Birlik içərisində olan bir dünya qurmaq üçün digər bir zəruri şərt qadınlarla kişilər arasında tam
bərabərliyə nail olunmasıdır. Cinslər arasında bərabərliyin inkar edilməsinə haqq qazandıran nə
mənəvi, nə praktiki, nə də bioloji əsas vardır. Gender təəssübü qadınlara qarşı ədalətsizliyi daimi
edir və kişilərdə zərərli münasibət və vərdişləri yayır, bu da ailədən iş yerinə, iqtisadi və siyasi
həyata, son nəticədə isə ölkələr arasındakı münasibətlərə keçir.
Qadın və kişi bərabərliyi Yeni Dünyanın qurulması üçün zəruri bir ruhani prinsipdir. Qadın və
kişinin istedad və şəxsi keyfiyyətlərindən tam istifadə olunmayınca bəşəriyyətin maddi və ruhani
tərəqqisi mümkün olmayacaqdır. Qadın-kişi bərabərliyi yalnız cəmiyyətin faydası üçün arzu edilən
sosial-iqtisadi qayda deyildir. İnsanın yaradılışı ilə bağlı təməl prinsipdir. İnsanın mahiyyəti
onun ruhudur və ruhun isə cinsiyyəti yoxdur. Həzrət Bəhaullah "Qadınlar və
kişilər Allahın nəzərində
bərabər olmuşlar və hər zaman da bərabər olacaqlar" çağırışı qadın və kişi arasında heç
bir fərqin
olmadığını açıqca ifadə edir. Bu səbəbdən ruhani təməl kimi onsuz da var olan bərabərliyin, gündəlik
həyatda əks etdirilməsi bir zərurətdir. Həzrət Əbdül-Bəha 1913-cü ilin yanvarında Londonda keçirilәn
Qadın Azadlığı İttifaqının iclasında demişdir:
“Bәşәriyyәt iki qanadı olan quşa bәnzәyir: qanadlardan biri – kişi, digәri – qadındır. Hәr iki qanad güclü olmasa vә eyni bir qüvvә ilә hәrәkәtә gәtirilmәsә, quş sәmaya uça bilmәyәcәkdir. Zamanın ruhuna uyğun olaraq qadınlar kamillәşmәli, hәyatın bütün sahәlәrindә özlәrini göstәrmәli, kişilәrlә bәrabәrlәşmәli, onların sәviyyәsinә yüksәlmәli vә onlarla eyni hüquqlardan istifadә etmәlidirlәr”.
O, həmçinin deyir ki, qadınlar sülhlə bağlı məsələlərdə hərtərəfli və bərabər hüquqda iştirak etdiyi
zaman müharibələrə son qoyulacaqdır. Bu dəyişikliklər öz-özünə baş verməyəcəkdir. Potensiallarının
tam inkişafı üçün qadınların özləri cəhd etməlidirlər. Həzrət Əbdül-Bəha buyurur:
“Daha yüksək kamilliyə çatmaq, bütün məsələlərdə
kişilərlə bərabər olmaq, ənənəvi olaraq geri qaldıqları bütün sahələrdə irəli getmələri və
kişilərin onları qabiliyyət və vərdişlərinə görə bərabərliyi tanımasından ötrü qadınları
mübarizə gözləyir.. Qadınlara öz qabliyyətlərini yüksək dərəcədə inkişaf etdirmək imkanı
verilməyincə, kişilər də malik ola biləcəkləri yüksəkliyə çata bilməyəcəklər”.
O, bildirirdi ki, qadınların təhsili kişilərin malik olduğu təhsilin standartlarına uyğun
gəlməlidir, yəni qadınlar və kişilər cəmiyyətdə bərabər təhsil hüququna malik olmalıdırlar. Əgər
ailənin həm oğlan, həm də qızının təhsili üçün pulu yoxdursa, valideynlərə pulu qızın təhsilinə sərf
etməyi məsləhət görülür, çünki o potensial ana və gələcək nəsillərin tərbiyəçisidir. Həzrət
Əbdül-Bəha başqa bir yazısında, qadınlar cəmiyyətdə həqiqi yer tutduqdan sonra nələr baş verəcəyini
belə izah etmişdir:
“Keçmişdə dünya qüvvə vasitəsilə idarə olunurdu və kişi özünün güclü və təcavüzkar, həm fiziki, həm də əqli keyfiyyətləri hesabına qadın üzərində üstünlüyə malik idi. Lakin bu müvazinət artıq pozulmaqdadır: qüvvə öz üstünlüyünü itirdiyi halda, qadında üstün olan əqlin çevikliyi, intuisiya, məhəbbət və xidmət kimi ruhani keyfiyyətlər daha çox əhəmiyyət kəsb etməyə başlamışdır. Ona görə də yeni era az dərəcə kişi erası olub, qadın ideyaları ilə daha çox doydurulmuş olacaqdır; dəqiq desək, bu sivilizasiyanın kişi və qadın əsaslarının müvazinətdə olduğu dövr olacaqdır”.