Müşayiət: Ruhani bir yolda addımlamaq

Bəhai təlimləri vurğulayır ki, hər bir şəxs öz ruhani inkişafı üçün məsuliyyət daşıyır. Bəhai dinində din xadimi (ruhanilər) yoxdur. Bəhai dinini həmçinin, müqəddəs yazıları şərh etmək səlahiyyəti verilmiş alim şəxslərin idarə etdiyi inananlar toplumu kimi də təsəvvür etmək olmaz. Allahın Sözü ilə təmasda olmaq və ruhani inkişaf məsuliyyəti son nəticədə fərdin üzərinə düşür. Bəhailər bu fərdi ruhani səyahəti Allaha aparan xidmət yolu kimi təsvir edirlər. Bu bütün insanlığa açıq olan yoldur − bir yol ki, bəhailərin inandığı kimi, birlikdə daha yaxşı bir dünya qurmağa imkan verəcək. Bunun müəyyən cəhətləri açıq-aşkardır: sadəcə öz üzərində fokuslanmaq əks-nəticə verir; bu yol başqalarının müşayiətində gedilməlidir –hər kəs bir-birinə sevgi, dəstək və təşviq verir və alır; özünü mənəvi cəhətdən üstün görmək meylinə şüurlu şəkildə müqavimət göstərilməlidir; təvazökarlıq tərəqqinin əvəzedilməz şərtidir. Bu ruhani yolda gedən heç kəs kamilliyə iddia edə bilməz.

Biz fasiləsiz çalışmalı, dincəlmədən insanda ruhani təbiətin inkişafına nail olmalı, yorulmaz səylə insanlığı onun həqiqi və təyin olunmuş məqamının nəcibliyinə doğru aparmalıyıq.” -Həzrət Əbdül-Bəha