SİYASƏTƏ QARIŞMAMAQ PRİNSİPİ
BU SUALI MÜZAKİRƏ ETMƏYİN ƏHƏMİYYƏTİ
DÜNYADA BAŞ VERƏN BÖYÜK PROSESLƏR
DÜNYADA BAŞ VERƏN
DAĞIDICI
PROSESLƏR
DİNDƏN KƏNARDA DÜNYA PROBLEMLƏRİNİN HƏLL EDİLMƏSİ SƏYLƏRİ
BƏHAİLƏRİN FİKRİNCƏ, DÜNYA PROBLEMLƏRİNİN AÇARI NƏDİR
SİYASƏTƏ QARIŞMAMAQ HAQQINDA BƏHAİ
TƏLİMİNDƏ NƏ BUYURULUR
BƏHAİ PRİNSİPLƏRİ
BƏHAİLƏR SİYASƏTDƏ NƏ ÜÇÜN İŞTİRAK ETMƏMƏLİDİRLƏR
SİYASƏTƏ QARIŞMAMAQ PRİNSİPİNƏ ƏMƏL OLUNMASI
DÖVLƏT XİDMƏTİNƏ MÜNASİBƏT
PARTİYALARA VƏ SİYASƏTÇİLƏRƏ MÜNASİBƏT
İCTİMAİYYƏT
QARŞISINDA ÇIXIŞLAR
VƏTƏNDAŞ SEÇKİLƏRİNDƏ İŞTİRAK ETMƏK
SİYASƏTDƏ İŞTİRAK ETMƏMƏK - BƏHAİLƏRİ BİZİM GÜNLƏRDƏ
GÜDƏN
TƏLƏLƏR
SİYASƏTDƏ İŞTİRAK ETMƏMƏK BƏHAİLƏRİ GƏLƏCƏKDƏ
GÜDƏ BİLƏCƏK TƏLƏLƏR
HAKİMİYYƏT ORQANLARINA TABE OLMAĞIN ZƏRURİLİYİ
ÇƏMİYYƏTİN RİFAHI VƏ İCTİMAİ
HƏRƏKATLAR
1. Əgər Yazılarda buyurulmuşdursa ki, Əmrin
işi mütləq qələbə çalacaq, bu və ya digər bəhainin necə davranmasının fərqi
varmı?
Uca Ədalət Evi buyurur:
"Əmrin insanların qəlblərini fəth edərək Allahın
iradəsi ilə irəliləyən ordusu məğlubedilməzdir, lakin onun
ardıcıllarının düşünülməmiş və məsuliyyətsiz hərəkətləri onun irəliləyişini
ləngidə bilər".
2.
Bu və ya digər
bəhainin siyasətdə iştirakı nə ilə nəticələnə bilər?
Uca Ədalət Evi xüsusi olaraq qeyd edir:
"...bu və ya digər bəhainin hər hansı ölkədə - öz
vətənində və ya başqa yerdə - düşünmədən etdiyi hərəkət və ya
verdiyi bəyanat Əmrə ciddi ziyan vura bilər və hətta din qardaşlarının ölümünə
səbəb ola bilər".
3.
Bəhainin bu məsələ ilə bağlı
Yazılarda buyurulanı diqqətlə öyrənməsi nə üçün vaçibdir?
"...bu nəinki dostlara bu məsələdə Yazılara şüurlu
surətdə və sevinclə əməl etməyə yardım edəcək, həm də onun doğruluğuna və
zəruriliyinə şübhə edənlərə bəhailərin mövqeyini böyük yəqinliklə izah etməyə
imkan yaradacaqdır".
1. Allahın böyük Planı nədən ibarətdir?
Uca Ədalət Evi təsdiq edir:
"...Allahın
coşqun inkişaf edən, bütün bəşəriyyətə
bütövlükdə toxunan, durmadan həyata keçməyə doğru irəliləyən böyük Planı,
bəşəriyyətin birliyinə mane olan bütün maneələri aradan qaldırır və onu
bədbəxtlik və iztirab kürəsində əridib bütövləşdirir.
2.
Bu proses nəyə gətirib çıxaracaq?
Uca Ədalət Evi təsdiq edir:
"Allahın İradəsi ilə bu proses Kiçik Sülhün
qurulmasına gətirib çıxaracaq..."
3.
Kiçik Sülh nə deməkdir?
Uca Ədalət Evi buyurur:
"...dünyanın siyasi cəhətdən birləşməsi.
Bəşəriyyət buna nail olaraq bir
bədənə bənzəyəcək, lakin onda həyat ruhu olmayacaq".
4. Bəhainin vəzifəsi nədir?
Uca Ədalət Evi açıqlayır:
"Sonra bu vahid bədənə həyat ruhu vermək zərurəti
olacaq - əsl birliyi və
ruhaniliyi bərqərar etmək lazım gələcək ki, bunun da ali təzahürü Böyük Sülh
olacaq və bu vəzifə bəhailərin üzərinə düşür, o bəhailər ki, şüurlu surətdə və
məqsədəyönlü şəkildə, Yazıların prinsiplərinə əməl edərək və Allahın daim
istiqamətləndirən güçünə inanaraq yer üzündə İlahi Səltənətin qurulmasına
çalışır və öz yaxınlarını ona daxil olmağa çağırırlar və bununla da əbədi həyata
yiyələnmək üçün onlara yol açırlar".
5.
Bəhainin xidmətinin vacibliyi nədədir?
Uca Ədalət Evi qeyd edir:
"... Yazılarda Allahın bizə bəxş etdiyi Kiçik Plan
aydın şəkildə şərh olunmuşdur ki, biz Onun bəşəriyyətin xilas edilməsi üçün
qurduğu Böyük Planın həyata keçirilməsində iştirak edə bilək. Bu işə biz bütün
qüvvəmizi sərf etməliyik, çünki bizim əvəzimizə heç kim onu etməyəcəkdir".
1.
Müasir dünyanın vəziyyəti necədir?
Uca Ədalət Evi təsdiq edir:
"Bizim cəmiyyətə nəzər salanda görürük ki, o,
ciddi xəstəliklərə məruz qalmış və ağır iztirablar altında üzülməkdədir".
2.
Bu hansı xəstəliklərdir?
Dinin Mühafizi buyurur:
"...Cəmiyyətdə hökm sürən kəskin siyasi
qarşıdurmanın nəhs təzahürü, sosial qeyri-stabillik, irqi dözümsüzlük, sinfi
antaqonizm, əxlaqsızlıq və inamsızlıq mövcud Dünya Nəzminin iqtidarsızlığına,
onun dağılmasına və məhv olmasına parlaq sübutdur".
3.
Bu Həzrət Bəhaullahın öncədən verdiyi xəbərlərə uyğun
gəlirmi?
Uca Ədalət Evi qeyd edir:
Həzrət Bəhaullah yazır: "Tezliklə bu günün nəzmi
süqut edəcək və onun yerini yenisi tutacaq". "Bir müddət sonra, - O, sonra
yazır, - bir çox hökumətlər yıxılacaq. Dünya zülmətə bürünəcək. Lakin ümumdünya
sarsıntısının ardınca
üfüqlərdən görünməmiş ədalət günəşi doğacaqdır".
4.
Bu ümumdünya sarsıntısı artıq baş vermişdirmi?
Dinin Mühafizi Birinçi Dünya Müharibəsini
"...Həzrət Bəhaullahın öncədən xəbər verdiyi nəhəng sarsıntının ilk mərhələsi" adlandırmışdır.
İkinçi
dünya müharibəsini O,
"...görünməz qüvvənin fırtınası",
“planetin
ən ucqar və sakit güşələrinə soxulan böyük dağıdıçı İlahi qasırğa"
adlandırmışdır. Bu müharibə qurtarandan və 1948-ci ildə Birləşmiş Millətlər
Təşkilatı yaradılandan sonra, Əmrin Vəlisi "yeni beynəlxalq münaqişə
təhlükəsinin
dünyanın başının üstünü alaçağı" "daha güçlü
sarsıntı"-nı öncədən xəbər vermişdi.
1957-ci ildə O,
"...bəşəriyyətin tarixində vüsətinə və güçünə görə
tayı-bərabəri olmayan ümumdünya sarsıntısı haqqında Allah iradəsinin qüsursuz
Şərhçisinin öncədən verdiyi dəhşətli xəbərləri xatırlatdı".
5.
Bu ümumdünya sarsıntısının əlamətləri nədir?
Dinin Mühafizi:
“...
dünyanın hakimi və Xilaskarının öncədən xəbər verdiyi kimi, bir əsrdən çox yeni
eranın Peyğəmbərinin Səsinə kar qalmış bəşəriyyətin üzərinə gec-tez düşəcək
günahları təmizləyən fəlakətin əlamət və nişanələrini" "dünyada tarazlığın
pozulması, bəşəriyyətin mövcudluğunun səbatsızlığı, cəmiyyətin dağılması mövcud
Dünya Nəzminin tutarsızlığı, dövlət hakimiyyətinin kökündən sarsılması, dinin
əsaslarının zəifləməsi, diktator rejimlərinin yaranması, zülmkarlığın yayılması,
monarxiyanın devrilməsi, kilsələrin tənəzzülü, anarxiya və xaosun güçlənməsi,
sollar hərəkatının artması və möhkəmlənməsi, irqi nifrətin qızışdırılması,
müharibənin cəhənnəm maşınlarının təkmilləşdirilməsi, şəhərlərdə əhalinin
sıxlaşması və atmosferin çirklənməsi kimi..." təsvir edir.
6.
Bu fəlakətin hansı mümkün nəticələri ola bilər?
Dinin Mühafizi buyurur ki, bu fəlakət
"...bəşəriyyəti
qədimdən qalmış ayrılıq rəzalətindən təmizləməli və onun parçalanmış
hissələrini qırılmaz ümumdünya Qardaşlığında
birləşdirməlidir."
7. Bəşəriyyət bu dağıdıçı böhran dövründə məhv olmayacaqmı?
Bəhai Dininin Mühafizi bəşəriyyət haqqında
belə buyurur:
"Onun bu günü, daha doğrusu, yaxın
gələcəyi
kədərli, cansıxıcı
dərəcədə kədərlidir. Lakin bunun ardınca onu işıqlı, parlaq gələcək gözləyir, o
qədər işıqlı ki, hələlik bunu hətta təsəvvür etmək mümkün deyildir".
O, həmçinin açıqlayır:
"Allahın Planı ... budur ki, tək Ona məlum olan və
yalnız Onun üçün açıq olan yollarla, parçalanmış, əzəldən iztirab çəkən
bəşəriyyəti Böyük Qızıl Əsrə gətirsin".
1.
Əgər görkəmli dövlət xadimləri birləşərsə və bütün
səylərini bəşəriyyətin qarşısında duran problemlərin həllinə yönəldərsə,
uğur gözləmək olarmı?
Dinin Mühafizi buyurur:
"Həm
şəxsi davranış nöqteyi-nəzərindən, həm də ölkələr və cəmiyyətlər arasındakı
mövcud münasibətlər nöqteyi-nəzərindən bəşəriyyət, əfsuslar olsun ki, haqq
yoldan həddindən artıq yayınmış və həddindən artıq alçalmışdır və hətta özünün
ən yaxşı hökmdarlarının və dövlət adamlarının səyi ilə, onların niyyəti nə qədər
təmənnasız, fəaliyyətləri isə nə qədər uzlaşdırılmış, onların səyi və işə
sədaqəti nə qədər böyük olsa belə, özü xilas ola bilməz".
2.
Dünya problemlərinin həll olunması üçün irəli sürülən nəhəng layihələrin və böyük
iqtisadi proqramların sayı az
deyil. Onlar gələcək üçün etibarlı əsas qoya bilərmi?
Dinin Mühafizi açıqlayır:
"Ən uzaqgörən dövlət xadimləri necə plan
hazırlayırlarsa hazırlasınlar, iqtisadiyyat elminin görkəmli nümayəndələri necə
nəzəriyyə irəli sürürlərsə sürsünlər, ən çalışqan əxlaqçılar hansı prinsipi
yayırlarsa yaysınlar - onlar bu divanə dünyanın öz gələcəyini üzərində quracağı
etibarlı fundamenti qoya bilməzlər".
3.
Son zamanlar ölkələr və xalqlar arasında etibar aydın şəkildə artır, beynəlxalq əməkdaşlar
isə daha sistematik və mütəşəkkil
olur. Dünyanın sabitlik əldə
etməsi üçün bu, kifayztdirmi?
Dinin Mühafizi buyurur:
"Ağıllı insanların qarşılıqlı dözümlülüyə heç bir
çağırışları, hətta ən inandırıcı və təkidli çağırışları bəşəriyyəti
barışdırmayacaq və ona həyat ruhu verməyəcəkdir.
Və insan fəaliyyətinin istənilən sahəsində mütəşəkkil beynəlxalq əməkdaşlığın
heç bir forması, hətta ən mütərəqqi
və kenişmiqyaslı olanları, müasir cəmiyyətin tarazlığını pozan şəri aradan
qaldıra bilməyəcək".
4.
Dünya qarşılıqlı iqtisadi asılılıq əsasında açıq-aşkar siyasi birliyə doğru hərəkət edir.
Cəmiyyzti sağaltmaq üçün bu, kifayətdirmi?
Dinin Mühafizi yazır:
"Deyə bilərəm ki, dünyanın siyasi və iqtisadi
birləşməsi mexanizminin kəşf olunması öz-özlüyündə - bu prinsip isə hal hazırda
getdikcə daha çox tərəfdar toplayır - mədəni
xalqların və millətlərin həyat qabiliyyətini amansızçasına tükəndirən bəlanın
panaseyası (dərmanı) olmayacaqdır".
5.
Əgər dünya böhranından
çıxmağa nə "ən uzaqgörən dövlət adamlarının" səyi, nə "qarşılıqlı
dözümlülük", nə "mütəşəkkil
beynəlxalq əməkdaşlıq",
nədə "dünyanın
siyasi və iqtisadi
birləşməsi mexanizminin yaradılması" kömək
etməyəcəksə, bəs nə etməli?
Dinin Mühafizi yazır:
"Qətiyyətlə demək olar ki, Həzrət Bəhaullahın
altmış il əvvəl belə sadəliklə və qüvvətlə bildirdiyi və Allahın Özünün öncədən
müəyyən etdiyi kimi, bəşəriyyətin birliyə doğru irəliləyişini və özünün hər bir
müddəasının dəyişməz təsirinə sarsılmaz inamı özündə ehtiva edən İlahi Plandan
başqa heç nə son nəticədə ruhi düşkünlük qüvvələrinin qarşısını almaq
iqtidarında deyildir, o qüvvələr
ki, çilovlanmadığı təqdirdə bütün ümidini itirmiş cəmiyyətin həyat toxumalarını
bundan sonra da yeyib dağıdacaq".
1.
Bu problemlərin həlli yolunda
ilk addım nə olmalıdır?
Uca Ədalət Evi qeyd edir:
"Ötən əsrdə Həzrət Bəhaullah dünyaya müraciət edərkən,
aydın şəkildə göstərdi ki, bəşəriyyətin sakitliyinə və tərəqqisinə nail olmaq
üçün ilk addım - birləşməkdir. Həzrət Bəhaullah buyurur: Bəşəriyyətin rifahına,
sülh və təhlükəsizliyə, yalnız onun birliyi möhkəm surətdə bərqərar olduqdan
sonra nail olmaq olar."
2.
İnsanların əkszriyyəti bunu başa düşürmü, yoxsa onların başqa məqsədləri var?
Uca Ədalət Evi qeyd edir:
"Lakin əmin olmaq çətin deyildir ki, bu gün də
insanların əksəriyyəti başqa baxışların tərəfdarıdırlar: parçalanmanın aradan
götürülməsi onlar üçün ən uzaq, demək olar ki, əlçatmaz bir məqsəddir və ilk
növbədə öz səylərini bəşəriyyətin başqa xəstəliklərinin sağaldılmasına
yönəldirlər. Halbuki,
bütün başqa xəstəliklər əsas xəstəliyin -
parçalanmanın əlamətləri və nəticəsidirlər."
3.
Bəşəriyyətin birləşməsində Əmrin rolu nədir?
Uca Ədalət Evi qeyd edir:
"Həzrət Bəhaullah öyrətdiyi kimi, bəşəriyyətin
həyata qayıtması və onun bütün xəstəliklərinin sağaldılması yalnız Onun Əmri ilə
(Dini ilə) mümkündür...”
"Bütün dünyanın sağaldılması üçün
ali dərman və qüdrətli vasitə kimi Allah bütün xalqların bir ümumi Əmrdə, vahid
Dində birləşməsini
seçmişdir. Buna yalnız mahir, qüdrətli və ilham almış Həkimin köməyi ilə nail
olmaq olar. Həqiqətən, həqiqət budur, yerdə qalanlar isə yanılmaqdan başqa bir
şey deyildir."
4.
Bəhailərin fəaliyyətinin
mahiyyəti nədir?
Bəhai üçün öz ölkəsinin maraqlarına və dünyanın
həqiqi xilası işinə xidmət etməyin ən yaxşı üsulu - siyasətlə məşğul olmaq,
siyasi partiyalara daxil olmaq deyil, özünü tamamilə Həzrət Bəhaullahın İlahi
Dünya Nizamının qurulmasına həsr etməkdir."
Dinin Mühafizinin yazdıqı kimi:
"...möminlər bütün qüvvələrini Əmrin
dəstəklənməsinə və Bəhai İnzibati sisteminin qurulmasına yönəltməlidirlər.
Hal-hazırda
bizim dünyanı dəyişmək və ona kömək etmək üçün başqa yolumuz yoxdur. Əgər biz
hökumətlərin mübahisələrində iştirak etsək, bizim işimiz müvəffəqiyyətsizliyə
düçar olacaq. Lakin biz gələcək cəmiyyət üçün öz modelimizi yaratsaq, onda onu,
bütün digər vəsaitlər artıq tükəndiyi bir vaxtda, dünyaya təklif edə biləcəyik.”
"...Biz mövcud qeyri-kamil sistemlərə toxunmadan,
cəmiyyət qurmaq üçün öz məxsusi sistemimizi yaratmalıyıq. Bizim müdaxiləmiz
nəinki onları dəyişməz, əksinə, bizim Əmrimizi məhv edər."
5.
Cəmiyyətin mühüm problemlərinin həllində iştirak
etmədiyimizə görə bizi
günahlandırmayacaqlar ki?
Uca Ədalət Evi təsdiq edir:
"Bizi, bəhailəri, bizim yaxınlarımızın üzləşdiyi
"mühüm problemlərdən" kənarda durmağımıza görə tez-tez günahlandırırlar."
6. Bu ittihamların əsası varmı?
Uca Ədalət Evi açıqlayır:
"...belə ittihamlara qulaq asarkən, yaddan
çıxarmayaq ki, onlar utopik düşünən materialistlərdən gəlir. Bu materialistlər
üçün maddi problemlərdən başqa "mühüm" problemlər yoxdur, lakin axı biz bilirik
ki, maddi dünyanın fəaliyyəti ruhani vəziyyətin inikasıdır və bu vəziyyət
dəyişməyənə qədər, maddi dünyada yaxşılığa doğru real irəliləyişdən heç söhbət
belə gedə bilməz."
7.
"Utopik düşünən materialistlərin" özləri cəmiyyətə necə kömək
etməyə can atırlar?
Uca Ədalət Evi
yazır:
"...insanların əksəriyyətinin nə hansı cəmiyyəti
qurmaq istədikləri, nə də buna necə nail olacaqları haqda aydın təsəvvürləri
vardır. Ona görədir ki, hətta nə isə etməyə
can atanların
səyləri şərin üzdə olan ayrı-ayrı təzahürləri ilə mübarizəyə çevrilir".
"Utopik düşünən materialistlərin"
nöqteyi-nəzərindən dünyanın təkmilləşdirilməsi işinə köməyin meyarları hansıdır?
Uca Ədalət Evi buyurur:
"İnsanların əksəriyyəti üçün əxlaq meyarı, şərin
təzahürləri ilə - istər həyat şəraiti olsun, istər də nadan insanlar - mübarizə
aparmağa hazırlıq hesab olunur."
8. Əksər insanlardan fərqli olaraq bəhailər bu
məsələyə necə yanaşırlar?
Uca Ədalət Evi təsdiq edir:
"Bəhailər can atdıqları məqsədi aydın təsəvvür
edirlər və ona nail olmaq üçün addımbaaddım nə etmək lazım olduğunu bilirlər.
Bütün qüvvələrini onlar Xeyirxahlığın - şərin saysız-hesabsız təzahürlərini
geri oturdacaq
və məhv edəcək müsbət enerciyə malik Xeyirxahlığın yaradılmasına yönəldirlər."
9.
Bəhailzr dünyada şərin ayrı-ayrı təzahürləri ilə mübarizə
aparmalıdırlarmı?
Uca Ədalət Evi buyurur:
"Şərin saysız-hesabsız təzahürlərinin hər biri ilə
ayrılıqda təkbaşına donkixot mübarizəsi aparmaq öz-özlüyündə bəhai üçün vaxtın
və qüvvənin əbəs yerə sərf edilməsidir. Bütün həyatları boyu bəhailər başqa
insanları ruhani həyata dəvət edərək, onları Allahın öncədən müəyyən etdiyi
Dünya Nəzminin qurulması üçün birləşdirərək, Həzrət Bəhaullahın Əmrinin həyata
keçirilməsinə kömək edirlər.."
10.
Bəha Dünya Nəzminin
qurulması yolu ilə bu çoxsaylı problemlər həll olunacaqmı?
Uca Ədalət Evi açıqlayır:
"...bu Dünya Nəzmi yayıldıqça və möhkəmləndikcə
möminlər Vəhyin islahedici qüvvəsinin bəşər cəmiyyətini dəyişdirərək
problemlərin tədriçi həllinə və dünyada əsrlərlə mövcud
olmuş ədalətsizliklərin aradan qaldırılmasına necə kömək edəcəyinin şahidi
olacaqlar."
1.
Bəhailərin siyasətə qarışmaqa münasibztləri?
Dinin Mühafizi
"...siyasi işlərə və məsələlərə tamamilə
qarışmamağa" çağırır.
"Bizim heç birimiz - nə ağlımız, nə ürəyimiz, nə
sözümüz, nə də əməlimizlə dövlət və hökumətlərin siyasət və mübahisələrində
iştirak etməməliyik. Biz bu haqda hətta heç fikir-ləşməməliyik."
"...Taun xəstəliyindən qaçdığın kimi, siyasətdən
qaç..."
"Dinimizin inkişafının bu mərhələsində Şərqdə,
eləcə də Qərbdə dostlarımızın xüsusi əhəmiyyətini başa düşməli olduqları prinsip
budur. Bu prinsip göstərir ki, Həzrət Bəhaullahın Əmrinin ardıcılları - fərdi
möminlər, eləcə də bütün icmalar - yerli və milli - birbaşa və ya dolayı dövlət
siyasətində iştirak kimi qiymətləndirilə biləcək istənilən fəaliyyətdən
yayınmalıdırlar".
“Goy
onlar öz dövlətlərinin siyasi səylərindən, hökumətlərinin siyasətindən, partiya
və qrupların plan və proqramlarından kənar olsunlar, onları nə sözlə, nə də
əməllə müdafiə etsinlər".
Uca Ədalət Evi
“...bəhailərin
siyasətə qarışmaması prinsipindən danışaraq buyurur ki, Həzrət Əbdülbəhanın
şəhadət verdiyinə görə, Həzrət Bəhaullah
"...onlara
(möminlərə) siyasi işlərdə istənilən iştirakı
qadağan etmişdir".
2. Bəhailərin siyasi qarşıdurmaya münasibəti
necə olmalıdır?
Dinin Mühafizi buyurur:
"Cəmiyyətdə siyasi qarşıdurmalar baş verəndə onlar
heç kimi ittiham etməməli və ya kiminsə tərəfini tutmamalı, kiminsə proqramını
müdafiə etməməli və ya hansısa bloka qoşulmamalıdır, çünki bütün bunlar
bəhailərin yaratmalı və möhkəmləndirməli olduqları ümumdünya Qardaşlığının ali
maraqlarına ziddir."
Siyasi böhranların artdıqı şəraitlərdə
Dinin Mühafizi çağırırdı:
"...ictimai rəyin təzyiqinə rəğmən, bəhailər - hər
bir mömin ayrılıqda və içmalar bütövlükdə nə sözləri, nə əməlləri, nə şəxsi
həyatlarında, nə də rəsmi rəylərində və bəyanatlarında hətta dolayısı ilə heç
kimi ittiham etməməli və ya kiminsə tərəfini tutmamalıdırlar, çünki bu, dünyanı
sarsıdan və bəşər cəmiyyətini tamamilə dağıtmaq təhlükəsi yaradan fasiləsiz
siyasi böhranlar şəraitində yolverilməzdir."
1.
Hər
hansı bir siyasi partiyaya üzv
olmaq Bəhai Diniilə bir araya sıqırmı?
Dinin Mühafizi yazır:
"Ayrı-ayrı siyasi və dini təşkilatların bəzi
prinsip və ideyaları ilə Bəhai Dininin istənilən şüurlu ardıcılı, şübhəsiz ki,
razılaşardı. Bununla belə, o, bu təşkilatlardan heç biri ilə özünü eyniləşdirə
bilməz, eləcə də onların əqidəsini, prinsiplərini və proqramlarını qeyd-şərtsiz
qəbul edə bilməz."
"...mahiyyət budur ki, Həzrət Bəhaullahın
ardıcılları, istər ayrı-ayrı möminlər, istər də icma bütövlükdə, heç bir halda
Dinin əsas həqiqət və ideallarından çüzi yayınmalarla nəticələnən fəaliyyətdə
iştirak etməməlidirlər".
"Bəhailər bundan yüksəkdə dayanır, o, Həzrət
Bəhaullahın bəyan etdiyi prinsiplərin tərəfdarıdır və mənim qəti fikirimcə, heç bir siyasi partiyanın proqramı bu
prinsiplərə tam şəkildə uyğun
gəlmir..."
Uca Ədalət Evi qeyd edir:
"İstənilən siyasi partiyaya üzv olmaq mütləq
Həzrət Bəhaullahın bəyan etdiyi ayrı-ayrı və ya bütün sülhsevərlik və birlik
prinsiplərindən imtina etməklə nəticələnir". Necə ki, Həzrət Əbdülbəha
buyurmuşdur: "Bizim partiyamız - Allahın partiyasıdır; biz başqa heç bir
partiyaya mənsub deyilik".
2. Siyasətə qarışmaq bəhailər arasında
birliyi poza bilərmi?
Dinin Mühafizi buyurur:
"Biz, bəhailər, bütün dünyada birik; biz mahiyyət
etibarilə İlahi olan yeni Dünya Nəzmi qurmağa
can
atırıq. Əgər bəhailər, məqsədləri bir-birinə birbaşa zidd olan siyasi
partiyalara qoşularsa, biz bunu necə həyata keçirə bilərik? Bəs onda bizim
birliyimiz necə olar? Siyasət bizi fəlakətli şəkildə parçalayardı ki, bu da
kökündən bizim məqsədlərə ziddir. Aydındır ki, əgər Avstriyada hər hansı bəhai
hətta ən alicənab
məqsədləri olan istənilən
siyasi partiyaya qoşulmaqda azaddırsa, onda Yaponiyada, Amerikada və
Hindistanda
başqa bir bəhai, eyni hüquqlardan istifadə edərək, tamamilə əks prinsipləri
təbliğ edən partiyaya qoşula bilər. O halda Dinin birliyi necə olar? Siyasi
partiyanın üzvü olduğuna görə iki din qardaşı bir-birinə qarşı fəaliyyət
göstərəcək (necə ki, bu çoxsaylı qardaş qırğınlarına cəlb olunan Avropa
xristianları ilə baş vermişdi)".
Uca Ədalət Evi buyurur:
"Əgər bu və ya digər bəhai hansısa siyasi
partiyanı müdafiə etmək hüququnda təkid etsəydi, o, eyni dərəcədə başqa
möminlərin azadlığına da etiraz edə bilməzdi. Bu o demək olardı ki, ən vacib
məqsədi yer üzünün bütün sakinlərini Allahın adı ilə himayə olunan bir böyük
ailədə birləşdirmək olan Dinin sıralarında bir-birinə qarşı duran insanlar
olardı. O halda bəşəriyyət üçün lazım olan birlik və razılıq nümunəsi necə
olardı?"
3. Bəhailərin siyasətdə iştirakı başqa
ölkədə Əmr üçün çətinliklər yarada bilərmi?
Dinin Mühafizi yazır:
"...fəaliyyətimizin
genişliyini və
içmaların müxtəlifliyini nəzərə alaraq - onlar isə öz prinsipləri, hüquqi
normaları və siyasi metodları ilə bir-birindən fərqlənən müxtəlif hökumət
formalarında mövcuddur, - icmaların bütün üzvləri, hər hansı hökumətin şübhəsinə
və düşmənçiliyinə səbəb ola biləcək bu və digər ölkədə öz Din qardaşlarını yeni
təqiblərdə məruz qoyacaq və ya onlar üçün öz müqəddəs vəzifələrini yerinə
yetirmək şəraitini çətinləşdirəcək istənilən addımı atmaqdan çəkinməlidirlər".
Uca Ədalət Evi yazır:
"Əgər Dinimizin institutları, Allah eləməsin,
siyasətə cəlb
olunsaydılar, bəhailər görərdilər ki, onlar məhəbbət oyatmaq əvəzinə,
düşmənçilik toxumu əkirlər. Əgər onlar hansısa ölkədə kiminsə tərəfini
tutsaydılar, bu, mütləq başqa ölkələrdə yaşayan insanların Dinin məqsəd və
vəzifələri barədə təsəvvürünə təsir göstərərdi. Əgər bəhailər özlərinin siyasi
mübahisələrə cəlb olunmalarına imkan versəydilər, onda bəşəriyyəti dirçəltmək və
ona kömək etmək əvəzinə, onlar özləri tam müvəffəqiyyətsizliyə
uğrayardılar".
1.
Bu gün siyasətdə iştirak etməmək prinsipi nə qədər vacibdir?
Dinin Mühafizi buyurur:
"Bəhai İnzibati Sistemi genişləndikçə və
möhkəmləndikcə, Həzrət Bəhaullahın Dininin ardıcılları
Əmrin bu başlıca prinsipini müdafiə etməyi və ona qəti surətdə əməl etməyi vacib
saymalıdırlar. Daim inkişaf edən Dinin tələbatları üzərimizdə boyun qaçıra
bilməyəcəyimiz bir öhdəlik, yayına
bilməyəcəyimiz bir məsuliyyət qoyur".
2.
Milli Ruhani Məhfilin rolu nədir?
Uca Ədalət Evi təsdiq edir:
"Yazılarda şərh olunan prinsiplər hər kəsə
aydındır, lakin onların yerinə yetirilməsinə gəldikdə isə, adətən, burada
suallar meydana çıxır. Bütün aydın olmayan hallarda möminlər öz Milli Ruhani
Məhfillərinə müraciət edə bilərlər. Milli Ruhani Məhfil həmin məsələ üzrə qərar
çıxarır və dostlara necə davranmaq barədə məsləhət verir".
3.
Bəhailər siyasi sualları hətta müzakirə etmədən belə yayınmalıdırlarmı?
Həzrət Əbdülbəha yazır ki, Həzrət Bəhaullah
"möminləri siyasi sualları hətta müzakirə etməkdən
çəkindirirdi".
4.
Bu məsələdə Həzrət Bəhaullahın yardımına təvəkkül edə
bilərikmi?
Dinin Mühafizi buyurur:
"Bizim vəzifəmiz çətin və inçədir, bununla belə,
az da olsa şübhə yoxdur ki, Həzrət Bəhaullahın qanunlarının sarsılmazlığını
təsdiq edərək Onun yolunda düz addımlasaq, Həzrət Bəhaullahın
gücü və Onun
İlahi təlimi bizə yardımçı olacaq. Əgər biz mətanət göstərsək, Onun heç bir
dünyəvi qüvvənin örtə bilməyəcəyi günahları yüngülləşdirən nemətinin işığı
addımladığımız təlaşlı zəmanəmizin tikanlı yollarını işıqlandıracaq və Onun
Mübarək Adının şərəfinə öz borcumuzu yerinə yetirməyə güç verəcəkdir".
5. Siyasətə qarışmaq bəhainin özü üçün nə ilə nəticələnə bilər?
Dinin Mühafizi yazır:
Lakin bəhailərdən kimsə Məhfilin bütün tələb və
xəbərdarlıqlarına baxmayaraq siyasi fəaliyyətlə məşğul olmağa qərar verərsə və
siyasi partiyaların mübarizəsində iştirak edərsə, o halda Məhfil onu Bəhai
seçkilərində səsvermə hüququndan məhrum edə bilər".
1.
Bəhailər hansı dövlət işlərində çalışa bilərlər?
Uca Ədalət Evi buyurur:
"...dövlət-inzibati işlərində, lakin siyasi
partiyaların işlərində və diplomatiya və siyasət sahəsində deyil."
2.
Bəhai üçün bu və ya digər vəzifənin məqbul olduğunu necə müəyyən etməli?
Dinin Mühafizi yazır:
"Bəhainin borcü - (lazım gəldikdə öz seçkili
orqanlarına kömək üçün müraciət edərək) hansı vəzifə və öhdəliklərin diplomatik
və siyasi sahəyə, hansıların isə təmiz inzibati sahəyə aid olduğunu və heç bir
halda dövlətin siyasi həyatında baş verən dəyişiklik və çevrilmələrdən asılı
olmadığını mümkün qədər dəqiq təyin etməkdir".
1. Bəhailər hansısa partiyaya qarşı
dururlarmı?
Uca Ədalət Evi qeyd edir:
"Din heç bir millətin əsl maraqlarına zidd
deyildir və hər hansı partiya və ya qrupa qarşı dayanmayacaqdır. O, bütün
ixtilaflardan kənar, onlardan yüksəkdədir..."
2. Biz hansısa siyasi partiya ilə əməkdaşlıq edə bilərikmi?
Dinin Mühafizi buyurur:
"Biz heç bir siyasi partiya ilə əməkdaşlıq
etməməliyik və bir-biri ilə düşmənçilik edən bu çoxsaylı sektaların heç bir
fraksiyalarına qoşulmamalıyıq.”
3. Biz siyasi partiyalara necə yanaşmalıyıq?
Dinin Mühafizi buyurur:
"Biz söz və əməlimizlə bütün siyasi partiyalarla
münasibətdə tam bitərəfliliyimizi sübut etməli və eyni zamanda, ölkə və xalqlara
fərq qoymadan bütün bəşəriyyətə məhəbbət bəsləməliyik - Həzrət Bəhaullahın ən
vacib təlimi budur..."
4.
Bəhailər siyasətçilərlə ünsiyyətdə ola bilərlərmi?
Uca Ədalət Evi buyurur:
"Bəhailər cəmiyyətin bütün təbəqələrindən olan
insanlarla - ali hakimiyyət
nümayəndələri və dövlət liderləri ilə, eləcə də sadə xalqla, Dinimiz haqqında
biliyi hamıya və hər kəsə çatdıraraq ünsiyyət edə bilər və etməlidirlər, lakin
bu zaman biz yol verməməliyik ki, onu siyasi məqsədlərlə və partiya proqramları
ilə eyniləşdirsinlər."
5. Belə
ünsiyyətdə bizi hansı tələlər gözləyir?
Dinin Mühafizi möminləri xəbərdar edir:
"Qoy onlar utanmaz siyasətçilərin silahı olmaqdan
və ya fitnəçi və pis niyyətli insanların fitnəsinə cəlb olunmaqdan qorunsunlar."
İCTİMAİYYƏT QARŞISINDA
ÇIXIŞLAR
1.
Bəhailər öz
ictimai çıxışlarında siyasi xadimlər haqqında danışa bilərlərmi?
Dinin
Mühafizi öz katibi vasitəsilə yazır:
"...
öz ictimai çıxışlarımızda biz siyasi xadimlər haqqında danışmaqdan qaçmalıyıq -
onları nə müdafiə etməli, nə də ittiham etməliyik. Bunu həmişə yadda saxlamaq
lazımdır. Əks halda biz mütləq siyasətə
qarışmış olacağıq ki, bu da Əmr üçün son dərəcə
təhlükəlidir."
2.
Bəhailər mübahisəli suallara toxunan məqalələr dərc etdirə bilərlərmi?
Dinin Mühafizi buyurur:
"Mübahisəli və siyasi məsələlərə toxunan aktual
mövzuların nəşri ilə bağlı sevimli Din qardaşlarıma
xatırlatmaq istərdim ki, indi, Bəhai Dini öz inkişafının erkən mərhələsində
olduğu bir vaxtda, ümumi müzakirə mərkəzində dayanan məsələlərin ətraflı
təhlilini vermək üçün istənilən cəhdimiz düzgün yozulmaz, şübhə və
anlaşılmazlığa əsas verər ki, bu da Dinimizin maraqlarına mənfi təsir göstərər
və Bəhai Dininin həqiqi məqsədləri, əsas vəzifələri və mahiyyəti barədə
təsəvvürləri təhrif edər."
3.
Bəhailzr öz mətbuat yazılarında nəyi rəhbər tutmalıdırlar?
Dinin Mühafizi buyurur:
"Sosial və etik prinsiplərimizi tam və pak şəkildə
ətraflı açıqlayaraq və əsaslandıraraq, onların bəşər cəmiyyətinin müxtəlif
tərəfləri ilə sıx əlaqəsini göstərərək biz ehtiyatlı olmalıyıq ki, Dinimizin əsaslarını şərh edərək heç bir birbaşa söz və ya
tənqidlə hansısa təşkilatın düşmənçiliyinə səbəb olmayaq və sırf ruhani
hərəkatın bir-birinə qarşı duran qrup, partiya və dövlətlərin cəfəng iddialarına və
mübahisələrinə bənzədilməsi üçün əllərinə bəhanə verməyək."
4. Öz
şifahi və yazılı ictimai çıxışlarımıza necə yanaşmalıyıq?
Dinin Mühafizi açıqlayır:
"Bütün çıxışlarımızda biz müdrikin ağlını və nəcib
təmkinliliyini müqəddəs Əmrin mübarizinin səmimiyyəti və güclü sədaqəti
ilə uyğunlaşdırmalıyıq. Bu və ya digər insanı, hökuməti və ya xalqı bizdən
uzaqlaşdıra və ya bizə qarşı qaldıra biləcək çıxışlardan qaçaraq, biz
bəşəriyyətin rifahı və kamilləşməsi üçün lazım hesab etdiyimiz həqiqəti tam
şəkildə qorxusuz və qətiyyətlə əsaslandırmalı və müdafiə etməliyik,"
5.
Siyasətə qarışmamaq prinsipi bəhailərin rəsmi fəaliyyətində və onların öz
xidməti vəzifələrini
yerinə yetirmələrində necə əks olunur?
Dinin Mühafizi buyurur:
"Söhbət istər həyata keçirdiyimiz və yönəltdiyimiz
nəşrlərdən, istər rəsmi və ictimai müzakirlərdən, istər tutulan vəzifə ilə bağlı
öhdəliklərin yerinə yetirilməsindən, istər görkəmli insanlar və dövlət xadimləri
ilə ünsiyyətdən, istərsə də ruhən yaxın olan cəmiyyət və təşkilatlarla
münasibətdən gtsin, -
şübhəsiz, bəhailərin əsas və müqəddəs borcu bu ən mühüm prinsipin pozulması kimi
yozula biləcək söz və ya əməldən çəkinməkdir."
1. Bəhailər vətəndaş seçkilərində iştirak edə
bilərlərmi?
Dinin Mühafizi buyurur:
"...Əgər
dostlar özlərini bu və ya digər partiya ilə eyniləşdirmirlərsə, seçkilərdə
iştirak edə bilərlər. Siyasi mübarizədə iştirak, şübhəsiz, Dinin ali maraqlarına
ziyan gətirər və Əmrə düzəlməz zərər vurardı."
2.
Bəhailərin seçkilərdə iştirakı, onlar üçün bu və ya digər
siyasi partiyanın proqramını müdafiə etmək deməkdirmi?
Dinin Mühafizi təsdiq edir:
"...əgər bəhai seçkilərdə səs verirsə və ya
dövlətin işlərində iştirak edirsə, bu, onun Dinin ən mühüm ruhani və sosial
prinsiplərinə zidd olan proqram və fəaliyyətlərin müdafiəsinə çevrilməməlidir...
Qeyd etməyi lazım bilirəm ki, bəhailərin vətəndaş seçkilərində iştirakı və ya
müəyyən vəzifəni tutmağa razılıq vermələri qətiyyən hansısa siyasi partiyanın
proqramını qəbul etməsi demək deyildir."
3. Vətəndaş seçkilərində
iştirak edərkən bəhailər nəyi rəhbər
tutmalıdırlar?
Dinin Mühafizi yazır:
"Hər
kəs öz səsvermə hüququndan elə istifadə etməlidir ki, istənilən siyasi
partiyadan uzaq olsun və həmişə yadda saxlasın ki, o, bu və ya digər partiyanın
üzvü kimi deyil, müstəqil şəxs kimi səs verir.
Hər bir bəhai,
fəaliyyət və mühakimələrində tam azadlığını saxlayaraq bunu aydın başa
düşməlidir."
1.
Bəhaini siyasətə nə çəlb edə bilər?
Uca Ədalət Evi buyurur:
"Dinlə bağlı fəaliyyətdən başqa digər yolla
yaxınlarımıza kömək edə bilmək kimi yanlış təsəvvür çox vaxt bəhailəri siyasətə
sürükləyir."
2.
Siyasətə qarışmamaq prinsipini pozmaq
ruhani çəhətdən nə ilə nəticələnər?
Dinin Mühafizi xəbərdarlıq edir:
"Ciddi təhlükə var ki, belə nöqsanlar - ümumilikdə
- Dinin əsasını dağıda və bizim İlahi, mahiyyətinə görə millətçilikdən yüksəkdə
dayanan, çətinliklə yaradılmış və bu yaxınlarda qurulmuş ruhani nəzmi
qidalandıran nemət mənbəyinin yolunu bağlaya bilər".
3. Bəhailər bu prinsipə əməl edərkən hansı
çətinliklərlə üzləşə bilərlər?
Dinin Mühafizi"...onlara qarşı irəli sürülən
düşünülməmiş və ya pis niyyətli ittihamlardan"
xəbərdar edir
və "şan-şöhrətə və
mükafata uymaqdan" ayıq olmağı tövsiyə
edir.
O, bəhailəri
"Sözləri ilə şəhadət verməyə və əməlləri ilə sübut
etməyə çağırır ki, Həzrət Bəhaullahın ardıcılları heç bir ölkədə heç bir
tamahkar məqsəd güdmür,
hakimiyyətə can atmır, bu prinsipin əzmlə yerinə yetirilməsinin törədə biləcəyi
narazılıq, şübhə və təhqirlə üzləşməkdən qorxmurlar".
1. Gələcəkdə siyasətçilər bəhailərdən dəstək
alacaqlarmı?
Dinin Mühafizi əsaslandırır:
"Dünyada Bəhai içmalarının sayı artdıqca
və onların cəmiyyətə təsiri çoxaldıqca hakimiyyətə
malik və siyasi dairələrdə çəkisi olan insanlar şəxsi məqsədlərinə çatmağa lazım
olan dəstəyi almaq üçün onlara
getdikçə daha çox
təzyiq göstərəcəklər".
2. Bəhailər gələcəkdə hökumət orqanlarından alınması
mümkün olan maddi mənfəət naminə
öz
prinsiplərini pozmaq tamahına düşməzlərmi?
Dinin
Mühafizi xəbərdarlıq edir:
"Öz institutlarını genişləndirməyə və
möhkəmləndirməyə çəhd göstərərək, gələcəkdə Bəhai icmalarının öz ölkələrinin
hökumətlərinin rəğbətinə və dəstəyinə getdikcə daha çox ehtiyacları olacaq. Qoy,
o halda, dostlar, qəlblərinə əziz olan Əmrə
can yandıraraq, öz Dinlərindən bilməyərək
keçməkdən, onun ən mühüm prinsiplərini pozmaqdan və ya öz icmaları üçün hansısa
maddi mənfəət naminə öz təmiz ruhani səylərini qurban verməkdən çəkinsinlər".
1. Bəhailərin hakimiyyət orqanlarına
münasibəti necədir?
Dinin Mühafizi buyurur:
"Onların vəzifəsi - öz hökumətinə, onların
apardığı siyasətdən asılı olmayaraq, həmişə tam loyal münasibət
göstərməkdir".
Dinin Mühafizi buyurur:
"Bəhainin mövqeyi ikitərəfli olmalıdır: yaşadığı
ölkənin hakimiyyət orqanlarına tamamilə tabe olmaq və siyasi məsələlərə və
işlərə qarışmamaq"
və təkrar
edir:
"Sözsüz əməl etməli olduğumuz əsas prinsip,..
– yaşadığımız ölkədə hakimiyyətdə olan hökumətə tabe olmaqdır..."
"Beləliklə, iki şərtə əməl etməyimiz zəruridir:
taun xəstəliyindən qaçan kimi siyasətdən qaçmaq və yaşadığımız ölkənin
hökumətinə tabe olmaq".
Uca Ədalət Evi Həzrət Bəhaullahın və
Həzrət
Əbdülbəhanın sözlərinə əsaslanaraq yazır:
"Elə həmin
Həkim öz ardıcıllarına, tək həqiqi Allahın
sevimli övladlarına müraciət edərək yazırdı: Bu dünyanın qayğılarına və onda
mövcud olan heç bir şeyə uymayın və onun dünyəvi hakimlərinin işlərinə
qarışmayın. Tək həqiqi Allah - qoy şöhrəti
göylərə
uçalsın - dünyaya hökmranlığı padşahlara vermişdir.
Heç kimə
hakimiyyət başında duranların ölçülüb-biçilmiş mühakimələrinin əksinə çıxmaq
hüququ verilməmişdir.
Başqa bir Lövhdə O, möminlərin üzərinə
“öz
ölkələrinin hökumətləri ilə münasibətdə sədaqətli, vicdanlı
və səmimi olmaq” vəzifəsini qoyur. Həzrət Əbdülbəha həmin prinsipləri yenidən təsdiq
edir. Amerikada möminlərin qarşısında çıxış edərək O deyirdi: Bəhai Dininə görə
sosial quruluşun və iqtisadi şəraitin yaxşılaşması üçün hakimiyyət orqanlarının
qoyduğu qanun və prinsiplərə əməl etmək zəruridir.
Və nəhayət, Onun Vəsiyyətnaməsində buyurulur: Biz
öz ölkəmizin hökumətinə tabe olmalı və onun xeyirxahları kimi çıxış
etməliyik..."
2. Biz yalnız ədalətli hökumətəmi tabe
olmalıyıq?
Dinin Mühafizi buyurur:
"Müəllimin sözlərinin məğzi budur ki, bizim
üzərimizə, necə olmağından asılı olmayaraq, istənilən qanuni hökumətə tabe olmaq
vəzifəsi qoyulur. Heç
bir bəhai öz hökumətinin ədalətli olub-olmamasını mühakimə etməməlidir, çünki
hər möminin, çox güman
ki, bu məsələyə öz nöqteyi-nəzəri olacaq, bu isə ixtilafa gətirib çıxaracaq və
bizim birliyimizi məhv edəcək".
3. Əgər hakimiyyət
orqanları bizim fəaliyyətimizi məhdudlaşdırırsa, biz tabe
olmalıyıqmı?
Dinin Mühafizi İranda o vaxt təzyiqə məruz
qalmış bəhailərə müraciət edərək yazır:
"Bu və ya digər ölkədə mövcud olan və ya mövcud
olacaq istənilən fəaliyyət məhdudiyyəti zamanı, öz hökumətilə münasibətdə öz
müqəddəs vəzifələrinə sadiq olan və ez vətəndaş borcunu başa düşən Bəhai içması
tam itaət göstərmiş və göstərəcəkdir".
4. Əgər
federal və yerli hökumət
orqanlarının qanunları və siyasəti bir-birindən fərqlənsə,
biz yalnız federal qanuna tabe ola bilərikmi?
Uca Ədalət Evi buyurur:
"...bəhai federal və ya yerli qanuna, yalnız bu
qanun Dindən üz döndərməyi tələb etmədiyi halda tabe olur. Əgər hökumət
orqanları bizə mane olmurlarsa, biz öz həyatımızı Bəhai qanunlarına uyğun
qururuq. Bu, o demək deyildir ki, bəhaidən federal və ya yerli qanunlar haqqında
fikir söyləmək tələb olunur - bunu məhkəmələr etməlidirlər".
5.
Hətta hökumət bizim
fəaliyyətimizi məhdudlaşdırsa belə, biz ona tabe
olmalıyıqmı?
Dinin Mühafizi buyurur:
"...bizim fəaliyyətimizə qarışmaları Bəhai
hərəkatının inkişafına nə qədər ciddi təsir etsə də, öz-özlüyündə onun
dayandırılması Dinə sədaqətdən üz döndərmək demək deyildir və burada Həzrət
Bəhaullah və Həzrət Əbdülbəhanın buyurduqları prinsipi rəhbər tutmaq lazımdır -
qanuni hakimiyyət orqanlarının rəsmi sərəncamlarına hörmət etmək və onları
tamamilə yerinə yetirmək.”
6. Bizim hakimiyyət orqanlarına tabe
olmağımızın sərhəddi varmı?
Dinin Mühafizi yazır:
"Ruhani prinsiplərə toxunulmadığı hallardan başqa,
məsələn, bizdən Dindən üz döndərməyi tələb etdikləri hallardan başqa bütün
hallarda tabe olmalıyıq. Bu prinsiplər uğrunda biz ölməyə hazırıq".
"Həzrət Bəhaullahın Əmrinin bütövlüyünə və
ləyaqətinə toxunulduğu hallarda, iş o yerə çatırsa ki, bəhailərdən Əmrdən üz
döndərmək və ən mühüm əqidələrindən imtina etmək tələb edilir, o halda möminlər
bilirlər və həyatları ilə sübut etməyə hazırdırlar ki, yer üzünün heç bir
qüvvəsi - nə ən xain düşmənlərin hiylələri, nə də ən
amansız zülmkarların qəddarlığı - onlardan heç bir qeyri-səmimi söz qopara
bilməz və ya onların viçdanlarının səslərinə zidd olacaq və Əmri ləkələyəcək bir
hərəkətə sürükləyə bilməz".
Və
yenə də:
"Bununla belə, bəhailər yerinə yetirilməsi Əmrdən
üz döndərməyə bərabər olan və ya onun Allah tərəfindən bəxş edilən ən mühüm
ruhani prinsip və qanunlarına xəyanət demək olan sərəncamları heç
bir şəkildə yerinə yetirməyəcək və Dinin Banilərinin ardınca
gedən iyirmi min şəhid kimi həbsxananı,
sürgünü, təqibi və hətta ölümü üstün biləcəklər; heç vəchlə onlar Əmrdən üz
döndərməyi tələb edən dünyəvi qüvvəyə tabe olmayacaqlar".
7.
hökumətin siyasətinə necə yanaşmalıyıq?
Dinin Mühafizi məsləhət görür:
"Qoy onlar (bəhailər) öz dövlətlərinin siyasi
səylərindən, öz hökumətlərinin siyasətlərindən, partiya və qrupların plan və
proqramlarından kənarda dursunlar və onları nə sözlə, nə də əməllə müdafiə
etsinlər".
8. Əgər
hökumətin fəaliyyəti
mübahisə doqurursa, biz hansı mövqeni tutmalıyıq?
Dinin Mühafizi yazır:
"Cəmiyyətdə siyasi qarşıdurma baş verəndə, onlar
heç kimi ittiham etməməli və ya kiminsə tərəfini tutmamalı, kiminsə proqramını
müdafiə etməməli və ya hansısa bloka qoşulmamalıdırlar, çünki bütün bunlar,
bəhailərin yaratmalı və möhkəmləndirməli olduqları Ümumdünya Qardaşlığının ali
maraqlarına ziddir".
Uca Ədalət Evi Əmr haqqında deyir:
"O, bütün ixtilaflardan kənardadır, o, onlardan
yüksəkdir və eyni zamanda o, Öz ardıcıllarına hökumətə loyal münasibət bəsləməyi
hökm edir və şüurlu vətənpərvərliyi müdafiə edir".
9.
Hökumətlərin
mübahisə mövzusu
olan bəzi məsələlər, şübhəsiz, əxlaqi məsələlərdir; biz bu məsələlərin həllində
iştirak etməməliyikmi?
Dinin Mühafizi yazır:
"Biz, bəhailər, başa düşməliyik: cəmiyyət elə
sürətlə dağılır ki, mahiyyəti hələ yarım əsr əvvəl aydın olan əxlaqi məsələlər
indi ümidsiz şəkildə dolaşdırılmış və, bundan başqa, ziddiyyətli siyasi
maraqlarla qarışdırılmışdır. Bax buna görə də bəhailər bütün qüvvələrini Əmrin
irəli getməsinə və İnzibati Sistemin qurulmasına yönəltməlidirlər.
Hal-hazırda dünyanı dəyişmək və ya ona kömək
etmək üçün başqa yolumuz yoxdur. Əgər biz hökumətlərin mübahisələrində iştirak
etsək, bizim işimiz müvəffəqiyyətsizliyə məhkumdur. Lakin biz gələcək cəmiyyət
üçün öz modelimizi yaratsaq, bütün başqa vasitələrin tükəndiyi bir vaxtda, onu
dünyaya təklif edə bilərik".
10. Bəhailərin mövqeyi öz ölkələrinin
maraqlarına laqeyd münasibət göstərmək və onun çiçəklənməsinin qayqısına
qalmamaq demək deyilmi?
Dinin Mühafizi qeyd edir:
"Tamamilə aydın anlamaq lazımdır ki, bəhailərin
mövqeyi heç vəchlə öz ölkəsinin rifahına laqeyd olmaq deyildir və
cüzi də olsa, tanınmış, hakimiyyətdə olan
hökumətin nüfuzuna qarşı durmağı nəzərdə tutmur. Nə də ki, o, öz hökumətinin və
xalqının ali maraqlarının həyata keçirilməsinə ən fəal şəkildə kömək etməkdən
imtina etməyi nəzərdə tutur. Bu mövqe Həzrət Bəhaullahın hər bir həqiqi və sadiq
ardıcılının, birliyin ali normalarından və Əmrin işinə sədaqətli olmaqdan əl
çəkməyərək, öz ölkəsinin həyati
maraqlarına təmənnasız, vicdanla və səmimiyyətlə
xidmət etməsi deməkdir".
Uca Ədalət Evi təsdiq edir:
"Bəhainin öz ölkəsinə məhəbbəti özünü, siyasi
partiyalarda iştirak etməkdə və ya diplomatik və siyasi fəaliyyətlə məşğul
olmaqda deyil, öz ölkəsinin çiçəklənməsi üçün vicdanlı əməyində, dövlət və
inzibati-təsərrüfat təsisatlarında işi ilə kömək etməyində göstərməlidir".
11. Bəhailər, hakimiyyət orqanlarına tabe
olmaq prinsipini bəyan edərək,
cəmiyyət
həyatının hansı anlamından çıxış edirlər?
Dinin Mühafizi yazır:
"Bizim cəmiyyət həyatı haqqında anlayışımız,
mahiyyət etibarı ilə, fərdin iradəsinin bütün cəmiyyətin iradəsinə tabe olmasına
əsaslanır. Təlim nə şəxsiyyətin alçaldılmasına, nə də həddindən artıq yüksəldilməsinə çağırır,
çünki sonuncu onunla nəticələnə bilər ki, insan cəmiyyət üçün təhlükəli olan
cəmiyyətə zidd bir varlığa çevrilə bilər.
Hər şeydə olduğu kimi,
biz "qızıl ortanı" saxlayırıq. Yalnız azlıq çoxluğun iradəsinə tabe olduqda
cəmiyyət yaşaya bilər".
1. Bəhailər xeyriyyəçilik fəaliyyəti ilə
məşğul olmalıdırlarmı?
Dinin Mühafizi öz katibi vasitəsilə yazır:
"...sən bu gün milyonlarla insanın çəkdiyi əzab və
əziyyətləri bölüşməyə
can
atırsan - bu, təbii və alicənab arzudur, lakin bəşəriyyətə heç bir başqa xidmət
bəhai fəaliyyətinin vacibliyi ilə müqayisə edilə bilməz. Əgər bəhailər öz
işlərini düzgün qiymətləndirsəydilər, onlar başa düşərdilər ki, istənilən xeyriyyə
fəaliyyəti, ən
yaxşı halda insanların əzab-əziyyətlərini müvəqqəti yüngülləşdirərək səthi xarakter daşıdığı halda,
bəhailərin fəaliyyəti Allahın Kəlamına söykənən və Tanrı tərəfindən nazil olan
Qanunlara uyğun işləyən yeni ruhani Dünya Nizamının əsasını qoyur. Bu işi Həzrət
Bəhaullahın Təliminin mənasını başa düşən insanlardan başqa heç kim etməyəcək,
lakin xeyriyyə fəaliyyəti ilə hər bir alicənab
adam məşğul ola bilər.
Möminlər bəşəriyyət üçün sığınacaq tikirlər.
Onların bütün həyatlarını həsr etməli olduqları ən mühüm, müqəddəs vəzifə bax
budur".
Uca Ədalət Evi buyurur:
"Yaxınlarımıza məhəbbət və onlara acıma həqiqi
bəhainin həyatının ayrılmaz hissəsi olduğuna görə, biz ehtiyaçı olanlara kömək
etmək üçün həmişə əlimizdən
gələni edirik.
Biz heç vəchlə buna laqeyd yanaşmamalıyıq, çünki sözümüz əməlimizlə üst-üstə
düşməlidir. Lakin bizi əhatə edənlərin iztirabları bizim diqqətimizi tamamilə
yayındırmamalı və səylərimizi son nəticədə səmərəsiz olacaq yola
yönəltməməlidir, onlar bizi ən mühüm və zəruri vəzifəni unutmağa vadar
etməməlidir. Özünü xeyriyyə fəaliyyətinə həsr edən adamlar az deyil, amma, əfsuslar olsun ki, Allahın Özünün istədiyini
yerinə yetirən azdır, bu isə - bəşəriyyətin ruhani
cəhətdən oyadılmasıdır".
2. Bəhailər mütərəqqi ictimai hərəkatlarla
əməkdaşlıq etməlidirlərmi?
Uca Ədalət Evinin çatdırdığı kimi, Əmrin Vəlisi
yazırdı:
"Bəhailər həm özlərinin, həm də Dinlərinin hansısa
siyasi partiya ilə eyniləşdirilməməsinin
qayğısına qalmalı olduqları kimi, həmçinin başqa bir ifratçılıqdan da, yəni
fəaliyyəti bizim Təlimə tamamilə uyğun
gələn,
məsələn, fəaliyyəti irqi mövhumatın aradan götürülməsinə yönəldilən mütərəqqi
ictimai hərəkatların nümayəndələri
ilə konfrans və komitələrdə iştirakdan imtina etməkdən qaçmalıdırlar".
3.
Hansı ictimai
hərəkatlarla əməkdaşlıq etməməliyik?
Dinin Mühafizi buyurur:
"Həzrət Əbdülbəhanın İstənilən birlik Allahdandır
sözlərini xatırlayaraq, istənilən ölkədə bəhailər qrupbazlıq və siyasətin
cüzi
əlamətindən azad bütün bəşəriyyətin maraqlarına sədaqətli olan istənilən insan
birliyi ilə əməkdaşlıq etməyə hazırdırlar və üstəlik, ona can atırlar".
4. Müasir
ictimai hərəkatlarla əməkdaşlıqın əsas məqsədi nədir?
Dinin Mühafizi buyurur:
"Sözsüz, icmaların müasir ictimai hərəkatlarla
əlaqə saxlaması tamamilə zəruridir, lakin bizim əsas məqsədimiz Bəhai Təliminə
mümkün qədər çox adamlar cəlb etmək və onlara Əmrin ruhunu və mahiyyətini dərk
etməyə kömək etməkdir. Biz başqalarının təcrübəsini öyrənməliyik, lakin öz
yolumuzdan yayınmamalıyıq ki, son nəticədə, başqa hərəkatlara cəlb olunmayaq və
Allahın Əmrindən kənarlaşmayaq".
5. Bəhai
Dininin gələcəkdə yayılmasına bu əlaqələrin nə faydası ola bilər?
Dinin Mühafizi yazır:
"Biz özümüzü nə sözdə, nə də əməldə Dinimizə zidd
olan təşəbbüs və proqramlara bağlamayaraq, Bəhai Dini ilə mümkün qədər çox adamı
tanış etmək, onun dözümlülüyünü və qərəzsizliyini, müstəqilliyini və paklığını
göstərmək üçün istənilən imkandan sevinclə istifadə edərik". |