Bizim həyatımızın məqsədi Allahı tanımaq, Onu sevmək və Ona yaxınlaşmaqdır. Biz bunu müəyyən bir dərəcədə, Allahın sevgi, şəfqət, səxavət, ədalət, mərhəmət kimi sifətlərini özümüzdə göstərməklə edirik. Biz yüksək məqsədimizi xidmət həyatı yaşamaqla həyata keçiririk, bir həyat ki, orada biz sevgi və şəfqətimizlə comərdlik göstəririk. Daha praktiki desək, biz vaxtımızı, enerjimizi, bilik və maliyyə vəsaitimizi azad bir şəkildə veririk.
Vericilik yaxud paylaşma impulsu bizim Allaha şükranlığımızın və Ona sevgimizin təbii ifadəsidir. Bu şükranlıq və sevgi bizim ürəklərimizi dolduranda səxavətlilik bizim davranış tərzimizin səciyyəvi xüsusiyyəti olur. Biz Allaha məhəbbət xatirinə başqalarına xidmət edəndə, nə tanınma, nə mükafat, nə qorxu, nə də cəzalanma motivi ilə çıxış etmirik.
İnsanlığa xidmət həyatı özünü göstərmə və təmənnanı deyil, məhz təvazökarlığı, fədakarlığı və dünyanın parıltılarına bağlanmamağı nəzərdə tutur.