Maddi və Ruhani Sivilizasiya

Həqiqi sülh sadəcə müharibənin dayanmasından daha çox şey deməkdir. İnsanlığın yetkinlik yaşı ilə bağlı olan, maddi və ruhani cəhətdən firavan olan bir sivilizasiyanın meydana çıxması həyatın praktiki və ruhani aspektlərinin bir ahəngdə irəli getməsini tələb edir. Həzrət Əbdül-Bəha təsdiq edir ki, “maddi sivilizasiya insanlıq aləminin tərəqqisi üçün vasitələrdən biri olsa da,” o, “ilahi sivilizasiya ilə birləşməyincə, arzu olunan nəticəyə, yəni bəşəriyyətin səadətinə nail olunmayacaq.”

Həzrət Əbdül-Bəha buyurur: Maddi sivilizasiya çırağın şüşəsinə bənzəyir. Ilahi sivilizasiya isə çırağın özüdür, şüşə isə çıraqsız qaranlıqdır. Maddi sivilizasiya bədən kimidir. O nə qədər incə, zərif və gözəl olsa da ölüdür. İlahi sivilizasiya isə ruh kimidir, bədən isə ruhdan həyat alır, əks təqdirdə o sadəcə cisimdir. Beləcə bu aşkardır ki, bəşər aləmi Müqəddəs Ruhun nəfəsinə möhtacdır. Ruhsuz bəşər aləmi cansızdır və bu nur olmadıqda bəşər aləmi tam zülmətdə olur.