Həqiqi Sülhün Tələbləri

Bəhai yazıları ümumdünya sülhünə − “bütün bəşərin ali hədəfi” nə − istinadlarla və onun tələb etdiyi sosial prinsiplərin izahları ilə doludur. Bunların arasında həqiqətin müstəqil axtarışı; bütün insan nəslinin birliyi; bütün növ təəssübkeşliklərin aradan qaldırılması; dinlə elm arasında harmoniya; ümumi təhsil tələbi; universal köməkçi dilin qəbul edilməsi; ifrat zənginlik və ifrat yoxsulluğun yox edilməsi; dövlətlər arasında mübahisələri həll etmək üçün dünya məhkəməsinin təsis edilməsi və ədalətin insanların əməl və düşüncəsində hakim prinsip olması vardır. Bəhailər bu prinsipləri sadəcə boş canatma kimi başa düşmürlər – onlar eynilə fərdlər, icmalar və təsisatlar üçün təxirəsalınmaz və praktiki qayğı məsələləri kimi başa düşülür.