John Ebenezer Esslemont. Baha'u'llah and the New Era.
İngilis dilindən tərcümə.
@1999, 2003, Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.
ÖN SÖZ
I FƏSİL. XOŞ MÜJDƏ
II FƏSİL. BAB -
MÜJDƏÇİ
III FƏSİL.
BƏHAULLAH — ALLAHIN ŞƏRƏFİ
IV FƏSİL. ƏBDÜLBƏHA
— BƏHANIN QULU
V FƏSİL. BƏHAİLƏR
KİMDİR
VI FƏSİL. DUA
VII FƏSİL.
SAĞLAMLIQ VƏ MÜALİÇƏ
VIII FƏSİL. DİNİ
BİRLİK
IX FƏSİL. HƏQİQİ
SİVİLİZASİYA
X FƏSİL. SÜLHƏ
GEDƏN YOL
XI FƏSİL. MÜXTƏLİF
TƏLİMLƏR VƏ TƏLİMATLAR
XII FƏSİL. DİN VƏ
ELM
XIII FƏSİL. BƏHAİ
DİNİNDƏ HƏYATA KEÇMİŞ PEYĞƏMBƏRLİKLƏR
XIV FƏSİL.
BƏHAULLAHIN VƏ ƏBDÜLBƏHANIN PEYĞƏMBƏRLİKLƏRİ
XV FƏSİL. KEÇMİŞ VƏ
GƏLƏCƏK
XÜLASƏ
Həzrət Bəhaullahın Təlimi ilə ilk dəfə
1914-cü ilin dekabrında Həzrət Əbdülbəha ilə görüşmüş dostlarımla etdiyim
söhbətlərdən və bir neçə kitabçanı oxuyandan sonra tanış oldum.
Bu Təlimin fikir dərinliyi, gücü və
gözəlliyi məni heyrətə gətirdi. Hiss etdim ki, bu din müasir dünyanın tələbatına
mənə məlum olan dinlərdən daha artıq və tam cavab verir. Sonrakı mütaliələr
mənim bu fikrimi daha da dərinləşdirdi və inamımı təsdiq etdi.
Bu Təlimlə daha ətraflı tanış olmaq
arzusu ilə ədəbiyyat axtarışı məni böyük çətinliklərlə rastlaşdırdı, onları
oxuyub öyrəndikdən sonra isə başqaları üçün həmin yolu asanlaşdırmaqdan ötrü bu
Təlimin mahiyyətini kiçik bir kitabda şərh etmək qərarına gəldim.
Müharibədən sonra Fələstinlə əlaqələr
bərpa olunduğu zaman, o vaxt hələ işlənməmiş halda olan kitabın ilk doqquz
fəslini əlavə etməklə Həzrət Əbdülbəhaya məktub yazdım. Bir müddət keçdikdən
sonra olduqca iltifatlı və xeyirxah rəy, həmçinin Hayfaya gəlmək üçün səmimi
dəvət və bütün əlyazmalarımı da gətirmək xahişi aldım. Mən bu dəvəti qəbul etdim
və iki ay yarım müddətində, 1919 və 1920-ci illərin qışında Həzrət Əbdülbəhanın
qonağı olmaq şərəfinə nail oldum.
Orada olduğum zaman Həzrət Əbdülbəha
bir neçə dəfə kitab barəsində mənimlə söhbət etdi. O, mənə xeyli dəyərli
göstərişlər verərək təklif etdi ki, bütün əlyazmaları işləyib hazırladıqdan
sonra Onun oxuyub lazım bildiyi yerlərdə düzəlişlər edə bilməsi üçün onları fars
dilinə tərcümə etdirim. Bu təklifə əməl olundu. Həzrət Əbdülbəha Özünün
məşğulluğuna baxmayaraq, bizi tərk edənə qədər kitabın üç fəsil yarımını:
birinci, ikinci, beşinci fəsilləri və üçüncü fəslin yarısını redaktə etməyə vaxt
tapdı.
Dərin təəssüf hissi keçirirəm ki,
Həzrət Əbdülbəha bütün əlyazmalarımı tam redaktə edə bilmədi və bununla da mənim
işimə böyük dəyər bəxş etməyə müvəffəq olmadı. Buna baxmayaraq, İngiltərə
Bəhailərinin Milli Ruhani Məhfilinin çap komitəsi tərəfindən əsərin bütün
əlyazmaları diqqətlə oxunmuş və bəyənilmişdir.
Mən miss E. Rozenberqə, xanım Koulsa,
Mirzə Lütfulla Həkimə, cənab Roy Vilhelmə, cənab Mauntfort Millsə və digər
dostlarıma hazırlıq işlərində mənə göstərdikləri çox dəyərli köməyə görə təşəkkür edirəm.
Bu kitabda qəbul olunmuş ərəb və fars
adlarının və sözlərinin transliterasiya sistemi Həzrət Şövqi Əfəndinin bütün
bəhai dünyasına etdiyi tövsiyəyə uyğundur.
Feyerford, Aberdin yaxınlığında Kul
C. E. Esslemont