Bütün insanlar hər zaman inkişaf edən sivilizasiyanı irəlilətmək üçün yaradılmışlar.Yer bir vətəndir. Bütün insanlar isə onun vətəndaşlarıdır.

- Həzrət Bəhaullah -
Bəhailər nəyə inanırlar?
Bəhailər Həzrət Bəhaullahın yaşadığımız dövrün tələblərinə uyğun olan və bütün dünyada sevgi, birlik və sülh mühitini təmin edəcək prinsiplər gətirdiyinə inanırlar. Bəhai Dini, iki İlahi Elçinin - Həzrət Bab və Həzrət Bəhaullahın Allah tərəfindən göndərilməsi ilə nazil olmuşdur.
Ətraflı
Bəhailər nə edirlər?
Dünyanın hər yerində bəhailər fərdi və kollektiv şəkildə Həzrət Bəhaullahın Vəhyinə cavab vermək və daha yaxşı bir dünya cəmiyyəti qurmaq və insan Sivilizasiyasını sosial təkamülün yeni mərhələsinə qaldırmaqdan ötrü dostları ilə birgə Onun gətirdiyi yeni prinsipləri həyata keçirməyə çalışırlar.
Ətraflı
Azərbaycanda Bəhai Dini
Bəhai icmaları Azərbaycanda yaranan gündən hər cür dini fanatizmi, mövhumat və cəhaləti pisləmiş, maarifçiliyi, uşaqlara, xüsusən də qızlara dünyəvi təhsilin verilməsini, qadınların cəmiyyətdə və ailədə hüquqlarının qorunmasını təbliğ etmiş, dinlər və xalqlar arası dialoq və əməkdaşlığa can atmışlar
Ətraflı

Hamınız bir ağacın meyvəsi və bir budağın yarpağısınız. Hədsiz məhəbbət, birlik, səmimiyyət və mehribanlıqla davranın. And olsun Həqiqət Günəşinə, birliyin nuru o qədər güclüdür ki, bütün aləmi işıqlandırıb nura boyayar.

- Həzrət Bəhaullah -

Uşaq proqramları

Cəmiyyətə töhfə

Yeniyetmə proqramları

Ümumdünya Sülhü

Allahın Əbədi Əhdi

Allah Əmrini və Onun Dinini canlandıran təməl məqsəd bəşər aləminin maraqlarının qorunması və onun birliyinin irəlilədilməsi, insanlar arasında ittifaq, məhəbbət və ülfət ruhunun bəslənməsidir.

- Həzrət Bəhaullah -