Azərbaycan Bəhai İcması haqqinda qısa məlumat:

Azərbaycanda Bəhai Dini bu dinin yaranması tarixindən etibarən, yəni 19-cu əsrin ortalarından mövcuddur. Sovet hakimiyyəti dövründə Bəhai dini digər dinlər kimi açıq-aydın yayila bilmirdi. Sovet imperiyası dağıldıqdan sonra və Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra ölkədə tədricən dini məzhəblərin sərbəstliyi bərpa olunmağa başladı. 1992-ci il Azərbaycan Respublikası Milli Məclisi Din azadlığı haqqında qərar qəbul etdikdən sonra, Azərbaycan bəhailəri rəsmi olaraq icma yaratmaq imkanını əldə etdilər. 1993-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə Bakı Bəhailərinin fəaliyyətinə rəsmi icazə verildi. 2002-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində Bakı İcması təkrar qeydiyyatdan keçdi. Sumqayıt İcması da həmən ildə qeydiyyata alındı. 2004-cü ildə Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili rəsmi qeydiyyatdan keçdi. Azərbaycan Respublikasında demokratik islahatlardan sonra bəhailər, digər vətəndaşlarla yanaşi, fəal həyat sürürlər.

Bakı Bəhai icması ilə əlaqə məlumatı

Ünvan: Bakı ş. A. Qurbanov küç. 6, mən.44

Telefon: (99412)-4973041, (99412)-4975626.

E-mail: weboffice@bahai.az

Məlumat:
  • Yeniliklər və elanlar
  • İnternetdə Bəhai resursları
  • Tarix:
  • Azərbaycanda Bəhai dininin tarixi
  • Təlim:
  • Əsas prinsiplər
  • Təlimin məqsədi
  • Təşkilat:
  • İnzibati qaydaок
  • Müqəddəs və etibarlı yazılar barədə
  • Fəaliyyət:
  • Bəhai təqvimi
  • Namaz və oruc
  • Beynəlxalq Bəhai Cəmiyyəti
  • Dünya Bəhai Cəmiyyətinin müraciətləri
  • İcmalarda fəaliyyət növləri
  • Əlaqə:
  • Kontaktlarımız
  • Kitabxana
  • Endirin:
  • Azəri şriftləri
  •  
    Monitor this Page

    by ChangeDetect

    Bu xidmət sizi səhifədə dəyisiyliklər barədə xəbərdar edəcək

    "Dünya tək bir vətəndir, və bütün insanlar onun vətəndaşlarıdır." - Bəhaullah
    Yeniliklər

    Elanlar
    İcma yenilikləri
    Dünya yenilikləri

    Saytın yenilikləri
     


    ELANLAR

    Bəhai icmasının əsas fəaliyyət növlərində iştirak etməyə dəvət edirik
    Azərbaycan bəhai icmasında dua görüşləri, uşaq və yeniyetmə dərsləri, gənclər və böyüklər üçün tədris dərnəkləri kimi fəaliyyət növləri keçirilir ki, onlarda iştirak etmək hamı üçün mümkündür. Bu fəaliyyət növləri cəmiyyətin ruhani sağlamlaşmasına və fərdlərin həyati məqsədləri ilə harmoniyada olaraq onların ruhani inkişafına yönəlmişdir. Bu fəaliyyət növlərinin məzmunu ilə "İcmalarda fəaliyyət növləri" səhifəsində ətraflı tanış olmaq olar. Oradaca iştirak etmək üçün zəruri kontakt məlumatı ilə də tanış ola bilərsiniz.

     

    İCMA YENİLİKLƏRİ

    11 iyul 2009 il, Bakı. Azərbaycan Bəhailəri İranda həbs olunmuş Bəhailərin taleyindən narahatdır
    Azərbaycan Bəhailəri Dini Mərkəzi
    PRESS RELIZ
    İran Bəhai İcması rəhbərlərinin məhkəməsi
    Bakı, 11 İyul 2009
    Azərbaycan Bəhailəri Dini Mərkəzi İranda bir ildən artıqdır ki, həbsdə olan yeddi nəfər bəhainin taleyindən hədsiz narahatlığını ifadə edir.
    Xanım Fariba Kamalabadi, cənab Camaləddin Xancani, cənab Əfif Nəimi, cənab Səid Rzayi, cənab Behruz Təvəkküli və cənab Vahid Tizfəhm bir ildən çoxdur ki, həbsdə saxlanılırlar. Onlar 14 may 2008-ci ildə Tehranda İranın Kəşfiyyat Orqanının agentləri tərəfindən həbs olunmuşlar. Elə həmin qrupun digər üzvü xanım Məhvəş Sabiti 2008-ci ilin mart ayında Məşhəddə həbs olunmuşdur.
    Onların məhkəməsi bu günə, 11 iyul və ya 13 iyul 2009 –cu il tarixlərinə təyin olunmuşdur. Əsassız və saxta ittihamlarla saxlanmış bu qrupun həbsi və ağır ittihamlarla məhkum olunmaları qanunszdur, hakimiyyətin özbaşınalığıdır və beynəlxalq insan hüquqlarının kobud surətdə pozulmasıdır.
    İran Bəhai icmasınını ölkə səviyyəsində icmanın əlaqələndirici qrupu kimi fəaliyyət göstərən bu qrupu ancaq Bəhai dininə mənsub olduqları üçün həbs olunmuşlar. Onların həbsi məqsədyönlü və geniş təqib dalğasının ancaq bir hissəsidir. 300 000-lik İran Bəhai icması, ümumiyyətlə, ən böyük dini azlıq olmasına baxmayaraq, 30 ildir ki, dini mənsubiyyətinə görə əzilir və təqib olunur – bəhailər ali təhsil və təqaüd ala bilmir, məktəblərdə uşaqlar ayrıseçkiliyə məruz qalır, inzibati və ya dövlət işlərinə alınmır,özəl sektorda işə qəbul olunmalarına məhdudiyyətlər qoyulur, davamlı surətdə onların əleyhinə KİV-də bohtan xarakterli yazılarla onların mənfi obrazı yaradılır, evlərinə hücumlar edilir və yandırılır, qəbirstanlıqları dağıdılır.
    Azərbaycan Bəhai İcması İran Bəhai İcması liderlərinin azad olunmasını və onların təqib olunmasına son qoyulmasını təkidlə tələb edir və insan hüquqları və vicdan azadlığı məsələləri ilə məşğul olan bütün təşkilatları bu məsələyə biganə qalmamağa çağırır. Çünki onlara qarşı irəli sürülən ittihamlar saxta və əsassız olsa da, onların əsasında Bəhailərə ölüm hökmü də çıxarıla bilər.
    Qeyd edək ki, bu qrupun hüquqlarını könüllü surətdə Nobel mükafatı laureatı xanım Şirin İbadi və hazırda həbsdə olan Əbdülfəttah Sultani müdafiə edirlər.

    Əlaqə nömrəsi (Ramazan Əsgərli) : 497 56 26, 497 30 41
     

    21-22 fevral 2009 il. Bəhailərin Bakı regional konfransı
    Azərbaycandan, Gürcüstandan və Türkmənistandan gəlmiş 360 nəfər bəhai fəaliyyətlərinin son iki il yarım müddətində qazandıqlari nailiyyətləri qeyd etmək və irəlidəki məqsədləri müzakirə etmək üçün Bakıda yığışmışlar.
    > TAM ƏHVALAT

    [30.05.08] Azərbaycan Bəhailərinin XVII Milli Qurultayı
    2008 il mayın 28-29-da Bakıda Azərbaycan Bəhailərinin növbəti XVII-ci Milli Qurultayı keçirilmişdir. Qurultayda Milli Ruhani Məhfilin hesabatı dinlənmiş, onun keçən il ərzində fəaliyyəti və villi icmadakı vziyyət müzakirə olunmuş, gizli səsvermə yolu ilə Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfilinin yeni tərkibi seçilmiş, Ümumdünya Ədalət Evinin Rizvan Mesajı və başqa sənədləri öyrənilmiş, gələcək fəaliyyət barədə fikirlər söylənmişdir.


     

    DÜNYA YENİLİKLƏRİ

    Bəhai dünyasının son məlumatları ilə siz Beynəlxalq Bəhai Cəmiyyətinin xəbərlər serverindən həmişə tanış ola bilərsininz.

    İnsan Haqları Beynəlxalq Federasiyası. Press Reliz.
    Bəhai dini azlığı liderlərinin məhkəməsi

    Paris, 9 İyul 2009
    İnsan Haqları Beynəlxalq Federasiyası Bəhai İcmasının hazırda həbsdə olan və Tehranın İnqilab Məhkəməsinin 28 saylı Bölməsində məhkəmələri 11 və ya 13 iyul 2009-cu ilə təyin olunmuş yeddi üzvünün taleyindən dərin narahatlığını ifadə edir.
    Xanım Fariba Kamalabadi, cənab Camaləddin Xancani, cənab Əfif Nəimi, cənab Səid Rzayi, cənab Behruz Təvəkküli və cənab Vahid Tizfəhm bir ildən çoxdur ki, həbsdə saxlanılırlar. Onlar 14 may 2008-ci ildə Tehranda İranın Kəşfiyyat Orqanının agentləri tərəfindən həbs olunmuşlar. Onlar 300 000-lik Bəhai icmasının milli səviyyədə işlərini əlaqələndirən qrupun üzvləridir və bu qrupun yaranmasından hökumətin məlumatı vardı. Elə həmin qrupun digər üzvü xanım Məhvəş Sabiti 2008-ci ilin mart ayında Məşhəddə həbs olunmuşdu. Hazırda ölkədən xaricdə olan xanım Şirin İbadi və bu yaxınlarda həbsə alınan cənab Əbdülfəttah Sultani bu işin hüquqi məsləhətçisidirlər.
    İnsan Haqları Beynəlxalq Federasiyası yeddi Bəhainin həbsini özbaşınalıq kimi qiymətləndirir və onların dərhal azadlığa buraxılmasına təkrarən təkidlə tələb edir.
    İstənilən halda və ən azı, İnsan Haqları Beynəlxalq Federasiyası İran İslam Respublikasının hakimiyyət dairələrindən təkidlə istəyir ki, onların əleyhinə yürüdülən ittihamlar barədə məlumat yaysın. Biz həmçinin İran hökumətindən təkidlə istəyirik ki, proses açıq şəkildə, qərəzsiz və müstəqil məhkəmə qarşısında aparılsın. Ədalətli məhkəmə, o cümlədən açıq məhkəmə iclası, dini inam əsasında ayrıseçkiliyin qadağan edilməsi və dini azadlıq hüququ Beynəlxalq Vətəndaş və Siyasi Hüquqular Konvensiyasında təsbit olunmuşdur və İran da bunu ratifikasiya etmişdir.
     

    Samoa kralı vəfat etmishdir
    APİA, Samoa, 14 may 2007 il -- mayın 18-də Samoa dövlətinin başçısı əlahəzrət Susuga Malietoa Tanumafili II-nin rəsmi dəfn mərasimi keçiriləcək, və sonra, mayın 20-də Apia şəhərinin yaxınlığında yerləşən bəhai ibadətgahı Məşriq-ül-Əzkərdə rəhmət tədbiri keçiriləcək. Kral, 11 may axşam Apia xəstəxanasında vəfat etmişdir. Bəhai dinin ardıcılı olaraq, o dunyada ən uzun müddət dövlət başında olan monarxlardan biri olmuş, və 94 yaşında vəfat etmişdir.
    > TAM ƏHVALAT
     

    İqlim dəyişməsi üzrə Oksford konfransı qlobal birgə səyləri vurğulayır
    OKSFORD, Böyük Britaniya, 2 oktyabr 2006 il -- Qlobal istiləşmə tərəfindən yürüdülmüş çağırış kollektiv səylərin və beynəlxalq əməkdaşlığın indikindən daha yüksək səviyyəsini tələb edəcək. Bu qənaətə 2006 sentyabrın 15-17-də Balliol kollejində keçmiş və "Elm, din və iqlimin dəyişməsi" arasında olan münasibətlərin tədqiqinə həsr olunmuş konfransda gəlmişdirlər. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişməsi üzrə Çərçivə Kovensiyası Katibliyinin İcraçı Katibinin köməkçisi Halldor Thorgeirsson demişdir ki, iqlimin dəyişməsi "bəşəriyyətin qlobal çağırışa cavab vermək qabiliyyətini sınağa çəkir". "Tapılacaq həllin özü
    dövlətlərin əməkdaşlıq tərzində əhəmiyyətli dayişiklərə səbəb olacaq" > TAM ƏHVALAT

    Birləşmiş Millətlərdə yeni Bəhai nümayəndəsi
    BİRLƏŞMİŞ MİLLƏTLƏR TƏŞKİLATI, 27 iyul 2006 il -- Özü ilə qadinlar məsələlərinə, vətəndaş cəmiyyətinin təşkilinə və beynəlxalq inkişafa aid geniş təcrübə gətirən xanim Fulya Vəkiloğlu Beynəlxalq Bəhai Cəmiyyətinin Nyu-Yorkdaki Birləşmiş Millətlər Ofisinə qoşulmuşdur. Əsli Türkiyədən olan xanim Fulya Vəkiloğlu 2006 ilin iyun ayinda Nyu-Yorka gəlmişdir.O, Birləşmiş Millətlər Təşkilatinda baş nümayəndə olan Bani Duqal ilə çiyin-çiyinə işləyəcək. Xanim Vəkiloğlu qadinlarin irəliləməsi və sosial inkişaf sahələrində fokuslanacaq.
    > TAM ƏHVALAT


     

    SAYTIN YENİLİKLƏRİ

    [27.02.09]
    Azərbaicanda yaşayan bəhailərin 2009 ilin mart ayında tutacağı oruc üçün günəşin çıxdığı və batdığı vaxtların cədvəlı burada dərc olunmuşdur.

    [28.10.08]
    Elektron kitabxanamızda "Bəhai dualari" kitabı yeniləşdirilmişdir.

    [24.02.08]
    Azərbaycan şəhərləri üçün 2008 mart ayında tutulan bəhai orucuna aid zaman cədvəllərı burada yerləşdirilmişdir.

    [05.07.05]
    Elektron kitabxanamızda Ümumdünya Ədalət Evinin 2005 ildə dərc etdiyi "Bir Ümumi Din" kitabının azəri dilinə ilkin (müvəqqəti) tərcüməsi yerləşdirilmişdir.

    [12.05.05]
    Sizin diqqətinizə: bizim elektron kitabxanamıza bir neçə yeni ədəbiyyat əlavə olunmuşdur.

     

    ©2003-2008 Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili.

    Digər təşkilatlar və fiziki şəxslər bu materiallardan sərbəst istifadə edə bilər, o şərtlə ki, burada olan məlumatlar təhrif olunmayacaq, materialların və ya onlardan olan çixarışların nəşrində aşağıdakılar qeyd olunacaq:
    "Azərbaycanda Bəhai Dini icmasının rəsmi www.bahai.az internet saytının materiallarından istifadə olunmuşdur."
    Yeniliklər
    Yuxarı >