Firavanlıq, zənginlik və yoxsulluq

Sivilizasiyanın maddi və ruhani boyutlarının ahəngdar şəkildə irəli getməsi üçün firavanlıq məhfumunun özünə yenidən baxılmalıdır. Firavanlıq sadəcə şəxsi sərvətin toplanması kimi başa düşülə bilməz. Maddi vasitələrin sivilizasiyanın inkişafı üçün vacib olması aydındır, lakin firavanlığa nail olmaq o deməkdir ki, bütün insanların belə vasitələrə əlləri çatmalıdır.

Dünyada hazırkı ifrat zənginlik və ifrat yoxsulluğa haqq qazandırmaq getdikcə daha da mümkünsüz olur. Sərvət və resursların yaradılması, bölüşülməsi və istifadəsinin bir əxlaqi boyutu vardır ki, bu, daha ədalətli iqtisadi strukturlarda və könüllü fərdi davranışlarda əks olunmalıdır. Yeni modellər meydana çıxdıqca, maddi resurslar bütün insanların əlinin biliyə yetməsi və bütöv cəmiyyətin həyatını yüksəltmək və nəcibləşdirmək üçün getdikcə daha çox istifadə olunacaqdır.