Odur
Allah! Ey mehriban Allah! Bu nazənin uşaqlar Sənin Qüdrət əlin ilə
yaranmışlar. Və Sənin Əzəmətinin nişanələridirlər. Ey Allah! Bu uşaqları
hifz eylə. Elm öyrənməkdə onlara kömək eylə və bəşəriyyət aləminə xidmət
göstərməkdə onlara yardım eylə. Ey Allah! Bu uşaqlar dürr dənəsidirlər.
Onları Öz İnayət sədəfinin qoynunda böyüt. Sən Bağışlayan və
Mehribansan.
ƏBDÜLBƏHA
Odur Allah! Ey Allah! Mən bir uşaqam. Məni Öz İnayət kölgəndə bəslə. Mən
təzə bir budağam. Öz İnayət buludunun yağışları ilə məni yetişdir. Sənin
Məhəbbət bağının bitkisiyəm. Məni meyvə verən bir ağac eylə. Sən
Qüdrətlisən, Sən Mehribansan, Bilən və Görənsən!
ƏBDÜLBƏHA
Odur Allah! Ya Rəbb! Bu Uşaqları bəyənilmiş budaqlar eylə. Onları
Əhdi-peyman bağçasında yetişdir və Əbha Mələkutu buludunun feyzi ilə
onlara gözəllik və zəriflik ver.
Ey Mehriban Allah! Mən kiçik bir uşağam, məni Öz Mələkutuna daxil eylə
və böyüt. Mən yerdəyəm, məni göylərə qaldır. Fani dünyadayam, məni Lahut
Aləminə yüksəlt. Mən qaranlıqdayam, məni nurlandır. Maddi aləmdəyəm,
məni ruhani aləmə yönəlt və tükənməz feyzlərinin mənşəyinə layiq gör.
Sən Qüdrətli və Mehribansan!
ƏBDÜLBƏHA
İlahi! Mənə yol göstər, məni qoru, məni şölə saçan çıraq və parlayan
ulduz et. Sən Qüvvətli və Qüdrətlisən!
ƏBDÜLBƏHA
İlahi! Bu uşaqları tərbiyə eylə. Bu uşaqlar Sənin bağının bitkiləri,
Sənin çəmənliyinin gülləri, Sənin bağçanın çiçəkləridirlər. Qoy Sənin
yağışın onların üzərinə yağsın; qoy Həqiqət Günəşi Sənin məhəbbətinlə
onları nurlandırsın; qoy Sənin nəsimin onları oyandırsın ki, onlar
tərbiyə alsınlar, böyüsünlər, inkişaf etsinlər və kamil gözəlliklə
meydana çıxsınlar. Sən Bağışlayansan, Sən Mərhəmətlisən!
ƏBDÜLBƏHA
Ya Rəbb! Mənim ruhumu canlandır və sevindir. Qəlbimi saflaşdır.
Qüvvələrimi nurlandır. Mən bütün işləri Sənə etibar edirəm. Sən mənim
Rəhbərim və Sığınacağımsan. Mən daha heç vaxt kədərli və qəmqin
olmayacağam, mən şad və xoşbəxt varlıq olacağam. İlahi! Mən bir daha
narahat olmayacağam, nə də ki, çətinliklər məni qorxutmayacaqdır. Mən
həyatda xoş olmayan şeyləri yaşamayacağam! Ya Rəbb! Sən mənə özümdən ən
yaxın dostsan. Mən özümü Sənə həsr edirəm, ey Mənim Allahım!
ƏBDÜLBƏHA
Sən Xatırlayan və Xatırlanansan! Ey mənim Allahım və mənim Ağam və mənim
Məqsudum! Sənin bəndən Sənin Rəhmətinin kölgəsində yatmaq və Fəzl
çadırının kölgəsində istirahət etmək istəyir. Səndən hifzetməyi və
qorumağı diləyir. Ya Rəbb! Sənin heç zaman yumulmayan gözlərindən
diləyirəm ki, mənim gözümü Səndən başqa özgəsinə baxmaqdan qoruyasan və
sonra Sənin Zühuruna tərəf baxmaq üçün onun nurunu artırasan. Sən o
Allahsan ki, Sənin Qüdrət Zühürlarının qarşısında bütün yaranmışların
qüdrətləri zəif görünür. Səndən başqa Allah yoxdur! Sən Qüvvətli, Qalib
İxtiyar Sahibisən!
BƏHAULLAH
Ey mənim Allahım! Məndə təmiz ürək yarat. Ey mənim Diləyim! Məndə sakit
bir sirr xəlq eylə. Ey mənim Məhbubum! Ruh qüvvətinləməni Öz Əmrində
dəyanətli eylə. Ey mənim Arzum! Əzəmət nuru ilə məni Öz yolunda şəhid
eylə. Ey mənim Əvvəlim! O Ujalıq Səltənətinlə məni Öz Müqəddəs göylərinə
yüksəlt. Ey mənim Axırım! Səmədiyyət nəsimi ilə məni xoşhal eylə. Ey
mənim Mövlam! Qədimi Məzhərinin sərvəti ilə məni Özündən başqasına
möhtaj olmaqdan xilas eylə. Ey mənim zahirimdən zahiri yüksək və mənim
batinimdən batini üstün olan Allah! Öz əbədi Zatının Zühuru ilə məni
mücdələ.
BƏHAULLAH
Ey mənim Allahım! Sənin adın mənim şəfamdır! Səni zikr etmək mənim
dərmanımdır. Sənə yaxı nlığın mənim ümidimdir və Sənin Mərhəmətin həm bu
dünyada və həm də axirətdə mənim təbibim və yardımımdır. Həqiqətən, Sən
ƏnSəxavətli, Ən Çoxbilən və Hikmətlisən!
BƏHAULLAH
Varmıdır Allahdan başqa çətinliklərdən qurtaran? Söylə: «Sübhandır
Allah! Odur Allah! Hamı Onun bəndələridir və Onun Əmrinin
xidmətindədirlər».
BAB
Ey Rəbb! Bu əzəmətli əmrdə Sən uşaqların öz valideynləri üçün
zaminliyini qəbul edirsən. Bu Əmrin xüsusi məhdudsuz bəxşişlərindən
biridir. Ona görə də, Ey Sultan Rəbbim, bu bəndənin Sənin təklik
astananda xahişini qəbul et və onun atasını Sənin rəhmət dəryana qərq
et, çünki bu oğul Sənə xidmət etmək üçün qalxıb və Sənin məhəbbətin
yolunda hər vaxt səy göstərməkdədir. Həqiqətən, Sən Veriji, Bağışlayıjı
və Sultansan.
ƏBDÜLBƏHA
Allahı xatırlayan və Onu tərifləyən vilayət və ev və yer və şəhər və
ürək və dağ və sığınajaq və mağara və vadi və torpaq və dəniz və ada və
çəmən bəxtiyardır.
BƏHAULLAH
Ey mənim Allahım! Ey mənim
Allahım! Sənə xidmət edənlərin qəlblərini birləşdir və Öz Ali Məqsədini
onlara aşkar eylə, ta ki, onlar Sənin Əmrlərinə riayət etsinlər və Sənin
qanunlarını yerinə yetirsinlər.
Ey Allahım! Onların jəhd göstərmələrinə kömək eylə. Sənə xidmət etmək
üçün onlara qüvvət bağışla.
Ey allahım! Onları özbaşını buraxma, onların qədəmlərini Öz hikmət Nurun
ilə istiqamətləndir. Öz məhəbbətinlə onların qəlblərini şad eylə.
Həqiqətən, Sən onların Köməyisən, onların Mövlasısan.
BƏHAULLAH
Ey mənim Allahım! Sənin sığınajağında gejəni səhər etdim. Sənin
sığınajağını axtaranlar Sənin hifz və himayə Qalana daxil olmalıdırlar.
Ya Rəbb! Mənim zahirimi Öz bəxşiş səhərinin nuru ilə işıqlandırdığın
kimi, batinimi də Öz Zühurunun dan yerinin işığı ilə nurlandır.
BƏHAULLAH
Mən, ey mənim Allahım, kiçicik bir toxumam ki, Öz
məhəbbət torpağında əkmisən, və Öz
səxavətinlə cücərtmisən. Bu toxum,
ona görə də özünün gizli mahiyyətində Sənin rəhmət
suların və fəzl çeşmən
üçün susaјıb. Öz
inayət səmandan Sənin kölgəndə və Sənin dərgahında
onun çiçəklənməsinə səbəb olan şeyləri ona nazil eylə.
Sən o Kəssən ki, Səni tanıyanların hamısının
qəlbini Sənin bol çaylarından və həyat verən
sularının çeşməsindən sulayırsan.
Aləmlərin Rəbbi olan Allaha həmd olsun!
Bəhaullah
Söylə: Allah hər şeyə ən yüksək
bəxşiş edəndir.
Allahdan başqa heç kim nə göylərdə, nə də yerdə bəxşiş edə bilməz.
Həqiqətən O
Özü
Bilən, Qüvvə Verən və qüdrətlidir.
Bab
Ya Rəbb!
Bütün yer üzü insanlarının Sənin Əmrinin cənnət bağına girə bilməsinə
imkan ver ki, heç bir varlıq Sənin razılığının hüdudlarından kənarda
qalmasın. Ən qədim dövrdən Sən istədiyini yarada bilərdin və Öz
istəyinlə hər şeyin fövqündə durmusan.
Bab
Yalvarıram
Sənə. Sənin qüdrətinlə, ey Mənim Allahım!
İmkan vermə ki, sınaqlar zamanı şər mənə güc gəlsin və mənim laqeyd və
qayğısız dəqiqələrimdə addımlarımı Sənin İlhamının gücü ilə doğru yola
yönəlt.
Sən Allahsan və istədiyini etməkdə ixtiyar sahibisən. Sənin iradənə
qarşı gəlməyə və ya Sənin Məqsədinin yerinə yetməsinə mane olmağa heç
kəsin gücü çatmaz.
|