Bəhai İbadət Evləri

Bütün dünya üzrə Bəhai İbadət Evləri Allaha sitayişlə insanlığa xidməti birləşdirməyə həsr edilir. Səkkiz regional yaxud kontinental Bəhai Məbədi vardır və bunlar Avstraliyada, Çilidə, Almaniyada, Hindistanda, Panamada, Samoada, Uqandada və Birləşmiş Ştatlarda yerləşir. Bu məbədlər hamıya açıqdır və hər il milyonlarla ziyarətçiləri qəbul edir.

Hər bir İbadət Evinin, yerli mənzərə və mədəniyyətindən təsirlənməklə, öz fərqli memarlıq həlli vardır. Bu Məbədlərin hər biri, həmçinin, Bəhai inancını da inikas etdirir: dairəvi dizayn, bütün dinlərdən gələn insanları hərarətlə qəbul edən doqquz qapı, hamıya bir Allahın altında pənah verən bir günbəz və müxtəliflikdə birliyi əks etdirən gözəl bağlar.

Bəhai dinində ruhani yoxdur. Məbəddə heç bir ayin yaxud dini mərasim keçirilmir. Bunun yerinə, Bəhai müqəddəs yazılarından və digər dünya dinlərinin yazılarından Allahın Sözünün sadə və ya avazla oxunduğu sadə dua proqramları vardır.

Bu binaların hər biri Məşriqül-Əzkar yaxud “Allahın Zikrinin Dan Yeri” kimi tanınan bir təsisatın mərkəzi binasıdır. Zamanı gələndə, hər bir Bəhai İbadət Evi icmanın ehtiyaclarına xidmət edəcək digər strukturlarla − xəstəxanalar, universitetlər və digər humanitar və sosial xidmət qurumları ilə əhatə olunacaq.

Hazırda Bəhai ibadət fəaliyətlərinin əksəriyyəti evlərdə və yerli qonşuluq mərkəzlərində keçirilsə də, indi dünyanın müxtəlif yerlərində baş verməkdə olan icma quruculuğu prosesinin vacibliyinə cavab olaraq milli və yerli İbadət Evləri də tikilməkdədir.

İlk milli Bəhai İbadət Evləri Konqo Demokratik Respublikasında və Papua Yeni Qvineyada olacaqdır. İlk yerli Bəhai İbadət Evləri Battambanqda, Kambocada; Bihar Şərifdə, Hindistan; Matunda Soyda, Kenya; Norte del Kaukada, Kolumbiya; Tannada, Vanuatu tikilməkdədir. 130-da çox ölkədə gələcək İbadət Evləri üçün ərazilər ayrılmışdır.