Şövqi Əfəndi – Bəhai Dininin Vəlisi (1844-1921)

Öz Vəhyinin birləşmiş bir dünya yaratmaq məqsədinə çatmasını təmin etmək və Bəhai İcmasının birliyini qorumaq üçün Həzrət Bəhaullah böyük Oğlu Həzrət Əbdül-Bəhanı Öz Əhdinin Mərkəzi təyin etdi və Ümumdünya Ədalət Evinin qurulmasına hökm verdi. Həzrət Əbdül-Bəha da, öz növbəsində, Ümumdünya Ədalət Evinin iş prinsiplərini müəyyən etdi və bəyan etdi ki, Onun vəfatından sonra bəhailər Onun böyük nəvəsi Şövqi Əfəndiyə üz tutsunlar və Onu Bəhai dininin Vəlisi təyin etdi.     Həm Ümumdünya Ədalət Evinə, həm də dinin Vəlisinə prinsiplərin tətbiqi, qanunların elan olunması, təsisatların qorunması, Bəhai dinini daim inkişaf edən cəmiyyətin tələblərinə uyğunlaşdırılması həvalə edilmişdir.  36 il ərzində qeyri-adi uzaqgörənlik, hikmət və sədaqətlə Şövqi Əfəndi, bütün insan nəslinin müxtəlifliyini əks etdirmək üçün Bəhai icmasını, o böyüdükcə onun inkişafını bəslədi, anlayışını dərinləşdirdi, birliyini möhkəmləndirdi.   İcmanın işlərini idarə etmək üçün Həzrət Bəhaullahın müəyyən etdiyi misilsiz sistem Şövqi Əfəndinin rəhbərliyi altında bütün dünyada sürətlə inkişaf etdi. O, bəhai yazılarını ingilis dilinə çevirdi, Dinin Müqəddəs Torpaqda ruhani və inzibati mərkəzini qurdu və yazdığı minlərlə məktublarda bəşərin hərəkət etdiyi gələcək barədə həyəcanverici baxış verərək sivilizasiyanın ruhani boyutuna və ictimai-sosial dəyişikliyin dinamikasına dərin anlayış verdi.
Onun nailiyətlərinin geniş diapazonu və rəhbərliyinin xarakteri qarşısında hamı heyrətə düşür, o rəhbərlik ki, o bir neçə adi insanda malik olduqlarını özlərinin də bilmədikləri güc və qabiliyyətləri üzə çıxardı.                      
-David Hofman, yazıçı və prodüser

 Şövqi Əfəndinin Həyatı və Xidmətləri

36 il ərzində –1921-ci ildən vəfat etdiyi 1957-ci ilə qədər – Şövqi Əfəndi özünü Bəhai Dininin Vəlisi kimi çiyninə götürmək üçün təyin edildiyi işə tam qərq etdi. Onun istiqamətləndirici əli Bəhai icmasının onun inkişafının çox mühüm mərhələsində bütün dünya üzrə inkişafını və böyüməsini yönəltdi.

Erkən Həyatı
Həm Həzrət Baba, həm də Həzrət Bəhaullaha qohum olan Şövqi Əfəndi babası Həzrət Əbdül-Bəha hələ məhbus olarkən, Əkkada doğulmuşdur. Erkən yaşlarından, Babasına dərin bağlılığı ilə birləşən dəyanətli imanı Şövqi Əfəndini hərəkətə sövq etdi. O ingilis dilini elə öyrənmək istədi ki, Həzrət Əbdül-Bəha üçün katiblik və tərcüməçilik edə bilsin və beləliklə, 1920-ci ildə o Oksford Universitetinə getdi və orada çox təəssürat yaradıcı ingilis dilini daha da təkmilləşdirdi.   Həzrət Əbdül-Bəha 1921-ci ilin noyabrında vəfat edəndə, Şövqi Əfəndi bərk sarsıldı. Dərin kədər içində, o öyrəndi ki, Həzrət Əbdül-Bəha Öz Əhd və Vəsiyyətnaməsində onu Bəhai Dininin Vəlisi təyin edib. Şəxsi iztirab və məyusluğuna baxmayaraq, Şövqi Əfəndi ciddi-cəhdlə son dərəcə çətin məsuliyyətlərini üzərinə götürdü. O, Bəhai Dininin üç “xartiyası” kimi müəyyən etdiyi işin şərtlərini yerinə yetirməyə başladı: Həzrət Bəhaullahın Müqəddəs Torpaqda Bəhai Dünya Mərkəzinin inkişafı üçün göstərişi təsbit edən Karmel Lövhü; Həzrət Əbdül-Bəhanın Bəhai İnzibati sisteminin inkişaf çərçivəsini verən Əhdi və Vəsiyyətnaməsi; və Həzrət Əbdül-Bəhanın Bəhai icmasının qlobal səviyyədə genişlənməsi üçün rəhbərlik verən İlahi Plan Lövhləri.   Həzrət Əbdül-Bəhanın vəfatı ilə Bəhai dini inkişafında yeni bir mərhələyə daxil oldu. Şövqi Əfəndinin təsvir etdiyi kimi, onun “həvvari dövrü” və ya “qəhrəmanlıq dövrü” arxada qaldı, və “quruculuq dövrü” başladı. Onun özünün Vəli kimi məqamı rəhbərliyin Həzrət Əbdül-Bəhadan kifayət qədər fərqli bir funksiya və üsulunu nəzərdə tuturdu.   Şövqi Əfəndi 1937-ci ildə Kanadadan, Montreal şəhərindən olan Meri Maksvel ilə evləndi. Meri Maksvel sonralar bəhailərə Amatül-Bəha Ruhiyyə xanım kimi tanındı. Bir neçə il sonra, birinci Kanada Milli Ruhani Məhfilinə müraciətində Şövqi Əfəndi onu “mənim köməkçim, mənim qalxanım… və mənim çiynimdə olan ağır vəzifənin yerinə yetrilməsində yorulmaz əməkdaşım” deyə təsvir edirdi.  

Bəhai İnzibati Nizamının Qurulması

Həzrət Bəhaullahın İnzibati Nizam inkişafı Şövqi Əfəndinin ən çox diqqət mərkəzində idi. Bəhai təsisatları təkamül etdikcə, onlar icmanın insan və maddi resurslarını səfərbər edəcək və İlahi Planın həyata keçirilməsi üçün zəruri alətləri verəcəkdi. İlk növbədə, seçkili yerli və milli Bəhai təsisatlarının strukturu tələb olunurdu ki, böyüyən icmanın işlərini idarə etsin. Şövqi Əfəndi bu körpə təsisatları təbliğ işinin irəlilədilməsi, ədəbiyyat nəşri, icma həyatının təşkili kimi geniş diapazonda mühüm fəaliyyətləri həyata keçirməyə yönəltdi. Bütün bu işlər, eyni zamanda, Həzrət Bəhaullahın hökm etdiyi məşvərətlə qərarçıxarma metodunu tətbiq edərək öyrənməklə baş verirdi.   Həzrət Əbdül-Bəhanın vəfatından 16 il sonra 1937-ci ildə, bir sıra ölkələrdə inzibati qabiliyyət kifayət qədər inkişaf etdirilmişdi ki, İlahi Plan Lövhlərində təsbit olunmuş məqsədlərin həyata keçirilməsi məqsədilə Şövqi Əfəndi Bəhai təlimlərini xarici ölkələrə yaymaq planlarını icra etməyə və bütün planet boyunca icmalar yaratmağa başlaya bilsin.   Bu işin önündə gedərək onu yönəltmək və dəstəkləmək üçün Şövqi Əfəndi “Allah Əmrinin Əlləri”ni, hər bir qitədə görkəmli bəhailərdən ibarət korpusu təyin etməyə başladı ki, onları sonralar o, “Həzrət Bəhaullahın Ümumdünya Federasiyasının Baş Bələdçiləri” adlandırdı. Yüksək rütbəli bu inananlar korpusunun funksiyası Bəhai təlimlərinin yayılmasında təşəbbüsləri yönəltməkdən, öyrənmənin təşviq olunmasından, Məhfillərə öz vəzifələrini yerinə yetirməkdə təlim vermək və onlara kömək etməkdən, mənəvi-əxlaqi nümunə olmaqdan və təşviqdən ibarət idi. 1951-ci ildə Şövqi Əfəndi Beynəlxalq Bəhai Şurasının üzvlərini təyin etdi və bu Şuranı Ümumdünya Ədalət Evinin müjdəçisi kimi təsvir etdi. 1954-cü ildə isə, Əmrin Əllərinə kömək etmək üçün dünya üzrə Köməkçi Heyət üzvlərinin şəbəkəsi yaradıldı.  

Bəhai İcmasının Genişlənməsi

Həzrət Əbdül-Bəhanın İlahi Planını gerçəkləşdirmək – Bəhai Dinini hər bir ölkədə bərqərar etmək – üçün Şövqi Əfəndi başlanğıcda bəhailərin nisbətən kiçik qrupundan ibarət bir korpusu planet boyunca səpələnmək üçün təşviq etdi və yardım göstərdi. Bir neçə bəhai dərhal ayağa qalxdılar. Onların arasında ən öndə gələni amerikalı jurnalist Marta Rut idi ki, planeti ən azı dörd dəfə dolandı və Bəhai müjdəsini saysız-hesabsız insanlarla bölüşdü, onların arasında təlimləri qəbul etmiş ilk şahzadə Rumıniyanın kraliçası Mariya da vardı. Şövqi Əfəndi Marta Rutla və Əmri yaymaq üçün evlərini tərk etmiş bir sıra digər şücaətli fərdlərlə müntəzəm əlaqə saxlayırdı. Bəhailərin sayı və onların hərəkət etmək qabiliyyəti yüksəldikcə, Şövqi Əfəndi Həzrət Əbdül-Bəhanın planını (İlahi Plan Lövhlərində verilmiş) həyata keçirməyə başladı və beləliklə, bir sıra Bəhai icmalarına Əmri xarici ölkələrdə yaymaq üçün xüsusi planlar silsiləsi verdi. 1953-cü ildə bəhailər onun “tale yüklü, qəlb titrədici, dünyanı saran onillik Ruhai Yürüş” kimi təsvir etdiyi bir plana başladılar. Bu kampaniya ilə bəhailər bütün dünyada heyrətamiz nəticələr əldə etdilər. Həzrət Əbdül-Bəha vəfat etdiyi dövrdə 35 ölkə Bəhai Dini üçün açılmışdı ki, onlardan ancaq bir neçəsində milli səviyyədə elementar səviyyədə təşkilatlanma vardı. Şövqi Əfəndinin vəfat etdiyi 1957-ci ildə isə bəhailər artıq 219 suveren dövlətdə, müxtar ərazilərdə və böyük adalarda yaşayırdılar. 1963-cü ildə 56 ölkədə Milli Ruhani Məhfillər kimi tanınan milli idarəetmə şuraları, həmçinin 4500 yerli Ruhani Məhfil seçildi, bəhailər artıq 15000 bölgədə yaşayırdılar.  

Bəhai Dünya Mərkəzi 

Öz xidmət dövründə Şövqi Əfəndi aşılmaz kimi görünən maddi əngəlləri aşaraq dünyanı sarmış Bəhai dininin mərkəzini və sinir sistemini Müqəddəs Torpaqda qurmağa başladı.   Bu cəhətdən çiyninə götürdüyü çoxlu vəzifələr-dən biri xüsusilə ağır idi – Həzrət Bəhaullahın Məqamını və ona bitişik binaları və torpaqları qorumaq. Mülkün bütövlüyünün təmin edilməsi və ətrafının gözəlləşdirilməsi bir iş idi ki, həyatı-nın sonuna qədər onu məşğul etdi. Shape Hayfada o, Karmel Dağında Həzrət Babın Məqamının üst hissəsinin tikintisinə nəzarəti həyata keçirdi, qızılı gümbəzi ilə bu Məqam “Karmelin Kraliçası” kimi tanındı. Həmçinin hər iki Məqamların ətrafında əzəmətli bağlar saldı, Bəhai tarixi ilə bağlı olan digər yerləri o cümlədən, Həzrət Əbdül-Bəhanın bacısı, qardaşı, anası və həyat yoldaşının uyuduqları yerlərin ətraflarını əldə etdi, bərpa etdi və gözəlləşdirdi.   Karmel Dağında Əmrin dünya inzibati binalarını tikmək üçün Şövqi Əfəndi dağın ətəyində bir “tağ” cızdı ki, onun ətrafında Bəhai Dininin beynəlxalq təsisatlarının binaları yerləşəcəkdi. Onlardan birincisi, Beynəlxalq Arxivin binası onun vəfatından bir az öncə tikilib başa çatdırıldı.

Böhran və Qələbələr

Şövqi Əfəndinin xidmət dövründə o, bəhai icmasını bir sıra meydanoxuyucu çətinliklərdən keçirdi: Almaniya bəhailəri nasist idarəçiliyi altında təqib olunurdu; Türkiyədə bir çox bəhailər həbs edilərək istintaqa cəlb edilmişdilər; xeyli inkişaf etmiş Aşqabad icması 1920-1930-cu illərdə Sovet hakimiyyətinin davamlı təqibindən sonra dağıldı; İranda növbəti müxalifət qalxdı; Həzrət Bəhaullahın Bağdaddakı evi qəsb edildi və geri alına bilmədi. Shape Ona xas olan təmkin və qavrayışla, Şövqi Əfəndi bəhailərin qarşılaşdıqları hər bir böhranda qələbə potensialı görürdü. Məsələn, Misirdə məhkəmə bir sıra mühakimələr keçirdi, bunlar üzdə əks təsirli görünsə də Şövqi Əfəndi tərəfindən Bəhai dininin müstəqil xarakterinin tanınması kimi qiymətləndirildi. Milli məhkəmələrə addımlar atmaqda və beynəlxalq səhnədə təməl haqlarını müdafiə etməkdə icmaya kömək edərkən, o, icmaya, həmçinin, çətinliklərdə Əmrin işini irəli aparmaq fürsətləri görməyi öyrətdi.
Şövqi Əfəndinin Süudu
Nəhəng vəzifə və məsuliyyət yükü daşımasına baxmayaraq, Şövqi Əfəndi bu qədər məşğulluq içərisində tapdığı vaxtı şərqdən və qərbdən Müqədəs Torpağa gələn zairləri qarşılamağa həsr edirdi. O onlarla görüşür, onları təşviq edir və məsləhət verir, dünya miqyasında icmanın tərəqqisi barədə xəbərləri bölüşürdü. 1957-ci ilin noyabrında, Bəhai dünya Mərkəzinin binaları və bağları üçün mebel və bəzəklər almaq üçün Londona səfər edərkən Şövqi Əfəndi qəflətən, 60 yaşında vəfat etdi.Bəhai dünyası dərin kədər içində qaldı. Onun uyuduğu yer Londonun şimalında, Yeni Soutqeyt (New Southgate) qəbirstanlığındadır. Bu gün bu yer bütün dünyadan gələn ziyarətçilər üçün dua və meditasiya yeridir.