Təlim İnstitutu

Allahın Məzhərlərinin sözləri insan ruhuna yaradıcı və transformativ təsir göstərir. Allahın Sözü ilə həm fərdi, həm də kollektiv formada təmas qaçılmaz olaraq yeni sosial münasibətlərdə, yenidən dirçəlmiş təsisatlarda və canlı bir icma həyatında öz ifadəsini tapan qüvvətli ruhani və mənəvi-əxlaqi gücləri azad edir. Şəxsi və sosial transformasiya prosesi insanlığa xidmət hərəkətləri ilə bağlı olaraq Yaradıcı Sözün üzərində dərindən düşünməklə başlayır. Bu prosesi sistematik olaraq bəsləmək və sayı daim artan insanların iştirakını təmin etmək üçün 1990-cı illərin ortalarında dünya üzrə “təlim institutu” konsepsiyası qəbul edilmişdir.

Təlim institutunun təbiətini minlərlə sosial mühitlərdə - qonşuluqlarda, kəndlərdə, məktəblərdə, universitet və iş yerlərində − dostlar arasında davamlı baş verən söhbətləri təsəvvür etməklə başa düşmək olar. Təlim institutu açılan bu söhbətləri qidalandırmaq və asanlaşdırmaq üçün məsafədən təlim vermə sistemi kimi işləyir. Sistemin başlıca elementləri dərnəklərdən, aparıcılardan (tüterlər) və Bəhai yazılarına əsaslanan və Həzrət Bəhaullahın təlimlərini gerçəkliyə çevirmə prosesində əldə edilmiş ruhani bəsirət və biliyi ifadə edən materiallardan ibarətdir.