Beynəlxalq dilin qəbulu

Əvvəlki dövrlərdə bəşəriyyətin birliyinə mane olan sədlərdən biri dillərin müxtəlifliyi idi. Belə güman etməyə əsas da vardır ki, yaxın gələcəkdə bütün ölkələrdə hamının qəbul etdiyi bir beynəlxalq dilin tədrisinə ciddi yanaşmaqla bu sədd tamamilə aradan qaldırılacaqdır. Bu məsələ ilə bağlı Həzrət Bəhaullah yazır:
“Çox çəkməz ki, dünyadakı bütün insanlar bir dil və bir yazı ilə bəzənərlər. O zaman hər kəs hansı şəhərə yollansa, özünü evindəki kimi hiss edər. Bu işlər lazım və vacibdir”.

Hәzrәt Bәhaullah "İşraqat" Lövhündә buyurur:
"Әvvәlki Lövhlәrimizdә Biz Allahın Ümumdünya Әdalәt Evinә tapşırmışdıq ki, mövcud dillәrdәn birini seçsin, yaxud yeni dil vә yazı sistemi işlәyib hazırlasın vә dünyanın bir ölkәyә vә bir ailәyә çevrilmәsi üçün onlar dünyanın bütün mәktәb­lәrindә uşaqlara öyrәdilsin".

1913-cü ilin fevralında Parisdә esperantoçuların tәşkil etdiklәri qәbulda Hәzrәt Әbdül-Bәha buyurmuşdur:

“Әgәr Beynәlxalq kömәkçi dil olsaydı vә bu dildәn istifadә olunsaydı, bu zaman onların hamısı bir-birinә doğma sayılardılar. Hәzrәt Bәhaullah beynәlxalq dil barәdә buyurmuşdur ki, beynәlxalq dil qә­bul edilmәyincә dünyanın müxtәlif qitәlәri arasında tam bir­lik hәyata keçirilә bilmәz. O bütün dünyanı bir evә çevirәcәk vә bәşәriyyәtin tәr­әqqisindә әn güclü tәkan olacaq. O, bәşәriyyәtin birlik bayra­ğını yüksәldәcək. O, yer üzünü ümumi dövlәtә çevirә­cәk. O, ins­an övladları vә müxtәlif irqlәr arasında mәhәbbәt vә dostluq rәmzi olacaq. Belәliklә, adamlar iki dil - ana dili vә beynәlxalq dil öyrәnmәlidirlәr. Onda bütün insanlar arasında әsl birlik yara­nac­aqdır...”