Gənclik Dövrü

Gənclər lap başlanğıcından bəri Bəhai tarixində həyati bir rol oynamışlar. Həzrət Bab da Öz missiyasını elan edəndə 25 yaşı vardı, ardıcıllarının əksəriyyəti isə Onun təlimlərini qəbul edəndə erkən gənclik yaşında idilər.

Eynilə də, gənc insanlar Həzrət Bəhaullahın müjdəsinin bəyan edilməsi və Onun təlimlərini başqaları ilə bölüşmək üçün qoyulan səylərin önündə idilər. Bəhai təlimləri gənc insanları həyatlarının bu dinamik dövrünü öz icmalarına həlledici töhfələr vermək dövrü kimi görməyə təşviq edir.

Gənc insanlar sosial vəziyyətlərindən asılı olmayaraq, dünyanın yaxşılaşmasına töhfə vermək enerjisinə və arzusuna malikdirlər. Həqiqətə sevgi, bilik yanğısı və gözəlliyə cəlb olunmaq kimi güclər onları insanlığa xidmətə etməyə sövq edir. Tüğyan edən materializm və xudbinlik kimi digər güclər isə dağıdıcıdır və gənc insanların dünyaya baxışını təhrif edir, beləcə fərdi və kollektiv inkişafa mane olur.

Təbii olaraq, gənc insanların fikrini bir çox məsələlər məşğul edir: təhsil, iş, istirahət, ruhani həyat, fiziki sağlamlıq. Öz həyatına uzlaşmış bütöv kimi baxa bilməmək həyəcan və çaşqınlığı artırır. Lakin təmənnasız və fədakar xidmətlə gənc insanlar həyatın bu müxtəlif cəhətlərinin bir-birini tamamladığı bir həyat qurmağı öyrənə bilərlər. Həyatın ruhani və maddi tələblərini tarazlaşdıran modelləri inkişaf etdirməklə onlar şəxsi inkişafı anlayır və məna tapırlar. Ruhani qavrayış, özünüifadə gücü və mənəvi-əxlaqi struktur inkişaf etdirməklə gənclər ziddiyyətlərdən azad bir həyat yaşamaq və daim inkişafda olan sivilizasiyaya töhfə vermək üçün gücləndirilirlər

"Gözəl xasiyyətin işığı günəşin işığını ötüb keçir." Həzrət Bəhaullah