarında yaşadığımız bəhailərin mühitindən fərqli mühitdə tərbiyə almışıqsa,
təbii ki, biz hər şeyi fərqli görürük və onları daha güclü hiss edirik; və bunun
başqa tərəfi budur ki, bizim bəhai yoldaşlarımızın qeyri-kamilliyi bizim üçün
böyük sınaq ola bilər.
O, hesab edir ki, əgər siz başqalarının
səhvlərinə göz yumsanız və məhəbbətinizi və dualarınızı Həzrət Bəhaullaha
yönəltsəniz, bu fırtınaya sinə gərməyə güc əldə edəcəksiniz və nəhayətdə özünüzü
ruhən daha yaxşı hiss edəcəksiniz. İztirab çəkməyinizə baxmayaraq, siz kamilliyə
yetişəçəksiniz ki, bu da sizə həm öz bəhai yoldaşlarınıza, həm də uşaqlarınıza
yardım etməyə imkan verəçək.
Həzrət Şövqi Əfəndi
214. Dostlar bir-birinə qarşı səbirli
olmalı və başa düşməlidirlər ki, Əmr hələ öz körpəlik çağını yaşayır və onun
institutları hələ kamil fəaliyyət göstərmirlər. Möminlər bir-birinə və
bir-birinin çatışmazlıqlarına nə qədər çox səbir, məhəbbət dolu anlam və dözüm
göstərsələr, Bəhai icması da bir o qədər çox tərəqqi edəcəkdir.
Həzrət Şövqi Əfəldi
215. Öz aralarında bir-birinə məhəbbət
bəsləməyə olan ehtiyacı Əmrin daxilində dostlara aşılamaq zərurəti vardır.
İnzibati sistemin funksiyalarını qarışdırmaq və onu fərdi münasibətlərə tətbiq
etmək meyli vardır ki, bu da səmərəsizdir, çünki Məhfil formalaşmaqda olan
Ədalət Evidir və içmanın işlərini Təlimlərə uyğun olaraq idarə etməlidir. Lakin
fərdlər bir-birinə qarşı məhəbbət, birlik, bağışlama və günahları örtmə gözləri
ilə yaşayırlar. Dostlar bunu dərk edəndən sonra onlar bir-birilə daha yaxşı yola
gedəcəklər, lakin onlar bir-birilə münasibətdə Ruhani Məhfil rolunda oynamaqda
davam edirlər və istəyirlər ki, Məhfil bir fərd kimi davransın.
Həzrət Şövqi Əfəndi
216. Bəhai icmasında tənqid və kəskin
sözlər baş qaldıranda keçmişi arxada buraxmaqdan və aidiyyatı olan insanları
yeni səhifə açmağa inandırmaqdan, Allah və Onun Dininin xatirinə səhv anlayışa
və disharmoniyaya aparan söhbətlər etməkdən yayınmaqdan başqa çarə yoxdur.
Dostlar öz nöqteyi-nəzərlərinin düzgünlüyü üstündə nə qədər çox mübahisə və
təkid etsələr, bütün vəziyyət bir o qədər pisləşir. «Dünyanın bugünkü
vəziyyətini görəndə biz, əlbəttə ki, tamamilə əhəmiyyətsiz daxili
narahatçılıqları unutmalıyıq və bəşəriyyətin xilasına tələsməliyik. Siz öz bəhai
dostlarınızı bu nöqteyi-nəzəri qəbul etməyə və Həzrət Bəhaullahın ruhunun bütün
icmaya yayılması və onu Öz məhəbbətində və Öz xidmətində birləşdirməsi üçün hər
tənqidi fikrin və hər kəskin sözün qarşısını almaqda sizi dəstəkləməyə
inandırmalısınız.
Həzrət Şövqi Əfəndi
217. Biz öz qeyri-kamilliyimizi dərk etməli
və bəzən Qurultaylarda, bəzən Məhfillərdə, bəzən komitələrdə və s. baş verən
uğursuzluqlara həddindən artıq narahat olmamalıyıq. Belə şeylər əsasən səthidir
və tədricən tərgidiləcək.
Həzrət Şövqi Əfəndi
218. Sizin ailə problemlərinizlə bağlı
olaraq, O, hesab edir ki, əgər məsləhət almaq arzusunda olsanız, bu məsələlər
barədə Məhfilə müraciət edə bilərsiniz; bu məhfillərin vəzifələrindən biri
dostlara məsləhət və yardım etməkdir və Məhfilə müraciət etmək sizin
üstünlüyünüzdür.
Həzrət Şövqi Əfəndi
219. Allahın hökm etdiyi Yerli Ruhani
Məhfil institutu bəşər cəmiyyətinin ilkin səviyyələrində fəaliyyət göstərir və
Həzrət Bəhaullahın Nəzmi-İdarəsinin əsas inzibati vahididir. O, fərdlər və
ailələrin qayğısına qalır və onları Həzrət Bəhaullah Vəhyinin qanunları,
hökmləri və prinsipləri ilə həyat əldə edən və qorunan fərqli bir Bəhai
cəmiyyətində birləşməyə daima həvəsləndirməlidir; o, bəhai sürüsünün sevən
çobanıdır.
Uca Ədalət Evi
220. Möminin, həll etməli olduğu problemi
olduqda, onun bir neçə yolu vardır. Əgər bu məsələ Dinin maraqlarına təsir
göstərirsə, o, müvafiq Məhfil və ya komitə ilə məsləhətləşməlidir, lakin
fərdlərin tam şəxsi olan çoxlu problemləri vardır və onlar belə problemlər
barədə Dinin institutlarına müraciət etməyə heç bir cavabdehlik daşımırlar:
əlbəttə ki, dostların öz Məhfillərini özlərinin həll
edə biləcəyi problemlərlə yükləməsələr daha yaxşıdır.
Problemi olan bəhai dua etdikdən və
bütün aspektləri öz fikrində ölçüb biçdikdən sonra bu problemi özü həll etmək
istəyə bilər; o, fərdi dostlardan və ya həkim və vəkil kimi peşəkar
məsləhətçilərdən məsləhət almağa üstünlük verə bilər ki, qərar verərkən bu
məsləhəti nəzərə alsın; və ya bir neçə nəfərin qarışacağı olanda, məsələn, ailə
problemi kimi hallarda, o, aidiyyatı olanları bir yerə toplamaq istəyə bilər ki,
onlar ümumi qərara gələ bilsinlər. Hər hansı bəhainin öz üzləşdiyi problemlə
bağlı bir qrupa müraciət etməsinə də heç bir etiraz yoxdur.
Yadda saxlamaq lazımdır ki, məşvərətin
məqsədi problemlər üçün həll yolu tapmaqdır. Bu, Əmrdə qadağan olunan etiraf
etmə formasına yaxın olan və bu günlərdə bəzi qruplarda populyar olan ürəkdəki
hər şeyin açıqlanmasından tamamilə fərqlidir. Günahların etiraf edilməsi
məsələsi haqqında Mühafizin katibi Onun adından bir möminə yazmışdı: Bizə öz
günah və qüsurlarımızı, katoliklərin öz keşişlərinə etdikləri kimi heç kəsə və
ya bəzi dini təriqətlərin etdiyi kimi içtimaiyyətə etiraf etmək qadağan
olunmuşdur. Lakin əgər biz könüllü istəsək ki, hər hansı bir şeydə səhv
etdiyimizi, yaxud xarakterimizdə bir çatışmazlıq olduğunu etiraf edək və bu
barədə başqa şəxsdən bağışlanmaq və ya üzr istəyək, belə etməkdə biz tamamilə
sərbəstik. Mühafiz göstərir ki, belə etmək məcburi deyildir. Bu, bütünlüklə
fərdin öz öhdəsindədir.
Uca Ədalət Evi
221. Dostlar Yerli Ruhani Məhfili səmimi
qəlbdən dəstəkləməli və onunla əməkdaşlıq etməlidirlər; əvvəlcə üzvlük üçün səs
verməli; sonra onun plan və proqramlarına səylə əməl etməli; çətin vaxtlarda ona
müraciət etməli; onun uğuru üçün dua etməli; və onun nüfuz və şərəfinii
artmasına sevinməlidirlər. Bu böyük hədiyyə, Allahın bu bəxşişi hər bir icma
daxilində əzizlənməli və bəslənilməli,
sevilməli və ona yardım
edilməlidir. Ona itaət olunmalı və onun üçün dua edilməlidir.
Əsası möhkəm qoyulmuş belə canlı və şən
içma həyatı ümid edildiyi kimi, Yerli Ruhani Məhfil həqiqətən effektiv olduqda
möhkəm bir ailə bazisi hazırlayacaq ki, bundan da dostlar İlahi Əmrin onların
yoldaşlarına çatdırılmasında və öz həyatlarını Onun xeyirli qanunlarına
uyğunlaşdırmaqda sevərək dəstək və güc ala bilər və təşviq olunarlar.
Uca Ədalət Evi
222. Həmd olsun
Allaha, siz hər ikiniz öz əməllərinizlə sözlərinizin doğruluğunu nümayiş
etdirdiniz və Rəbbiniz olan Allahın təyidini qazandınız. Hər gün səhər dan yeri
söküləndə siz bəhai uşaqlarını bir yerə yığır və onlara ibadət və dualar
öyrədirsiniz. Bu ən tərifəlayiq əməldir və uşaqların qəlbinə sevinc bəxş edir,
çünki onlar hər səhər Səltənət tərəf çevrilməli və Allahı zikr etməli, Onun
Adını tərif etməli və ən məlahətli səslə oxumalıdırlar.
Bu uşaqlar hətta cavan ağac kimidirlər
və onlara dualar öyrətmək onların üstünə yağış yağdırmaq kimidir, ta ki, onlar
zərif və təravətli olsunlar və Allahın məhəbbət nəsimi onların üzərinə əssin və
onları fərəhləndirsin.
Həzrət Əbdülbəha
223. Həqiqi Bəhai evi əsl qaladır ki, Əmr
öz işlərini planlaşdırarkən ona etibar edə bilər. Əgər ... və ... bir-birilərini
sevirlərsə və evlənmək istəyirlərsə, Şövqi Əfəndi arzu etmir ki, onlar, belə
etməklə özlərini xidmət imtiyazından məhrum etmiş saysınlar; həqiqətdə, belə
birlik onların xidmət imkanını artıracaq. Gənc bəhailərin evlənməsindən və
Həzrət Bəhaullahın arzu etdiyi həqiqi Bəhai ailəsinin əsasını qoymalarından daha
gözəl bir şey yoxdur. Xahiş edirəm, onların hər ikisinə Mühafizin məhəbbət dolu
salamlarını yetirin.
Həzrət Şövqi Əfəndi
224. Bizim sevimli Əmrimizə qarşı olan
məhəbbət və sədaqətimizi bəşəriyyətin yüksək rifahı üçün əlverişli olan əməllərə
və fəaliyyətlərə yönəltmək bizim vəzifəmiz və imtiyazımızdır.
Həzrət Şövqi Əfəndi
225. Bəhailər hərtərəfli, fikrən və ruhən
normal və müvazinətli olmağa çalışmalıdırlar. Biz təəssübkeş təəssüratı
yaratmamalıyıq, lakin eyni zamanda öz prinsiplərimizlə yaşamalıyıq.
Həzrət Şövqi Əfəndi
226. Əlbəttə, Şövqi Əfəndi sizi və başqa
dostları bütün vaxtlarını və enerjilərini Əmrə sərf edən görmək istərdi, çünki
bizim səriştəli işçilərə böyük ehtiyacımız vardır, lakin ev bir institutdur ki,
Həzrət Bəhaullah onu zəiflətməyə deyil, möhkəmlətməyə gəlmişdir. Sadəcə bu
məsələyə laqeyd qaldıqlarına görə Bəhai ailələrində çoxlu arzuolunmaz hadisələr
baş vermişdir. Əmrə xidmət et, lakin evə qarşı olan vəzifələrini də unutma. Siz
bu ikisi arasında tarazlıq tapmalı və heç birinə laqeyd olmamalısınız. Əgər
arvadlar öz Bəhai fəaliyyətlərində daha dərin düşüncəli və mötədil olsaydılar,
Əmrə daha çox ərlər xidmət edərdilər.
Həzrət Şəvqi Əfəndi
227. Mühafiz uzun müddət hiss edirdi ki,
Amerika bəhailəri bəzi hallarda Həzrət Bəhaullahın qoyduğu nigah qanunları ilə
yaşamırlar. Onlar bu gün insanların ailə bağlarına yüngül və xudbin
münasibətinin təsiri altına düşməyə meyllidirlər. Bu səbəbdən O, sizin
müvəffəqiyyətlə Bəhai qanunlarına uyğun yaşadığınızı, buna görə əlinizdən gələni
etdiyinizi və ərinizlə olan bu müqəddəs bağı qoruyub saxladığınızı görəndə,
əlbəttə ki, çox sevinir. O, ümid edir ki, siz başqalarına nümunə olacaqsınız. O,
bəzi bəhailərin Əmrə xidmət adı ilə öz ərlərinə qarşı məsuliyyətdən boyun
qaçırmalarını və ya yeni ər tapmalarını pisləyir.
Həzrət Şövqi Əfəndi
228. Mühafiz, ərinizin heç də sizdən
ayrılmaq istəməməsi, əksinə, nigahı qoruyub saxlamaq arzusu baxımından, hesab
edir ki, sizin, bir bəhai kimi, Əmrə xidmət etmək istəyinizə görə ailəni
dağıtmaq hüququnuz yoxdur.
Nigah çox müqəddəs institutdur. Həzrət
Bəhaullah demişdir ki, onun məqsədi birlik yaratmaqdır. Əgər dostlar Əmr
xatirinə bu instituta laqeyd qalsalar, onlar Dinin ictimaiyyət qarşısında
hörmətini aşağı salarlar. Bu gün dünya əhli çox əxlaqsızdır və nigah institutu
ilə münasibətdə çox yüngül davranırlar; və biz bəhailər dünya əhlinin əksinə
olaraq yüksək əxlaq standartları yaratmağa və nigah institutunu bərpa etməyə
çalışırıq.
Əgər əriniz sizə bəzi təbliğ işləri
görməyə və Dinin maraqları naminə səyahət etməyə imkan verərsə, çox yaxşı; lakin
O, hesab edir ki, Din sizin ailə həyatınızın dağılmasına səbəb olmamalıdır.
Həzrət Şövqi Əfəndi
229. Sizin oğullarınız, hətta
başlanğıcda, sizinlə bir yerdə mühacirlik edə bilməsələr də, əlbəttə ki, sizə
bunu etməkdə öz sadiq ruhları və tam əməkdaşlıqları ilə kömək edirlər. Həyat o
qədər gözlənilməz dönüklüklərlə doludur ki, O, hesab edir ki, öz oğullarınızı
evdə buraxmaq heç bir əlavə risk yaratmır. Onlar Əmrə sadiqdirlər və şübhə
yoxdur ki, sizin nümunənizlə ruhlanacaqlar.
Həzrət Şövqi Əfəndi
230. Sizin öz oğlunuza və ərinizə qarşı
məsuliyyətiniz çox böyükdür və Mühafiz ümid edir ki, sizin işiniz tezliklə elə
bir yerə gəlib çatsın ki, heç olmasa, müəyyən müddətə, onların yanına qayıda və
onlara qadının ailə həyatına ən böyük töhfəsi olan məhəbbət və şövq verə
biləsiniz.
Həzrət Şövqi Əfəndi
231. O, sizin mühacirlik sahəsində xidmət
etmək arzunuzdan dolayı həqiqi məftunluq hissi keçirmiş, lakin təəssüf edir ki,
ailə şəraitiniz qəlbinizin bu əziz arzusunu həyata keçirməyə imkan vermir. «O,
sizin uzaq və bu vaxtacan açılmamış ərazilərdə Dinin naminə çalışmaq
coşğunluğunuzu bəyənir, lakin O hesab edir ki, ərinizin müxalif çıxması
baxımından, həmçinin, uşaqlarınızın sizin yaxın köməyinizə və hidayətinizə
ehtiyacları olmalarını nəzərə alaraq siz hal-hazırda uzaq yerlərdə deyil, yaxın
... və ya qonşu şəhərlərdə işləməyə çalışmalısınız.
Həzrət Şövqi Əfəndi
232. Ailələri
dua etməyə və Müqəddəs Yazıları oxumağa həvəsləndirin.
Uca Ədalət Evi
233. Sizin və arvadınızın üzləşdiyi
problemi nəzərə alaraq Uca Ədalət Evi buyurur ki, ailənizin birliyi hər hansı
digər fikirdən üstün olmalıdır. Həzrət Bəhaullah dünyaya birlik gətirmək üçün
gəlmişdir və fundamental birlik ailə birliyidir. Ona görə də biz inanmalıyıq ki,
Din ailəni zəiflətmək deyil, gücləndirmək məqsədi daşıyır. Məsələn, Əmrə xidmət
ailəyə laqeyd qalmağa səbəb olmamalıdır. Siz vaxtınızı elə qurmalısınız ki,
sizin ailə həyatınız harmoniya təşkil etsin və siz ailənizə lazımi diqqət yetirə
biləsiniz.
Uca Ədalət Evi
234. Bəhai xidmətlərinə fədakarlıq ruhunda
yanaşmaq lazım gəldiyinə baxmayaraq, heç kim Müqəddəs Yazılarda uşaqlarla
münasibətdə valideynlərin, həmçinin valideynlərlə münasibətdə uşaqların üzərinə
qoyulan məsuliyyətlərin vacibliyini nəzərə almaya bilməz.
Uca Ədalət Evi
Hamilə qadınlar üçün
235. Ey mənim Allahım! Ey mənim Allahım!
Mən Səni tərif edirəm və Sənə şükr edirəm ki, Sən Öz itaətkar kənizinə, Sənin
quluna, Sənə yalvarmağı və Səndən diləməyi lütf etdin, çünki Sən, həqiqətən, ona
Özünün açıq-aşkar Səltənətinə doğru yol göstərdin və ona bu fani dünyada Sənin
uca Nidanı eşitdirdin və ona hər şey üzərində Sənin yenilməz hökmranlığının
barizliyini sübut edən Əlamətlərini göstərdin.
Ey mənim Allahım, mən öz bətnimdə olanı
Sənə həsr edirəm. Qoy o Sənin Mələkutunda tərifəlayiq uşaq olsun və Sənin
iltifatın və Sənin Səxavətinlə xoşbəxt olsun; Sənin tərbiyənin himayəsi altında
böyüsün və tərəqqi etsin. Həqiqətən, Sən Mərhəmətlisən! Həqiqətən, Sən Böyük
Lütf sahibisən!
Həzrət Əbdülbəha
Körpələr üçün
236. Həmd olsun Sənə, ey Mənim Allahım! Öz
fəzlinlə bu körpəyə inayət et, ta ki, Sənin mərhəmət və məhəbbət dolu qayğı
döşündə bəslənsin və Sənin ilahi ağaclarının meyvəsindən qidalansın. Onu Özündən
başqasının himayəsinə vermə, çünki Sən Özün Öz ali iradən və qüdrətinlə onu
yaratdın və ona həyat verdin. Səndən başqa Allah yoxdur, Sən Qüdrətli və hər
şeyi bilənsən.
Həmd olsun Sənə, ey mənim Məhbubum! Öz
intəhasız nemətinin şirin rayihəsini və Sənin müqəddəs bəxşişlərinin ətirlərini
onun üzərinə əsdir. Qoy o, Sənin ən uca adının kölgəsi altında sığınacaq
axtarsın, ey ovcunda adlar və rəmzlər səltənətini saxlayan Allah. Həqiqətən, Sən
istədiyini etməyə qadirsən və Sən, həqiqətən, Qüdrətli, Uca, Bağışlayan,
Mərhəmətli, Səxavətli və Rəhmdilsən.
Həzrət Bəhaullah
237. Ey misilsiz Allah! Qoy bu südəmər uşaq
Sənin inayət döşündə bəslənsin, onu Öz mühafizə və himayə beşiyində qoru və
Sənin zərif məhəbbət qollarında tərbiyə et.
Həzrət Əbdülbəha
Uşaqlar üçün
238. Ey pak Allah! Mən balaca bir uşağam;
qoy mən Sənin məhəbbət dolu inayət qoynunda əzizlənim; qoy mən Sənin
məhəbbətinin balı və südü ilə bəslənim; məni Öz bilik ağuşunda tərbiyə et və mən
uşaq ikən mənə nəciblik və müdriklik əta et.
Ey Özü Özünə kafi olan Allah! Məni
Gözəgörünməzin Səltənətinin munisi et. Həqiqətən, Sən Qüdrətli və Qüvvətlisən.
Həzrət Əbdülbəha
239. Ya Rəbb! Öz fəzlinlə bu uşağa yardım
et, ta ki, o, Sənin zərif məhəbbət çəmənində böyüsün və canlansın. Sən,
həqiqətən, Ətaedən, Mərhəmətli və Rəhimdilsən.
Həzrət Əbdülbəha
240. Ey Allahım, məni qoru, məni hifz eylə,
ürəyimin çırağını nurlandır və məni parlayan ulduz eylə. Sən Qüdrətli və
Qüvvətlisən.
Həzrət Əbdülbəha
Gənclər üçün
241. Ya Rəbb! Bu gənci nurlandır və Öz
nemətini bu fəqir məxluqun üzərinə yağdır. Ona bilik bəxş eylə, ona hər səhər
dan yeri söküləndə güc inayət eylə və onu Öz himayəndə hifz eylə, ta ki, o,
zəlalətdən azad olsun, özünü Sənin Əmrinə xidmətə həsr etsin, azmışlara yol
göstərsin, əsirləri azad etsin və qəflətdə olanları oyatsın ki, hamı Sənin zikr
və tərifinlə xeyir-dua alsın. Sən Qüdrətli və Qüvvətlisən.
Həzrət Əbdülbəha
Valideynlər üçün
242. Layiqlidir
ki, bəndə hər duadan sonra Allaha, onun valideynlərini əfv etmək və onlara
mərhəmət etmək üçün yalvarsın. Onda Allahın nidası ucalacaq: "Valideynlərin üçün
dilədiyinin əvəzi minlərcə və minlərcə olacaq. Mübarəkdir o kəs ki, Allahla
ünsiyyət edərkən valideynlərini yada salır. Həqiqətən, Ondan başqa Allah yoxdur,
O Qüdrətli və Məhbubdur.
Həzrət Bab
243. Ya Rəbb! Bu Əzəmətli Zühurda Sən,
həqiqətən, uşaqların öz valideynləri adından zəmanətini qəbul edirsən. Bu, bu
Vəhyin məxsusi intəhasız bəxşişlərindən biridir. Ona görə də Sənin bu bəndənin
diləyini Sənin təklik astananda qəbul et və onun atasını Öz fəzl dəryana qərq
eylə, çünki bu oğul Sənə xidmət etməyə qalxıb və Sənin məhəbbətinin yolunda hər
zaman çalışır. Həqiqətən, Sən Bəxşedən, Bağışlayan və Mehribansan!
Həzrət Əbdülbəha
Ailələr üçün
244. Həmd olsun Sənə, ey mənim Allahım!
Səndən məni və Sənin Dinini dəstəkləyənləri əfv etməyi diləyirəm. Həqiqətən, Sən
ali hökmdar, Əfvedən, Ən Səxavətlisən. Ey mənim Allahım! Elmdən məhrum olmuş
Sənin bəndələrinə Sənin Əmrinə daxil olmaları üçün yardım eylə; çünki onlar
Sənin haqqında öyrənən kimi Qiyamət Gününün həqiqiliyinə şəhadət verirlər və
Sənin bəxşişin zahir olarkən onu inkar etmirlər. Öz fəzlinin nişanələrini onlara
nazil eylə və harada olurlarsa olsunlar, onlara, Öz bəndələrin arasında
möminlərə buyurduğundan bol pay inayət eylə. Sən, həqiqətən, Ali hökmdar,
Səxavətli və Ən Lütfkarsan.
Ey Mənim Allahım! Qoy Sənin nemət və
bəxşişlərin o evlərə yağsın ki, oranın sakinləri Sənin fəzlinin əlaməti və Sənin
hüzurundan inayət nişanəsi olaraq Sənin Dinini qucaqlamışlar. Həqiqətən, Sən əfv
etməkdə misilsizsən. Əgər Sənin nemətin bir kəsdən uzaqlaşdırılsa, o, Sənin
Günündə necə bu Dinin ardıcıllarından sayıla bilər?
Mənə və təyin olunmuş Gündə Sənin
nişanələrinə inanacaq kəslərə inayət eylə, ey Mənim Allahım və mənim məhəbbətimi
onların ürəklərində əzizlə - o məhəbbət ki, Sən, həqiqətən, onların ürəyinə
salırsan. Həqiqətən, Sən ədalətin Sahibisən, Sən Ən Ucasan.
Həzrət Bab
245. Mən Səndən məni əfv etməyini
diləyirəm, ey mənim Allahım və Sən Öz bəndələrinin Sənə neçə yönəlmələrini
istəyirsənsə, mən də elə Səndən mərhəmət diləyirəm. Səndən Sənin Rəbbiliyinə
yaraşan tərzdə bizim günahlarımızı yumağı və məni, valideynlərimi və Sənin
nəzərində Sənin məhəbbət məskəninə daxil olanları Sənin intəhasız hökmranlığına
layiqli və Sənin ilahi qüdrətinin əzəmətinə yaraşan tərzdə bağışlamağını
diləyirəm.
Ey mənim Allahım! Sən mənim qəlbimə
ilham verdin ki, Səndən və yalnız Səndən diləsin, yoxsa mən Səni çağırmazdım.
Uca və əzəmətlisən Sən; mən Sənə şükr edirəm, çünki Sən Özünü mənə göstərdin və
Səndən məni bağışlamağını diləyirəm, çünki Səni tanımaq üçün öz vəzifəmi yerinə
yetirə və Sənin məhəbbətinin yolunda addımlaya bilməmişəm.
Həzrət Bab
Nigah üçün
246. Əta Edən və səxavətli Allahın adı ilə!
Şükr olsun o Allaha ki, Əzəli, Əbədi və Dəyişilməyəndir. O Allah ki, Özü Öz
varlığına şəhadət verir ki, həqiqətən, O Tək, Vahid, Muxtar və Ucadır. Biz
şəhadət veririk ki, ondan başqa Allah yoxdur və Onun Vəhdaniyyətini, Təkliyini
iqrar və etiraf edirik. O həmişə Öz əlçatmaz Ucalığında və sonsuz Yüksəkliyində
başqalarının zikrinə ehtiyacsızdır və özgələrin tərifindən üstündür.
O, bu aləmin nəzmini iradə etdiyindən,
ümmətlərə Kərəm və Ehsan zahir etmək üçün qanunlar qurdu və hökmlər zahir etdi
və insanları düz yola getmək və əsl məqsədlərinə çatmaqdan ötrü nigah hökmünü
qoruyan qala kimi müəyyən etdi. Müqəddəs Mələkutdan nazil olan "Kitab-i-Əqdəs"də
belə Əmr buyurulub, Onun buyurduğu əziz və böyükdür: "İzdivac edin, ey insanlar,
ta ki, siz bəndələrimin arasında Məni zikr edənlər zahir olsun. Bu Mənim
Əmrimdir sizə, onu özünüzə köməkçi tutun.
Həzrət Bəhaullah
247. Şükr olsun Sənə, ey mənim Allahım!
Həqiqətən, Sənin bu bəndən və bu kənizin Sənin mərhəmətinin kölgəsi altına
toplaşmışlar və Sənin lütf və səxavətinlə birləşmişlər. Ya Rəbb! Onlara Sənin bu
dünyanda və Sənin səltənətində yardım eylə və Öz səxavət və fəzlinlə hər xeyiri
onlara qismət eylə. Ya Rəbb! Onları Öz bəndəliyində təyid eylə və Öz xidmətində
onlara kömək eylə. Onları Sənin dünyanda Sənin Adının nişanələri et və onları bu
dünyada və o biri dünyada Sənin tükənməz nemətlərin ilə qoru. Ya Rəbb! Onlar
Sənin mərhəmət səltənətinə yalvarırlar və Sənin təklik aləmini çağırırlar.
Həqiqətən, onlar Sənin əmrinə itaət edərək evlənmişlər. Qoy onlar axır zamanadək
həmahənglik və birlik nişanələri olsunlar. Həqiqətən, Sən Qadir, hər yerdə
mövcud olan və Qüdrətlisən!
Həzrət Əbdülbəha
248. Ey mənim Allahım, ey mənim Allahım! Bu
iki bərq vuran aylar Sənin məhəbbətində evlənmişlər, Sənin Müqəddəs Astanana
bəndəlikdə və Sənin Əmrinə xidmətdə birləşmişlər. Ey mənim Rəbbim, Rəhimli olan
Allah, bu nigahı Öz bol fəzlinin nuru və Sənin nemətlərinin parlaq şüaları eylə,
ey Xeyirxah və Əbədi Ətaedən Allah, ta ki, bu əzəmətli ağacın budaqları
şaxələnsin və Sənin fəzl buludlarından yağan nemətlərlə yaşıllaşsın və gül-çiçək
açsın. Həqiqətən, Sən Səxavətlisən. Həqiqətən, Sən Qüdrətlisən. Həqiqətən, Sən
Mərhəmətli və Rəhmdilsən.
Həzrət Əbdülbəha
249. Hüvəllah! Ey misilsiz Allah! Öz böyük
hikmətinlə insanlar arasında evlənməyi müəyyən etdin ki, dünyada insan nəsli
əbədi qalsın və dünya durduqça Sənə ibadət və pərəstiş etsinlər və Sənin
Əhədiyyət Dərgahına dua və sitayiş etməklə məşğul olsunlar və ünsiyyət etsinlər.
“Ruhu və bədəni yaratdım ki, Mənə ibadət etsinlər.” Öz Rəhmaniyyət Mələkutunda
bu iki məhəbbət yuvasının quşlarının evlənmə kəbinini kəs ki, bununla da onlar
daimi feyzə çatsınlar. Beləliklə, bu iki məhəbbət dənizinin qovuşmasından ülfət
dalğası qalxsın, inci kimi nəcib nəsillər varlıq dənizi sahilinə tökülsün. O, bu
iki dənizi buraxdı ki, onlar bir-birini tapsınlar. "Bu qovuşan dənizlər arasında
keçilməyən hədd vardır. Onda siz Allahınızın hansı nemətini danırsınız? Onların
hər birindən ləl və mərcan hasil olur."
Ey Mehriban Allah! Bu izdivacın dürr və
mərcan yaratmasına kömək eylə. Çünki Sən, həqiqətən, Qüdrətli, Əziz, günahları
Bağışlayan, Rəhman və Rəhimsən.
Həzrət Əbdülbəha
250. Ey mənim Allahım! Sənin bu kənizin
Səni çağırır, Sənə təvəkkül edir, Sənə tərəf üz tutur, Sənə
yalvarır, ta ki, Sən Öz ilahi nemətlərini onun üzərinə yağdırasan və ruhani
sirləri ona açasan və Öz Zatının nurunu onun üstünə səpəsən.
Ey mənim Allahım! Elə et ki, mənim
ərimin gözləri görsün. Öz elminin nuru ilə onun qəlbini şad eylə, onun ağlını Öz
nur camalına cəzb eylə, Öz aşkar nurlarını ona zahir etməklə onun ruhunu
sevindir.
Ey mənim Allahım! Onun gözü önündən
pərdəni götür. Öz bol nemətlərini onun üzərinə yağdır, onu Sənə məhəbbət şərabı
ilə məst eylə. Onu Öz mələklərindən biri eylə ki, onların ayaqları bu torpağın
üstündə ruhları yüksək səmada pərvaz edən təkin hərəkət edir. Qoy o, Sənin
ümmətinin arasında Sənin müdriklik nurun ilə nur saçan parlaq çıraq olsun.
Həqiqətən, Sən Əziz, Əbədi Bəxşedən və Əliaçıqsan.
Həzrət Əbdülbəha